Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-79/2024 27.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “X5 adına verilmiş JN-102G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2-1(116)-1926/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “X5 adına verilmiş JN-102G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsinin və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1926/2023 nömrəli qərardadı ilə iş üzrə X13, X12, X6, X3, Hacıyeva (Əliyeva) Təranə Tofiq qızı, X14 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı JN-001F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsinin ayrılmasını bildirərək, həmin torpaq sahəsinə dair tərtib edilmiş JN-İ02G saylı Şəhadətnamənin qismən ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.
4. İddiaçı tələb hüququnu sözügedən torpaq sahəsinin 1990-cı ilin fevral ayında keçmiş Xanlar adına kolxoz üzvlərinin ümumi yığıncağının qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılması, həmin torpaq sahəsinin keçmiş Xanlar adına kolxozun məsul vəzifəli şəxsləri tərəfindən 24 aprel 1991-ci il tarixdə iddiaçıya tanıdılaraq ona verilməsi, həmçinin aqrar islahat aparılan zaman adının siyahıya daxil edilməsi və ona bu barədə 27 iyun 2000-ci il tarixdə JN-001F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi ilə əsaslandırmışdır.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, X13 və ailə üzvlərinin adına tərtib edilmiş JN-İ02G saylı, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi və iddiaçı X8 adına "tərtib edilmiş JN-001F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeyd edilən JN-102G saylı, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 1,30 ha torpaq sahəsinin 0,10 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət, qeydiyyatına alınması, “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri" X19 9 saylı Qəbələ Ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası mümkün olmamışdır.
6. İddiaçı adına tərtib edilmiş JN-001F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının iddia etdiyi JN001F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeyd edilən 0,10 ha torpaq sahəsinin JN-102G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən 1,30 ha torpaq sahəsinin eyni ərazi olub-olmadığını müəyyən etmək mümkün deyil.
7. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs və vəkili (nümayəndəsi) iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 noyabr 2023-cü il tarixli 2- 1(116)-1926/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona JN-001F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Hesab etmişdir ki, həmin torpaq sahəsinə dair tərtib edilmiş JN-102G saylı şəhadətnamə qismən ləğv edilməli və torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Həmin torpaq sahəsi 1990-cı ilin fevral ayında keçmiş Xanlar adına kolxoz üzvlərinin ümumi yığıncağının qərarına əsasən, fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır, həmin torpaq sahəsi keçmiş Xanlar adına kolxozun məsul vəzifəli şəxsləri tərəfindən xx.xx.1991ci ildə ona tanıdılaraq verilmişdir, həmçinin aqrar islahat aparılan zaman adı siyahıya daxil edilmiş və ona bu barədə xx.xx.2000-ci ildə JN-001F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin elektron bazada qeyd edilməməsi cavabdehin səhlənkarlığının nəticəsidir. Hesab etmişdir ki, inzibati akta münasibətdə MPM-in tətbiq edilməsi ədalət mühakiməsinin tələblərinə cavab vermir. İddia müddəti şəxsin öz hüquqlarının pozulmasını bildiyi andan hesablanmalıdır. AİK-nın hüquqi varisinin müəyyən edilməməsi DƏDKR-nin bu iş üzrə tərəf olmasını istisna etmir. Ona görə də apellyasiya şikaəytinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2-1(116)-1926/2023 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikaəytinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2-1(116)- 1926/2023 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X13 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2- 1(116)-1926/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X16 təqdim edilmiş mütəxəssis rəyinə uyğun izahat verdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X12, X6, X3, Hacıyeva (Əliyeva) Təranə Tofiq qızı, X14 və X7 məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - JN-001F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı 0,10 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-271/2010 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN102G saylı şəhadətnamə ilə iddiaçı X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,30 hektar torpaq sahəsinin 0,38 hektar torpaq sahəsi üzərində cavabdehlər İddiaçı, X9 və onların digər ailə üzvləri tərəfindən pozulmuş mülkiyyət hüquqları bərpa edilmiş, cavabdehlər İddiaçı, X9 və onların ailə üzvlərinin həmin torpaq sahəsindən məcburi çıxarılaraq torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə olunmasında cavabdehlər və onların ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulması və digər məsələlər qərara alınmışdır. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il XQ(025)-106/2023 nömrəli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin iddiaçı X5 cavabdehlər İddiaçı və X4 qarşı olan xx.xx.2010-cu il tarixli 2(025)-271/2010 saylı qətnaməsi xx.xx.2010-cu il tarixində qanuni qüvvəsini almışdır. - xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Qəbələ rayon Mirzəbəyli kəndində yerləşən 1,3 ha torpaq sahəsi üzərində X13, X12, X6, X3, Hacıyeva (Əliyeva) Təranə Tofiq qızı, X14 və X1 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - JN-102G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə X13 və və ailə üzvlərinə (X12, X6, X3, X10, X14 və X7) 1,3 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1385/2023 nömrəli məktubuna əlavə olunmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarından çıxarışdan görünür ki, Xanlar adına kolxozda aparılan torpaq islahatı ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitututu Qəbələ rayonlararası Yerquruluşu İdarəsi tərəfindən işlənib hazırlanmış kompleks Yerquruluşu layihəsi və Qəbələ rayon Xanlar adına kolxoz X24 Komissiyasının xx.xx.1998-ci il tarixli 5 saylı qərarı təsdiq edilmişdir. Həmin məktuba əlavə olunmuş Qəbələ rayonu Corlu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı adının qarşısında zəbt olunan torpaq sahəsi qrafasında 0,31 ha torpaq sahəsi qeyd olunmuşdur. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının icrası məqsədilə cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 31 yanvar 2024-ci il tarixdə Qəbələ rayonu Mİrzəbəylı kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, **********69 nömrəli çıxarış ilə X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,30 ha torpaq sahəsi Qəbələ rayon Mirzəbəyli kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində, təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı olan ərazidə yerləşir. **********69 nömrəli çıxarış ilə X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,30 hektar torpaq sahəsi faktiki naturada ölçülmüş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı adına tərtib edilmiş JN-001F nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,10 hektar torpaq sahəsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 9 saylı Qəbələ Ərazi İdarəsinin elektron bazasında məlumat olmadığına görə JN- 102G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Qəbələ Rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 9 saylı qərarı ilə X11 və ailə üzvlərinə verilmiş 1,30 ha torpaq sahəsi ilə üst-üstə düşməyini müəyyən etmək mümkün deyildir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
24. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, İş materiallarından görünür ki, iddiaçı ilə üçüncü şəxslər arasında sözügedən torpaq sahəsi ilə bağlı mübahisə mövcud olmuş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-271/2010 nömrəli qətnaməsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN102G saylı şəhadətnamə ilə iddiaçı X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,30 hektar torpaq sahəsinin 0,38 hektar torpaq sahəsindən cavabdehlər İddiaçı, X9 və onların ailə üzvlərinin çıxarılması qət edilmişdir. Yəni, faktiki olaraq iddia olunan torpaq sahəsinin JN- 102G saylı şəhadətnamə ilə üçüncü şəxslərin mülkiyyətinə verilməsi iddiaçıya hələ 2010cu ildən məlum idi. Belə olan halda iddiaçı, JN-102G saylı şəhadətnaməni və onun verilməsinə əsas olmuş qərarı yuxarıda qeyd edilmiş müddət ərzində mübahisələndirməli idi. İddia tələbinin “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş 1,3 ha torpaq sahəsinin tərkibində olduğundan, iddiaçı JN-102G saylı şəhadətnamənin mübahisələndirilməsi ilə bağlı mübahisənin müsbət həllinə nail olduqdan sonra, sözügedən çıxarışın da həmin hissədə ləğvinə nail olmalıdır. Yalnız bundan sonra iddiaçının JN-001F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbinə mahiyyəti üzrə baxıla bilər.
25. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
26. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
27. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
28. Belə ki, iş materiallarından görünür ki, JN-001F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı 0,10 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-271/2010 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN102G saylı şəhadətnamə ilə iddiaçı X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,30 hektar torpaq sahəsinin 0,38 hektar torpaq sahəsi üzərində cavabdehlər İddiaçı, X9 və onların digər ailə üzvləri tərəfindən pozulmuş mülkiyyət hüquqları bərpa edilmiş, cavabdehlər İddiaçı, X9 və onların ailə üzvlərinin həmin torpaq sahəsindən məcburi çıxarılaraq torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə olunmasında cavabdehlər və onların ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulması və digər məsələlər qərara alınmışdır. JN-102G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə X13 və və ailə üzvlərinə (X12, X6, X3, X10, X14 və X7) 1,3 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı isə JN-102G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tərtibatı zamanı ona məxsus torpaq sahəsinin bir hissəsinin səhvən üçüncü şəxslərin adına işlənməsini mübahisləndirmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı da izahatında bildirdi ki, o, Aqrar İslahat Komissiyasının qərarını yox, JN-102G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona məxsus olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişdir. Yəni, iddiaçı inzibati orqanın hərəkətindən şikayət edərək, JN- 102G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona məxsus olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişdir. Hazırkı iddia tələbi ilə iddiaçı tərəfindən Aqrar İslahat Komissiyasının qərarı mübahisləndirilməmiş, iddia tələbi cavabdeh inzibati orqanın hərəkəti ilə bağlı olmuş, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin üçüncü şəxslərə məxsus olan JN-102G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə işlənməsi və həmin şəhadətnamənin ona məxsus olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsindən ibarət olmuşdur.
30. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilk öncə iddiaçının hüquqi marağının nədən ibarət olması, hansı arzuladığı inzibati aktın qəbul edilməsini müzakirə etməli, bundan əlavə inzibati orqan tərəfindən iddiaçıya və üçüncü şəxslərə torpaq sahəsinin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin mövcud olub-olmamasının yoxlanılması, həmçinin iddiaçıya və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, əgər üst-üstə düşürsə hansı hissələrdə düşməsi, torpaq sahələrinin harada yerləşməsi, inzibati orqan tərəfindən üçüncü şəxslərə verilmiş çıxarışın düzgün qeydiyyata alınıb-alınmaması araşdırılmalı idi.
31. Lakin, İPM-in 12 ,13-cü və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, Aqrar İslahat Komissiyasının qərarına əsaslanaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.
32. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2-1(116)-1926/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.