Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-86/2022 01.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin NN noyabr 202N-ci il tarixli, 2-N(NN6)- NN43/202N saylı qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Oğuz Rayon Bölməsi tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivinə sorğu verilmiş, lakin imtina cavabı verilmişdir. Bu səbəbdən də ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Bundan sonra, iddiaçı yenidən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı 07.05.202N-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 05.05.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin N8.03.202N-ci il tarixli 9/2-2486 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin 0N.03.N3-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı”adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçı cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırılmışdır ki, o, xx xxxx N97N-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Filfilli kəndində anadan olmuşdur. Oğuz Rayon Hərbi Komissarlığından N6.09.N2-ci il tarixdə təcili həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissə komandirinin N7.09.N2-ci il tarixli 3N №-li əmrinə əsasən iddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 22.09.N2-ci il tarixli 35 №-li əmrinə əsasən N8.09.N2-ci il tarixdən N5.N0.N2-ci il tarixədək Ağdərə rayonu döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin N6.N0.N2-ci il tarixli 5N №-li əmrinə əsasən o, "sürücü-radiotelefonçu" vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin 03.0N.N3-cü il tarixli 69 №li əmrinə əsasən OBMO-dan OPBB-yə keçirilmiş, N №-li hərbi hissə komandirinin 05.0N.N3cü il tarixli NN9 №-li əmrinə əsasən N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin 25.0N.N3-cü il tarixli 2N №-li əmrinə əsasən 3 OMCB-yə silah ilə birgə keçirilərək, şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, OPBB-nin şəxsi heyətinin siyahısında adı qeyd edilmişdir. OPBB-dən pulemyotçu kimi göndərilərək, N №-li hərbi hissə komandirinin 26.0N.N3-cü il tarixli N08 №-li əmri ilə 25.0N.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin 0N.03.N3-cü il tarixli N24 №-li əmri ilə N-ci motoatıcı bölüyünün qranatatanı kimi müalicəsini davam etdirmək üçün hərbi hospitala göndərilmişdir. Xidmət etdiyi hərbi hissənin göndərişi ilə xəstəxanada müayinə və müalicə olunmuşdur. Lakin o, müharibə veteranı adını ala bilməmişdir. Ona görə də Qarabağ müharibəsi veteranlarına edilən güzəşt və imtiyazlardan istifadə edə bilmir. Cavabdeh iddiaya 29.07.202N-ci il tarixli etirazında qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar şəxsi işlər hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks olunmuş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması və bunun müvafiq sənədlərdə əks edilməsi. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin N8.03.202N-ci il tarixli 9/2-2486 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin 0N.03.N3-cü il tarixdən sonrakı dövrdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılma barədə məlumat aşkar edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasında müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəmədə işə baxılarkən cavabdeh təmsil olunmamışdır. Şəki İnzibаti Məhkəməsinin (hаkim Fərid İsmayılzadə) NN noyabr 202N-ci il tarixli, 2- N(NN6)-NN43/202N saylı qərаrı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Şəki İnzibаti Məhkəməsinin NN noyabr 202N-ci il tarixli, 2-N(NN6)-NN43/202N saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, məhkəmə onun Sovet Ordusunda hərbi xidmətdə olmağını, N saylı hərbi hissənin nizami hissə üzrə N2-ci ilin N6 sentyabr tarixindən başlayaraq N3-cü ilin mart ayından sonrakı dövr üçün əmrlərini, onun müalicəsinin nə vaxt başa çatdığını, yaralandıqdan sonra hansı vaxtdan onun hərbi xidmətə yararlı olmadığını, onun Oğuz rayon Hərbi Komissarlığına dəfələrlə müraciət etdiyini və digər faktiki halları araşdırmadan şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Onun tərxis olunmağı barədə hərbi hissə komandirinin əmrinin olubolmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. N-ci motoatıcı bölüyünün qranatatanı, X5 Rüşdü 732№-li hərbi hissə komandirinin 0N.03.N3-cü il tarixli N24 №-li əmrilə (əsas: səh.-27, sıra 24; qeyd: əmrdə adı "Hümbət", atasının adı "Rüşdü" yazılmışdır) müalicəsini davam etdirmək üçün hərbi hospitala göndərilmişdir. Onun tərxis olunmağı barədə heç bir sübutun olmadığı qənaətinə gələn məhkəmə N saylı hərbi hissə komandirinin 0N.03.N3-cü il tarixli N nömrəli hərbi hissə üzrə əmrini görməzdən gələrək, ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə onun tərxis olunmağı barədə 0N.03.N3-cü il tarixdən sonra hər hansı bir əmrin olub-olmaması barədə heç bir araşdırma aparmamış və nəticədə səhv qənaətə gəlmişdir. Ən əsası isə odur ki, məhkəmə xeyli sayda sənəd, əmr, maddi və prosessual hüquq normalarını sadaladıqdan sonra onun hərbi biletinin əslinə baxış keçirilərkən 27.05.NN-ci il tarixdən sonrakı xidməti barədə qeydlərin aşkar edilmədiyi barədə yazaraq bu halı da qərarın qəbul olunması üçün əsas kimi göstərmişdir. Göstərilənlərə əsasən Şəki İnzibаti Məhkəməsinin NN noyabr 202N-ci il tarixli, 2-N(NN6)- NN43/202N saylı qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasınını iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin NN noyabr 202N-ci il tarixli, 2-N(NN6)-NN43/202N saylı qərarının ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.N-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.N-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İş materiallarında olan Cavabdeh İşlər İdarəsi X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinə ünvanladığı N8.03.202N-cu il tarixli 9/2-2486 nömrəli arxiv arayışında qeyd edilir ki, N6.09.N2-ci il tarixdə Oğuz RHK-dan təcili həqiqi hərbi xidmətə çağırılmış, N97N-ci il təvəllüdlü İddiaçı Rüşqü oğlu N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 3N №-li əmrilə (əsas: səh.-2N, §3; qeyd: əmrdə atasının adı “Rüşqü” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 22.09.N2-ci il tarixli 35 №-li əmrində (əsas: səh.-25, §3; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış; əmr rus əlifbası ilə qeyd edilmişdir) Q.R.Nəsirovun N8.09.N2-ci il tarixdən N5.N0.N2-ci il tarixədək Ağdərə rayonu döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli 5N №-li əmrində (əsas: səh.- 4N, §N; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış; əmr rus əlifbası ilə qeyd edilmişdir) Q.R.Nəsirovun “sürücü-radiotelefonçu” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. XN N №-li hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 69 №-li əmrilə (əsas: səh.-62, §N, sıra-N; qeyd: əmrdə adı “Hümbət”, atasının adı “Rüşdü” yazılmışdır) OBMOdan OPBB-yə keçirilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli NN9 №-li əmrində (əsas: səh.-46, §N, sıra-3; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) 2-ci avtomobil bölüyünün sürücüsü, sıravi İddiaçı xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 2N №-li əmrində (əsas: səh.- N5, §N, sıra-25; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış; əmr rus əlifbası ilə qeyd edilmişdir) 3 OMCB-yə silah ilə birgə keçirilərək, şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş OPBB-nin şəxsi heyətinin siyahısında Q.R.Nəsirovun adı qeyd edilmişdir. OPBB-dən göndərilmiş, pulemyotçu X3 N №-li hərbi hissə komandirinin 26.0N.N3-cü il tarixli N08 №-li əmrilə (əsas: səh.-20, sıra-25; qeyd: əmrdə adı “Hümbət”, atasının adı “Rüşdü” yazılmış; “X6” əmrə sonradan əlavə edilmiş, əmr hərbi hissə komandirinin möhür və imzası ilə təsdiqlənməmişdir) 25.0N.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmişdir. N-ci motoatıcı bölüyünün qranatatanı, XN N №-li hərbi hissə komandirinin 0N.03.N3cü il tarixli N24 №-li əmrilə (əsas: səh.-27, sıra-24; qeyd: əmrdə adı “Hümbət”, atasının adı “Rüşdü” yazılmışdır) müalicəsini davam etdirmək üçün hərbi hospitala göndərilmişdir. Arxiv arayışının təsdiq olunmuş surəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 3N.07.202N-ci il tarixli 4N0 nömrəli məktubu ilə birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletdə iddiaçının 27.05.NN-ci il tarixdən sonrakı dövrdə hərbi xidməti barədə qeydlər aşkar edilməmişdir. İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin (bundan sonra-Əsasnamə) N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il oktyabrın 9dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 yanvar N8-ci il tarixli, 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsinin qaydası və şərtləri haqqında” Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. 25.N2.NN-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları könülü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun N8-ci maddəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. 03 noyabr N2-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanunun 2-ci maddəsinə əsasən hərbi xidmət həmçinin müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Həmin Qanunun N4-cü maddəyə əsasən çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün hərbi xidmətin başlanğıcı sayılır. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun N7-ci maddəyə əsasən ali zabit heyəti və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Hərbi qulluqçuların qalan heyətləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən müvafiq icra hakimiyyəti orqanları tərəfindən buraxılırlar. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N6-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N6-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 50N saylı Fərmanı 29 sentyabr N6-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Prezidentinin tərxis etmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir ki, yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N6-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, məhkəmə iş materiallarını nəzərdən keçirərək onlarda iddiaçının hərbi hissənin tərkibində döyüş bölgəsində olmasını öz əksini tapdığı, lakin iddiaçı tərəfindən hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı bir mötəbər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Əsasnamə ilə müharibə veteranı adının verilməsi üçün müvafiq tələblərə cavab vermir. İddiaçının qanuni əsaslarla şəxsi heyət siyahısından çıxarılması və ehtiyata buraxılması mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23.0N.N6-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hərbi biletinin əslinə baxış keçirilərkən onun 27.05.NN-ci il tarixdən sonrakı xidməti barədə qeydlər aşkar edilməmişdir. İddiaçının 0N.03.N3-cü ildən sonrakı dövrdə hərbi xidmətinə dair isə arxiv sənədləri mövcud deyildir. Həmçinin iddiaçının adının şəxsi heyət siyahısından qanuni əsaslarla çıxarılmasına əsas olmuş əmr, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat, ümumiyyətlə digər bir əmr aşkar olunmamışdır. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmçinin iddiaçı Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin NN noyabr 202N-ci il tarixli, 2-N(NN6)-NN43/202N saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin NN noyabr 202N-ci il tarixli, 2-N(NN6)-NN43/202N saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-N025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-86/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-86/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver