Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-81/2021 29.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və onların vəkili və nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə - tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1354/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bахаrаq Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli arayışına əsasən İsmayıllı rayon Əhən kənd İƏD-si üzrə RİHB-nin nümayəndəliyinin (XDS) Qoydan kəndi üzrə 1943-1944-cü illərin təsərrüfatbaşına kitabında mərhum X1nın ailə başçısı olmaqla həyətyanı torpaq sahəsi 0550 ha və yaşayış evinin tikintisi 1934-cü il qeyd edilmişdir. İddiaçı anasından qalan miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmişdir. İddiaçının X1 xx.xx.1973-cü ildə vəfat etmiş və mərhumun yegənə vərəsəsi İddiaçıdur. Bununla bağlı DƏDRX-nin İsmayıllı rayon şöbəsinə İsmayıllı rayon Notariat ofisi xx.xx.2019-cu il tarixli, 1096 nömrəli məktubla məlumat vermişdir. İddiaçı tələbində qeyd etdiyi torpaq sahəsi və əmlaka dair qeydiyyat vərəqəsinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12 İsmayıllı rayon şöbəsinə müraciət etmişdir. Şöbənin əməkdaşları iddiaçının iştirakı ilə torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planını işləmişlər. X10, İsmayıllı RİH-nin Əhən İƏD üzrə nümayəndəsi və İsmayıllı RİH-nin Memarlıq və Tikinti şöbəsi yerquruluşu planını imza etməkdən imtina etmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1354/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə - tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamasını qərara almışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1354/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati məhkəməsi 2-1(116)- 1354/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə mərhum X1na məxsus əmlaklara- (həyətyanı torpaq sahəsi - 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin DƏDRX-9 saylı X12 üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmamışdır. Məhkəmənin qərardadı ilə razı deyil. Hesab edir ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmadığından belə nəticəyə gəlmişdir. İşin faktiki halı ondan ibarətdir ki, İsmayıllı rayon Dövlət arxivinin xx.xx.2018ci il tarixli arayışına əsasən İsmayıllı rayon Əhən kənd İƏD-si üzrə RİHB-nın nümayəndəliyinin (XDS-nin) Qovdan kəndi üzrə 1943-1944-cü illərin Təsərrüfatbaşına kitabında mərhum X1nın ailə başçısı olmaqla həyətyanı torpaq sahəsi - 0550 ha və yaşayış evinin tikintisi 1934-cü il qeyd edilmişdir. Anasından qalan miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilinəsi üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmişdir. X1 xx.xx.1973-cü ildə vəfat etmişdir və qanunvericiliyin tələblərinə əsasən mərhumların yeganə vərəsəsi mənəm. Bu barədə DƏDRX İsmayıllı rayon şöbəsinə İsmayıllı rayon Notariat ofisi xx.xx.2019-cu il tarixli, 1096№-li məktubla məlumat vermişdir. X3 məxsus əmlaklara- (həyətyanı torpaq sahəsi - 0550 və yaşayış evinə (tikintisi 1934-cü i! qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsi üçün DƏDRX İsmayıllı rayon şöbəsinə müraciət etmişdir, lakin DƏDRX İsmayıllı rayon şöbəsi 9 savlı X12 İsmayıllı rayon şöbəsinin əməkdaşları bizim iştirakımızla ərazidə olaraq torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planını işləmişlər. X10, İsmayıllı rayon İcra Hakimiyyətinin Əhən İƏD üzrə nümayəndəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi yerquruluşu planını imza etməkdən imtina etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1354/2020 nömrəli qərardadından ləğv edilməsini və “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə - tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkün sayılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 və vəkili həmçinin, nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1354/2020 saylı qərardadın ləğv edilməsini və “mərhum X1na məxsus İsmayıllı rayon Qoydan kəndindəki əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə - tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsi verilməsini cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkün sayılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, ərizəsində iddia tələbi dəqiq ifadə olunmamış, torpaq sahəsi və evə dair hansı hüququn qeydə alınması müəyyən olunmur. Həmçinin, məhkəməyə təqdim edilmiş iddia ərizəsi tərəfindən imzalanmamışdır. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün iddiaçıya 5 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi yardım məktubu xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən imzalanaraq alınmışdır. Lakin iddiaçı tələb olunan müddət ərzində məktuba münasibət bildirməmiş, dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-ci bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-ci bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-ci bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-ci bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 xx xxxxxx 2021-ci il tarixlı məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşidirlməsi ilə bağlı ərizə verərək mərhum X1na məxsus İsmayıllı rayonun Qoydan kəndində yerləşən torpaq sahəsinə dair (0550 ha) və yaşayış evinə dair (1934-cü ildə tikilmişdir) qeydiyyat vəsiqəsinin verilməsi vəsifəsinin DƏDRX-nin 9 saylı X13 üzrəinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə iclası zamanı ilkin iddia ərizəsini imzalamışdır. Beləliklə, buraxılmış nöqasanlar aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olsa da buraxılmış nöqsanlaran aradan qaldırıldığı üçün apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1354/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı “mərhum X1nın İsmayıllı rayonun Qoydan kəndində olan ona məxsus əmlaklara həyətyanı torpaq sahəsi – (0550 ha) və yaşayış evinə - (tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-81/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-81/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver