Məhkəmə qərarları › İş №2-1(107)-81/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-81/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-81/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi və dəymiş ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1658/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1658/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı İzzətulla oğlunun ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi barədə VEMTASın xx.xx.2022-ci il tarixli ee132a880c241659f15652a7fd66aa0 nömrəli bildirişində ifadə olunan qərarının dəyişdirilərək 360,50 manat məbləğində ünvanlı dövlət sosial yardımının təyin edilməsi və təyin olunmuş 335 manat ünvanlı sosial yardım məbləği ilə 360,50 manat arasında olan fərqin, iddia tələbində göstərilən 300 manat məbləğinin iddiaçın hesabına ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1658/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası 19 yanvar 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək apellyasiya şikayətindən imtina edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin 88.1-ci mаddəsinə əsasən, şikаyət аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərаrı qаnuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İnzibаti Prosessuаl Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1658/2022 nömrəli qərarından vermiş olduğu apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1, 88.3 və Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.4-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1658/2022 nömrəli qərarından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi və dəymiş ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar