Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-8/2020 22.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7rşı "Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)929/2018 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxxxx 2018-ci il tarixli 2- 1(84)-929/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, xidmət haqqı və dövlət rüsumu İddiaçı tərəfindən ödənildikdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 üzərinə qoyulması, İddiaçı 60 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. işin halları: İddiaçı Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edərək sahibkarlıq məqsədilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərbində "xxxx" ASC-nin icarəsinə verilmiş 0,44 ha dövlət asudə fond torpağının "xxxx" ASC-nin idarə heyətinin sədrinin razılığına əsasən uzun müddətli icarə qaydasında istifadəsinə verilməsini xahiş etmişdir. İddiaçının müraciəti ilə əlaqədar onun iştirakı ilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərbindən, Kiş çayının istinad divarlarına yaxın ərazidən, boş və istifadəsiz olan dövlət ehtiyat fondu torpaqlarından 0,44 ha torpaq sahəsi seçilərək sahəni seçmə aktı tərtib edilmiş və həmin akt müvafiq təşkilatların nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Şəki ŞİH başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə iddiaçıya sözügedən ərazidən 0,44 ha torpaq sahəsi ayrılmış və onunla Şəki ŞİH arasında xx.xx.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. İddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin planı Şəki ŞİH Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli **********30 nömrəli məktubla bildirmişdir ki, ərizəyə 0,44 ha torpaq sahəsinin icarə qaydasında ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı, xx.xx.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi və baş memar tərəfindən təsdiq edilmiş yerləşmə sxemi əlavə edilsə də, torpaq sahəsi barədə müvafiq dövlət qurumları tərəfindən verilməli olan rəylər təqdim edilməmiş və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun olaraq qeydiyyat üçün tələb olunan sənədlər, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqı idarəyə təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə "xxxx" ASC-nin icarəsinə verilmiş 0,44 ha torpaq sahəsi istifadə olunmadığı üçün bu sərəncamın 1-ci bəndi ilə geri alınmışdır. Bundan sonra o, Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edərək sahibkarlıq məqsədilə 0,44 ha dövlət asudə fond torpağının uzun müddətli icarə qaydasında istifadəsinə verilməsini xahiş etmişdir. Onun iştirakı ilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərbindən, Kiş çayının istinad divarlarına yaxın ərazidən, boş və istifadəsiz olan dövlət ehtiyat fondu torpaqlarından 0,44 ha torpaq sahəsi seçilərək sahəni seçmə aktı tərtib edilmiş və həmin akt Şəki ŞİH (Şəki ŞİHB-nın birinci müavini və şəhərin baş memarı), DTXK-nin Şəki rayon şöbəsi, 9 saylı ərazi X3 şöbəsi, 9 saylı kabel sahəsi, X9 və X5 İdarəsi tərəfindən imzalanaraq möhürlənmişdir. Şəki ŞİH başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə ona 0,44 ha torpaq sahəsi ayrılmış və onunla Şəki ŞİH arasında xx.xx.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Həmçinin ona ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin planı Şəki ŞİH Memarlıq və Tikinti Şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Lakin cavabdeh həmin torpaq sahəsi üzərində icarə hüquqlarını torpaq sahəsi barədə müvafiq dövlət qurumları tərəfindən verilməli olan rəylərin təqdim edilməməsi və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi səbəbindən imtina etmişdir. Halbuki torpaq sahəsinin ayrılmasına dair seçmə aktı tərtib edilərkən müvafiq təşkilatlardan rəylər alınmışdır. Həmçinin elektrik xəttinin keçməsi torpaq sahəsi üzərində hüquqların qeydiyyatından imtina üçün əsas deyildir. İddiaçı məhkəmə iclasında əlavə olaraq bildirdi ki, o, icarəsində olan torpaq sahəsi üçün dövlətə vergi ödəyir. Əgər həmin torpaq sahəsi ayrılarkən ƏMDK-nin rəyi yoxdursa, ƏMDK torpaq sahəsinin vergisini qəbul etməməli idi və onun adına torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərinin ləğvi ilə məhkəmədə iddia qaldırmalı idi. Halbuki bu günədək ƏMDK buna etiraz etməmiş və nəticə etibarı ilə torpaq sahəsinin ayrılmasına razı olmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı ərizəyə 0,44 ha torpaq sahəsinin icarə qaydasında ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı, xx.xx.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi və baş memar tərəfindən təsdiq edilmiş yerləşmə sxemi əlavə etsə də, torpaq sahəsi barədə müvafiq dövlət qurumları tərəfindən verilməli olan rəylər olmadığından və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşdüyündən tikinti altına icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən yüklülük çıxarışının verilməsi mümkün olmamışdır. Həmçinin torpaq sahəsi tikinti məqsədləri üçün ayrıldığından FHN Dövlət X1 rəyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "Kadastr və X2 Mərkəzi" MMC-nin yerquruluşu planı və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin razılıq məktubu təqdim edilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxxxxx 2018-ci il tarixli, 2- 1(107)-668/2018 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)-929/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(102)-911/19 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-668/2018 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. DƏDRX-in 12 saylı Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)-929/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslanmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bildiririk ki , 0.44 ha torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq institutunun X6 ərazisindən ayrılaraq 0.1250 ha hissəsi 6 kv-luq X4 Xəttinin mühafizə zonasında yerləşdiyindən və torpaq sahəsinin ayrılmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqlarının Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin rəyi olmadığından vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)-929/2018 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatları: Məhkəmə kolegiyasının iclaslarında iştirak etmiş İddiaçı iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: - Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı; - Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı; - Şəki ŞİH arasında xx.xx.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi; - İddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin planı və sxematik planı; - Şəki ŞİH-nin xx.xx.2018-ci il tarixli 2/1254 nömrəli məktubu; - "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 03/7/1311 nömrəli məktubu; - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********49 nömrəli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyi; - DƏDRX-nin 12 saylı X10 xx.xx.2018-ci il tarixli **********30 nömrəli məktubu və xx.xx.2018ci il tarixli **********29 nömrəli etirazı. əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-1(84)-424/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-nin 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş üzrə Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli, 2-1(102)-911/2019 saylı qərarında qeyd edilir ki, “işin hallarından göründüyü kimi, iddiaçı Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 01 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etmişdir. İddianın təmin edilməli olduğuna dair mövqeyini apelyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, hazırkı torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi üçün FHN Dövlət X1 rəyinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "Kadastr və X2 Mərkəzi" MMCnin yerquruluşu planının və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin razılıq məktubunun tələb edilməsi nəzərdə tutulmamışdır. Həmçinin, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların icarədə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iddiaçının tələbi 0,44 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşdən isə görünür ki, məhkəmə həmin tələbin əsaslılığına qiymət verərkən torpağın kateqoriyasını və bundan irəli gələn torpaqdan istifadə qaydalarına dair qanunvericilikdə təsbit olunmuş tələbləri nəzərə almamışdır.” Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti mahiyyət etibarı ilə əsaslı olduğundan uğurlu sayılmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh öz etirazını aşağıda göstərilən iki dəlillə əsaslandırmışdır: 1) müvafiq dövlət qurumları (ƏMDK-nin rəyi, FHN Dövlət X1 rəyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "Kadastr və X2 Mərkəzi" MMC-nin yerquruluşu planı və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin razılıq məktubu) tərəfindən verilməli olan rəylərin təqdim edilməməsi; 2) torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi. İmtinanın birinci dəlili üzrə məhkəmə qeyd edir ki, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1999-cu il tarixli 116 nömrəli Fərmanının 2-ci bəndinin 4-cü abzasının xx.xx.2016-cı ilədək olan redaksiyasında deyilirdi ki, həmin Qanunun 10cu maddəsinin ikinci və altıncı hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Məhkəmə qeyd edir ki, əvvəla, hazırkı torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi üçün cavabdehin etirazında qeyd etdiyi FHN Dövlət X1 rəyinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "Kadastr və X2 Mərkəzi" MMC-nin yerquruluşu planının və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin razılıq məktubunun tələb edilməsi nəzərdə tutulmamışdır. ƏMDK-nin rəyinin tələb olunması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin sorğusuna əsasən, Şəki Şəhər İcra Hakimiyyətindən alınmış xx.xx.2018-ci il tarixli 2/1254 