Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-87/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “xx xxxx 1977-ci ildən xx xxxxx 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarından iş üzrə cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işəşifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1958-ci il tarixində Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuşdur. 1975-1976-cı illərdə sabiq 1 May kolxozunda, 19772002-cı illərdə Ağdaş rayonunda fəaliyyət göstərən Ləki Pambıqtəmizləmə zavodunda işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün bütün sənədlərini toplayaraq ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Sənədləri qəbul olunmuş, lakin ona bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1977-2002ci illərdə Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi dövrün yoxlanılması, əmr kitablarının və əməkhaqqı cədvəllərinin yoxlanılması mümkün olmadığı üçün həmin illərin sosial sığorta stajı kimi hesablanması mümkün deyil. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx xxxx 1977-ci ildən xx xxxxx 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı Ağdaş Pambıq ATSC-də işlədiyi dövr əmək kitabçasında qanunauyğun şəkildə qeyd olunmadığı və şübhə doğurduğu üçün həmçinin 1977-2002-ci illərdə işlədiyi dövrün əmr kitabları və əməkhaqqı cədvəllərinin yoxlanılması mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilmsi qaydalarına ziddir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə İddiaçı xx xxxx 1977-ci ildən xx xxxxx 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, İddiaçı Ağdaş ATSC-də işlədiyini iddia etdiyi dövr (xx.xx.1977 - xx.xx.2002) əmək kitabçasında qanunauyğun şəkildə qeyd olunmamışdır. Belə ki, vətəndaşın xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamasına dair əmək kitabçasında qeyd olsa da, əmək kitabçasının tərtib edilmə tarixi olaraq xx xxxxxx 1978- ci il göstərilmişdir. Həmçinin müəssisənin xx.xx.1997-ci il tarixdən özəlləşdirilərək xüsusi mülkiyyətə keçməsinə dair əmək kitabçasında hər hansı bir qeyd edilməmişdir.Digər tərəfdən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəki İnzibati Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********58 nömrəli məktubdan aydın olur ki, vətəndaşın xx.xx.1997- ci il tarixdən, yəni müəssisənin özəlləşdirilərək xüsusi mülkiyyətə keçdiyi tarixdən etibarən işlədiyini sübut edən hər hansı bir arxiv sənədi mövcud deyildir. İddia edilən iş illərinə dair əmr kitabları vəəmək haqqı cədvəllərinin yoxlanılması mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görəəmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavəsində göstərmişdir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamasına dair əmək kitabçasında qeyd olsa da, əmək kitabçasının tərtib edilmə tarixi olaraq xx xxxxxx 1978-ci il göstərilmişdir. Həmçinin müəssisənin xx.xx.1997-ci il tarixdən özəlləşdirilərək xüsusi mülkiyyətə keçməsinə dair əmək kitabçasında hər hansı bir qeyd edilməmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci bəndinəəsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi isə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Həmçinin iddiaçının əmək kitabçasında onun əmək fəaliyyəti ilə əlaqədar kiril qrafikası ilə qeydlər edilsə də, həmin qeydlərin üzərinə latın qrafikası ilə möhürlər vurulmuşdur. İddiaçının əmək kitabçasında onun Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodundakı 1977-1997-ci illəri əhatə edən əmək fəaliyyəti iləəlaqədar qeydlərin üzərindəki möhürlər onun işlədiyi iş yerinə, yəni Ağdaş rayon Pambıqtəmizləmə zavoduna deyil, “Ağdaş Pambıq” açıq tipli səhmdar cəmiyyətinə məxsusdur. Lakin “Ağdaş Pambıq” açıq tipli səhmdar cəmiyyəti 1997-ci ildə yaradılmışdır. İddiaçının əmək kitabçasında onun 1977-ci ildən 1997-ci ilə qədər olan əmək fəaliyyətinə dair qeydlərin üzərində “Ağdaş Pambıq” açıq səhmdar cəmiyyətinə məxsus möhürlərin vurulması həmin qeydlərin mötəbərliyinəəsaslı şübhələr yaradır. Əlavə olaraq, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)- 790/2021 nömrəli qərarının əsaslandırma hissəsində qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx xxxx 1977-ci ildən xx xxxxx 2002ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi dövr İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2020-ci il tarixli **********58 nömrəli məktubu ilə öz təsdiqini tapır. Lakin həmin məktubda iddiaçının yalnız xx.xx.1997-ci il tarixinə olan iş stajı öz təsdiqini tapmışdır və həmin iş stajı müddəti 19 il 4 ay göstərilmişdir. Şəxsin xx.xx.1997-ci il tarixdən etibarən işlədiyini sübut edən hər hansı arxiv sənədi mövcud deyildir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş Mərkəzinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya məxsus kolxozçunun əmək kitabçası, iddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli əmək kitabçası, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 10 nömrəli Arxiv Arayışı, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 105 nömrəli məktubu, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli etirazı, Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 15 nömrəli məktubu, İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2020-ci il tarixli **********58 nömrəli məktubuaiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: - xx xxxx 1977-ci ildən xx xxxxx 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi dövr ИТ seriyalı ******* nömrəli əmək kitabçası və İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2020-ci il tarixli **********58 nömrəli məktubu ilə öz təsdiqini tapır. - Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı tələbində qeyd olunan müddət sosial sığorta stajına daxil edilsə 25 il 6 ay 14 gün sosial sığorta stajı təşkil edəcək və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranacaq. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin xx xxxxxx 2020ci il tarixli **********58 saylı məktubunda əsas iş yeri Ləki Pambıqtəmizləmə zavodu olan işçilərin siyahısında İddiaçı adı qeyd edilmiş və xx.xx.1997-ci il tarixinə onun iş stajı 19 il 4 ay göstərilmişdir. Göründyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı işlədiyi illərin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. x xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1977-ci il tarixindən xx.xx.2002-ci ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya işstajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (başdirektorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. -38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. -71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1777/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubunda iş yeri Ləki Pambıqtəmizləmə zavodu olan işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Belə olan halda İddiaçı əmək kitabçasında xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamasına dair qeyd olsa da, əmək kitabçasının tərtib edilmə tarixi xx xxxxxx 1978-ci il göstərilməsi, xx.xx.1997-ci il tarixdən iddiaçının işlədiyi müəssisənin özəlləşdirilərək xüsusi mülkiyyətə keçməsinə dair hər hansı qeydin aparılmaması, onun yenidən işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlərin aparılmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh DSMF məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-790/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-87/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-87/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver