Məhkəmə qərarları › İş №2-1(107)-85/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-85/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-85/2022 03.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İskəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı1 və onun vəkili X6, Üçüncü şəxslər - X7 və X1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-1257/2021 saylı qərarından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı (üçüncü şəxslər X7, X2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri A.Həmidov küçəsi 3A döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 13 noyabr 2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 27 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-1257/2021 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 saylı qərarından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun vəkili X10 birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X7 və X1 nümayəndəsi və vəkili X9 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçların tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçılar faktiki olaraq X3 adına aparılmış 17.04.2018-ci il tarixli qeydi mübahisələndirməklə, həmin qeyd əsasında aparılmış 13.11.2019-cu il tarixli qeydiyyatın ləğvinə, dolayısı ilə daşınmaz əmlaka münasibətdə verilmiş hər iki çıxarışın ləğv edilməsinə nail olmağa çalışırlar. X5 münasibətdə aparılmış 13.11.2019-cu il tarixli qeydiyyat müvafiq olaraq bağışlama müqaviləsi ilə onun tərəfindən C.Mustafayevaya mülkiyyətində olan 6/12 hissədə torpaq sahəsinin bağışlanmasından sonra fərdi yaşayış evinin onun mülkiyyətində qalmış hissəsinə və əlavə inşa edilmiş tikiliyə dair olmuşdur. 17.04.2018-ci il tarixli qeydiyyatın aparılmasının qanuniliyini istisna edən şərtlər işin tədqiq olunan halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh mübahisəli daşınmaz əmlaka münasibətdə hüquqların qeydə alınmasını həyata keçirərkən qanunvericiliyin tələblərinə riayət etmiş, cavabdehin hərəkətlərinin qanuniliyini istisna edən şərtlər iş materialları ilə təsdiq edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmaq olmaz. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21.06.2021-ci il tarixli 2(102)-3730/2021 saylı qərarına əsasən analoji iddia üzrə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-308/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnamə iddia tələbinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəsində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsinin rədd edilməsi hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Qətnamə qalan hissədə, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyası həmin qərarında göstərmişdir ki, “...tələbin birinci hissəsi ilə bağlı qeyd edir ki, işə baxan məhkəmələr həmin hissədə işə ümumi məhkəmədə mahiyyəti üzrə baxaraq iddia tələbini rədd edərkən məhkəmə aiddiyyatı qaydalarını pozmuşlar”. Odur ki, həmin hissədə qərar ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bununla da 13.11.2019-cu il tarixli qeydin əsaslılığı öz təsdiqini tapmışdır. Ali Məhkəmənin Mülki kollegiyası sözü gedən qərarında vurğulamışdır ki, ... işdən görünür ki, iddiaçılar həmin qeydiyyatın aparılması və qeydiyyat nəticəsində tərtib edilmiş Çıxarışın verilməsinə əsas olmuş bağışlama müqaviləsini mübahisələndirməmişlər. Məhkəmə kollegiyası həmin hissədə iddianın əsasını nəzərə alaraq qeyd edir ki, üçüncü şəxs C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsi etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. İddiaçılar üçüncü şəxs C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını (bağışlanma müqaviləsini) mübahisələndirməmişlər. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Digər tərəfdən iddiaçıların mübahisələndirdiyiçıxarışda Ceyran Mustafayevanın payı Sabir Mustafayevə məxsus torpaq sahəsinin 6/12 hissəsi ilə bağlı aparılmış, C.Mustafayevanın adınıa fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Lakin iddiaçılar iddia tələbində həmin qeydiyyat və çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsızlığını tələb etmişlər. Mübahisələndirilən çıxarışda isə C.Mustafayevanın adına fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Qeydiyyat 29.10.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında aparılmış, həmin müqavilə ilə isə S.Mustafayev torpaq sahəsinin özünə düşən 6/12 hissəsini C.Mustafayevaya bağışlamışdır.Ona görə də, məhkəmə qeyd edilən hissədə iddia tələbinin rədd edilməsi barədə məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab edir. Qeyd edilən hissədə maddi və prosessual hüquq normalarınını pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. ...” Göründüyü kimi, iddia tələbinin ikinci hissəsi mülki xarakterli mübahisədir. Buna baxmayaraq birinci instansiya həmin mübahisəyə də mahiyyəti üzrə baxmışdır. Halbuki, iddia tələbinin həmin hissəsi (13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması) mümkün sayılmamalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçılar hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 saylı qərarı 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi mümkün sayılmamalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 saylı qərarı 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi mümkün sayılmasın. Qərаrdаddаn rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar