Məhkəmə qərarları › İş №2-1(107)-78/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-78/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-78/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı Cavabdeh2nə qarşı xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X8rşı xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.2012-ci ildə Cavabdeh2nə ərizə ilə müraciət edərək rayon ərazisində mövcud olan dövlət torpaq fondundan 9 nömrəli otlaq sahəsindən 200 hektar torpaq sahəsinin heyvandarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə ona icarəyə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tarixsiz və nömrəsiz rəy verərək bildirmişdir ki, rayonun inzibati ərazisində yerləşən 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondu sahəsindən İddiaçı verilməsi müəyyənləşdirilmişdir. Odur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi 8 və 9 nömrəli dövlət torpaq fondu sahəsindən 200 hektarın İddiaçı icarəyə verilməsinə etiraz etmir. Cavabdeh2 xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə mülkiyyətində olan 600 baş xırda buynuzlu heyvanları qışlaq şəraitində bəsləmək üçün rayonun inzibati ərazisindəki 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondunun 200 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2012-ci ildə 06 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, həmin müqavilədə dövlət torpaq fondunun 8 və 9 nömrəli qış otlağından 200 hektarın 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh2 başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Göyçay rayonuna uzun müddət istifadə üçün təhkim olunmuş qış otlaq sahəsinin yerquruluşu planında (miqyas 1:10000)" İddiaçı ayrılan 200 ha torpaq sahəsi də göstərilmişdir. Bundan sonra, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən "Göyçay rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 8h və 9h nömrəli qış otlaq sahələrindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X2 icarəyə verilməsi nəzərdə tutulan 80 ha örüş sahəsinin yerquruluşu planı" tərtib edilmişdir. Cavabdeh2 işçiləri və Göyçay Rayon Dövlət Aqrar Mərkəzinin direktoru tərəfindən xx.xx.2018-ci ildə dövlət torpaq fonduna aid 80 ha örüş sahəsinin X1 uzun müddətli icarəsinə verilməsi ilə əlaqədar icarəyə veriləcək torpaq sahəsinə baxış keçirilmiş, örüş sahəsinin iri və xırda buynuzlu heyvanların qışlaq şəraitində bəslənməsi üçün yararlı olduğu, həmçinin sahədə tikinti və qurğuların, təbiət, tarixi mədəniyyət abidələrinin, ümumi yayılmış təbii qazıntıların, ağac və yaşıllıqların mövcud olmadığı müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Cavabdeh2 başçısının Mırtı kənd İƏD üzrə nümayəndəliyi Cavabdeh2nə xx.xx.2018ci il tarixli arayış verərək bildirmişdir ki, X1 şəxsi təsərrüfatında 170 baş xırda buynuzlu heyvan vardır. Cavabdeh2 xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən 8h və 9h nömrəli qış otlaq sahələrindən 80 ha örüş sahəsinin heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə X1 icarəsinə verilməsi qərara alınmışdır. Cavabdeh2 ilə X3 arasında xx.xx.2018-ci ildə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilədə dövlət torpaq fondunun 8h və 9h nömrəli qış otlağından 80 hektarın 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. DƏDRX-nin 16 saylı X13 tərəfindən xx.xx.2018-ci ildə həmin torpaq sahəsi ilə bağlı A-306551 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində X1 icarə hüququ xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdeh DƏDRX-nin 16 saylı X10 ərizə ilə müraciət edərək qeyd olunan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 200 ha torpaq sahəsi üzərində onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı bu imtina ilə razılaşmamış və cavabdehlər Cavabdeh2nə və DƏDRX-nin 16 saylı X8rşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh2 başçısının sərəncamının və DƏDRX- nin 16 saylı X13 tərəfindən X1 adına verilmiş çıxarışın ləğv olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçının vəkili X6 birinci instansiya məhkəməsinə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, ləğv edilməsi tələb olunan sərəncam xx.xx.2018-ci il tarixli 74 nömrəli, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" isə xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəlidir. İddiaçı öz iddia tələbini belə əsaslandırmışdır ki, üçüncü şəxs X2 icarəyə verilmiş 80 ha torpaq sahəsi ona icarəyə verilmiş 200 ha torpaq sahəsinin bir hissəsidir. Halbuki, onunla bağlanmış icarə müqaviləsi hal-hazıradək qüvvədədir. Cavabdeh DƏDRX-nin 16 saylı X13 xx.xx.2019-cu il tarixli yazılı etirazında iddianı qəbul etməyərək onun təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı Cavabdeh2 xx.xx.2012-ci il tarixli sərəncamı ilə icarəyə verilmiş 200 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə məsələnin İdarə tərəfindən araşdırılması mümkün olmadı. Cavabdeh2 iddiaya dair yazılı etiraz verməsə də, onun nümayəndəsi X5 şifahi birinci instansiya məhkəməsinin baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, İddiaçı icarəyə verilmiş 200 ha və X2 icarəyə verilmiş 80 ha torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilərsə, o halda, Cavabdeh2 xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı qanunsuz olduğu üçün ləğv edilməli olar. Lakin İddiaçı icarəyə verilmiş torpaq sahəsinə onun icarə hüququ qeydiyyata alınmadığına görə torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Üçüncü şəxs X3 xx.xx.2019-cu il tarixli yazılı etirazında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, torpaq sahəsinə İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə iddiaçının həmin torpaq sahəsinə hüququ yaranmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən uzun müddət işin araşdırılması aparılsa da iş tam araşdırılmamışdır. İş üzrə təyin edilmiş ekspertiza Ucar rayon X4 tapşırılsa da həmin təşkilat tərəfindən düzgün nəticəyə gəlinməmişdir. Birinci instansiya məhkəməsi verilən rəyə əsaslanaraq qərar qəbul etmişdir. Həmin ekspertlər torpaq sahələrinin üst-üstə düşməsini tam araşdırmamış və yekun nəticədə düzgün rəy verilməmişdir. Həmin mübahisə olunan torpaq sahələri üstüstə düşmürsə niyə cavabdeh ona vaxtilə verilmiş torpaq sahəsindən çıxmasını tələb edir. Verilmiş 200 ha torpaq sahəsi vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən ölçülərək onlara verilmişdir. Torpaq sahəsinin eskizində onun konturları aydın göstərilmişdir. Bunu təyin edilmiş ekspertiza müəyyən edə bilməmişdir. Odur ki, işin tam araşdırılması üçün alternativ ekspertiza təyin edilməli və həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilməlidir. Lakin bu uzun müddətdə işin aparılmasına baxmayaraq təyin edilməmişdir. Verilən rəylə kifayətlənmək işin tam araşdıırlmasına mane olmuşdur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Belə ki, hakim tərəfindən bu təşəbbüs yerinə yetirilmədiyindən həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilməmişdir. Alternativ ekspertiza təyin olunması zərurəti olduğu hal nəzərə alınmamışdır. Cavabdehə verilmiş torpaq sahəsi nə üçün və necə istifadə olunması aparıldığı halda görünəcək ki, həmin şəxsin nə fermer təsərrüfatı nə də qanunla tələb olunan iribuynuzlu və xırdabuynuzlu heyvanları yoxdur. O, bu sahədən alış-veriş məqsədilə istifadə etmək niyyətindədir. Belə ki, həmin sahə qış otlaq sahəsi olduğundan yaylaqdan qışlağa enən çobanlara icarəyə verib pul qazanmaq məqsədi üçün alınmışdır. Cavabdeh2 torpaq sahəsini icarəyə verərkən cavabdehin nə qədər miqdarda heyvanlarının olub-olmamasını yoxlamamışdır. Uzun illərdir ki, fermer təsərrüfatı ilə məşğuldur. Bu mübahisədən sonra qış otlaq sahəsindən məhrum edilmişdir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 510/2019 nömrəli qərarının ləğv edilməsinə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DƏDRX-nin 16 saylı X9 nümayəndəsi Nümayəndə və üçüncü şəxs X3 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, vəkili X6 məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasına teleqram göndərərək Göyçay Rayon Məhkəməsində əvvəlcədən təyin edilmiş cinayət işləri ilə bağlı hazırkı iclasda iştirak edə bilməyəcəyini bildirmiş və iş üzrə alternativ ekspertiza təyin edilərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəkili Göyçay Rayon Məhkəməsində əvvəlcədən təyin edilmiş cinayət işləri ilə bağlı iclasların olmasına dair hər hansı sübut təqdim etmədiyindən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - İddiaçı tərəfindən Cavabdeh2nə yazılmış xx.xx.2012-ci il tarixli ərizənin surətindən görünür ki, o, rayon ərazisində mövcud olan dövlət torpaq fondundan 9 nömrəli otlaq sahəsindən 200 hektar torpaq sahəsinin heyvandarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə ona icarəyə verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş tarixsiz və nömrəsiz rəydən görünür ki, rayonun inzibati ərazisində yerləşən 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondu sahəsindən İddiaçı verilməsi müəyyənləşdirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi 8 və 9 nömrəli dövlət torpaq fondu sahəsindən 200 hektarının İddiaçı icarəyə verilməsinə etiraz etmir. - Cavabdeh2 xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamından görünür ki, mülkiyyətində olan 600 baş xırda buynuzlu heyvanları qışlaq şəraitində bəsləmək üçün rayonun inzibati ərazisindəki 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondunun 200 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır. - Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 06 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, həmin müqavilədə dövlət torpaq fondunun 8 və 9 nömrəli qış otlağından 200 hektarın 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh2 başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Göyçay rayonuna uzun müddət istifadə üçün təhkim olunmuş qış otlaq sahəsinin yerquruluşu planından (miqyas 1:10000)"görünür ki, həmin sənəddə İddiaçı ayrılan 200 ha torpaq sahəsi də göstərilmişdir. - "Göyçay rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 8h və 9h nömrəli qış otlaq sahələrindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X2 icarəyə verilməsi nəzərdə tutulan 80 ha örüş sahəsinin yerquruluşu planı"ndan görünür ki, həmin sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi tərəfindən xx.xx.2018-ci ildə tərtib edilmişdir. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 işçiləri və Göyçay Rayon Dövlət Aqrar Mərkəzinin direktoru tərəfindən dövlət torpaq fonduna aid 80 ha örüş sahəsinin X1 uzun müddətli icarəsinə verilməsi ilə əlaqədar icarəyə veriləcək torpaq sahəsinə baxış keçirilmiş, örüş sahəsinin iri və xırda buynuzlu heyvanların qışlaq şəraitində bəslənməsi üçün yararlı olduğu, həmçinin sahədə tikinti və qurğuların, təbiət, tarixi mədəniyyət abidələrinin, ümumi yayılmış təbii qazıntıların, ağac və yaşıllıqların mövcud olmadığı müəyyən edilmişdir. - Cavabdeh2 başçısının Mırtı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Cavabdeh2nə verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X1 şəxsi təsərrüfatında 170 baş xırda buynuzlu heyvan vardır. - Cavabdeh2 xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamından görünür ki, rayonun inzibati ərazisində yerləşən 8h və 9h nömrəli qış otlaq sahələrindən 80 ha örüş sahəsinin heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə X1 icarəsinə verilməsi qərara alınmışdır. - Cavabdeh2 ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə ilə dövlət torpaq fondunun 8h və 9h nömrəli qış otlağından 80 hektarın 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X13 tərəfindən xx.xx.2018-ci ildə verilmiş A- 306551 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, bu sənəd həmin torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin torpaq sahəsi üzərində X1 icarə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X13 tərəfindən xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, mübahisəli torpaq sahəsinə aid təqdim olunan sənədlərdə cavabdehə məxsus **********66 nömrəli çıxarışın olmasına baxmayaraq iddiaçıya məxsus sənədlərdə hüquqmüəyyənedici (çıxarış) və ya texniki kadastr sənədi olmadığından məhkəmə tərəfindən qoyulan sualların araşdırılması mümkün olmamışdır. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqatı zamanı müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondundan 200 hektar, xx.xx.2018-ci il tarixli sərəncamı ilə isə X2 8h və 9h nömrəli qış otlaq sahələrindən 80 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı "Azərbaycan Respublikası Göyçay rayonuna uzun müddət istifadə üçün təhkim olunmuş qış otlaq sahəsinin yerquruluşu planı (miqyas 1:10000)" tərtib edilmişdir. X2 ayrılmış torpaq sahəsi ilə bağlı isə "Göyçay rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 8h və 9h nömrəli qış otlaq sahələrindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X2 icarəyə verilməsi nəzərdə tutulan 80 ha örüş sahəsinin yerquruluşu planı", "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, yay və qış otlaqlarının torpaqları da dövlət mülkiyyətində olan torpaqlara daxildir. - 56-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. - 67-ci maddəsində deyilir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (1-ci hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. (3-cü hissə) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. (4-cü hissə) Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək aşağıdakı suallarla bağlı mütəxəssis rəyi verilməsi xahiş edilmişdir: Cavabdeh2 başçısının xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə İddiaçı 15 il müddətinə icarəyə verilmiş 200 ha torpaq sahəsi və Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı ilə X2 15 il müddətinə icarəyə verilmiş 80 ha torpaq sahəsi üst-üstə düşürmü?Həmin torpaq sahələri üst-üstə düşürsə, hansı hissədə düşür (döngə nöqtələrinin koordinatları göstərilməklə və sxem tərtib edilməklə)? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış xx.xx.2019-cu il tarixli məktubdan və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan aydın oldu ki, mübahisəli torpaq sahəsinə aid təqdim olunan sənədlərdə X2 məxsus **********66 nömrəli çıxarışın olmasına baxmayaraq, İddiaçı məxsus sənədlərdə hüquq müəyyənedici (çıxarış) və ya texniki kadastr sənədi olmadığına görə məhkəmə tərəfindən qoyulan sualların araşdırılması mümkün olmamışdır. Göründüyü kimi, İddiaçı icarəsinə torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin X2 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Belə olan halda isə, o, X2 torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olmasını iddia etməkdə haqlı deyil. İddiaçının ləğv edilməsini tələb etdiyi "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" Cavabdeh2 xx.xx.2018-ci il tarixli sərəncamı əsasında verildiyinə görə həmin sənədin də ləğvi üçün əsas yoxdur. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi iş üzrə ekspertiza təyin edilməsi ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış xx.xx.2019-cu il tarixli məktubda və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, mübahisəli torpaq sahəsinə aid təqdim olunan sənədlərdə inzibati iş üzrə üçüncü şəxs X2 məxsus **********66 nömrəli çıxarışın olmasına baxmayaraq, İddiaçı məxsus sənədlərdə hüquq müəyyənedici (çıxarış) və ya texniki kadastr sənədi olmadığına görə üçüncü şəxsə icarəyə verilmiş mübahisəli torpaq sahəsinin iddiaçıya aid olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin olunacağı təqdirdə belə mübahisə predmeti olan torpaq sahələrinin üst-üstə düşübdüşməməsi ilə bağlı rəy verilməsi mümkün olmayacaqdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2012-ci ildə 06 nömrəli torpaq icarəsi müqaviləsi bağlansa da iddiaçı qanunvericiliyin tələblərinə riayət etməmiş, yəni torpaq sahəsinin icarəyə verilməsi barədə sənədlərdə torpaq sahələrinin sərhədləri yerində müəyyən edilməmiş, onların planı və ölçüsü tərtib edilməmiş, icarə müqaviləsi müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmiş və bu səbəbdən də üçüncü şəxsə icarəyə verilmiş mübahisəli torpaq sahəsinin iddiaçıya aid olan torpaq sahəsi ilə üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə iclasında verdiyi izahatları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar