Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-77/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "2000- 2005-ci illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 1400 manat pul kompensasiyasının ödənilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə kollegiyasının iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı xx.xx.1979-cu ildə Göyçay şəhərində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 2000-ci ildən 2018-ci ilədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında zabit kimi xidmət etmiş, xx.xx.2018-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona 2000-2005-ci illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlaklarının normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarı ilə tənzimlənir. Qeyd edilən 2000-2005-ci illər üzrə iddiaçıya hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının hesablanması mümkün deyil. Digər illər üçün nəzərdə tutulmuş hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası 2015-ci ilədək təminat normalarına əsasən ödənilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən son hesab olaraq xx.xx.2018-ci ildə 373,80 manat məbləğ ödənilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xidmət etdiyi müddət ərzində 2000-ci ildən 2005-ci ilədək dövlət hesabına bir çox əşya əmlakı olan paltar və digər geyim əşyaları ilə təmin edilməmişdir. Həmin illərdə ona verilməyən əşya əmlakı əvəzinə heç bir pul kompensasiyası ödənilməmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli 16/3798 nömrəli etirazında bildirmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən xidmət müddətində təmin edilmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə 373,80 manat pul kompensasiyası hesablanmış və xx.xx.2018-ci ildə Beynəlxalq Bankda adına olan bank hesabına köçürülmüşdür. Qeyd olunan ödəniş edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və normaları" əsas götürülmüşdür. İddiaçıya xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, EZ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 2000-ci ildən 2018-ci ilədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında zabit kimi xidmət etmiş, xx.xx.2018-ci ildə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidmətə uyğunsuzluğa görə) maddəsinə əsasən, Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli 16/3798 nömrəli etiraz məktubundan görünür ki, iddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən xidmət müddətində təmin edilmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə 373,80 manat pul kompensasiyası hesablanmış və xx.xx.2018-ci ildə Beynəlxalq Bankda adına olan ******************** nömrəli bank hesabına köçürülmüşdür. Qeyd olunan ödəniş edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və normaları" əsas götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarının və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2005-ci tarixli 83 nömrəli əmri ilə təsdiq edlmiş və 3200 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmət keçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası"nın icrası təmin edilmişdir. İddiaçıya xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək hərbi geyim və əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması və iddianın 2000-ci ildən xx.xx.2004-cü ilədək olan müddətə aid hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, İddiaçı 2000-2018-ci illərdə Dövlət Sərhəd Xidmətində xidmət etmiş, xx.xx.2018-ci ildə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidmətə uyğunsuzluğa görə) maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra İddiaçı 2000-2005-ci illər üzrə istifadə edilməyən hərbi geyim forması və əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının hesablanaraq ödənilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən xidmət müddətində təmin edilmədiyi hərbi geyim forması əşya əmlakı əvəzinə 373.80 (üç yüz yetmiş üç manat səksən qəpik) manat pul pensasiyası hesablanmış və xx xxxxxx 2018-ci il tarixdə Beynəlxalq Bankda adına olan 3101944********** nömrəli bank hesabına köçürülmüşdür. Qeyd olunan ödəniş edilən zamanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları» əsas götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli qərarının və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2005-ci il tarixli 83 nömrəli əmri ilə təsdiq olunmuş və 3200 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmət keçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası»nın icrası təmin edilmişdir. Qeyd olunan əmr ilə, İddiaçı xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Yuxarıda qeyd olunan qərar qüvvəyə minənə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli 641 nömrəli qərarı ilə hərbi qulluqçuların təminat normaları forması və ödənişi qaydası tənzimlənmişdir. Qeyd olunan qərar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına şamil edilmədiyindən həmin normativ akta qeyd olunan normalar ilə DSX hərbi qulluqçularına hər hansı bir ödənişin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, sabiq hərbi qulluqçu İddiaçı Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli 80 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakının əvəzinə pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2004-cü il tarixli, 15 nömrəli fərmanı ilə «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında» əsasnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli [Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları»nın təsdiq edilməsi haqqında) qərarında göstərilmişdir ki,; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə»nin və «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2004-cü il tarixli, 15 nömrəli Fərmanının 3-cü bəndinin (Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını müəyyən etsin) icrasını təmin etmək məqsədilə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır; «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları» təsdiq edilsin, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr avının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral avının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. Bundan sonra Azərbaycan Respublikasının Maliyyə Naziri (xx.xx.2005-ci il), Dövlət Sərhəd Xidmətinin rəisi (xx.xx.2005-ci il) və Azərbaycan Respublikası Ədliyyə Naziri tərəfindən (xx.xx.2005-ci il) «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi» qaydası imzalanaraq razılaşdırılmışdır. Həmin qaydalara əsasən 2006-cı ildən hal-hazıradək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qeyd olunan pul kompensasiyası hər ilin 4-cü rübünün sonunda ödənilir. Məhkəmə prosesində hakim yuxarıda qeyd edilənləri deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli («Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları»nın təsdiq edilməsi haqqında) qərarının 4-cü bəndini (bu qərar imzalandığı gündən qüvvəyə minir) əsas götürərək iddia tələbinin qismən təmin edilməsi barədə qərar çıxarmışdır. Göründüyü kimi, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı «2000-2005-ci illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 1400 manat pul kompensasiyasının ödənilməsinin cavabdehə həvalə edilməsi» tələbi əsassızdır və məhkəmə tərəfindən rədd edilməli idi. Lakin məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş işin hallarının araşdırılması prinsipinə düzgün riayət etməyərək əsassız qərar qəbul etmişdir. Buna görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarı qanuni və əsaslı hesab edilə bilməz, çünki məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq, sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirmədən işin hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: İşdən göründüyü kimi, iddiaçının tələbi 2000-2005-ci illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının ödənilməsindən ibarətdir. İddiaçı 2000-2018-ci illərdə Dövlət Sərhəd Xidmətində xidmət etmiş, xx.xx.2018-ci ildə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidmətə uyğunsuzluğa görə) maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarından görünür ki, İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən xidmət müddətində təmin edilmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə 373,80 manat pul kompensasiyası hesablanmış və xx.xx.2018-ci ildə Beynəlxalq Bankda adına olan bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları» əsas götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli qərarının və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2005-ci il tarixli 83 nömrəli əmri ilə təsdiq olunmuş və 3200 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmət keçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası»nın icrası təmin edilmişdir. Qeyd olunan əmr ilə, İddiaçı xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli 641 nömrəli qərarı ilə hərbi qulluqçuların təminat normaları forması və ödənişi qaydası tənzimlənmişdir. Qeyd olunan qərar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına şamil edilmədiyindən həmin normativ akta qeyd olunan normalar ilə DSX hərbi qulluqçularına hər hansı bir ödənişin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, sabiq hərbi qulluqçu İddiaçı Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli 80 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakının əvəzinə pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2004-cü il tarixli, 15 nömrəli fərmanı ilə «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında» əsasnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları»nın təsdiq edilməsi haqqında) qərarında göstərilmişdir ki,; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə»nin və «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2004-cü il tarixli, 15 nömrəli Fərmanının 3-cü bəndinin (Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını müəyyən etsin) icrasını təmin etmək məqsədilə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır; -"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları" təsdiq edilsin. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. Bundan sonra Azərbaycan Respublikasının Maliyyə Naziri (xx.xx.2005-ci il), Dövlət Sərhəd Xidmətinin rəisi (xx.xx.2005-ci il) və Azərbaycan Respublikası Ədliyyə Naziri tərəfindən (xx.xx.2005-ci il) «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi» qaydası imzalanaraq razılaşdırılmışdır. Həmin qaydalara əsasən 2006-cı ildən hal-hazıradək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qeyd olunan pul kompensasiyası hər ilin 4-cü rübünün sonunda ödənilir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tələbi 2006-cı ildən hal-hazıradək olan müddəti əhatə edir. Lakin iddiaçı tələbində "2000-2005-ci illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 1400 manat pul kompensasiyasının ödənilməsinin cavabdehə həvalə edilməsini" qeyd etmişdir. Bütün bunları birinci instansiya məhkəməsi nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozaraq, sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirmədən işin hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə prosesi iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, «Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir». “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı isə əsaslı olmadığından ləğv olunub, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə yalnış nəticəyə gəlmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarı ləğv olunmalı, cavabdeh Dövlət Sərhəd Xidmətinin vermiş olduğu apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-77/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-77/2021
29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver