Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-8/2025 14.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X12 və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Zaqatala rayonu Göyəm bələdiyyəsinə qarşı “Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında mübahisə predmeti olan 16 ha və 3.06 ha torpaq sahələrinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün inzibatı aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)-643/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Zaqatala rayonu Göyəm bələdiyyəsinə qarşı “Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında mübahisə predmeti olan 16 ha və 3.06 ha torpaq sahələrinin alqı-satqı yolu ilə mülkiyyətinizə verilməsinə dair müvafiq hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə tərəfindən iddia ərizəsinin "xahiş edirəm" hissəsinin düzgün tərtib edilməməsi və tələbin qeyri-müəyyən formada ifadə edilməsi İPM-nin 13-cü maddəsinə əsasən izah edilmiş, iddiaçı, xx.xx.2022-ci il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında mübahisə predmeti olan 16 ha və 3.06 ha torpaq sahələrinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün inzibatı aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-2606 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır:
4. Göyəm bələdiyyəsinin 27 may 2016-cı il tarixli 6 saylı qərarı ilə iddiaçının icarəsində olmuş bələdiyyənin ehtiyat fonduna aid 19,06 ha torpaq sahəsinin ayrılmasının qanuna uyğunluğu barədə müsbət rəy verildikdə hərrac və ya müsabiqənin keçirilməsi məqsədi ilə torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədə müvafiq hesab edilmiş və prosedura başlanılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin təyinatı ərazinin yer quruluşu təsərrüfat planına ərazinin planlaşdırılması layihəsinə uyğun olduğundan həmin yer başqa hüquqi və ya fiziki şəxsin mülkiyyətinə verilməsi üçün aidiyyəti orqanlara müraciət edilsin.
5. İddiaçı, həmin qərarın icrası ilə əlaqədar bələdiyyəyə müraciət edərək qeyd olunan torpaq sahələrinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini xahiş etmiş, bələdiyyə xx.xx.2022-ci il tarixdə 130 nömrəli məktubu ilə ona imtina məktubu göndərək bildirmişdir ki, torpaq sahələrinin bələdiyyə ehtiyat fondu torpaqlarına əkin torpaq sahəsinə aid olduğuna görə yararsız torpaq sahəsi kimi yer quruluşu planının hazırlanması mümkünsüzdür. Bu səbəbdən də alqı-satqı ilə torpaq sahələrinin onun mülkiyyətinə verilməsindən imtina etmişdir.
6. Cavadeh orqan iddia tələbinə qarşı etirazını aşağıdakı kimi əsaslandırmışdır: Zaqatala rayonu Göyəm kənd sakini İddiaçı 01 noyabr 2022- ci il tarixli ərizəsi bələdiyyə tərəfindən 03 noyabr 2022-ci il tarixdə cavablandırılmış və bildirilmişdir ki, onun istifadəsində olan 16.0 ha və 3,0 ha X10 aid torpaq sahələri əkin torpaq sahələridir. İddiaçı bələdiyyənin 27 may 2016-cı il tarixli 06 saylı qərarına əsasən istifadəsində olan 19.6 ha BEF-na aid az yararlı əkin torpaq sahəsinin alqı-satqı yolu ilə satılması üçün prosedura başlanması ilə əlaqədar qərarın icra olunmasını xahiş etmişdir. Qeyd edilmişdir ki, bələdiyyə qərarına əsasən prosedura başlanması ilə bağlı 28 sentyabr 2021-ci il tarixdə 108 və 109 saylı məktublarla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məktubla müraciət edilmişdir. Həmin məktuba cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyəm bələdiyyəsinə ünvanladığı 18 oktyabr 2021-ci il tarixli **********76 saylı məktubunda ayrılması nəzərdə tutulan torpaq sahələrinin bələdiyyə ehtiyat fondu torpaqlarına əkin torpaq sahəsinə aid olduğuna görə yararsız torpaq sahəsi kimi yerquruluşu planının hazırlanmasının mümkünsüzlüyü qeyd edilmişdir.
7. İddiaçı 28 noyabr 2000-ci ildə 15 il müddətinə icarəyə götürdüyü BEF-na aid olan torpaq sahəsinin icarə müddəti 2015-ci ildə bitmiş və o, həmin torpaq sahəsindən 2023-cü ilədək dəyəri ödənilmədən istifadə etmişdir.
8. İstifadəsində olan 16.0 ha və 3.0 ha X10 aid olan əkin torpaq sahələri yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində X4 X14 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası ilə müqavilə bağlanaraq bələdiyyəyə müraciət etmiş vətəndaşlara hərrac və ya müsabiqə yolu ilə uzunmüddətli icarəyə verilə bilər.
9. Bələdiyyənin 03 noyabr 2022-ci il tarixində İddiaçı yazdığı məktubda 19,6 ha bələdiyyə torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi üçün bələdiyyəyə yenidən ərizə ilə müraciət edilməsi qeyd olunmuşdur və göstərilmişdir ki, əks halda həmin torpaq sahələrinin istifadəsinə xitam veriləcəkdir.
10. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, MH seriyalı ******* nömrəli çıxarışla Zaqatala rayonu Göyəm kəndində 3,06 ha torpaq sahəsində yerləşən 432,6 kv.metr ümumi, 392 kv.metr əsas, 40,6 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi (Toyuq damı) tam mülkiyyət hüququ üzrə iddiaçının anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə aid **********47-12301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli, 377 inventar nömrəli Daşınmaz Əmlakın (qeyri-yaşayış binasının) Texniki Pasportunda sənəd üzrə torpaq sahəsinin ölçüsü 3,06 ha, faktiki sahəsi 3,06 ha, tikinti altı sahə 0,0507 ha, digər sahələr isə 3,01 ha qeyd edilmiş, torpaq sahəsində 1978- ci il tarixdə tikilmiş cücə damı, 1980-ci il tarixdə tikilmiş yaşayış evi, dəmir tor və çirkab su təmizləmə qurğusunun yerləşdiyi göstərilmişdir.
11. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 dekabr 2025-ci il tarixli, e-2-1(116)-643/2023 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi qərara alınmışdır.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarın iddianın təmin edilməyən hissəsi ilə razı deyildir. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə vəzifəsini lazımınca yerinə yetirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Belə ki, işin araşdırması zamanı birinci instansiya məhkəməsi cavabdeh şəxsin vəzifəli şəxsinin tabeliyində işləyən şəxslərin imzası ilə təsdiq edilmiş mütəxəsis rəyi almış və qərar qəbul edərkən yalnız həmin rəyə istinad etmişdir. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə prosesi zamanı vəsatət qaldıraraq iş üzrə ekspertiza təyin olunmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi onun vəsatətimə heç bir qiymət verməmiş və ekspertiza təyin etməmişdir. Bundan başqa iddiaçı məhkəmənin diqqətinə çatdırır ki, mütəxəssis rəyində qeyd olunmuş iddia olunan 16 ha torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaq sahəsi olmasına dair yazılmış fikirlər yanlışdır, həmin torpaq sahəsi bütöv daşlıq ərazidən ibarət olmaqla kənd təsərrüfatına yararsız bir sahədir. Kənd təsərrüfatına yararsız olan torpaq sahəsini yararlı yazılaraq icarəyə götürdüyünüz halda torpaq sahəsinin hər il növbəli əkin ilə əkilərək kənd təsərrüfatı məhsullarının becərilməsi tələb olunur. Əks halda ƏMDK-nin aidiyyatı qurumları torpaq sahəsi əkilərək istifadə olunmadığı halda icarəyə götürən şəxsi cərimələyirlər. Həmin torpaq sahəsi isə yararsız olduğundan kənd təsərrüfatı məhsullarından istənilən növ məhsul əkildiyi halda zərərlə başa vurulur. İddiaçı bildirir ki, mütəxəssis öz rəyində qeyd etmişdir ki, iddia olunan 3.06 ha torpaq sahəsi JN-0908 nömrəli şəhadətnamədə və **********47-12301 reyestr nömrəli texniki pasportda qeyd edilmiş eyni ərazidir, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidir. Lakin bildirir ki, rəyi yazan mütəxəssislər həmin torpaq sahəsinin onun xüsusi mülkiyyətimdə olan 432,6 kv.m ümumi sahəsi olan toyuq damının istifadəsində olan torpaq sahəsi olduğunu nəzərə almamışdırlar. Odur ki, iddiaçı qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-87-ci maddələrinə əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-643/2023 saylı qərarının ləğv edilməsinə və iddiasının tam təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2- 1(116)-643/2023 nömrəli qərarının ləğv olunaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Bundan əlavə iddiaçı mübahisə predimeti olan 16 ha və 3.06 ha torpaq sahələrinin 1996-cı ildən istifadəsində olduğunu, həmin torpaq sahələrinin əvvəllər əkinə yarasız torpaq sahəsi kimi Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında verildiyini və sonradan həmin qərarın icrası ilə əlaqədar bələdiyyəyə müraciət edərək qeyd olunan torpaq sahələrinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etdiyini bildirir. Lakin cavabdeh həmin torpaq sahələrinin bələdiyyə ehtiyat fondu torpaqlarının əkin torpaq sahələrinə aid olduğuna görə yararsız torpaq sahəsi kimi yer quruluşu planının hazırlanmasının mümkünsüz olduğunu bildirmiş və bu səbəbdən də alqı-satqı yolu ilə torpaq sahələrinin iddiaçının mülkiyyətinə verilməsindən imtina etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zaqatala rayon Göyəm bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında 2015-ci ilə qədər iddiaçının icarə müqaviləsi üzrə torpaqdan istifadə edərək bütün vergiləri ödədiyini, lakin sonradan Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında əkinə yarasız torpaq sahəsi kimi iddiaçının istifadəsinə verildiyini, onun 2020- ci ildə bələdiyyə sədri seçilməsindən sonra iddiaçı bələdiyyəyə sözügedən qərarın icrası ilə bağlı müraciət etsədə bunun mümkün olmadığını bildirdi. Bundan əlavə iddiaçının müraciəti üzrə cavabdeh orqan prosedura başlanması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etdiklərini, cavab olaraq ayrılması nəzərdə tutulan torpaq sahələrinin bələdiyyə ehtiyat fondu torpaqlarına əkin torpaq sahəsinə aid olduğuna görə yararsız torpaq sahəsi kimi yerquruluşu planının hazırlanmasının mümkünsüz olduğu bildirilmişdir. Sonrakı məhkəmə iclaslarında cavabdehin orqanın nümayəndəsi iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzləri üzrə araşdırma aparıldığını və həqiqətən də 10 il müddətinə mübahisə predimeti olan torpaq sahəsi üzrə Göyəm bələdiyyəsinin hesabına ödənişlər edildiyini bildirmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisi X8 izahatında nümayəndəsi olduğu idarənin elektron məlumat bazası, həmin kəndin kompleks yerquruluşu layihəsi və bələdiyyə xəritələrinin olduğunu və həmin xəritələrdə mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna aid əkin ərazisi kimi qeyd olduğunu bildirdi. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 18 saylı Zaqatala Ərazi İdarəsində torpaq sahələri üzrə bazada olan məlumatlara istinad edilərək rəy tərtib olunduğunu və idarənin məlumat bazasında mübahisə predimeti olan torpaq sahəsinin aşağı keyfiyyətli torpaqlar kimi qeyd olduğunu bildirdi. Bundan əlavə mütəxəssis X1 edənin sualına cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş rəydə torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması qeyd edildiyini bildirmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisi X3 izahatında mübahisə predmeti olan 16.0 ha torpaq sahəsi iddiaçıya satılan zaman idarənin xidməti istifadəsində olan Zaqatala rayonu, Göyəm kəndinin Kompleks yerquruluşu layihəsində yəni DWG baza məlumatlarında Zaqatala rayonu Göyəm bələdiyyəsinin mülkiyyətinə aid kateqoriyası ehtiyyat fondu torpaqları (BEF), uqodiyası (məqsədli istifadə növü) əkin ərazisi kimi qeyd olunduğunu və mübahisələndirilən topraq sahəsinin kompleks yerquruluşu DWG baza məlumatlarında yerləşmə vəziyyəti məhkəməyə təqdim edilmiş yerquruluşu planında göstərildiyini bildirdi.
20. İşin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edilir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2000-ci il tarixli (9/452 nömrəli şəhadətnamə) “Nicat” kəndli (fermer) təsərrüfatı (VÖEN-ni **********) nizamnaməsindən görünür ki, müəssisənin hüquqi ünvanı ünvan 1onu Göyəm kənd sakini İddiaçı və onun torpağa mülkiyyət hüququna dair JN-1029 kod 40204018 Dövlət Aktında adları göstərilən fəaliyyət qabiliyyətli ailə üzvləridir. - MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Göyəm kəndində 3,06 ha torpaq sahəsində yerləşən 432,6 kv.metr ümumi, 392 kv.metr əsas, 40,6 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi (Toyuq damı) tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia olunan 16.0 ha torpaq sahəsi JN-098 nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidir və həmin torpaq sahəsi Zaqatala rayonu, Göyəm bələdiyyəsinin mülkiyyətinə aid Bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid (BEF) əkin ərazisidir, iddia olunan 16.0 ha torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. İddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14. Sübut etmə vəzifəsi. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Maddə 7.3.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə verilir.
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 145. (Bələdiyyələrin qərarları) bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).
24. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. (Yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. Maddə 16. Bu maddənin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.
25. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 48. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 56. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 86. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları alqı-satqı obyekti ola bilər.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsinhüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsbedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. 41.3. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar.İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur. 41.4. Ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. 41.8. Maraqlı şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi məqsədilə öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdirlər. Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Maraqlı şəxsin sifarişi ilə aparılmış ekspertiza nəticəsində verilmiş ekspert rəyi inzibati orqan tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
29. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi İddiaçı Rəşad oğlu tərəfindən verilmiş iddianı qismən təmin etməklə cavabdeh Zaqatala rayonu Göyəm bələdiyyəsinə üzərinə Zaqatala rayon Göyəm bələdiyyəsinin üzərinə Göyəm bələdiyyəsinin mülkiyyətinə aid, **********47- 12301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli, 377 inventar nömrəli Daşınmaz Əmlakın (qeyriyaşayış binasının) Texniki Pasportunda qeyd edilmiş tikilinin yerləşdiyi, 3.06 ha kənd təsərrüfatına yararsız torpaq sahəsinin hərracdan kənar qaydada İddiaçı satılması barədə qərar qəbul edilməsi öhdəliyi qoymuşdur. İddianı Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında mübahisə predmeti olan 16 ha torpaq sahəsinin ehtiyyat fondu torpaqlarına aid (əkin ərazisi) kənd təsərrüfatına yararlı olduguna görə həmin sahəsinə münasibətdə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olduğunu hesab edərək alqı-satqı müqaviləsinin bağlanması üçün inzibatı aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə isə təmin etməmişdir. İddiaçı qeyd edilən qərarın 16 ha torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün inzibatı aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mübahisələndirərək apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və apellyasiya şikayətinin Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında iddiaçının mübahisələndirdiyi 16 ha torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsinə dair inzibatı aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində araşdırır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İş materiallarında olan Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 38 saylı müraciətinə əsasən Zaqatala RİHBA-nın Memarlıq və Tikinti şöbəsinin rəyində Göyəm kəndində satılması nəzərdə tutulan torpaq sahəsi bələdiyyənin ehtiyyat fonduna aid olmaqla kəndin hüdudları daxilində yerləşir, torpaq sahəsi üçbucaqlı formasındadır və ümumi sahəsi 19,06 ha-dır. Bundan əlavə Zaqatala RİHBA-nın Memarlıq və Tikinti şöbəsi həmin torpaq sahəsi kənd daxilində bələdiyyə mülkiyyətinə aid olduğundan onun kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə satışa çıxarılmasına etiraz etmdəyini bildirmişdir.
34. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçının müraciəti əsasında Zaqatala rayon Göyəm bələdiyyəsinin 27 may 2016-cı il tarixli 06 saylı iclas protokolunun qərarında Göyəm bələdiyyəsinin bələdiyyə ehtiyyat fonduna aid 16 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə təyinatı ərazinin hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilib-verilmədiyinin, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respubilkası Əmlak Məsələləri Dövlət Komitəsinin Zaqatala Ərazi İdarəsinə müraciət edilməsi və torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verdikdə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının məqsədəmüvafiq hesab edilməsi və prosedura başlanması qərara alınmışdır. Qeyd edilən prosedura başlanması ilə bağlı bələdiyyə 28 sentyabr 2021-ci il tarixdə 108 və 109 saylı məktublarla "xxxx" MMC-yə müraciət etmişdir.
35. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən məhkəmə kollegiyasının sorğusuna əsasən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan 16.0 ha torpaq sahəsi idarənin xidməti istifadəsində olan Zaqatala rayonu Göyəm kəndinin Kompleks yerquruluşu layihəsində, yəni DWG baza məlumatlarında Zaqatala rayonu Göyəm bələdiyyəsinin mülkiyyətinə aid kateqoriyası ehtiyat fondu torpaqları (BEF), uqodiyası (məqsədli istifadə növü) əkin ərazisi kimi qeyd olunmuşdur.
36. Bu səbəbdən də, bələdiyyənin müraciətinə cavab olaraq "xxxx" MMC-nin Göyəm bələdiyyəsinə ünvanladığı 18 oktyabr 2021-ci il tarixli **********76 saylı məktubda ayrılması nəzərdə tutulan torpaq sahələrinin bələdiyyə ehtiyat fondu torpaqlarının əkin torpaq sahəsinə aid olduğuna görə yararsız torpaq sahəsi kimi yerquruluşu planının hazırlanmasının mümkünsüzlüyü qeyd edilmişdir.
37. Bundan başqa, Zaqatala rayon Göyəm bələdiyyəsinin Şəki İnzibati Məhkəməsinə ünvanladığı məktubda iddiaçının istifadəsində olan 16,0 ha və 3,0 ha X10 aid olan əkin torpaq sahələrinin yalnız Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin tabeliyində X6 X14 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası ilə müqavilə bağlanaraq bələdiyəyə müraciət etmiş vətəndaşlara hərrac və ya müsabiqə yolu ilə uzunmüddətli icarəyə verilə biləcəyi müəyyən olunmuşdur. Qeyd edilən torpaq sahəsinin iddiaçıya uzunmüddətli icarəyə verilməsi üçün iddiaçının bələdiyyəyə ərizə ilə müraciət etməli olduğu, əks halda həmin torpaq sahələrinin istifadəsi qanunsuz hesab ediləcəyi və istifadəsinə xitam veriləcəyi gstərilmişdir.
38. İddiaçı tərəfindən edilmiş müraciətə əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Göyəm kəndi ərazisində olan 16 ha sahədə çöl torpaq tədqiqatı işləri nəticəsində mübahisə predmeti olan torpaq sahəsinin bonitet balı müəyyən edilərək kənd təsərrüfatına yararsız olduğu göstərilmişdir.
39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktuba əsasən, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatına yararsız kimi deyil, aşağı keyfiyyətli torpaqlar kimi qeyd edilmişdir. Torpaqların ümumi bonitet şkalasında 21-40 arasında olan torpaqlar aşağı keyfiyyətli torpaqlar hesab olunur. Kənd təsərrüfatına yararsız torpaqlar isə 20-1 bal arasında olan torpaqlar hesab olunur.
40. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə verilmiş mütəxəssis rəyləri arasında mübahisə predmeti olan 16 ha torpaq sahəsinin kənd təsərrüfatına yararlı və ya kənd təsərrüfatına az yararlı olması barədə ziddiyyətlər olduğundan İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən inzibati işin hərtərəfli və tam araşdırılması üçün hazırkı iş üzrə mübahisəli məsələlərin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmə kollegiyasının 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə bioloji ekspertizasının nəticəsində Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin eksperti tərəfindən verilmiş rəydə Zaqatala rayonu Göyəm kəndi ərazisində yerləşən 16 ha torpaq sahəsinin kənd təsərrüfatı üçün az yararlı olduğu müəyyən edilmişdir.
41. Göründüyü kimi, Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 6 saylı qərarı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində mübahisə predmeti olan 16.0 ha torpaq sahəsi Zaqatala rayonu Göyəm bələdiyyəsinin mülkiyyətinə aid kateqoriyası ehtiyat fondu torpaqları (BEF), uqodiyası (məqsədli istifadə növü) əkin ərazisi kimi müəyyən edilsədə, məhkəmədə aparılan icraat zamanı alınmış mütəxəsis və ekspert rəylərindən müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olduğu müəyyən edilmişdir.
42. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).
43. Həmçinin “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir.
44. Həmin Qanunun 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.
45. Eyni zamanda Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələbinə görə (23-cü bənd) torpağın mülkiyyətə ayrılması haqqında qərar bələdiyyənin növbəti iclasında müzakirə edilərək qəbul edilməlidir.
46. Məhkəmə kollegiyası mübahisələndirilən torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində işin faktiki halların tam araşdırılmaması məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticlər yaradır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contraleqem” etimadı qorunması imkanı tanınmalıdır. 47 .Bundan əlavə olaraq, Zaqatala rayon Göyəm bələdiyyəsinin 15 may 2023-cü il tarixli Şəki İnzibati Məhkəməsinə ünvanlanmış məktubunda İddiaçı 28 noyabr 2000-ci ildə 15 il müddətinə icarəyə götürdüyü BEF-na aid olan torpaq sahəsinin icarə müddəti 2015-ci ildə bitmiş və onun həmin torpaq sahəsindən 2023-cü ilədək dəyəri ödənilmədən istifadə etməsi qeyd edilmişdir. Lakin sonradan Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2025ci il tarixli 01 saylı iclas protokolunun qərarına əsasən bələdiyyə sədri X11 tərəfindən verilmiş arayışda qeyd edilir ki, bələdiyyənin X10 aid olan 19,6 ha torpaq sahəsi 2000-ci ildən 2015-ci ilədək Göyəm kənd sakini İddiaçı icarəsində olmuş və icarə haqqı onun tərəfindən tam ödənilmişdir. Bundan əlavə qeyd edilmişdir ki, 2015-ci ildən hal-hazıradək 19,6 ha BEF-na aid torpaq sahəsi İddiaçı istifadəsindədir və torpaq sahəsinə icarə haqqı onun tərəfindən tam ödənilmişdir.
48. Bununla yanaşı, Zaqatala rayon Göyəm bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış etirazda İddiaçı qeyd edilən torpaq sahəsində çəkdiyi zəhməti və özəl obyektlərinin olmasını nəzərə alıb bu torpaqların ona qanunla müəyyən edilmiş qaydada torpaqların hərrac və ya müsabiqə yolu ilə uzunmüddətli icarəyə verilməsini təklif edilmişdir.
49. Göründüyü kimi, Zaqatala rayon Göyəm bələdiyyəsi İddiaçı 28 noyabr 2000-ci ildə 15 il müddətinə icarəyə götürdüyü torpaq sahəsinin icarə müqaviləsi üzrə 2023-cü ilədək dəyəri ödənilmədən istifadə etməsini qeyd etsədə, Göyəm bələdiyyəsinin sonraki arayışında qeyd edilmişdir ki, bələdiyyənin X10 aid olan 19,6 ha torpaq sahəsi 2015-ci ildən hal-hazıradək 19,6 ha BEF-na aid torpaq sahəsi İddiaçı istifadəsindədir və torpaq sahəsinə icarə haqqının onun tərəfindən tam ödənilmişdir. Belə olan halda bələdiyyə torpaq sahəsinin icarə haqqının tam ödənilib-ödənilməməsi barədə tam araşdırma aparılmamışdır.
50. Yuxarıda göstərilən inzibati işə əlavə edilmiş sənədlərdən, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavablardan müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan öz səlahiyyətlərindən istifadə edərək 16 ha torpaq sahəsinin satılması ilə bağlı prosedurun başlanması barədə Göyəm bələdiyyəsi 27 may 2016-cı il tarixdə qərara alınmış, qeyd olunan torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi ilə bağlı qanunvericiliyin tələblərinin göstərişinə görə kənd təsərrüfatına yararlı və yararsız torpaqlar olması barədə inzibat icraat haqqında qanunun tələblərini tam şəkildə əməl etməli olduğu hallda bunu etməmişdir. Buda cavabdeh inzibati orqanın iddiaçının müraciəti üzrə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən tam və hərtərəfli inzibati icraat aparmadığının göstəricisidir. Bundan başqa, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. İnzibati orqan tərəfindən inzibati icraatın gedişində maraqlı şəxslərin iştirakı, onların dinlənilmə hüququ təmin olunmamış, zəruri inzibati icraat aparılmadan iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.
51. Halbuki, hazırkı qərarın 27-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, inzibati orqanlar inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, zəruri olduqda əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan qanunçuluq və bərabərlik prinsiplərini rəhbər tutmaqla apardığı inzibati icraatın nəticəsi olaraq qanuni inzibati akt qəbul etməli, həmin inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalıdır.
52. Göstərlən işin faktiki halları inzibati orqan tərəfindən tam araşdırılmanın aparılmalı olduğu təqdirdə bunu etməmiş və bununla da cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələbləri pozulmuşdur. Cavabdeh inzibati icraatın qanunauyğun formada aparılmasını işə birinci instansiya məhkəməsində baxılarkən də sübut edə bilməmişdir.
53. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən Göyəm bələdiyyəsi 27 may 2016-cı il tarixdə qərarına əsasən 16 ha kənd təsərrüfatı torpaq sahəsinin hərracdan kənar qaydada İddiaçı satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə rədd etməklə düzgün nəticəyə gəlməmişdir.
54. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, mütəxəsis və ekspert rəylərin, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2-1(116)- 643/2023 nömrəli qərarı 16 ha torpaq sahəsinin hissədə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh Zaqatala rayon Göyəm bələdiyyəsinin üzərinə Göyəm bələdiyyəsinin 27 may 2016-cı il tarixli qərarı ilə İddiaçı 16 ha kənd təsərrüfatı torpaq sahəsinin hərracdan kənar qaydada satılmasına yenidən baxılması ilə bağlı inzibati iş üzrə icraat açılamalı və iş üzrə zəruri araşdırmanın apararaq müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmalıdır.
55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2-1(116)-643/2023 nömrəli qərarı 16 ha torpaq sahəsinin alqı-satqısına dair öhdəliyin cavabdeh Zaqatala rayon Göyəm bələdiyyəsi üzərinə qoyulması hissəsində ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh Zaqatala rayon Göyəm bələdiyyəsinin üzərinə “Göyəm bələdiyyəsinin 27 may 2016-cı il tarixli qərarına əsasən İddiaçı 16 ha kənd təsərrüfatı torpaq sahəsinin hərracdan kənar qaydada satılmasına yenidən baxılması ilə bağlı iş üzrə inzibati icraat açılsın və iş üzrə zəruri araşdırma aparılaraq müvafiq inzibati aktın qəbul edilməsi” öhdəliyi qoyulsun. İddia tələbi qalan hissəsində təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.