nömrəli cavab məktubundan görünür ki, Şəki ŞİHB-nın xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmiş 0,44 ha torpaq sahəsi əvvəllər Şəki ŞİHB-nın xx.xx.2008-ci il tarixli 1/346 nömrəli sərəncamı ilə "xxxx" ASC-yə verilmiş və torpaq sahəsi barədə müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə sahəni seçmə aktı tərtib olunaraq möhür və imzalarla təsdiq olunmuşdur. Sonradan "xxxx" ASC-nin idarə heyətinin sədri həmin torpaq sahəsinin geri qaytarılması barədə Şəki ŞİHB-na xx.xx.2016-cı il tarixli 01 nömrəli məktubla müraciət etmiş və icarəyə götürüldükdən sonra heç bir tikinti işləri aparılmayan ərazinin yenidən aidiyyəti dövlət qurumları ilə razılaşdırılmasına ehtiyac olmadığından, Şəki ŞİHB-nın xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə həmin ərazi iddiaçının icarəsinə verilmişdir. Həmçinin dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Sonradan "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər. Göründüyü kimi, yuxarıda qeyd edilən torpaq sahəsi iddiaçıya ayrılarkən ƏMDK-nin rəyinə ehtiyac olmamışdır. Bundan əlavə, məhkəmənin qənaətinə görə, mübahisəli torpaq sahəsi ayrılarkən ƏMDK-nin rəyi alınmadığı halda, Əmlak Məsələləri Dövlət Komitəsi Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının və Şəki ŞİH ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə hesab edir ki, torpaq sahəsi icarəyə verilərkən ƏMDK-nin rəyinin alınması iddiaçının vəzifəsi deyildir. Bundan başqa, iddiaçının sözegedən torpaq sahəsindən səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və qanuni gözləntisi, habelə gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri mülkiyyət hüququnu təşkil edir. Belə ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanın mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, Mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hаzırkı işlə əlaqədar Аvrоpа Məhkəməsinin "İnsаn Hüquqlаrının və Əsаs Azаdlıqlаrın Müdаfiəsi hаqqındа" Аvrоpа Kоnvensiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin mənаsı bаxımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışının tətbiqi təcrübəsi ilə bаğlı presedentlərinə istinаd etməyi zəruri hesаb edir. Belə ki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 148-ci mаddəsinə və "Nоrmаtiv hüquqi aktlаr hаqqındа" Аzərbаycаn Respublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən, beynəlxаlq müqаvilələr Аzərbаycаn Respublikаsı qаnunvericilik sisteminin tərkib hissəsidir. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən, Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvensiyаnın (Аvrоpа Kоnvensiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində deyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаneəsiz həyаtа keçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bаxımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər genişdir. İqtisаdi mаrаqlаrın geniş spektri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qeyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyаtınа аlınmış hüquqlаrın deyil, eyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul edir. "The Trаktоrer İsveçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Аvrоpа Kоnvensiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. Hazırkı mübahisədə iddiaçının sözügedən torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı və Şəki ŞİH arasında xx.xx.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsaslanmışdır. Belə olan halda, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İmtinanın ikinci dəlili ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İşdə olan torpaq sahəsini seçmə aktından görünür ki, İddiaçı iştirakı ilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərbindən, Kiş çayının istinad divarlarına yaxın ərazidən, boş və istifadəsiz olan dövlət ehtiyat fondu torpaqlarından 0,44 ha torpaq sahəsi seçilərək sahəni seçmə aktı tərtib edilmiş və həmin akt Şəki ŞİH (Şəki ŞİHB-nın birinci müavini və şəhərin baş memarı), DTXK-nin Şəki rayon şöbəsi, 9 saylı ərazi X3 şöbəsi, 9 saylı kabel sahəsi, X9 və X5 İdarəsi tərəfindən imzalanaraq möhürlənmişdir. İşdə olan Şəki ŞİH başçısının xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla İddiaçı Şəki şəhəri S.Mümtaz küçəsinin qərbindən, Kiş çayının istinad divarlarına yaxın ərazidən, boş və istifadəsiz olan dövlət ehtiyat fondu torpaqlarından 0,44 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan iddiaçı ilə Şəki ŞİH arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, həmin müqavilə 0,44 ha torpaq sahəsinin icarəyə verilməsi üçün İddiaçı ilə Şəki ŞİH arasında bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********49 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş sxemdən görünür ki, İddiaçı istifadəsində olan 0,44 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X=681375.1927 Y=4563069.4584 X=681372.0156 Y=4563055.3308 X=681309.3850 Y=4563072.7209 X=681313.2601 Y=4563089.5870 X=681320.4668 Y=4563121.2889 X=681323.6790 Y=4563135.7483 X=681387.6135 Y=4563124.0276 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji norma "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdir. Göründüyü kimi, Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı və iddiaçı ilə Şəki ŞİH arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas verir. İşdə olan DƏDRX-nin 12 saylı X10 xx.xx.2018-ci il tarixli **********30 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. İşdə olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 03/7/1311 nömrəli məktubundan görünür ki, müraciətdə göstərilən ərazidən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. Məhkəmə tərəfindən sorğu edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış xx.xx.2018-ci il tarixli **********49 nömrəli məktuba əlavə edilən mütəxəssis rəyindən və sxemlərdən görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin 0,10 ha hissəsi 10KV-luq elektrik xəttinin mühafizə zolağına düşür. Şəki şəhərinin DWG xəritəsi olmadığından həmin ərazidə hal-hazırda olan elektrik xəttinin əvvəllərdə olub-olmamasını aydınlaşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsində deyilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsin gəldiyi hüquqi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.(2-ci maddə). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. (12.1-ci maddə). İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.(23-cü maddə) Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra- Mülki Məcəllə) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Həmin hallar aşağıdakılardan ibarətdir: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra-Torpaq Məcəlləsi) 4-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı-torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii - təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmazəmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. Mövcud qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında ifadə edilən hüquqi mövqeyinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı işdə olan, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, iddiaçıya icarəyə verilən ərazidə boş və istifadəsiz olan torpaq sahəsi dövlət ehtiyat fondu torpaqlarına aiddir. Torpaq Məcəlləsinin 33.4 və 33.5-ci maddələrində isə təsbit edilmişdir ki, ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Qeyd olunmalıdır ki, iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamda icarəyə verilən torpağın ehtiyat fondu torpaqlarına aid olması qeyd edilmişdir. Həmin torpaq sahəsinin müvafiq kateqoriyaya keçirilməsi barədə işdə heç bir sübut yoxdur. Halbuki, ehtiyat fondu torpaqlarının müvafiq kateqoriyaya keçirilmədən istifadəyə, yaxud icarəyə verilməsi qanunun tələblərinə ziddir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli, 2-1(102)-911/2019 saylı qərarında qeyd etmişdir ki, təkrar apelyasiya baxışı zamanı iddiaçıya sahibkarlıq məqsədi ilə icarəyə verilən ehtiyat fondu torpağının müvafiq kateqoriyaya keçirilməsi yoxlanılmalı, eləcə də iddia tələbinin əsaslılığına həmçinin torpaqların məqsədli təyinatı və hüquqi rejimi ilə bağlı müddəalar nəzərə alınmaqla qiymət verilməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Şəki Apelyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mübahisə predmeti olan 0,44 ha torpaq sahəsində yerləşən Dayaq Məntəqəsinin şəhərin digər ərazisinə köçürülməsi və həmin ərazidəki torpaqların kateqoriyalarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında müvafiq vəsatət qaldırılması barədə Şəki Şəhər İcra Hakimiyyətindən sorğuya cavab alınanadək iş üzrə icraat dayandırlmış, lakin Şəki Şəhər İcra Hakimiyyətdən məhkəmə kollegiyasına daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 1/1217 saylı məktubundan görünür ki, həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək Şəki Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə vəsatət təmin edilməmiş və həmin ərazidə olan 0,44 ha torpaq sahəsi dövlət (ehtiyyat) fond torpaqlarına aid olaraq qalmışdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Cavabdehin imtina üçün göstərdiyi dəlillər işin araşdırılan halları və mövcud qanunvericilik normalarına uyğundur. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, ləğv edilməli, yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7rşı "Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)-929/2018 sаylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7rşı "Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri S.Mümtaz küçəsi) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikаyət verilə bilər. Qərardan şikayət verilməzsə, onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2-1(107)-8/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-8/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver