Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-83/2021 08.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsinə qarşı (üçüncü şəxslər X10, X5) “X8 0.06 ha torpaq sahəsinin satılmasına dair Qəbələ bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-644/2020 nömrəli qərardadından İddiaçı apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X8 0.06 ha torpaq sahəsinin satılmasına dair Qəbələ bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu X9 xx xxxxxx 2001-ci il tarixli 3 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsinə dair JN 1631 F, KOD 40601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünü əks etdirən bölməsində iddiaçının mülkiyyətinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsinin ölçüləri, döngə nöqtələri qeyd olunmuş, eyni zamanda onun istifadəsində olan 9601 BB ilə işarələnmiş 0.21 ha torpaq sahəsinə dair məlumatlar əks olunmuşdur. İddiaçının istifadəsində olan 9601 BB ilə işarələnmiş 0.21 ha torpaq sahəsinin 0.15 ha hissəsinin Qəbələ Bələdiyyəsi tərəfindən ona satılmasına dair qərar qəbul edilmiş, qalan 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində saxlanmışdır. Sözügedən torpaq sahəsinin boşaldılması və həmin ərazidə inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsilə Qəbələ rayon Məhkəməsinə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, istifadəsində və sahibliyində olan və həmin əraziyə dair mütəmadi olaraq vergisi ödənilmiş 0.06 ha torpaq sahəsi Qəbələ Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı ilə X3 qərara alınmışdır. İddiaçı sözügedən qərarın ləğv edilməsi üçün Qəbələ Bələdiyyəsinə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixli 408 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi ərazidə X5 tərəfindən fərdi yaşayış evi tikilmiş və həmin evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X14 tərəfindən “Texniki pasport” verilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının iddia tələbinə rəsmi etiraz (münasibət) bildirilməmişdir. İş üzrə üçüncü şəxs X10 birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd edir ki, o, torpaq sahəsi almaq üçün Qəbələ rayon Qəbələ bələdiyyəsinə müraciət etmiş və bundan sonra Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı Qərarı ilə ona 6 sot torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri ödənildikdən sonra o, müvafiq sənədləri təqdim edərək həmin torpaq sahəsini adına rəsmiləşdirmişdir. Elə həmin ildə o, torpaq sahəsini iş üzrə digər üçüncü şəxs olan X4 notarial qaydada satmış və sonuncu orada fərdi yaşayış evə tikərək yaşayır. İddiaçı onun dayısıdır və bu addımlar onun tərəfindən pislik etmək məqsədi ilə atılmışdır. Buna görə də tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər üçüncü şəxs X5 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd edir ki, o, torpaq sahəsini xx.xx.2007-ci il tarixdə notarial qaydada X6 almış və həmin il orada fərdi yaşayış evi tikmişdir. Maddi ünvan olmadığı üçün evin sənədləşdirilməsi yalnız DƏDRX-nin 9 saylı X12 xx.xx.2019-cu il tarixli 001/4866 saylı arayışı ilə mümkün olmuş və evə “Texniki pasport” alınmışdır. İddiaçı bununla bağlı Qəbəələ rayon Məhkəməsinə müraciət etsə də, onun iddiası təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq üçüncü şəxs iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-644/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsinə qarşı (üçüncü şəxslər X10, X5) “X8 0.06 ha torpaq sahəsinin satılmasına dair Qəbələ bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-644/2020 nömrəli qərardadından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinin iş üzrə üçüncü şəxs X8 və onun adına qeydə alınmasından və dolayısı ilə mübahisələndirdiyi qərardan özünün də qeyd etdiyi kimi 2007-ci ildən məlumatlı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bununla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, istifadəsində olan torpaq sahəsinin Qəbələ bələdiyyəsi tərəfindən Aytən Qurbanovaya satılmasından yalnız tərəfindən X4 və üçüncü şəxs Qəbələ şəhər bələdiyyəsinə qarşı Qəbələ şəhəri, F.Rəhimov küçəsində yerləşən, faktiki sahibliyində və istifadəsində olmuş 0.06 ha həyətyanı torpaq sahəsində cavabdeh X5 tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsi, eləcə də həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması tələbinə dair işə Qəbələ rayon Məhkəməsi tərəfindən baxılarkən məlumatlı olmuşdur. Bundan sonra qanunla müəyyən edilmiş qaydada onun tərəfindən Qəbələ bələdiyyəsinə müraciət edilərək, xx.xx.2007-ci il tarixli qərarın ləğv edilməsi xahiş olunmuş, lakin ərizəsi təmin edilməmişdir. Bundan sonra onun tərəfindən Şəki İnzibati Məhkəməsinə müraciət edilərək, Qəbələ bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarın ləğv edilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-644/2020 nömrəli qərardadı qanunsuz və əsassız olduğundan həmin qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, Qəbələ Bələdiyyəsinin 408 nömrəli məktubu, Qəbələ Bələdiyyəsinin 64 nömrəli arayışı, JN-1631F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şahədətnamənin surəti, Qəbələ rayon Dövlət notariat kontorunda bağlanan xx.xx.2007-ci il tarixli “Müqavilə”nin surəti, Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı Qərarının təsdiq edilmiş surəti aiddir Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-644/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyasınını qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, JN-1631F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı Qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı Qərarının təsdiq edilmiş surətindən görünür ki, iş üzrə üçüncü şəxs X8 fərdi yaşayış evi tikmək məqsədi ilə 0.06 ha torpaq sahəsi satılmış və bununla bağlı həmin torpaq sahəsinə dair DT və XK tərəfindən A seriyalı 013182 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarında olan Qəbələ rayon Dövlət notariat kontorunda bağlanan xx.xx.2007-ci il tarixli “Müqavilə”nin surətindən müəyyən edilir ki, 0.06 ha torpaq sahəsi X10 tərəfindən X1. Bundan sonra həmin il qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və mülkiyyət DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarışla təmin edilmişdir (çıxarışın surəti iş materiallarına əlavə edilmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə mübahisə olunan Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx xxxxxx 2007- ci il tarixli 02 nömrəli Qərarı İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı torpaq sahəsinin iş üzrə üçüncü şəxs X2 və onun adına qeydə alınmasından və dolayısı ilə mübahisələndirdiyi Qərardan özünün də qeyd etdiyi kimi 2007-ci ildən məlumatlı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbi mümkün sayılmamış, prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-644/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-644/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-83/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-83/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver