Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-8/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “onlara verilmiş 0,10 ha və 0,25 ha torpaq sahələrinin qeydiyyata alınaraq müvafiq plan və ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-32/2022 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onlara verilmiş 0,10 ha və 0,25 ha torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən qeydiyyata alınaraq müvafiq plan və ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. İddia ərizəsinin əsaslarına görə, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli qərarı ilə mərhum X3 1,35 ha torpaq sahəsinə dair şəhadətnamə verilmişdir. Torpaq sahəsi barəsində Zaqatala RİH başçısının xx.xx.1997-ci il tarixli 1665 nömrəli sərəncamından çıxarışla da torpaq sahəsinin verilməsi tam təsdiq olunur. Bundan əlavə xx.xx.1997-ci il tarixdə aktla torpaq sahəsi təhvil verilmişdir. X5 2002-ci ildə vəfat etmişdir. İddiaçılar yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərə istinad edərək onlara ayrılmış 0,10 ha və 0,25 ha torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onların müraciəti təmin edilməmişdir.
3. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim olunmuş elektron baza məlumatlarında (vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair elektron baza məlumatlarında (DBF siyahılarında)), elektron xəritələrdə və arxiv fondunda iddiaçılara məxsus 0,10 ha və 0,25 ha torpaq sahələri barədə məlumat aşkar edilməmişdir. Zaqatala rayonu Yuxarı Tala kəndində X5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin qərar əsasında ləğv edilmiş DTXK tərəfindən onların adına JN-0762 nömrəli Dövlət aktı tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli 2V-1211 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən həmin 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 2/5 hissə İddiaçı1, 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 1/5 hissə İddiaçı4 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
4. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri əlavə edərək yenidən müraciət ediləcəyi təqdirdə həmin daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxılacaqdır.
5. Birinci instansiya məhkəməsinin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli etiraz məktubunda iddiaçılara verilmiş imtina məktubunda göstərilənlər qeyd edilmiş və qanunamüvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 6 aprel 2022-ci il tarixli 2- 1(116)-32/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin qərardan apellyasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə X10 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçılar tərəfindən iddia edilən 0,10 ha və 0,25 ha torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərə mailk olmadıqlarını qeyd edərkən işə əlavə edilmiş mötəbər sübutları obyektiv araşdırmamışdır. Belə ki, X10 74 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışına görə Maqov kəndində X8 təsərrüfatında olmuş, 1982-ci ildə təsərrüfatdan çıxmış yaşamaq üçün Bakı şəhərinə getmişdir. Hal-hazırda da Bakı şəhərində yaşayır. xx.xx.2019-cu il tarixli digər Arxiv arayışında X1 ailə tərkibi 1982-ci ildə yalnız özündən ibarət olmuşdur. xx.xx.2019-cu il tarixli 16 saylı arxiv arayışından görünür ki, X1 1918-ci ildə yaşayış evi olmuşdur. Həmin yaşayış evinin torpaq sahəsi 0,02 ha təşkil edir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-32/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-32/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-32/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-32/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxamayaraq digər iddiaçılar İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.1997-ci ildə tərtib edilmiş aktın surətində qeyd edilir ki, Yuxarı Tala kəndindəki həmişəlik istifadədə olan torpaqdan 1,07 ha torpaq sahəsi ayıraraq fermer təsərrüfatı yaratmaq üçün X3 təhkim edilmişdir. - Zaqatala RİH başçısının xx.xx.1997-ci il tarixli 1665 nömrəli sərəncamından çxıarışda qeyd edilir ki, Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” adına kolxozun bazasında fermer təsərrüfatı yaratmaq məqsədilə 1,25 ha torpaq sahəsi tələbi ilə əlaqədar fermer təsərrüfatının başçısı X2 xx.xx.1997ci il tarixli 478/i nömrəli vəsatəti və “Sabir” kolxozu AİK-nın xx.xx.1996-cı il tarixli 1 saylı püşkatma protokolu nəzərə alınsın. Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” kolxozunun torpaq islahatı yerquruluşu layihəsinə uyğun 0,18 ha qarışıq bağ, 1,07 ha əkin sahəsi X4 mülkiyyətinə verilsin. - Zaqatala rayonu Yuxarı Tala kənd ərazi dairəsinin cavabdeh orqan təqdim etdiyi xx.xx.2018-ci il tarixli 971 nömrəli arayışında qeyd edilir ki, Yuxarı Tala kənd inzibati ərazi dairəsinin 25 nömrəli təsərrüfatbaşına kitabının 87-ci səhifəsində İddiaçı1 mərhum anası X2 adına 1925-ci ildə tikilmiş fərdi yaşayış evi və 0,10 ha həyətyanı torpaq sahəsi vardır. - JN-0762 nömrəli Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsi İddiaçı1, hər birinə 1/5 hissə olmaqla isə İddiaçı2, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətinə verilmişdir. - Zaqatala rayonu X12 xx.xx.2021-ci il tarixli 56 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 həyətyanı torpaq sahəsi hasara alınıb. Həyətində yaşayış evi, mal tövləsi və altıaçıq var. Bələdiyyədə olan məlumata görə İddiaçı1 əvvəllər qonşusu ilə torpaq mübahisəsi olub. Həmin ərazinin yerquruluşu xəritələri X13 yoxdur. - Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi məhkəmənin sorğusunda xx.xx.2021-ci il tarixli 49 nömrəli cavab məktubunda bildirmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kənd sakini İddiaçı1 20212025-ci illərin 26 nömrəli təsərrüfatbaşına uçot kitabının 62-ci səhifəsinin qeydlərinə əsasən onun adına 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində kürsülü fərdi yaşayış evi, mal tövləsi və altıaçıq vardır. Həyətyanı torpaq sahəsi hasara alınmışdır. Aparılmış şifahi sorğu qeydlərinə əsasən hal-hazırda qonşusu X10 ilə torpaq mübahisəsi var. - Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən İddiaçı1 iddia etdiyi 0,10 ha torpaq sahəsi üçüncü şəxs X10 tərəfindən istifadə edilmir və iddia olunan 127 kv.m torpaq sahəsinin 115 kv.m hissəsi üçüncü şəxs X6 adına ********** qeydiyyat nömrəli çıxarış sənədi ilə rəsmiləşdirilmiş 0.105 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qalan 12 kv.m hissəsi ümumi istifadədə olan yola düşür. İddiaçı1 iddia etdiyi faktiki 127 kv.m həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir; 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; 13.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, xx.xx.1997-ci ildə tərtib edilmiş akta əsasən, Yuxarı Tala kəndindəki həmişəlik istifadədə olan torpaqdan 1,07 ha torpaq sahəsi ayıraraq fermer təsərrüfatı yaratmaq üçün X3 təhkim edilmişdir. Zaqatala RİH başçısının xx.xx.1997-ci il tarixli 1665 nömrəli sərəncamından çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” adına kolxozun bazasında fermer təsərrüfatı yaratmaq məqsədilə 1,25 ha torpaq sahəsi tələbi ilə əlaqədar fermer təsərrüfatının başçısı X2 xx.xx.1997-ci il tarixli 478/i nömrəli vəsatəti və “Sabir” kolxozu AİK-nın xx.xx.1996-cı il tarixli 1 saylı püşkatma protokolu nəzərə alınmış, Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” kolxozunun torpaq islahatı yerquruluşu layihəsinə uyğun 0,18 ha qarışıq bağ, 1,07 ha əkin sahəsi X4 mülkiyyətinə verilmişdir. Zaqatala rayonu Yuxarı Tala kənd ərazi dairəsinin cavabdeh orqana təqdim etdiyi xx.xx.2018-ci il tarixli 971 nömrəli arayışa əsasən, Yuxarı Tala kənd inzibati ərazi dairəsinin 25 nömrəli təsərrüfatbaşına kitabının 87-ci səhifəsində İddiaçı1 mərhum anası X2 adına 1925-ci ildə tikilmiş fərdi yaşayış evi və 0,10 ha həyətyanı torpaq sahəsi vardır. JN-762 nömrəli Dövlət aktına əsasən, Zaqatala rayonu AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsi İddiaçı1, hər birinə 1/5 hissə olmaqla isə İddiaçı2, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətinə verilmişdir. Zaqatala rayonu X12 xx.xx.2021-ci il tarixli 56 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 həyətyanı torpaq sahəsi hasara alınıb. Həyətində yaşayış evi, mal tövləsi və altıaçıq var. Bələdiyyədə olan məlumata görə İddiaçı1 əvvəllər qonşusu ilə torpaq mübahisəsi olub. Həmin ərazinin yerquruluşu xəritələri X13 yoxdur. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi məhkəmənin sorğusunda xx.xx.2021-ci il tarixli 49 nömrəli cavab məktubunda bildirmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kənd sakini İddiaçı1 2021-2025-ci illərin 26 nömrəli təsərrüfatbaşına uçot kitabının 62-ci səhifəsinin qeydlərinə əsasən onun adına 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində kürsülü fərdi yaşayış evi, mal tövləsi və altıaçıq vardır. Həyətyanı torpaq sahəsi hasara alınmışdır. Aparılmış şifahi sorğu qeydlərinə əsasən hal-hazırda qonşusu X10 ilə torpaq mübahisəsi var. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən İddiaçı1 iddia etdiyi 0,10 ha torpaq sahəsi üçüncü şəxs X10 tərəfindən istifadə edilmir və iddia olunan 127 kv.m torpaq sahəsinin 115 kv.m hissəsi üçüncü şəxs X6 adına ********** qeydiyyat nömrəli çıxarış sənədi ilə rəsmiləşdirilmiş 0.105 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qalan 12 kv.m hissəsi ümumi istifadədə olan yola düşür. İddiaçı1 iddia etdiyi faktiki 127 kv.m həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
29. Göründüyü kimi, iddiaçılar iddia tələbində qeyd edilən 0,10 ha və 0,25 ha torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərə malik deyillər. Belə ki, iddiaçılar nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiyası məhkəməsinə sözügedən torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair hüquqmüəyənedici sənədləri təqdim etmiş, həmçinin, məhkəmə araşdırması ilə həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Cavabdeh orqanın imtina məktubu və məhkəməyə ünvanladığı etiraz məktubundan da görünür ki, ləvğ edilmiş DTXK tərəfindən İdarəyə təhvil verilmiş elektron baza məlumatlarında, elektron xəritələrdə və arxiv fondunda iddiaçıların iddia tələbində qeyd etdikləri 0,10 ha və 0,25 ha torpaq sahələri barədə məlumat aşkar edilməmişdir. İddiaçılara Zaqatala rayon AİK-nın müvafiq qərarı ilə 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinə dair DTXK tərəfindən tərtib edilmiş Dövlət Aktı əsasında daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir.
30. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən də göründüyü kimi, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən İddiaçı1 iddia etdiyi 0,10 ha torpaq sahəsi üçüncü şəxs X10 tərəfindən istifadə edilmir və iddia olunan 127 kv.m torpaq sahəsinin 115 kv.m hissəsi üçüncü şəxs X6 adına ********** qeydiyyat nömrəli çıxarış sənədi ilə rəsmiləşdirilmiş 0.105 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qalan 12 kv.m hissəsi ümumi istifadədə olan yola düşür.
31. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılara verilmiş 0,10 ha və 0,25 ha torpaq sahələrinin qeydiyyata alınaraq müvafiq plan və ölçü sənədlərinin və çıxarışın verilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, iş üzrə verilmiş mütəxəssis rəyinin xərci kimi İddiaçı1 tərəfindən ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2-1(116)-32/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə verilmiş mütəxəssis rəyinin xərci kimi İddiaçı1 tərəfindən ödənilmiş 95 (doxsan beş) manat İddiaçı1 aid edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.