Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-77/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “iddiaçının istifadəsində olan 0,06 ha bağ torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-1373/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, nöqsanların aradan qaldırılması və ona məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı uzun müddət “X6”nda kimyəvi maddələr sexində işlədiyinə görə ona “İpəkçi” (Ağ qaya) kollektiv bağçılıq təsərrüfatlarına meşə fondundan ayrılmış 60 hektar torpaq sahəsinin tərkibində bağ sahəsi verilmişdir. Ona vaxtilə verilmiş bağ sahəsinin üzvlük kitabçası naməlum səbəbdən itmişdir. Bağ sahəsi Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq olunmuş sxematik planda öz əksini tapmışdır. İddiaçı cavabdehə müraciət edərək, 0,06 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********69 nömrəli imtina məktubunda qeyd etmişdir ki, 2007-ci il may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ torpaq sahələrinin qeydiyyatı üçün əsasdır. Müraciətə kollektiv bağçılıq təsərrüfatı yaradılması üçün ipək kombinatı fəhlə və qulluqçularına 60 ha torpaq sahəsinin ayırılması barədə Nuxa ZDS-in 25 aprel 1966-cı il tarixli, 04 saylı qərarı, baş memar tərəfindən təsdiqlənmiş sxem, təsdiqlənməyən “İpəkçi” (ağ qaya) bağçılıq şirkəti üzvlərinin siyahısı əlavə edilsə də, təqdim edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinin tələblərinə cavab vermədiyindən iddiaçının müraciətinin icrası mümkün olmamışdır.
4. İddiaçıya birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və iddia tələbini dəqiq qeyd etməklə dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş iclasında iddiaçı ərizə təqdim edərək “istifadəsində olan 0,06 ha bağ torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********62 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə hazırkı iddia tələbinə münasibətini bildirmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bağ sahəsi ilə bağlı üzvlük kitabçasını itirdiyini bildirmiş, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubuna uyğun izahat vermiş, mübahisəli torpaq sahəsinin meşə fondu torpaqlarına aid olduğunu bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 noyabr 2022-ci il tarixli 2-1(116)-1373/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-1373/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)- 1373/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-1373/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş arayışda qeyd olunur ki, iddiaçı həqiqətən "xxxx" ASC-nin (Şəki istehsal ipək birliyinin) xx.xx.1984-cü il tarixli 690 1s saylı əmrinin 3cü paraqrafı ilə xx.xx.1984-cü il tarixdən boyaq bəzək istehsalatına mexaniki barkalarda boyaqçı şagirdi peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 1150 1s saylı əmrinin 25-ci paraqrafı ilə xx.xx.1984-cü il tarixdən həmin istehsalatda 4 t dərəcəli boyaqçı peşəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixli 86 ks saylı əmrinin 8-ci paraqrafı ilə xx.xx.1991-ci il tarixdən həmin istehsalatda 4 t dərəcəli usta köməkçisi peşəsinə keçirilmiş və xx.xx.1995ci tarixli 27 kş saylı əmrinin 5-ci paraqrafı ilə xx.xx.1995-ci il tarixdən 2-ci qrup əlilliyə çıxdığı üçün öz xahişi ilə işdən azad edilmişdir. - X5 filialının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1966-cı il tarixli, 174 nömrəli müraciətdən görünür ki, “V.İ.Lenin” adına X4 direktoru T.Əfəndiyev Nuxa şəhər ZDS İcraiyyə Komitəsinə məktubla müraciət etmiş və fəhlə və qulluqçuların bağ salmaları üçün hər bir ailə hesabına 9-10 sot (6 sot yararlı olmaqla) uşaq meydançası, fəhlə və qulluqçular üçün istirahət sahəsi, turist bazası, meyvə, giləmeyvə və dekorativ kolluqlar, çiçək şitilliyi üçün 2 hektar olmaqla Kombinata Oxud yolunun üst tərəfindən 50-60 hektar sahə ayrılmasını xahiş etmişdir. - X5 filialının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubuna əlavə olunmuş Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1966-cı il tarixli, 4 nömrəli iclas protokolundan görünür ki, həmin iclasda Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurasının 05 fevral 1966-cı il tarixli, 78 nömrəli qərarı əsasında “V.İ.Lenin” adına X4 fəhlə və qulluqçularına kollektiv bağçılıq təsərrüfatının təşkili üçün X7 torpaqlarından Kiş çayının sağ sahilində-Oxud kənd yolunun yuxarı hissəsindən 60 hektar torpaq sahəsinin ayrılması məsələsi müzakirə olunmuş və Nuxa şəhərinin inzibati ərazisinə daxil olan, X7 torpağından-Kiş çayının sağ sahilində İpək Kombinatından 1,5 km məsafədə olan Oxud kənd yolunun yuxarı hissəsindən 60 hektar kəsilərək “V.İ.Lenin” adına X4 fəhlə və qulluqçularına kollektiv bağçılıq təsərrüfatı, istirahət zonası, turist bazası və uşaq meydançası yaradılması üçün təhkim edilməsi qərara alınmışdır. - X5 filialının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubunda qeyd olunmuşdur ki, protokolun əlavələrində təsərrüfat üzvlərinin siyahısı, texniki sənədlər aşkar edilməmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi X7 torpaqları olub topoqrafik xəritədə uqodiyası kolluq, biçənək kimi göstərilmişdir. İddiaçı bidlirdiyinə görə onun tərəfindən istifadə olunub. İddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə məhkəmə tərəfindən təqdim edilmiş sxemdə ayrılmış sahənin göstərildiyi ərazinin coğrafi yerləşməsində uyğunsuzluq vardır, üst-üstə düşmür.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
19. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları ( 9-cu maddə). 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir (31-ci maddənin 1-ci bəndi). Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir (31-ci maddənin 2-ci bəndi). Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir (31-ci maddənin 5-ci bəndi). Meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətində olan torpaqlara daxildir (46-cı maddənin 1-ci bəndi). 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş arayışa əsasən, iddiaçı həqiqətən "xxxx" ASC-nin (Şəki istehsal ipək birliyinin) xx.xx.1984-cü il tarixli 690 1s saylı əmrinin 3-cü paraqrafı ilə xx.xx.1984-cü il tarixdən boyaq bəzək istehsalatına mexaniki barkalarda boyaqçı şagirdi peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 1150 1s saylı əmrinin 25-ci paraqrafı ilə xx.xx.1984-cü il tarixdən həmin istehsalatda 4 t dərəcəli boyaqçı peşəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixli 86 ks saylı əmrinin 8-ci paraqrafı ilə xx.xx.1991-ci il tarixdən həmin istehsalatda 4 t dərəcəli usta köməkçisi peşəsinə keçirilmiş və xx.xx.1995-ci tarixli 27 kş saylı əmrinin 5-ci paraqrafı ilə xx.xx.1995-ci il tarixdən 2-ci qrup əlilliyə çıxdığı üçün öz xahişi ilə işdən azad edilmişdir. X5 filialının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1966-cı il tarixli, 174 nömrəli müraciətdən görünür ki, “V.İ.Lenin” adına X4 direktoru T.Əfəndiyev Nuxa şəhər ZDS İcraiyyə Komitəsinə məktubla müraciət etmiş və fəhlə və qulluqçuların bağ salmaları üçün hər bir ailə hesabına 9-10 sot (6 sot yararlı olmaqla) uşaq meydançası, fəhlə və qulluqçular üçün istirahət sahəsi, turist bazası, meyvə, giləmeyvə və dekorativ kolluqlar, çiçək şitilliyi üçün 2 hektar olmaqla Kombinata Oxud yolunun üst tərəfindən 50-60 hektar sahə ayrılmasını xahiş etmişdir. X5 filialının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubuna əlavə olunmuş Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1966-cı il tarixli, 4 nömrəli iclas protokolundan görünür ki, həmin iclasda Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurasının 05 fevral 1966-cı il tarixli, 78 nömrəli qərarı əsasında “V.İ.Lenin” adına X4 fəhlə və qulluqçularına kollektiv bağçılıq təsərrüfatının təşkili üçün X7 torpaqlarından Kiş çayının sağ sahilində-Oxud kənd yolunun yuxarı hissəsindən 60 hektar torpaq sahəsinin ayrılması məsələsi müzakirə olunmuş və Nuxa şəhərinin inzibati ərazisinə daxil olan, X7 torpağından-Kiş çayının sağ sahilində İpək Kombinatından 1,5 km məsafədə olan Oxud kənd yolunun yuxarı hissəsindən 60 hektar kəsilərək “V.İ.Lenin” adına X4 fəhlə və qulluqçularına kollektiv bağçılıq təsərrüfatı, istirahət zonası, turist bazası və uşaq meydançası yaradılması üçün təhkim edilməsi qərara alınmışdır. X5 filialının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubunda qeyd olunmuşdur ki, protokolun əlavələrində təsərrüfat üzvlərinin siyahısı, texniki sənədlər aşkar edilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi X7 torpaqları olub topoqrafik xəritədə uqodiyası kolluq, biçənək kimi göstərilmişdir. İddiaçı bidlirdiyinə görə onun tərəfindən istifadə olunub. İddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə məhkəmə tərəfindən təqdim edilmiş sxemdə ayrılmış sahənin göstərildiyi ərazinin coğrafi yerləşməsində uyğunsuzluq vardır, üst-üstə düşmür.
27. Məhkəmə kollegiyası qeyd edir ki, aparılan araşdırma nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, iddia tələbində dövlət reyestrində qeydiyyata alınması tələb olunan torpaq sahəsi meşə fonduna aiddir. Qanunvericiliyin tələblərinə əsasən meşə fonduna məxsus torpaqlar dövlət mülkiyyətinə daxildir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.
28. Həmçinin, mütəxəssis rəyinə əsasən aşkar olunmuşdur ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş və ərizəyə əlavə olunmuş sxematik planda ayrılmış sahə ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin coğrafi yerləşməsində uyğunsuzluq vardır, torpaq sahələri üst-üstə düşmür. Bununla yanaşı iddiaçı bağ sahəsi ilə bağlı üzvlük kitabçasına malik deyildir.
29. Bununla yanaşı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunan torpaq sahəsinə dair hüquqi və texniki sənədlərə malik deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğu təsbit edilməsinə baxmayaraq, iddiaçı göstərilən sənədlərə malik deyil və eləcə də, məhkəmə araşdırması nəticəsində həmin sənədlərin mövcudluğu aşkarlanmamışdı.
30. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, mübahisə predmeti olan 0,06 ha torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir.
31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının istifadəsində olan 0,06 ha bağ torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-1373/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.