Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-83/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən, məruzəçi) Rəfiyev Rövşən Raqfiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işlədiyi illərin, həmçinin xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək Mingəçevir şəhəri 69 nömrəli texniki məktəbdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1342/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə Gədəbəy rayonunun Daryurd kəndində anadan olmuş, 1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işləmiş, 1982-1983-cü illərdə Mingəçevir şəhəri 69 nömrəli texniki məktəbdə əyani təhsil almışdır. İddiaçı xx.xx.2019-cu ildə pensiya yaşına çatmışdır. O, həmin illərin onun sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********0 nömrəli və xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktublarla bundan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, 1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işlədiyi illərin, həmçinin 1982-1983-cü illərdə Mingəçevir şəhəri 69 nömrəli texniki məktəbdə təhsil aldığı illərin ümumi iş stajına daxil edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, “1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işlədiyi illərin, həmçinin xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Mingəçevir şəhəri 69 nömrəli texniki məktəbdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2019-cu il tarixdən ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)- 1342/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçının1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işlədiyi illərin, həmçinin xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Mingəçevir şəhəri 69 nömrəli texniki məktəbdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2019-cu il tarixdən ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının işləməsini təsdiq edən Arxiv arayışında qeyd edilən 1977,1978,1979-cu illərdə M.Qorki adına kolxozda işlədiyi, 1980, 1981,1982-ci illərdə Jdanov adına sovxozda işlədiyi, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Mingəçevir şəhər 69 nömrəli texniki peşə məktəbində təhsil aldığı illər sığorta stajı kimi hesablanmamışdır. İddiaçının əmək kitabçasına əsasən onun sığorta stajının 20 il 10 ay təşkil etməsi müəyyən edilmişdir. İddiaçının işlədiyi illər şəxsin sığorta stajını təsdiq edən sənəd olan əmək kitabçasında qeyd edilməmiş, həmçinin iddiaçının təhsil aldığı illərin onun sığorta stajına daxil edilməsi qüvvədə olan əmək pensiyası qanunvericiliyində nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, qanunun normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının kolxoz və sovxozlarda işləməsi onun əmək kitabçasında qeyd edilməməsi səbəbindən həmin illər onun sığorta stajına daxil edilməmiş, eyni zamanda iddiaçının pensiyaya çıxan vaxt qüvvədə olan pensiya qanunvericiliyi ilə təhsil müddəti sığorta stajına daxil edilmir. Ona görə də apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********0 nömrəli və xx.xx.2019- cu il tarixli **********4 nömrəli imtina məktubları, Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 187 nömrəli arxiv arayışı, Gədəbəy rayon Dövlət X1 xx.xx.2019-cu il tarixli 37/T-092 nömrəli arayışı, B seriyalı 695311 nömrəli diplomun təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********3 nömrəli, xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, iddiaçının xx.xx.1985-ci il tarixli İT ******* nömrəli əmək kitabçasının əsli, Gədəbəy Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 10 nömrəli məktubu, Gədəbəy Dövlət X2 xx.xx.2020-ci il tarixli 37/34-128 nömrəli məktubu və digər sənədlər daxildir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı mövcuddur. Belə ki, onun sovxoz və kolxozda işlədiyi dövr, həmçinin təhsil müddəti onun sosial sığorta stajına daxil edildiyi təqdirdə o əmək pensiyası almaq hüququ əldə edəcəkdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci ildə Gədəbəy rayonunun Daryurd kəndində anadan olmuş, 1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işləmiş, 1982-1983-cü illərdə Mingəçevir şəhəri 69 nömrəli texniki məktəbdə əyani təhsil almışdır. İddiaçı xx.xx.2019-cu ildə pensiya yaşına çatmışdır. İddiaçının 1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işləməsi Gədəbəy Dövlət Arxivinin verdiyi xx.xx.2019-cu il tarixli 187 nömrəli, həmçinin xx.xx.2020-ci il tarixli 10 nömrəli arayışları ilə təsdiq edilir. Cavabdeh inzibati orqan iddiaçının işləməsi faktını təsdiq edən arxiv arayışından qeyd edilən illərin onun əmək kitabçasında qeyd edilmədiyinə əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxxxx 1992-ci il tarixdən qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının 1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işləməsi Gədəbəy Dövlət Arxivinin verdiyi arayışlarda öz təsdiqini tapır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarla təsdiq edilmiş əsasnamədə göstərilən arayışların Milli Arxiv idarəsinin arayışlarına aidiyyətinin olmamasına dair dəlillərinə hüquqi qiymət verərək apelyatorun diqqətinə onu çatdırır ki, göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 2-ci bəndinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işləməsi Gədəbəy Dövlət Arxivinin verdiyi arayışlarda işləməsi təsdiq edilsə də, həmin müddətdə qeyd edilən kolxozun binasında yanğın olduğundan bu fakt Gədəbəy Dövlət X1 xx.xx.2019-cu il tarixli 37/T-092 nömrəli arayışı ilə təsdiq edilir. Bundan əlavə qeyd edilən kolxoz və sovxozda iddiaçının işlədiyi minumum adam günü normasını müəyyən etmək mümkün deyildir. Bu hallara görə iddiaçının hər hansı bir məsuliyyət daşımadığından, bu hallar yalnız qanunvericiliyin ümumi prinsipləri baxımından iddiaçının ziyanına şərh olunmamalı və onun illik minimum adam günü normasında həmin müəsissələrdə işləməsi qəbul edilməlidir. Bundan əlavə iddiaçıya əmək kitabçasının iddiaçının Mingəçevir şəhərinə köçməsindən sonra yəni xx.xx.1985-ci il tarixdə açılması və kolxozda işlədiyi dövrün onun əmək kitabçasında qeyd edilmədiyi məlum olur. Eyni zamanda cavabdehin apelyasiya şikayətində qeyd edilən hallardan biri də iddiaçının təhsil almasına dair sənədin cavabdehə təqdim etməməsi ilə bağlı irəli sürdüyü arqumentinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı 1982-1983-cü illərdə Mingəçevir şəhəri 69 nömrəli texniki məktəbdə təhsil aldığı illər iddiaçının adına verilmiş B seriyalı 695311 nömrəli diplomun təsdiq edilmiş surəti ilə, həmçinin iddiaçıya məxsus xx.xx.1985-ci ildə adına açılmış İT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərlə öz təsdiqini tapır. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda iddiaçının 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu dövr, xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixədək əmək kitabçasında olan dövrlərin hesablanaraq 20 il 10 ay sığorta stajı təşkil etdiyi bildirilir. İddiaçının mübahisəli iş stajı olan 1977, 1978 və 1979-cu illərdə M.Qorki adına kolxozda kolxozçu, 1980, 1981 və 1982-ci illərdə Jdanov adına sovxozda fəhlə işlədiyi, 1982-1983-cü illərdə Mingəçevir şəhəri 69 nömrəli texniki məktəbdə əyani təhsil müddəti daxil edilərə onun pensiya hüququ yaranmış olar. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək əyani təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Beləliklə, məhkəmə hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında müəyyən etdi ki, iddiaçının pensiya yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəsnin Qeydində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən Qanunun normasından müəyyən edilir ki, iddiaçıya pensiya 64 yaşdan yəni xx.xx.2019-cu il tarixdən təyin edilə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin xx.xx.2019- cu il tarixli **********3 nömrəli məktubunda da qeyd olunduğu kimi iddiaçının mübahisələndirilməyən stajı 20 il 10 ay təşkil edir. İddia tələbində qeyd olunan müddət daxil edildiyi halda onun 25 ildən artıq sosial sığorta stajı olacaqdır. İddiaçının təhsil aldığı,işlədiyi dövrlər ümumi iş stajına daxil olunmalı və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1342/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-83/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-83/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver