Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-82/2023 29.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı ”iddiaçıya əsassız olaraq hesablanmış 917264,34 manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2- 1(116)-677/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ”iddiaçıya əsassız olaraq, hesablanmış 917264,34 manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarının ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.2021-ci il tarixli DVX seriyalı 005866 nömrəli AKT-ın tərtib olunmasına səbəb olan operativ vergi nəzarəti tədbiri, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas olan vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlara əsaslanaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinin tələbinə, eyni zamanda xx.xx.2021-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış-a əsasən xx.xx.2021-ci il tarixli **********5206 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar qəbul edilərək, İddiaçı MMC-də (VÖEN: **********) plandankənar (növbədənkənar) yoxlama aparılmış, lakin vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirinin keçirilməsinə əsas olan mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumatların mənbələrinin bəlliliyini təsdiq edən hər hansı bir təsdiqedicı sənəd yoxlama materiallarına əlavə edilməmişdir.
3. Bundan əlavə, Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd olunur ki, Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Lakin vergi ödəyicisinin təqdim etdiyi malların elektron qaiməfaktura əsasında təqdim edilməli olduğunu təsdiq edən hər hansı bir sübut mövcud olmadığı halda, vergi orqanı tərəfindən vergi ödəyicisi barəsində elektron qaimə- faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi halları müəyyən edilərək, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən vergi ödəyicisinə 917264,34 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinin təklif olunması barədə AKT tərtib olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinin tələbinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd olunanlardan əlavə, həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmçinin səyyar vergi yoxlamasından fərqli olaraq, operativ vergi nəzarəti əvvəlki dövrləri deyil, nəzarətin başladığı vaxtdan qurtardığı vaxta qədər olan dövrü əhatə edir və həmin dövr aralığında baş vermiş neqativ halları qeyd edir. Lakin bu nəzarət zamanı öz təsdiqini tapmadığı halda, əvvəlki dövrdə satış əməliyyatlarının aparılması ehtimal edilərək, akt tərtib olunmuş və həmin əsassız tərtib edilmiş akta istinad edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərar qəbul edilərək, cəmiyyətə 917264,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı MMC (VÖEN: **********) iddia ərizəsində fəaliyyət göstərdiyi obyektlərdə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı elektron qaimə faktura təqdim etmədən malların təqdim edilməsinə görə tətbiq edilmiş 917264,34 manat maliyyə sanksiyasının qanunsuz olduğunu bildirərək, xx.xx.2021 -ci il tarixli **********7727 nömrəli ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı “CASPİAN AOS" MMC tərəfindən verilmiş iddia ərizəsini aşağıdakı səbəblərdən əsassız hesab edirik: Uçot-baza məlumatlarına əsasən İddiaçı MMC xx.xx.2018-ci tarixindən “Meyvə və tərəvəzin topdan satışı” (əsas), “Ərzaq mallarının topdan satışı” və “Malların saxlanması və anbarlara yığılması üzrə” fəaliyyətləri üçün vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2019-cu il tarixindən “Malların saxlanması və anbarlara yığılması üzrə” fəaliyyəti üçün obyekt qeydiyyata (sahəsi 200 kv.m) aldığı və xx.xx.2020-ci il tarixindən “Ərzaq mallarının topdan satışı” fəaliyyəti üçün ikinci obyekt qeydiyyata (sahəsi 54 kv.m) aldığı görünür.
6. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş İdarə) "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021ci il tarixli **********5207 və **********5206 nömrəli qərarları əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 25631,4 manat dəyərində sənədli mal qalığının olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 9172643,4 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005566 nömrəli akt tərtib edilmişdir. Həmin akt İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanmaqdan imtina edilmişdir.
7. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarı ilə İddiaçı MMC-yə 917264,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
8. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il **********139800 nömrəli məktubu ilə İddiaçı MMC-nin qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 09:48-də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib)
9. Əlavə olaraq bildirilmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı “CASPİAN AOS'' MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 təqdim etdiyi arayışda malları 5 % ticarət əlavəsi ilə satdığını bildirmişdir.
10. Həmçinin qeyd edilmişdir ki, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığı 311515,5 manat məbləğində olmuş, operativ vergi nəzarəti zamanı mal qalığı 25631,36 manat məbləğində olmuş, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər vergi ödəyicisi tərəfindən 8568160,9 manat (ƏDV-siz) dəyərində idxal və elektron qaimə faktura tətbiq olunmaqla 1523320,7 manat (ƏDV-siz) (5 faiz ticarət əlavəsi çıxıldıqda 1450781,6 manat) dəyərində malların satış (iş, xidmət, mal) əməliyyatları həyata keçirilmişdir ki, nəticədə iddiaçı tərəfindən 9172643,4 manat dəyərində mallar elektron qaimə-faktura təqdim edilməməklə topdansatış qaydasında təqdim edilmişdir. (311515,5+8568160,9-25631,36-1450781,6)*1,05*1,18=9172643,4. 1,05 - 5 faiz ticarət əlavəsi, 1,18 - 18 faiz X9
11. İşin hüquqi tərəfi ilə bağlı bildiririk ki, baza məlumatlarına əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 46310 kod altında “Meyvə və tərəvəzin topdan satışı” kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2020-ci il **********083400 nömrəli və xx.xx.2019-cu il tarixli **********501600 nömrəli “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında ərizələri əsasında cəmiyyətin təsərrüfat obyektləri 46310 kod altında “Meyvə və tərəvəzin topdan satışı” kimi qeydiyyata alınmışdır. Vergi orqanına təqdim edilmiş məlumatlardan görünür ki, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin təsərrüfat obyektləri “Meyvə və tərəvəzin topdan satışı” adı altında fəaliyyət göstərmişdir.
12. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin topdan satış olması, iqtisadi göstəriciləri və obyektlərinin anbar tipli olması) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 1.3.1-ci bəndinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
13. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaiməfaktura tərtib edilməklə həyata keçirilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları’na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir.
15. Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.
16. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir.
18. Vergi Məcəlləsinin 13.2.63-ci maddəsinə görə topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
19. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır.
20. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.
21. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
22. Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilmişdir ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
23. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.2-ci və 48-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
24. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
26. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-677/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
27. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
28. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, rəy alınanadək inzibati işin icraatı dayandırılmışdır.
29. Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən isə rəy verilməsi üçün zəruri olan sənədlər tam şəkildə təqdim edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil rəy verilməsi üçün iş üzrə əlavə sənədləri məhkəmə kollegiyasına təqdim etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
31. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları hərtərəfli və obyektiv araşdırmamış və məhkəmənin qəbul etdiyi qərar aşağıdakı səbəblərdən əsassızdır: Uçot-baza məlumatlarına əsasən İddiaçı MMC-nin xx.xx.2018-ci tarixindən “Meyvə və tərəvəzin topdan satışı” (əsas), “Ərzaq mallarının topdan satışı” və “Malların saxlanması və anbarlara yığılması üzrə” fəaliyyətləri üçün vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2019-cu il tarixindən “Malların saxlanması və anbarlara yığılması üzrə” fəaliyyəti üçün obyekt qeydiyyata (sahəsi 200 kv.m) aldığı və xx.xx.2020-ci il tarixindən “Ərzaq mallarının topdan satışı” fəaliyyəti üçün ikinci obyekt qeydiyyata (sahəsi 54 kv.m) aldığı görünür. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5207 və **********5206 nömrəli qərarları əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 25.631,4 manat dəyərində sənədli mal qalığının olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 9.172.643,4 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005566 nömrəli akt tərtib edilmişdir. Həmin akt İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanmaqdan imtina edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarı ilə İddiaçı MMC-yə 917.264,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 təqdim etdiyi arayışda malları 5 % ticarət əlavəsi ilə satdığını bildirmişdir. Həmçinin, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığı 311.515,5 manat məbləğində olmuş, operativ vergi nəzarəti zamanı mal qalığı 25.631,36 manat məbləğində olmuş, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər vergi ödəyicisi tərəfindən 8.568.160,9 manat (ƏDV-siz) dəyərində idxal və elektron qaimə faktura tətbiq olunmaqla 1.523.320,7 manat (ƏDV-siz) (5 faiz ticarət əlavəsi çıxıldıqda 1.450.781,6 manat) dəyərində malların satış (iş, xidmət, mal) əməliyyatları həyata keçirilmişdir ki, nəticədə iddiaçı tərəfindən 9.172.643,4 manat dəyərində mallar elektron qaimə-faktura təqdim edilməməklə topdansatış qaydasında təqdim edilmişdir. (311515,5+8568160,9-25.631,36-1.450.781,6)*1,05*1,18=9.172.643,4. İşin hüquqi tərəfi ilə bağlı bildirilmişdir ki, baza məlumatlarına əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 46310 kod altında “Meyvə və tərəvəzin topdan satışı” kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2020-ci il **********083400 nömrəli və xx.xx.2019-cu il tarixli **********501600 nömrəli “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında ərizələri əsasında cəmiyyətin təsərrüfat obyektləri 46310 kod altında “Meyvə və tərəvəzin topdan satışı” kimi qeydiyyata alınmışdır. Vergi orqanına təqdim edilmiş məlumatlardan görünür ki, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin təsərrüfat obyektləri “Meyvə və tərəvəzin topdan satışı” adı altında fəaliyyət göstərmişdir. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin topdan satış olması, iqtisadi göstəriciləri və obyektlərinin anbar tipli olması) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “Hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında’’ xx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir”. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir ki, qeyd olunan məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlər və vergi ödəyicisi tərəfindən verilmiş hesabatlardır ki, həmin sənədlər də məhkəməyə təqdim edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərarda yoxlamanın keçiriləcəyi yer (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ Xocahəsən yolu 57), obyektin adı və kodu (Anbar **********-11002), fəaliyyət növü (Meyvə və Tərəvəzin topdan satışı), operativ vergi nəzarətinin Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) həyata keçirildiyi, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri göstərilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə faktiki halların həqiqi tərəflərini müəyyən etməməklə, o istiqamətdə heç bir araşdırma aparmamaqla nəticədə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. Birinci instansiya məhkəməsinin inzibati mübahisə üzrə heç bir araşdırma aparmamasını və lazımi həqiqəti müəyyən etməməsini aşağıdakı dəlillərlə təsdiq etmişlər. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olması əslində işin mübahisəsiz halıdır. Baş İdarə tərəfindən aşkar edilən bir halın məhkəmə tərəfindən əsassız olaraq təsdiq edilməməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını birmənalı şəkildə şübhə altına alır. Belə ki, müstəqil şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı həyata keçirdiyi fəaliyyəti, yəni topdansatış fəaliyyətini təqdim etməsinə baxmayaraq, məhkəmə belə bir halın mövcud olmadığı qənaətinə gəlmişdir. Hesab etmişlər ki, birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-677/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X1 və X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022ci il tarixli 2-1(116)-677/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar çıxarılmasını xahiş etdilər.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-677/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
34. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərardan görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan obyektdə Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (okyekdən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti 1-ci dərəcəli müfəttiş X3 tərəfindən həyata keçirilmişdir. -Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarından görünür ki, İddiaçı (Ünvanı: AZ0300. AĞDAŞ RAYONU. AĞDAŞ ŞƏHƏRİ. Y.NƏBİYEV. ev.7/14. VÖEN:**********) 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktııra verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsəırüfatdaxilı yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 917264.34 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 917264.34 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında tələbnamədən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən barənizdə tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 005866 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2021-ci il tarixli **********7727 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" Qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə İddiaçınə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
36. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
37. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
39. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-677/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
41. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
42. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Birinci instansiya məhkəməsi iddianı təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehin xx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələrinin verdiyi izahatlarında bildirdilər ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5207 və **********5206 nömrəli qərarları əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 25631,4 manat dəyərində sənədli mal qalığının olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 9172643,4 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrıayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005566 nömrəli akt tərtib edilmişdir. Həmin akt İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanmaqdan imtina edilmişdir.
46. Operativ vergi nəzarəti tədbiri zamanı “CASPİAN AOS'' MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 təqdim etdiyi arayışda malları 5 % ticarət əlavəsi ilə satdığını bildirmişdir.
47. Həmçinin qeyd edilmişdir ki, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığı 311515,5 manat məbləğində olmuş, operativ vergi nəzarəti zamanı mal qalığı 25631,36 manat məbləğində olmuş, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər vergi ödəyicisi tərəfindən 8568160,9 manat (ƏDV-siz) dəyərində idxal və elektron qaimə faktura tətbiq olunmaqla 1523320,7 manat (ƏDV-siz) (5 faiz ticarət əlavəsi çıxıldıqda 1450781,6 manat) dəyərində malların satış (iş, xidmət, mal) əməliyyatları həyata keçirilmişdir ki, nəticədə iddiaçı tərəfindən 9172643,4 manat dəyərində mallar elektron qaimə-faktura təqdim edilməməklə topdansatış qaydasında təqdim edilmişdir.
48. İşin hüquqi tərəfi ilə bağlı bildirmişlər ki, baza məlumatlarına əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 46310 kod altında “Meyvə və tərəvəzin topdan satışı” kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2020-ci il **********083400 nömrəli və xx.xx.2019-cu il tarixli **********501600 nömrəli “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında ərizələri əsasında cəmiyyətin təsərrüfat obyektləri 46310 kod altında “Meyvə və tərəvəzin topdan satışı” kimi qeydiyyata alınmışdır. Vergi orqanına təqdim edilmiş məlumatlardan görünür ki, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin təsərrüfat obyektləri “Meyvə və tərəvəzin topdan satışı” adı altında fəaliyyət göstərmişdir.
49. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin topdan satış olması, iqtisadi göstəriciləri və obyektlərinin anbar tipli olması) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan aşağıdakı əsaslardan birinin olması mütləq şərtdir: 50.1.1 vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.
51. Lakin cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəlləsinin 50.2.2ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur.
52. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərara əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktua verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçü malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 917264.34 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
53. Cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir.
54. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri aşağıdakı qeyd olunan hallarla əlaqədar həyata keçirilir: -Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; -Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; -Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; -Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıbsatılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; -Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; -Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; -Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; -Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; -Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; -Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; -Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; -“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi.
55. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən olunan pozuntu halında tətbiq olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür.
56. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun.
57. Lakin baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığı 311.515,5 manat məbləğində olmuş, operativ vergi nəzarəti zamanı mal qalığı 25.631,36 manat məbləğində olmuş, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər vergi ödəyicisi tərəfindən 8.568.160,9 manat (ƏDV-siz) dəyərində idxal və elektron qaimə faktura tətbiq olunmaqla 1.523.320,7 manat (ƏDV-siz) (5 faiz ticarət əlavəsi çıxıldıqda 1.450.781,6 manat) dəyərində malların satış (iş, xidmət, mal) əməliyyatları həyata keçirilmişdir ki, nəticədə iddiaçı tərəfindən 9.172.643,4 manat dəyərində mallar elektron qaimə-faktura təqdim edilməməklə topdansatış qaydasında təqdim edilmişdir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə- faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmamışdır. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2021-ci il tarixli DVX seriyalı 005866 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2021-ci il tarixli inzibati akt qəbul olunmuşdur.
58. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
59. 83.3-cü maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır.
60. 50.6-cı maddəsinə görə, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 43cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.
61. İstinad edilən normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir.
62. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir.
63. Belə ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur.
64. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiqini tapmır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir.
65. Belə olan hada, cavabdehin mübahisəli qərarının qəbul edilməsinə əsas olmuş iddiaçı tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanılması ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərarı ilə gəldiyi nəticənin əsassız olması iş materialları ilə öz təsdiqini tapmış, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli qərarla iddiaçıya münasibətdə əsassız maliyyə sanksiyası hesablanmışdır.
66. Bununla yanaşı Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərini və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir.
67. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərar qəbul etmişdir.
68. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5206 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir.
69. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
70. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
71. Səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
72. Odur ki, vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
73. Oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-330/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 21(102)-436330/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)330/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)945/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-740/2022 nömrəli qərarlarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır.
74. Yuxarıda göstərilənləri nəzərə alaraq Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7727 nömrəli qərarının gəldiyi nəticə əsaslı deyildir.
75. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinin işin faktiki hallarına tətbiqi baxımından iddia tələbinə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddia əsaslıdır və təmin olunmalıdır.
76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
77. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-677/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.