Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-80/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1661/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7520/2022 nömrəli qərardadı ilə inzbati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının xx.xx.2001-xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-nin Qaynaq sexində və xx.xx.2010-xx.xx.2012-ci il tarixlərdə "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir sahəsinin Qaynaq sexində usta vəzifəsində işləməsi ilə bağlı vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları,enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (qaz turbini) yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar vəzifəsinə uyğun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - НВ 958523 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1980xx.xx.1985-ci il tarixlərdə ali təhsil almışdır. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. - ИТ-0584753 №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979 – xx.xx.1980,xx.xx.1992 – xx.xx.2009 xx.xx.2015 – xx.xx.2019, xx.xx.1986 – xx.xx.1990,xx.xx.2009 – xx.xx.2010 xx.xx.2019 – xx.xx.2020, xx.xx.1990 – xx.xx.1991,xx.xx.2010 – xx.xx.2012 xx.xx.2020 – xx.xx.2022. xx.xx.1991 – xx.xx.1992,xx.xx.2012 – xx.xx.2015 - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçının qulluq etdiyi avadanlıqlar "xxxx" MMC-nin (stansiyanın) Qazan və Turbin sexində yerləşir və o, əmək funksiyasını avadanlıqların yerində təmiri və qaynaq işlərini həmin sexdə yerinə yetirir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-nin Qaynaq sexində usta İ qrup vəzifəsində (Əmr №326/K xx.xx.2001) işləmişdir. xx.xx.2009cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2015ci il tarixədək "Azərbaycan İES” -nin MMC-nin Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinin ”Qaynaq sahəsində” usta İ qrup vəzifəsində Əmr №40/Ş xx.xx.2015), xx.xx.2015ci il tarixdən xx.xx.2019-cu il tarixədək həmin sexdə “Qaynaq sahəsində” böyük usta İ qrup vəzifəsində (Əmr №175/Ş xx.xx.2015) işləmişdir. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) işdən azad edilmişdir (Əmr№14/Ş 2019) İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində təhlükəsizlik 1-4 səs-küy, titrəmə, nəmlilik, havanın hərəkət surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, Emosional və intelektual gərginlik faktorları mövcud olmuşdur. İddiaçı işlədiyi müddət ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexlərində yerləşən avadanlıqların işləri və təmiri ilə məşğul olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aylıq məvacibinin 16 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı işlədiyi illər ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək tutduğu vəzifələr, usta, böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın 24-cü bölməsinin “b” bəndinə əsasən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar qazanxana, turbin (buxar-qaz-turbini) yanacaqötürülmə, tozhazırlama) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına asasən (kod 2140000b-23398 uyğundur. Həmin sahədə iş stajı xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək zərərli iş stajı 07 il 06 ay 03 gün və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək zərərli iş stajı 03 il 11 ay təşkil edir. Ümumi zərərli iş stajı 11 il 05 ay 03 gün. “Azərenerji “ ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə stukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı, xx.xx.2010-cu ildə (əmr №-16/17-kş, xx.xx.2010-cu il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin (Qaynaq sexinə 10-cu dərəcəli usta vəzifəsinə işə qəbul edilib, xx.xx.2012-ci ildə (Əmr №-l 17/17-kş, xx.xx.2012-ci il) həmin İdarənin Qazanxana və Köməkçi Avadanlıqların Təmiri sexinə 10cu dərəcəli usta vəzifəsinə keçirilib, xx.xx.2012-ci ildə (Əmr №-152/17-kş, xx.xx.2012-ci il) Sumqayıt Texnologiyalar Parkının Ağır Maşınqayırma Departamentinə 10-cu dərəcəli usta vəzifəsinə keçirilib və xx.xx.2012-ci ildə (əmr №-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsi xitam verilib. İddiaçı zərərli sahədə 8 saatlıq tam iş günü ərzində zərərli kimyəvi maddələr, səs-küy, titrəmə, nəmlik, iş yerində havanın tempraturunun normadan yuxarı olması, əməyin ağırlıq faktorları mövcud olmuşdur. İddiaçı işlədiyi illər ərzində xx.xx.2010-cu il tarixindən xx.xx.2012-ci il tarixinədək tutduğu usta vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahi”nın 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinin “b” bəndinə əsasən Elektrik Stansiyaların buxar və güc təsərrüfatında avadanlığın yerində təmiri üzrə ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarına əsasən (kod 2140000b-23398) uyğundur. Həmin sahədə güzəştli pensiya üçün iş stajı: 02 il, 11 ay, 23 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008ci il tarixli 323 №-li sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1661/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2021ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1661/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Qaynaq sexi yuxarıda qeyd olunan sahələrə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 2 ay 28 gün (xx.xx.2012- xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı qanunvericiliklə tələb edilən şərtlər ödənildiyi təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaranmasına baxmayaraq Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1661/2022 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən yəni 59 yaş 6 ayla (qeyd: İddiaçı doğum tarixi xx.xx.1962-ci ildir.) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və bu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 ci maddəsinə edilmiş son dəyişiklik ilə əsaslandırılmışdır. İddiaçının pensiya hüququnun qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə xx.xx.2022-ci il tarixdən yarandığını və bununda 28 iyun 2022-ci ildən (dəyişikliklərin qüvvəyə mindiyi tarixi) əvvələ aid olduğunu nəzərə alsaq qanunun qeyd edilən redaksiyası İddiaçı münasibətdə şamil oluna bilməz. Həmçinin həmin redaksiyadakı dəyişikliklər tətbiq edildiyi təqdirdə xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək aƏmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən yaş həddi 65 olduğunu nəzərə alsaq qanunun yeni redaksiyasının 9.1 -ci maddəsindəki 5 il azaldılmaqla tələbi tətbiq olunduğu təqdirdə belə İddiaçı pensiya hüququ 60 yaşla xx.xx.2022-ci il tarixdən yaranmış olacaqdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1661/2022 nömrəli qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1661/2022 saylı iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlandığından, iddiaçıya qüvvədə olan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq pensiya təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. İddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 14 il 4 ay 26 gün müddətində güzəştli şərtlərələ yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur. Cavabdeh orqanın iddia tələbinə etirazının əsas dəlili iddiaçının xx.xx.2001xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-nin Qaynaq sexində və xx.xx.2010xx.xx.2012-ci il tarixlərdə "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir sahəsinin Qaynaq sexində usta vəzifəsində işləməsi ilə bağlı vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları,enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (qaz turbini) yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar vəzifəsinə uyğun olmaması ilə bağlıdır. Lakin, birinci instansiya məhkəməsi düzgün olaraq həmin dəlili əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli və "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışları ilə sübut olunur ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi vəzifələr, həmçinin xx.xx.2010-cu il tarixindən xx.xx.2012-ci il tarixinədək tutduğu usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın 24-cü bölməsinin “b” bəndinə əsasən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar qazanxana, turbin (buxar-qaz-turbini) yanacaqötürülmə, tozhazırlama) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına asasən (kod 2140000b-23398 uyğundur. Müvafiq arayışların məzmunundan görünür ki, iddiaçının işlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz, mq/3, titrəmə, səs-küy, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olması qeyd edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərаrа аldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1661/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.