Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-82/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X8 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-857/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-857/2024-007 nömrəli qərardadı ilə X4, xx.xx.2024-cü il tarixli 2-1(116)-857/2024-016 nömrəli qərardadı ilə X7 zəruri qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1988-ci ildə Zaqatala rayonu Əliabad qəsəbə sakini X5 ilə ailə həyatı qurmuşdur. 1989-cu ildə onlara ev tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. 1993-cü ildə X5 rəsmi qeydiyyatdan çıxaraq daimi yaşamaq üçün Türkmənistan Respublikasına getmişdir. Ailənin istifadəsinə verilən həyətyanı torpaq sahəsi 1996-cı ildə qəbul olunmuş “Torpaq İslahatı haqqında Qanun”a əsasən təsərrüfatda qalıb yaşayan iddiaçıya və onun əvvəlki nikahından doğulan Nəzakət Üzeyir qızının mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 saylı qərarı ilə verilmişdir. Həmin torpaq sahəsinin planı və ölçüsünə dair sənəd hazırlanmış, sənədin nömrəsi seriyası A298031 olmaqla, xx.xx.2011-ci il tarixdə X17 kitabında 4063 nömrə ilə uçota alınmışdır. İddiaçı həmin torpaq sahəsinə Dövlət reyestrindən çıxarış almaq üçün cavabdehə müraciət etmiş, məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsinə qanunsuz olaraq Azərbaycan vətəndaşı olmayan, torpaq islahatı zamanı Azərbaycan ərazisində yaşamayan və Azərbaycanda qeydiyyatda olmayan, eyni zamanda torpaq islahatı zamanı torpaq sahəsi verilmiş şəxslərə dair subyektlər siyahısında adı olmayan X1 adına qeydiyyata alaraq çıxarış vermişdir. Həmin çıxarış qanunsuz olaraq arxiv arayışı və naməlum XDS-nin qərarı əsasında verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçının adına olması nəzərə alınmamışdır. Cavabdehə müraciət edərək xx.xx.2016-cı il tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır.
4. Cavadeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və torpaq sahəsinə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi **********09-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyatda alınmışdır. Bu səbəbdən də, iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2023-ci il tarixli, 3- 21-3-47/2-3323/2023 (**********23) nömrəli imtina bildirişi ünvanlanmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli imtina məktubları, - xx.xx.2016-cı il tarixli, ********** nömrəli qeydiyyat nömrəli çıxarışı, - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2009-cu il tarixli, 107№-li arxiv arayışı, - DT və XK-nin Zaqatala rayon şöbəsinin təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 234 №li qaytanlanmış torpaq kitabından çıxarışı, - Əliabad qəsəbə İƏD-nin 4№-li təsərrüfatbaşına kitabından çıxarış, - A298031 nömrəli plan-ölçü sənədi, - "xxxx" MMC tərəfindən təqdim edilmiş Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı və ona əlavə edilmiş subyektlər siyahısı, (xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş subyektlər siyahısı), - A287610 №-li plan-ölçü sənədi, - xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı, - xx.xx.2018-ci il tarixdə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının 62 nömrəli sərəncamı və ona əlavə edilmiş subyektlər siyahısı.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 iyul 2024-cü il tarixli 2- 1(116)-857/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddia əsassızdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,0590 ha torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinə dair X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinə dair Zaqatala rayon AİKnın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında adına A298031 nömrəli plan-ölçü sənədinin tərtib edilməsini və həmin sənədin cavabdeh orqan tərəfindən nəzərə alınmamasını bildirir. Məhkəmə tərəfindən mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olmuş sənədlər cavabdeh orqandan götürülərək öyrənilmişdir. Müəyyən edilmişdir ki, mübahisələndirilən qeydiyyatın aparılmasına əsas Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2009-cu il tarixli, 107№-li arxiv arayışı, qaytanlanmış torpaq kitabından və təsərrüfatbaşına kitabdan çıxarışlar olmuşdur. Sözügedən arxiv arayışdan görünür ki, Zaqatala rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 24 saylı iclas protokoluna (qərar №511) əsasən rayonun kənd yaşayış məntəqələrində yeni fərdi yaşayış evlərinin tikintisinə icazə verilmiş, 14 sıra nömrəsində X1 adı qeyd edilmişdir. Eyni zamanda DT və XK-nin Zaqatala rayon şöbəsinin təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 234 №-li arayışda Əliabad kəndinin qaytanlanmış torpaq kitabının 1588 sıra nömrəsində X1 adına 0,06 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan başqa Əliabad qəsəbə İƏD-nin 4№-li təsərrüfatbaşına kitabda da, X1 adına 1989-cu ildə inşa olunmuş, bir mərtəbəli yaşayış evi və 0,06 ha torpaq sahəsi ilə bağlı qeydiyyat aparılmışdır. - Sadalanan sənədlər Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında öz əksini tapmışdır. Belə ki, istinad olunan “Siyahı”-nın 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.5-ci bəndinə əsasən ... həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər olaraq qeyd edilmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan 0,0590 ha torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinə dair X1 mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqda haqlı olmuşdur. - Məhkəmə tərəfindən mübahisəli daşınmaz əmlak obyekti ilə bağlı torpaq islahatı aparılarkən tərtib edilmiş ilkin sənədlər cavabdeh orqandan və "xxxx" MMC-dən götürlərək öyrənilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının adına olan A298031 nömrəli plan-ölçü sənədi Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında tərtib edilsə də, faktiki olaraq X5 və İddiaçı ayrı-ayrı təsərrüfatlarda uçotda olmuşlar. Onların hər birinin uçotda olduqları təsərrüfat üzrə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüləri subyektlər siyahısında müəyyən edilmiş, Muxtar Ramazanovun uçotda olduğu təsərrüfatda (22/992) faktiki sahə 0,20 ha, İddiaçı uçotda olduğu təsərrüfatda isə faktiki sahə 0,05 ha qeyd edilmişdir. İstinad olunan subyektlər siyahısında Muxtar Ramazanovun uçotda olduğu təsərrüfatda qanuni sahə qrafasında 0,12 ha, İddiaçı uçotda olduğu təsərrüfatda qanuni sahə qrafasında isə düzəliş edilərək 0,08 ha qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı zəbtində olmuş torpaq sahəsi 0,03 ha, cəmi istifadəsində olan faktiki torpaq sahəsi isə 0,05 ha olduğundan ona məxsus qanuni istifadədə olan torpaq sahəsinin ölçüsü 0,02 ha-dan artıq ola bilməzdi. "xxxx" MMC tərəfindən təqdim edilmiş, xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş subyektlər siyahısında Muxtar Ramazanovun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0,08 ha, İddiaçı qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü isə 0,02 ha qeyd edilmişdir. - Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının istinad etdiyi plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd yox, müəyyən miqyasda tərtib edilmiş və ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğundan, həmin sənədin iddiaçının adına tərtib edilməsi sənəddə göstərilən torpaq sahəsinin ona aid olması kimi qiymətləndirilə bilməz. Həmçinin sənədin özü də, istinad olunduğu Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarına uyğun olmalıdır. Belə ki, A298031 nömrəli plan-ölçü sənədi Zaqatala rayon AİK-nın xx.xx.2004cü il tarixli, 113 saylı qərarı əsasında tərtib edilməsinə baxmayaraq, faktiki olaraq Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında təsdiq edilmiş subyektlər siyahısında iddiaçıya verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsü 0,02 ha qeyd edilmiş və həmin torpaq sahəsinə də, A287610 №-li plan-ölçü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. - xx.xx.2018-ci il tarixdə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının 62 nömrəli sərəncamı verilmiş və həmin sərəncamda qeyd edilmişdir ki, “görülmüş işlərə baxmayaraq rayonun ən iri yaşayış məntəqələndən biri olan Əliabad qəsəbəsinin 2 təsərrüfatda, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işləri yarımçıq qalmış, qəsəbə üzrə “Torpaq sahəsinin Planı və Ölçüsü sənədləri çap olunmamışdır. Rayonun ən iri yaşayış məntəqələrindən biri olan Əliabad qəsəbəsində 2 təsərrüfatda islahat aparılmışdır. Bunlardan keçmiş "Əliabad” adına kolxozun qəsəbə daxili və pay torpaq sahələrində elektron ölçü işləri aparılmış, xəritələr hazırlanaraq keçmiş DT və XK-nə təhvil verilmişdir. Lakin, həmin ərazilərdə faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edilən torpaq sahələri bəzi hallarda başqa vətəndaşların adına sənədləşmiş, bir sıra hallarda isə faktiki olaraq naturada vətəndaşların pay torpaq sahəsi olduğu halda yerqurluşu layihə sənədlərində əks olunmamış və ya ilkin islahat dövründə pay torpaq almaq huququ olan subyektlərdən bəzilərinin adları nəzərə alınmamışdır. Qəsəbənin keçmiş "Qələbə” kolxozuna aid hissəsində isə qəsəbə daxili ölçmə işləri aparılmış, pay torpaq sahələrinin bölgüsü və ölçü işləri yarımçıq qalmışdır. Qəsəbə üzrə "Torpaq sahəsinin Planı və Ölçüsü” sənədləri çap olunmamışdır. - Yuxarıda qeyd olunan məsələlərlə bağlı Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 01 may 2017-cı il tarixli 82 nömrəli Sərəncamı ilə işçi qrupu yaradılmışdır. İşçi qrupunun üzvləri, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə dürüstləşdirmə işləri aparılmasında yaxından iştirak etmişlər. Əliabad qəsəbəsində torpaq-təsərrüfat quruluşunun hazırlanmasının və həyata keçirilməsinin təşkil edilməsi məqsədi ilə 1. Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssislər ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 01 may 2017-ci il tarixli 82 nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupunun protokolunun nəzərə alınması,
2. Əliabad qəsəbəsi keçmiş “Qələbə" və "Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının təsdiq edilməsi, 3. Ərazidə aparılmış torpaqların elektron uçotu işlən əsasında hazırlanmış layihənin təsdiq edilməsi, 4. Torpaq payı alacaq subyektlərə torpaq sahəsi üzərində huquqi müəyyən edən sənədlərin verilməsinə köməklik göstərilməsinin Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş olunması qərara alınmışdır. - Göründüyü kimi Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı Əliabad qəsəbəsinin 2 təsərrüfatında, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işlərinin tamamlanması məqsədilə qəbul edilmişdir. Sərəncamın tənzimlədiyi məsələlər torpaq sahəsinin planı və ölçüsü sənədləri çap olunmayan, torpaq sahəsindən faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edildiyi halda başqa vətəndaşların adına sənədləşdirilən, naturada pay torpaq sahəsi olduğu halda yerquruluşu layihə sənədlərində əks olunmayan və ilkin islahat dövründə pay torpaq almaq hüququ olduğu halda adları subyektlər siyahısına daxil edilməyən şəxslərlə bağlı olmuşdur. Sərəncamın məzmunu təhlil edilərkən faktiki olaraq həmin sərəncamın da, bir növ torpaq islahatı zamanı yarımçıq qalmış və həll edilməmiş məsələlərin tamamlanaraq yekun dürüstləşdirməni həyata keçirdiyi aşkar görünür. Başqa sözlə, həmin sərəncam torpaq islahatının yenidən aparılması, əvvəlki islahat zamanı torpaq sahələri qanuni istifadələrinə verilmiş subyektlərə münasibətdə yeni bölgünün həyata keçirilməsi, torpaq sahələrinin ölçüsünün dəyişdirilməsi məqsədilə tətbiq edilə bilməz. - Zaqatala rayonu Əliabad qəsəbəsində Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 17/97 №-li, xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarları torpaq islahatı ilə bağlı məsələləri tənzimləmiş və aqrar islahatın əhatə dairəsinə düşməyən subyektlərə münasibətdə də isə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı qəbul edilərək bütövlükdə dürüstləşmə işləri başa çatdırılmışdır. Həmin sərəncamla təsdiq edilmiş siyahıda iddiaçının adının qarşısında qanuni istifadə qrafasında 0,08 ha qeydinin icra edilməsi (ölçünün hansı qaydada və nəyə əsasən müəyyən edilməsi aydın deyil) iddia olunan torpaq sahəsinin iddiaçıya aid olması qənaətini yaratmır. Yuxarıda qeyd edildiyi kimi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,02 hektardan artıq olmamışdır (Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında qanuni sahə qrafasında isə düzəliş edilərək 0,08 ha qeyd edilmişdir). - Odur ki, Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı əvvəlki islahat zamanı torpaq sahəsi artıq qanuni istifadəsinə verilmiş subyektlərə münasibətdə tətbiq edilməli olmadığından, iddiaçı, həmin sərəncama istinad edərək üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvini tələb edə bilməz. Nəzərə alınmalıdır ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir. Başqa sözlə, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamını tətbiq etməklə əvvəllər mülkiyyət hüququ qanuni əsaslarla dövlət qeydiyyatına alınmış torpaq sahələrinə münasibətdə yeni hüquq subyektlərinin müəyyən edilməsi mümkün deyil və inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə tamamilə ziddir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qeydiyyatın ləğvi üçün hüquqi əsas olmadığından iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2-1(116)-857/2024 nömrəli qərarının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə razı deyil. Belə ki, məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmamışdır. Mübahisəli torpaq sahəsinin “İslahat haqqında Qanuna”a istinad edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2024-cü il tarixli 113 saylı qərarı əsasında adına hazırlanmış A298031 nömrəli plan ölçü sənədini düzgün qiymətləndirməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, onlar X5 ilə 1988-ci ildə rəsmi nikah qeyd etməklə ailə həyatı qurmuşlar. 1989-cu ildə isə İcraiyyə Komitəsinin qərarı ilə onlara yaşayış evi tikmək üçün 0,6 ha torpaq sahəsi ayrılmışdır. Yaşayış evini inşa etdikdən sonra X5 yaşadıqları ünvandan qeydiyyatdan çıxaraq daimi yaşamaq üçün Qazaxıstan Respublikasına getmiş, oranın vətəndaşlığını götürmüş və bir daha Azərbaycana qayıtmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, onun mülkiyyətinə verilmiş 0,2 ha həyətyanı torpaq sahəsi “Əliabad” adına kolxozdan əmlak payına aldığı “müəllimlər evi” adlanan binanın yerləşdiyi sahədir. Belə ki, iddiaçı 1996-cı ildə “Əliabad” kolxozunun xx.xx.1996-cı il tarixli ümumi yığıncağının qərarına əsasən 7 nömrəli təsərrüfat briqadasına məxsus olan “müəllimlər evi” adlanan binanı almışdır. Buna dair əmlak üzərində mülkiyyət haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Həmin binanın yerləşdiyi 200 kv.m torpaq sahəsinə dair A287610 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Məhkəmə bu iki torpaq sahəsinin birini digərinə qarışdırmışdır. - Belə ki, 0,06 ha torpaq sahəsi X5 ilə ona fərdi yaşayış evi tikilməsi üçün verilmiş, Ramazanov Muxtar torpaq islahatı başlananadək ölkədən getmiş, həmin təsərrüfat onun adına olduğuna görə həmin torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh təşkilat torpaq sahəsinin X3 verilməsinə dair Aqrar İslahat Komissiyasının qərarı əsasında torpaq sahəsinin planı və ölçüsü sənədi olmadan torpaq sahəsi və fərdi yaşayış evini yalnız bir arayış əsasında DƏDR-də qeydiyyata aldırmışdır. Beləliklə, “DƏDR-də qeydiyyata alınmaya dair Qanun”un tələbləri pozulmuşdur. İddiaçının adına hazırlamış və istinad etdiyi plan ölçü sənədi ləğv olunmadığı halda qüvvədə olduğu halda həmin torpağı başqa şəxsin adına DƏDR-də qeydiyyata almışlar. Məhkəmə isə bu fakta belə bir qeyri-müəyyən qiymət vermişdir. Məhkəmə yazır ki, plan ölçü sənədi hüququ müəyyənedici sənəd yox, müəyyən miqyasda tərtib edilmiş, ərazinin vəziyyətini, şərti işarələrini əks etdirən sənəd olduğundan həmin sənəd iddiaçının adına tərtib edilməsi ilə göstərilən torpaq sahəsinin ona aid olması ilə qiymətləndirilə bilməz. Burada artıq sual olunur ki, bəs məhkəmə hansı sənədi torpaq sahəsinin ona aid olması kimi əsas götürür. X6 qərarı ilə hazırlanmış plan ölçü sənədi nəzərə alınmır, 2018-ci il İcra Hakimiyyəti başçısının verdiyi sərəncam nəzərə alınır? Məhkəmənin diqqətinə çatdırır ki, İcra Hakimiyyəti başçısının 2018-ci ildə verdiyi sərəncamda Muxtar Ramanovun adı yoxdur. Həmin sərəncam ümumi bir sərəncam olmaqla torpaq sahələrinə plan və ölçü sənədi hazırlanmayan şəxslərin torpaqlarının qeydiyyata alınması üçün tərtib edilmişdir. Belə ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında plan ölçü sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanaraq vətəndaşlara verilirdi. 2015-ci ildə X12 Komitəsi ləğv olduğundan, bir sıra torpaqlara plan-ölçü sənədi hazırlanmadığından, eyni zamanda cavabdeh təşkilat plan ölçü sənədi olmayan torpaqlara çıxarış verməyə imtina etdiyinə görə xx.xx.2018-ci il tarixdə Zaqatala rayon İcra Hakimiyyəti başçısı 62 nömrəli sərəncam imzalamışdır. Həmin sərəncamda da qeyd olunur ki, görülmüş işlərə baxmayaraq rayonun ən iri yaşayış məntəqələrindən biri olan Əliabad qəsəbəsinin keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işləri yarımçıq qalmış, qəsəbə üzrə torpaq sahəsinin planı və ölçüsü sənədləri çap olunmamışdır. Qəsəbə daxili və pay torpaq sahələrində elektron ölçü işləri aparılmış, xəritələr hazırlanaraq keçmiş DT və XK-yə təhvil verilmişdir. Sərəncamdan da göründüyü kimi həmin sərəncam vətəndaşların adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamış torpaqlara münasibətdə imzalanmışdır. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, Muxtar Ramazanov islahatdan əvvəl ölkədən çıxıb getdiyinə görə onun mülkiyyətinə hər hansı bir torpaq sahəsi verilə bilməzdi. Ona görə də həmin torpaq sahəsi birgə nikahda ev tikmək üçün verildiyinə görə və üzərində birgə nikahda tikdikləri ev olduğuna görə həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi və buna dair sənədləri hazırlanmış qanuna uyğun olmuşdur. İddiaçının adına olan 2 ədəd torpaq sahəsinin planı və ölçüsü sənədinin izahı isə yuxarıda qeyd etdiyi kimi ondan ibarətdir ki, 200 kv.m-lik torpaq sahəsinin üzərində olan tikilini iddiaçı kolxozdan əmlak payına aldığına görə hazırlanmış, digər 0,06 ha torpaq sahəsinə dair plan ölçü sənədi isə İcraiyyə Komitəsinin qərarı ilə verilmiş həyətyanı torpaq sahəsidir. Bunu təsdiq edən 11 may 2011-ci il tarixli 667 saylı Zaqatala rayon Torpaq şöbəsinin arayışı vardır. Hesab edir ki, iddia təmin edilməlidir ona görə ki, iddia həm qanuni, həm də mahiyyət etibarı ilə əsaslıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2-1(116)-857/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-857/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçiril Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. .... 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. ... 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna X21 və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;
19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisənin predmetini Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,0590 ha torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinə dair X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən də mübahisənin hərtərəfli araşdırılması məqsədilə cavabdeh inzibati orqana müvafiq sorğular göndərilmiş, sorğulara cavab olaraq mübahisələndirilən əmlakla bağlı bütün sənədlər təqdim edilmiş, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən qeydiyyatın aparılmasına əsas Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2009-cu il tarixli, 107№-li arxiv arayışı, qaytanlanmış torpaq kitabından və təsərrüfatbaşına kitabdan çıxarışlar olmuşdur. Sözügedən arxiv arayışdan görünür ki, Zaqatala rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 24 saylı iclas protokoluna (qərar №511) əsasən rayonun kənd yaşayış məntəqələrində yeni fərdi yaşayış evlərinin tikintisinə icazə verilmiş, 14 sıra nömrəsində X1 adı qeyd edilmişdir. Eyni zamanda DT və XK-nin Zaqatala rayon şöbəsinin təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 234 №-li arayışda Əliabad kəndinin qaytanlanmış torpaq kitabının 1588 sıra nömrəsində X1 adına 0,06 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan başqa, Əliabad qəsəbə İƏD-nin 4№-li təsərrüfatbaşına kitabda da, X1 adına 1989-cu ildə inşa olunmuş, bir mərtəbəli yaşayış evi və 0,06 ha torpaq sahəsi ilə bağlı qeydiyyat aparılmışdır.
29. Ona görə də, cavabdeh orqan Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən 0,0590 ha torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinə dair X1 mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqda haqlı olmuşdur.
30. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi qeyd edilən torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüquqlarını qeydə alarkən heç bir qanun pozuntusuna yol verməmiş, həmin hüquq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən reyestrdə qeydə alınmışdır.
31. İş materiallarından da görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış həmin evin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydə alınması üçün əsasdır. Həmin ilkin sənədlər isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
32. İddiaçı apellyasiya şikayətinin dəlili olaraq göstərmişdir ki, onun mülkiyyətinə verilmiş 0,2 ha həyətyanı torpaq sahəsi “Əliabad” adına kolxozdan əmlak payına aldığı “müəllimlər evi” adlanan binanın yerləşdiyi sahədir. Belə ki, iddiaçı 1996-cı ildə “Əliabad” kolxozunun xx.xx.1996-cı il tarixli ümumi yığıncağının qərarına əsasən 7 nömrəli təsərrüfat briqadasına məxsus olan “müəllimlər evi” adlanan binanı almışdır. Həmin binanın yerləşdiyi 200 kv.m torpaq sahəsinə dair A287610 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Məhkəmə bu iki torpaq sahəsinin birini digərinə qarışdırmışdır.
33. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının adına qeydiyyata alınmış 26 may 2015-ci il tarixli Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, həmin qeydiyyatın aparılmasına əsas DTXK Zaqatala rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 3357 nömrəli torpaq sahəsinin planı və ölçüsü olmuşdur. Həmin plan ölçü sənədi isə tədqiq edildikdə isə müəyyən olunur ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 saylı qərarı ilə İddiaçı 200 kv.m. həyətyanı torpaq sahəsi ayrılmışdır.
34. İş materiallarından da müəyyən edilir ki, iddiaçının adına olan A298031 nömrəli plan-ölçü sənədi Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında tərtib edilsə də, faktiki olaraq X5 və İddiaçı ayrı-ayrı təsərrüfatlarda uçotda olmuşlar. Onların hər birinin uçotda olduqları təsərrüfat üzrə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüləri subyektlər siyahısında müəyyən edilmiş, Muxtar Ramazanovun uçotda olduğu təsərrüfatda (22/992) faktiki sahə 0,20 ha, İddiaçı uçotda olduğu təsərrüfatda isə faktiki sahə 0,05 ha qeyd edilmişdir. İstinad olunan subyektlər siyahısında Muxtar Ramazanovun uçotda olduğu təsərrüfatda qanuni sahə qrafasında 0,12 ha, İddiaçı uçotda olduğu təsərrüfatda qanuni sahə qrafasında isə düzəliş edilərək 0,08 ha qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı zəbtində olmuş torpaq sahəsi 0,03 ha, cəmi istifadəsində olan faktiki torpaq sahəsi isə 0,05 ha olduğundan ona məxsus qanuni istifadədə olan torpaq sahəsinin ölçüsü 0,02 ha-dan artıq ola bilməzdi. "xxxx" MMC tərəfindən təqdim edilmiş, xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş subyektlər siyahısında Muxtar Ramazanovun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0,08 ha, İddiaçı qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü isə 0,02 ha qeyd edilmişdir.
35. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçının adına hazırlamış və istinad etdiyi plan ölçü sənədi ləğv olunmadığı halda, qüvvədə olduğu halda həmin torpağı başqa şəxsin adına DƏDR-də qeydiyyata almışlar.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd yox, müəyyən miqyasda tərtib edilmiş və ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğundan, həmin sənədin iddiaçının adına tərtib edilməsi sənəddə göstərilən torpaq sahəsinin ona aid olması kimi qiymətləndirilə bilməz.
37. Həmçinin sənədin özü də, istinad olunduğu Zaqatala rayon AİK-nın xx.xx.2004cü il tarixli, 113 saylı qərarına uyğun olmalıdır. Belə ki, A298031 nömrəli plan-ölçü sənədi Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında tərtib edilməsinə baxmayaraq, faktiki olaraq Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında təsdiq edilmiş subyektlər siyahısında iddiaçıya verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsü 0,02 ha qeyd edilmiş və həmin torpaq sahəsinə də, A287610 №-li planölçü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
38. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı əvvəlki islahat zamanı torpaq sahəsi artıq qanuni istifadəsinə verilmiş subyektlərə münasibətdə tətbiq edilməli olmadığından, iddiaçı, həmin sərəncama istinad edərək üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvini tələb edə bilməz. Nəzərə alınmalıdır ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir. Başqa sözlə, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamını tətbiq etməklə əvvəllər mülkiyyət hüququ qanuni əsaslarla dövlət qeydiyyatına alınmış torpaq sahələrinə münasibətdə yeni hüquq subyektlərinin müəyyən edilməsi mümkün deyil və inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə tamamilə ziddir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur.
40. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
41. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması ilə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli ünvanda yerləşən torpaq sahəsinin və yaşayış evinin üzərində X1 qeydiyyata alınmış hüquqlarının ləğv edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2- ci maddəsi).
43. Belə olan halda, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
44. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “X1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, həmçinin Prezidentin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,0590 ha torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı cavabdehin hərəkətində qanun pozuntusu müəyyən olunmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2-1(116)-857/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.