Məhkəmə qərarları › İş №2-1(107)-86/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-86/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-86/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Biləcik kənd 9 Yanvar kolxozunun xx xxxxxx 1995-ci il tarixli 1 nömrəli qərarına əsasən X1 adına verilmiş 0,05 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1066/2020 nömrəli qərarından İddiaçı apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Şəki rayonu Biləcik kənd 9 Yanvar kolxozunun xx xxxxxx 1995-ci il tarixli 1 nömrəli qərarına əsasən iddiaçının mərhum anası X1 ərizəsi nəzərə alınaraq, Birinci Biləcik kəndində yerləşən sahədən 0,05 ha torpaq sahəsi ayrılaraq əhaliyə ictimai iaşə xidmətinin yaxşılaşmasına görə bina tikintisi üçün verilmişdir. Vərəsəliklə əlaqədar həmin torpaq sahəsinə müvafiq Çıxarışın alınması zərurəti yaranmışdır. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə DƏDRX-in 12 saylı Şəki ərazi idarəsinə müraciət etmişdir. Cavabdeh x xxxx 2020-ci il tarixdə qeyd olunan torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmasını mümkünsüz sayılması barədə ərizəni cavablandırmışdır. Müvafiq qərara əsasən həmin torpaq sahəsində iaşə obyekti tikilmiş və bu gündə fəaliyyət göstərir. Bütün zəruri sənədlər cavabdeh təşkilata təqdim edilməsinə baxmayaraq ərizəsi əsassız olaraq təmin edilməmişdir. Baxmayaraq ki, həmin torpaq sahəsi islahatdan əvvəl Biləcik kənd 9 Yanvar kolxozunun yuxarıda qeyd olunan qərarına əsasən verilmişdir. Nəticədə cavabdeh onun hüquqlarını pozmuşdur. Ona görə də o, vərəsəlik hüququnu əldə edə bilmir. Cavabdehin etirazında “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinintələblərinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyincəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.“Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında”Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun2001-ci i tarixli, 498 saylı Fərmanının 2-ci bəndinin tələblərinə əsasən fiziki və ya qeyri dövləthüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələriistisna olmaqla, bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onlarınmülkiyyətinə verilə bilir.Vətəndaşın ərazi idarəsinə müraciəti zamanı qeyri-yaşayış binasının tikintisi üçüntorpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun 24/1 -95-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən və Birinci Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmadığından vətəndaşın ərizəsinin icrasndan imtina edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********21 nömrəli imtina məktubundan görünür ki, müraciətə qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun xx.xx.1995-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan X11 filialının xx.xx.2020-ci il tarixli 66 nömrəli Arxiv Arayışından görünür ki, Ərizə ilə müraciət etmiş İ Biləcik kənd sakini Mustafayeva Şəkər Mustafa qızının ərizəsini nəzərə alaraq İ Biləcik kəndində yerləşən sahədən 0,05 ha torpaq sahəsi ayrılıb əhaliyə ictimai iaşə xidmətinin yaxşılaşdırılmasına görə bina tikilməsi üçün verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ŞM-211 nömrəli Mütəxəssis Rəyindən görünür ki, İddiaçı iddiasında göstərilən torpaq sahəsi faktiki olaraq 485 kv m-dir X4 kateqoriyasına aid olub Bələdiyyə mülkiyyətidir Hal-hazırda X5 faktiki istıfadəsindədir Məhkəmənin təqdim etdiyi 122 nömrəli texniki pasportda göstərilən tikili hal-hazırda iddiaçının iddia etdiyi ərazidə mövcud deyil Texniki pasportda koordinatlar olmadığından iddiaçının iddia etdiyi torpaq sahəsinin həmin torpaq sahəsi olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********80 nömrəli etirazından görünür ki, Vətəndaşın ərazi idarəsinə müraciəti zamanı qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun 24/1 -95-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən və Birinci Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmadığından vətəndaşın ərizəsinin icrasından imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1066/2020 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Biləcik kənd 9 Yanvar kolxozunun xx xxxxxx 1995-ci il tarixli 1 nömrəli qərarına əsasən X1 adına verilmiş 0,05 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə xərci iddiaçıya aid edilmişdir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 67 manat 20 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X10 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin həqiqi hallarını araşdırmaqda maraqlı olmamışdır Belə ki, çayxana binasının yerləşdiyi əraziyə baxış keçirilməmiş, iddia etdiyi torpaq sahəsində ictimai iaşə binasının olub-olmaması araşdırılmamışdır. Bundan başqa kənd ərazisində yeganə çayxana binası onların olmuşdur. Tikiliyə verilmiş texniki pasport iddia etdiyi torpaq sahəsinə aiddir. Bildirmişdir ki, torpaq sahəsi naturada ayrılaraq anasına təhvil verilmiş və onun faktiki istifadəsində olmuşdur. Hesab etmişdir ki, həqiqəti müəyyən etmək üçün xəritəyə baxmaq kifayətdir. Hazırda torpaq sahəsinin yerləşmə sxeminin olmaması, texniki pasportda koordinatların göstərilməməsi birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi üçün əsas deyildir. Eyni zamanda tikilinin planına nəzər yetirdikdə çayxana binasının yerləşdiyi ərazini görmək mümkündür. Biləcik kənd 9 Yanvar kolxozunun xx xxxxxx 1995-ci il tarixli 1 nömrəli qərarının natamam icra olunması səbəbindən bu günkü gündə onun mülkiyyət hüquqları pozulur. Necə olur ki, arxeoloji qazıntılar aparmaqla abidələr aşkar olunur. Tapıntıya dair məlumatlar əldə oluna bilir. Biləcik kənd 9 Yanvar kolxozunun xx xxxxxx 1995-ci il tarixli 1 nömrəli qərarına əsasən X1 adına verilmiş 0,05 ha torpaq sahəsinin yerini müəyyən etmək olmur. Hesab edir ki, birinci instansiya məhkəməsinin araşdırması heç də inandırıcı deyildir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1066/2020 nömrəli qərarının ləğv edilib, yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1066/2020 nömrəli qərarının ləğv edilməsini və iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınında iştirak edən cavabdehin nümayəndəsi X2 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1066/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara AZE seriyalı 0******* nömrəli ş/ş-nin surəti, Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********21 nömrəli imtina məktubu, Şəki Regional “ASAN XİDMƏT” X6 xx.xx.2020-ci il tarixli 320 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Arayışın surəti, Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********80 nömrəli etirazı, X11 filialının xx.xx.2020-ci il tarixli 66 nömrəli Arxiv Arayışı, 122 nömrəli Texniki Pasportun təsdiqlənmiş surəti, İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2020-ci il tarixli **********37 nömrəli məktubu və ona əlavə edilmiş Mütəxəssis Rəyi aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1066/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: İş materiallarında olan X11 filialının xx.xx.2020-ci il tarixli 66 nömrəli Arxiv Arayışından görünür ki, Ərizə ilə müraciət etmiş İ Biləcik kənd sakini X1 ərizəsini nəzərə alaraq İ Biləcik kəndində yerləşən sahədən 0,05 ha torpaq sahəsi ayrılıb əhaliyə ictimai iaşə xidmətinin yaxşılaşdırılmasına görə bina tikilməsi üçün verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ŞM-211 nömrəli Mütəxəssis Rəyindən görünür ki, İddiaçı iddiasında göstərilən torpaq sahəsi faktiki olaraq 485 kv m-dir X4 kateqoriyasına aid olub Bələdiyyə mülkiyyətidir. Hal-hazırda X5 faktiki istıfadəsindədir. Məhkəmənin təqdim etdiyi 122 nömrəli texniki pasportda göstərilən tikili hal-hazırda iddiaçının iddia etdiyi ərazidə mövcud deyil Texniki pasportda koordinatlar olmadığından iddiaçının iddia etdiyi torpaq sahəsinin həmin torpaq sahəsi olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********80 nömrəli etirazından görünür ki, Vətəndaşın ərazi idarəsinə müraciəti zamanı qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun 24/1 -95-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən və Birinci Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmadığından vətəndaşın ərizəsinin icrasndan imtina edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********21 nömrəli imtina məktubundan görünür ki, müraciətə qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun xx.xx.1995-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası iş materiallarında olan xx.xx.2020-ci il tarixli ŞM-211 nömrəli Mütəxəssis Rəyindən müəyyən edir ki, İddiaçı iddiasında göstərilən torpaq sahəsi faktiki olaraq 485 kv m-dir. X4 kateqoriyasına aid olub Bələdiyyə mülkiyyətidir. Hal-hazırda X5 faktiki istıfadəsindədir. Məhkəmənin təqdim etdiyi 122 nömrəli texniki pasportda göstərilən tikili hal-hazırda iddiaçının iddia etdiyi ərazidə mövcud deyil. Texniki pasportda koordinatlar olmadığından iddiaçının iddia etdiyi torpaq sahəsinin həmin torpaq sahəsi olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********80 nömrəli etirazından görünür ki, Vətəndaşın ərazi idarəsinə müraciəti zamanı qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun 24/1 -95-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən və Birinci Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmadığından vətəndaşın ərizəsinin icrasndan imtina edilmişdir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və onun mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Biləcik kənd 9 Yanvar kolxozunun xx xxxxxx 1995-ci il tarixli 1 nömrəli qərarına əsasən X1 adına verilmiş 0,05 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1066/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1066/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar