Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-81/2024 16.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X9 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Üçüncü şəxs - X2 vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X6 adına verilmiş 25 dekabr 2001-ci il tarixli Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan Cavabdeh1 Başçısının xx.xx.1998-ci il tarixli, 1/146 saylı Sərəncamının ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair” inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-1331/2023 saylı “iddianın mümkün sayılmaması barədə” qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə:
1. Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamı ilə X6 ərizəsi nəzərə alınaraq, Bağbanlar küçəsində, hamam binasının arxasında tikib, uzun müddət istifadə etdiyi maqnitofonların təmiri sexi onun adına rəsmiləşdirilmişdir.
2. X6 adına Şəki rayonlararası X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, 203 saylı qeydiyyat vəsiqəsi verilmiş və 453 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
3. ünvan 1 ünvanında yerləşən 1 saylı hamam (ümumi sahəsi – 792.6 kv.m) X4 tərəfindən satın alınmış və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən sonuncunun adına xx.xx.2006cı il tarixli 000686 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə verilmişdir.
4. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və iddiaçı onun vərəsəsidir.
5. İddiaçı ona miras qalmış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli **********50 nömrəli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını dayandırmış və qeyd etmişdir ki, qeydiyyata alınmalı qeyriyaşayış binasının 10.1 kv.m hissəsinə digər mülkiyyətçinin adına Şəki rayonlararası X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli 453 inventar nömrəli texniki pasport və xx.xx.2001-ci il tarixli 203 nömrəli qeydiyyat vəsiqəsinin verildiyi müəyyən edilmişdir. Həmin məsələnin araşdırılması üçün idarə tərəfindən aidiyyəti üzrə sorğu göndərildiyindən iddiaçının ərizəsinin icrası 1 ay müddətinə dayandırılır.
6. Bundan sonra, iddiaçının vəkili tərəfindən müvafiq araşdırma aparılmaqla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə, daha sonra respublika X16 Filialına müvafiq sorğular göndərilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh1 başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamından çıxarışa və ərazinin sxematik planına əsasən, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən qeyriyaşayış sahəsi X1 adına rəsmiləşdirilmişdir.
8. Azərbaycan Respublikası X16 Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh1 başçısının xx.xx.1998-ci il tarixli, 1/146 saylı sərəncamı təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, X6 adına xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamının ləğv edilməsini və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1331/2023 saylı qərardadı ilə X6 vərəsəsi X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
11. Şəki İnzibati Məhkəməsinin (hakim F.H.Hacızadə) xx.xx.2023-cü il tarixli, 2- 1(116)-1331/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdu. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüşdür və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)-373/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-1331/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı özü yazdığı iddia ərizəsində qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********50 saylı cavab məktubunda qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə dair mülkiyyətçinin adına Şəki rayonlararası X5 İdarəsi və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 01 dekabr 2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və 25 dekabr 2001-ci il tarixli, 203 saylı qeydiyyat vəsiqəsi verilməsi müəyyən edilmişdir. Göründüyü kimi, hələ sonuncu dəfə iddiaçı ləğvini tələb etdiyi qeydiyyat vəsiqəsi və sərəncamdan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur.
16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(102)-2046/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 06 iyun 2023-cü il tarixli, 21(107)-373/2023 saylı qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin verilmiş iddia tələbinin mümkün sayılmamasından ibarət gəldiyi nəticə ilə razılaşmır, qərardadı əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmamasına dair nəticəyə gələrkən İPM-in, MPM-in və “İnzibati icraat" haqqında Azərbaycan Respublikası Qanununun bir neçə maddələrinə istinad etmiş, lakin, 01 yanvar 2011-ci il tarixdən əvvəl yaranmış münasibətlərlə bağlı iddia müddətinin tətbiq edilməsinin mümkünsüzlüyünü əks etdirən konkret hansı norma üzrə göstərişin olmasını izah edə bilməmişdir. Çünki belə bir maddə İPM və MM-də yoxdur Əks halda hüquq və azadlığının pozulduğu məlum olan şəxsin, həmin andan iddia vermək hüququnun yaranması və iddia ilə müraciət etməkdən ibarət mövcud hüquqlarının məhdudlaşdırılmasına səbəb olardı. Beləliklə iddiaçının hazırkı tələblə bağlı iddia müddətini ötürməsi absurddur. Məhkəmə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyinin tələblərinə istinad etməklə səhvə yol vermişdir. Belə ki, mübahisələndirilən Şəki şəhəri İcra Hakimiyyəti başçısının sərəncamı 1998-ci ildə verilmiş hüquq münasibətləri həmin vaxt yarandığından xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Məcəllənin deyil, həmin vaxta qədər qüvvədə olan Məcəllənin tələbləri tədbiq edilməli idi. Belə götürsək 11 sentyabr 1964-cü il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən ümumi iddia müddəti üç il, hüquqi şəxslərin bir-birlərinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Hazırkı xx.xx.2000-ci il tarixdən sonra, yəni yeni məcəllələr qəbul edildikdən sonra da iddia müddətinin məhz həmin vaxtdan sonrakı dövrə deyil, Məcəllənin qəbul edildiyi xx.xx.2000-ci il tarixdən əvvəlki münasibətlərə də şamil edildiyi və edilməli olduğu təsdiqlənmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001 ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarda göstərilir ki, iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla 01 sentyabr 2000-ci il tarixdən əvvəl əmələ gəlmiş hüquq münasibətləridən irəli gəlmiş tələblərə də tədbiq oluna bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-1331/2023 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
19. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
20. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
23. Maddə 80. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
24. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
26. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
27. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (qüvvədən düşüb).
29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. -3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
Proses iştirakçılarının izahatları:
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 vəkili X8 işin faktiki hallarına, eyni zamanda Ali Məhkəmənin göstərişlərinə uyğun qərar qəbul edilməsini xahiş etdi.
31. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişlər. İddiaçının vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək hazırkı inzibati işə onun iştirakı olmadan baxılmasını və Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(102)- 2046/2021 saylı qərarında olan göstərişlərinin nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi.
Əsaslandırma hissəsi:
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-1331/2023 saylı qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
33. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi X6 adına xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamının ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədədir.
34. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamın mübahisələndirilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət (MPM-in qüvvədən düşmüş 298-ci maddəsinə əsasən) buraxılmışdır və 2011-ci ildən qüvvədə olan İnzibati Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etmir.
35. Bununla bağlı qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır.
36. Bundan başqa qeyd edilməlidir ki, 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunlarla (o cümlədən, Azərbaycan Respublikasının MPM-in 298-ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
37. İnzibati aktların Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minməmişdən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı o halda aradan qalxmış hesab olunur ki, şəxs Məcəllənin qüvvəyə minməsinədək özünün hüquq və azadlığının pozulduğu barədə (hazırkı halda mübahisələndirilən sərəncam barədə) ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etməmiş olsun.
38. Hazırkı iş üzrə ünvan 1 ünvanında yerləşən 1 saylı hamamı satın alan iddiaçının anası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və iş materialları ilə iddiaçının anasının vəfat edənədək Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamı barədə məlumatlı olması təsdiq olunmur.
39. Belə olan halda, birinci instansiya məhkəməsinin MPM-in 298-ci maddəsinə istinadən prosessual müddətin İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinədək ötürüldüyü ilə bağlı hüquqi mövqeləri əsassızdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə 05 oktyabr 2023-cü il tarixli, 2-1(102)-2046/2021 saylı qərarında göstərilmişdir ki, “... digər tərəfdən, iş materialları ilə təsdiq olunur ki, iddiaçı anasının vəfatından sonra ona miras qamış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdikdə məlumatlandırılmışdır ki, qeydiyyata alınmalı qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə digər mülkiyyətçinin adına (hazırkı iş üzrə üçüncü şəxs) Şəki rayonlararası X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və xx.xx.2001-ci il tarixli, 203 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, iddiaçının vəkili tərəfindən aparılan araşdırmalar nəticəsində üçüncü şəxsin adına olan rəsmiləşdirmənin xx.xx.1998-ci il tarixli, 1/146 saylı sərəncam əsasında baş verdiyi müəyyən edilmiş (xx.xx.2023-cü il tarixli məktub) və iddiaçı xx.xx.2023-cü il tarixdə mübahisələndirilən sərəncamı əldə etmişdir.
41. Qeyd edilən işin hallarını nəzərə almayan apellyasiya instansiyası məhkəməsi iddiaçının ən azı xx.xx.2022-ci il tarixdən mübahisələndirilən sərəncamdan məlumatlı olduğu qənaətinə gəlmiş və qərarında göstərmişdir ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********50 saylı cavab məktubunda qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə dair mülkiyyətçinin adına Şəki rayonlararası X5 İdarəsi və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 01 dekabr 2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və 25 dekabr 2001-ci il tarixli, 203 saylı qeydiyyat vəsiqəsi verilməsi müəyyən edilmişdir. Göründüyü kimi, hələ sonuncu dəfə iddiaçı ləğvini tələb etdiyi qeydiyyat vəsiqəsi və sərəncamdan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur.
42. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, həmin məktubda mübahisələndirilən sərəncam barədə hər hansı məlumat olmamış, eləcə də mübahisələndirilən sərəncam iddiaçıya təqdim edilməmişdir.
43. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən əsaslara görə hazırkı iddianın müddətlə bağlı mümkünlük şərti MPM-in 298-ci maddəsinə əsasən deyil, İPM-in 38-ci maddəsinə əsasən yoxlanılmalıdır. Həmin maddənin dizpozisiyası isə prosessual müddətin axımını inzibati aktın təqdim (elan) edilməsi ilə əlaqələndirir.
44. İş materialları ilə isə müəyyən olunur ki, mübahisəli sərəncam iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir (iş v. 24) və iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə, hazırkı iddia müddətlə bağlı mümkünlük şərtlərini ödəyir. ...”.
45. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli qərarında qeyd edilmişdir ki: “...4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır...”
46. Qeyd edilən normaların tələbi baxımından, işə baxan birinci instansiya məhkəməsi ilk növbədə, mübahisə predmeti olan sərəncamla üçüncü şəxsin mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin 10.1 kv.m hissəsinin faktiki olaraq iddiaçıya miras qalmış 1 saylı hamam binasının tərkibində yerləşib-yerləşməməsini iddianın mümkünlük şərtlərinin araşdırılması baxımından müəyyən etməlidir. Belə ki, mübahisə predmeti olan sərəncamla üçüncü şəxsin mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin 10.1 kv.m hissəsinin faktiki olaraq iddiaçıya miras qalmış 1 saylı hamam binasının tərkibində yerləşmədiyi müəyyən olunduğu halda, iddiaçıya onun çatmaq istədiyi hüquqi nəticəyə uyğun iddia qaldırmaqda hüquqi yardım edilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də apellyasiya şikаyəti təmin edilməli və Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)- 1331/2023 saylı qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 82, 87, 89-cu maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-1331/2023 saylı qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov