Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-78/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 14 saylı regional ərazi filialına qarşı “cavabdeh tərəfindən “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-923/2021 tarixli, 19.10.2021-ci il saylı qərarından cavabdehin vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 14 saylı regional ərazi filialının direktoru A.Hacıyev tərəfindən “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya keçirdiyi xəstəliklə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən 13.08.2018-ci ildə 2-ci qrup ümumi xəstəlikdən əlillik dərəcəsi təyin edilmiş, əlilliyə görə iddiaçı əmək pensiyasına çıxarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin İsmayıllı rayon filialı iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının verilməsini dayandırmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun 14 saylı Regional Ərazi Filialının direktoru A.Hacıyev tərəfindən artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati akt qeyri-qanunidir. Belə ki, keçirdiyi xəstəliyə görə ona 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi və əlilliyə görə əmək pensiyasına çıxarılması onun təqsiri deyil, cavabdeh təşkilatın tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin günahıdır. İddiaçıya təyin edilmiş əlilliyin düzgün olmaması və həmin düzgün olmayan əlilliyə görə ödənilməsi qanunsuz hesab edilən məbləğə görə o deyil, həmin əlilliyi təyin edən qurum məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli **********6 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçıya Dövlət Sosial X5 rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 13.08.2018-ci il tarixli qərarı ilə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlillik dərəcəsinin etibarsız edilməsi barədə Tibbi-Sosial Ekspertiza və X4 (TSERAS) məlumat yerləşdirildiyindən, təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Əlillik etibarsız hesab olunduğu üçün nəticədə iddiaçıya 8.412,85 manat məbləğdə artıq ödəmə yaranmışdır və Fondun 14 saylı regional ərazi filialı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən pul tələbinə dair qərar qəbul edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əlilliyin müəyyən edilməsi Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. İddiaçının əlilliyinin müəyyən olunmasına dair TSEK-in qərarı əsasında Fondun 14 saylı regional ərazi filialı tərəfindən 03.04.2018-ci ildə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin, sonradan X2 38 (göndəriş) etibarsız hesab edildiyi üçün əlillik ləğv olunmuşdur. Beləliklə, əlilliyin təyin olunması üçün əsas olan Forma 88 olmadığı üçün əmək pensiyasının ödənişi Filial tərəfindən Əsasnaməsinin 3.1.3- cü bəndinə əsasən dayandırılmışdır. Etibarsız Forma 88 əsasında pensiya ödənişin aparılması əsassız (artıq) olaraq ödəniş edilməsinə səbəb olmuşdur. Filial tərəfindən Əsasnaməsinin 3.1.3-cü bəndinə əsasən, həmin məbləğin tələb edilməsinə dair müvafiq tədbir görülməsi məqsədi ilə İnzibati icraat haqqında qanunun 82-ci maddəsinin tələbləri nəzərə alınmaqla “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında **********9 nömrəli, 29.03.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Qeyd olunanların qarşılıqlı təhlilindən də göründüyü kimi Fondun 14 saylı regional ərazi filialı pul tələbinə dair qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət etmiş və haqlı olmuşdur. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-923/2021 tarixli, 19.10.2021-ci il saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-923/2021 tarixli, 19.10.2021-ci il saylı qərarı ilə maddi və prosessual hüquq normalarının pozulduğu və düzgün tətbiq edilmədiyini, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmadığını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını qeyd etmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-923/2021 tarixli, 19.10.2021-ci il saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-923/2021 tarixli, 19.10.2021-ci il saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-923/2021 tarixli, 19.10.2021-ci il saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Dövlət Sosial X5 rayon şöbəsinin 14.06.2018-ci il tarixli, 365 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 13.03.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 29.03.2021-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlilliyinin etibarsız edilməsinə dair Tibbi-Sosial Ekspertiza və X4 (TSERAS) məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən, iddiaçının əlilliyinin qeyriqanuni olduğu müəyyən edilmiş və ona pensiya ödənilməsi 01.07.2020-ci il tarixdən dayandırılmışdır. Pensiyanın təyin olunduğu 13.08.2018-ci il tarixdən 30.06.2020-ci il tarixədək iddiaçıya ümumilikdə qanunsuz olaraq 8.412.85 (səkkiz min dörd yüz on iki manat səksən beş qəpik) manat məbləğdə vəsait ödənilmişdir. Qeyd olunan vəsaitin Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi barədə Fondun 14 saylı regional ərazi filialı tərəfindən qəbul olunmuş qərarı məlumat üçün iddiaçıya göndərilmişdir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən 29.03.2021-ci il tarixli **********9 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla xx.xx.1985-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayon R.Behbudov küçəsi ev 05 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı 13.08.2018-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş cəmi 8.412,85 manat (səkkiz min dörd yüz on iki manat səksən beş qəpik) məbləğdə əmək pensiyasının tələb edilərək 10 gün müddətində Qəbələ şəhəri, Z.Əliyeva -8 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş ürə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 82.3.1, 82.3.2 və 82.3.3-cü maddələrinə istinad etmişdir. Lakin məhkəmə “İnzibati icraat haqqında” Qanunun qeyd olunan maddələrinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtləri qərarında göstərməmişdir. “İnzibati icraat haqqında” Qanunun 82.3.1, 82.3.2 və 82.3.3-cü maddələrinə istinad edən birinci instansiyası məhkəməsi həmin normalara hazırkı mübahisənin məqsədləri üçün o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. Bununla baglı razılaşmayan kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadıgı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın pul tələbinin icraya yönəldilməsi barədə **********9 nömrəli, 29.03.2021-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki apellyasiya şikayəti əsaslıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-923/2021 tarixli, 19.10.2021-ci il saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 14 saylı regional ərazi filialının direktoru A.Hacıyev tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyasının İddiaçı tərəfindən geri qaytarılması” haqqında **********9 nömrəli, 29.03.2021-ci il tarixli qərar ləğv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-923/2021 tarixli, 19.10.2021-ci il saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin 13 saylı Regional Ərazi X1 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-78/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-78/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver