Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-87/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X8, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Oğuz rayonunda xüsusi mülkiyyətinə verilmiş 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-594/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Oğuz rayonunda xüsusi mülkiyyətinə verilmiş 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1-(116)-2551/2022 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada, məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1-(116)-594/2023 nömrəli qərardadı ilə isə X6, X3, X9, X10, X7 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1-(116)-594/2023 nömrəli qərardadı ilə X6, X3, X9, X10, X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Oğuz rayonunda “Çinar Restoranı” adlanan ərazini əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə iddiaçı Oğuz rayonu, Oğuz Bələdiyyəsinə qeyd edilən ərazidə olan torpaq sahəsinin ona satılması üçün müraciət etmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra DTXK) tərəfindən zəruri işlər başlanılmış və aidiyyəti orqanlardan rəylər əldə edilmişdir. Oğuz RİH-nin xx.xx.2006-cı il tarixli məktubu ilə Oğuz Bələdiyyəsinin ərazisində iddiaçıya torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq məqsədi ilə ayrılması məqəsədəuyğun hesab edilmişdir. Bundan əlavə, DTXK tərəfindən verilən “Bakı şəhər sakini İddiaçı Oğuz Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaqdan sahibkarlıq məqsədi ilə 1,0 ha torpaq sahəsinin satılması barədə təqdim edilmiş sənədlərə Rəy”dən də görünür ki, sahibkarlıq məqsədi üçün satılması nəzərdə tutulan torpaq sahəsi 1,0 ha olmaqla Oğuz Bələdiyyəsinin mülkiyyətinə aid olduğu və alqı-satqı predmeti olduğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən müəyyənləşdirilmişdir. Qeyd edilən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi üçün Oğuz Bələdiyyəsində üzvlərin ümumi yığıncağı ilə iclas keçirilmiş və Oğuz Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 3 saylı iclas Protokolu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.5-ci bəndinə uyğun olaraq iddiaçıya Oğuz Bələdiyyəsinin mülkiyyətinə aid şəhərin cənubunda yerləşən perspektiv inkişaf torpaqlarından sahibkarlıq məqsədi ilə 10.000 kv.m. torpaq sahəsi satılması, satılan torpağın dəyəri ödənildikdən sonra torpaqların alqı-satqı qaydalarına əlavə göstərilən nümunə əsasında “torpaqların alqı-satqısı”na dair üç nüsxədən ibarət Akt tərtib edilməsi və onu qeydiyyata alınmasının DTXK-nin Oğuz rayon Şöbəsinə tapşırılması və aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanıb verilməsi DƏDRX-nin Qəbələ rayon Əİ-dən xahiş olunması qərara alınmışdır.
5. Hazırki iddia ərizəsinə surəti əlavə edilən 181 nömrəli Arayışdan görünür ki, Respublika Nazirlər Sovetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq Oğuz rayonu, Oğuz Bələdiyyəsi tərəfindən ona sahibkarlıq məqsədi ilə satılması nəzərdə tutulan Şəki-Zaqatala kadastr qiymət rayonuna aid 1,0 ha torpaq sahəsi 1869,7 manata bələdiyyə mülkiyyətinə aid torpaq satılır. Bundan əlavə, hazırki iddia ərizəsinə əlavə edilən Akta əsasən, tam olaraq təsdiq edilir ki, onun Oğuz Bələdiyyəsinə etdiyi 17 dekabr 2006-cı il tarixli müraciətinə, bələdiyyənin iclasında baxılaraq 26 dekabr 2006-cı il tarixli 03 nömrəli qərar qəbul edilmiş və o, qərarda qeyd edilənləri nəzərə alaraq Oğuz Bələdiyyəsinin "xxxx" ASC-nin Oğuz rayon Şöbəsində olan hesabına 42 №-li qəbzlə əvvəlcədən 1969,7 manat ödəniş etmişdir. Bütün zəruri hüquq müəyyənedici sənədləri təqdim etdikdən sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya 19 fevral 2007- ci il tarixli “Torpaq sahəsinin kadastr planı” tərtib edilmiş, həmin kadastr planı ilə Oğuz rayonunda 10.000 kv.m. sahibkarlıq üçün torpaq sahəsinin onun xüsusi mülkiyyətimə ayrılması barəsində X22 Kitabında 047 № ilə qeydi aparılmışdır. Bundan sonra qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsinə dair ərizə ilə mən cavabdeh inzibati orqana müraciət etmiş, lakin, cavabdeh orqan faktiki torpaq sahəsinin yerləşdiyi ərazinin elektron baza məlumatlarında yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşdiyini, faktiki torpaq sahəsinin sənəd üzrə torpaq sahəsindən 95 m məsafə fərqinin olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Bu görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi torpaq sahəsində Ərazi İdarəsinin müətəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron (DWJ) baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, 10.000 kv.m torpaq sahəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşir. Həmçinin iddia olunan torpaq sahəsi laktiki olaraq sənəd üzrə torpaq sahəsindən 95 metr məsafə fərqi vardır. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. "Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri" X17 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 oktyabr 2023-cü il tarixli 2- 1(116)-594/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-594/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-594/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 və iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-594/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.
14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin müraciəti təmin edilməmişdir. - Oğuz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 1/146-282 nömrəli məktubundan görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6-5 bəndinə uyğun olaraq Bakı şəhər sakini İddiaçı Oğuz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə Oğuz şəhərində yerləşən 1.0 (bir) ha ölçüdə torpaq sahəsi sahibkarlıq məqsədi ilə satılmışdır. - Həmin məktuba əlavə olunmuş Oğuz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı iclas protokolundan çıxarışdan, dekabr 2006-cı il tarixli 42 nömrəli qəbzdən və xx.xx.2007ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid, şəhərin cənubunda yerləşən perspektiv inkişaf torpaqlarından iddiaçıya sahibkarlıq məqsədi ilə 1 ha torpaq satılması qərarı alınmış və sonuncu tərəfindən bələdiyyənin hesabına 1869,70 manat pul vəsaiti ödənmişdir. - DT və XK-nin Oğuz rayon Şöbəsinin dekabr 2006-cı il tarixli məktubundan və ona əlavə olunmuş rəydən görünür ki, iddiaçıya sahibkarlıqla məşğul olmaq məqsədi üçün 10.000 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2007- ci il tarixli dövlət kadastr kitabında 047 nömrə ilə uçota alınmış torpaq sahəsinin Kadastr planından görünür ki, həmin sənəd Oğuz şəhər bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə F.Rüstəmovya satılmış 10.000 kv.metr torpaq sahəsinə tərtib edilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin 181 nömrəli arayışından görünür ki, Bakı şəhər sakini İddiaçı Bələr qızına sahibkarlıq məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi Şəki-Zaqatala kadastr-qiymət rayonuna aiddir, sahəsi 1 ha-dır və bələdiyyə mülkiyyətinə aiddir. - cavabdehin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına əlavə olunmuş mütəxəssis rəylərindən aşağıdakılar müəyyən olunur:
1. İddiaçı adına tərtib olunmuş xx.xx.2007- ci il tarixli **********2000018 nömrəli “Torpaq sahəsinin Kadastr plan"-ında göstərilmiş 1,0 hektar torpaq sahəsi ilə iddiaçının istifadəsində olan 0,94 hektar torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli **********2000018 nömrəli “Torpaq sahəsinin Kadastr plan"-ında göstərilmiş 1,0 hektar torpaq sahəsinin 0,0951 ha hissəsi iddiaçının öz istifadəsində olan kənd təsərrüfatı təyinatlı uqodiyası çoxillik əkmələr olan torpaq sahəsinə, 0,2893 hektar hissəsi **********36 nömrəli çıxarış ilə X6nun xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə, 0,0604 hektar hissəsi 808F nömrəli şəhadətnaməyə əsasən X1 və ailə üzvlərinin xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə, 0,3974 hektar hissəsi X24 torpaqlarına, 0,0805 ha hissəsi Kənd təsərrüfatı təyinatlı uqodiyası kolluq olan bələdiyyə mülkiyyəti torpaq sahələrinə və 0,0714 ha hissəsi isə Kənd təsərrüfatı təyinatlı uqodiyası çoxillik əkmələr olan bələdiyyə mülkiyyəti torpaq sahəsi ilə üst-üstə düşür.
2. iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli **********2000018 nömrəli ‘Torpaq sahəsinin Kadastr plan"-ında göstərilmiş 1,0 hektar torpaq sahəsi faktiki istifadədə olan torpaq sahəsi ilə 0,0951 hektar hissədə üst-üstə düşür.
3. 264 inventar nömrəli texniki pasport barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 9 saylı Qəbələ Ərazi İdarəsində məlumat mövcud olmadığına görə qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin yerquruluşu planı və **********52000018 nömrəli Torpaq sahəsinin Kadastr planında qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün deyildir.
4. 264 inventar nömrəli texniki pasportda göstərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi barədə məlumat mövcud olmadığına görə, **********2000018 nömrəli nömrəli “Torpaq sahəsinin Kadastr plan’’-ında göstərilmiş 1,0 hektar torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında uyğunsuzluq olduğuna görə iddiada qeyd edilmiş torpaq sahəsinin xüsusiyyətlərini təyin etmək mümkün deyildir. - Azərbaycan Respublikası “X4” xx.xx.2023-cü il tarixli 94 nömrəli rəyindən görünür ki,
1. Oğuz rayon Oğuz Bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli, 03 saylı iclas protokoluna əsasən İddiaçı satılmış 1.0 hektar torpaq sahəsinin Oğuz rayon Oğuz Bələdiyyəsi tərəfindən tərtib edilən yerquruluşu planına əsasən naturada vizual müşahidə edilən oriyentirlər (yol, çay, su arxı və s.) nəzərə alınmaqla yüksək dəqiqlikli GPS ölçü avadanlığı vasitəsilə naturada faktiki yerləşmə yeri müəyyən edilmiş və coğrafi koordinatları təyin olunmuşdur. 1.0 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1) X=706997.6800 Y=4545632.9900, 10) X=707125.1200 Y=4545554.4200 2) X=707023.7600 Y=4545624.4500 11) X=707119.4100 Y=4545560.0500, 3) X=707063.8900 Y=4545621.1500, 12) X=707116.9100 Y=4545540.8600 4) X=707083.4700 Y=4545615.3900 13) X=707094.6500 Y=4545541.4200, 5) X=707087.7600 Y=4545611.2100, 14) X=707092.8400 Y=4545531.0000 6) X=707109.5500 Y=4545607.9500 15) X=707034.2800 Y=4545515.2700, 7) X=707126.3900 Y=4545609.7500, 16) X=707025.8700 Y=4545563.7200 8) X=707148.7300 Y=4545605.4700 17) X=707019.0400 Y=4545587.6200, 9) X=707125.4200 Y=4545555.1700, 18) X=707018.2700 Y=4545591.6800.
2. Oğuz rayon Oğuz Bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli, 03 saylı iclas protokoluna əsasən İddiaçı satılmış 1.0 hektar torpaq sahəsinin Oğuz rayon Oğuz Bələdiyyəsi tərəfindən tərtib edilən yerquruluşu planında göstərilən torpaq sahəsinin natura üzrə müəyyənləşdirilən sərhədləri sxematik planda qeyd olunan koordinatlarla uyğun gəlmir. Belə ki, tərtib olunan sxematik planda qeyd olunan koordinatlarda sürüşmə xətasının olduğu müşahidə olunmuşdur. Torpaq sahəsinin planda göstərildiyi kimi şərqində asfalt örtüklü avtomobil yolu, şimalında isə çay arxının olması əsas istinad oriyentiri kimi götürülmüşdür.
3. Naturada aparılan tədqiqat Texniki Pasporta əsasən nəzərə alınmadan Oğuz rayon iclas protokoluna əsasən İddiaçı satılmış 1.0 hektar torpaq sahəsinin faktiki hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur.
4. Oğuz rayon Oğuz Bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli, 03 saylı iclas protokoluna əsasən İddiaçı satılmış, faktiki sahibliyində və istifadəsində olan 1.0 hektar torpaq sahəsinin hüdudları daxilində ərazinin elektron ümumi xəritəsinə, iş materiallarında olan ərazi üzrə xəritə məlumatlarına və naturada aparılmış təqiqat məlumatlarına əsasən üçüncü şəxslərə ayrılan və ya ümumi istifadədə olan (torpaq yol, cığır, su arxı, su quyusu və s.) torpaq sahəsinin olmaması müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli yerli baxışın nəticələrinə dair protokolla aşağıdakılar müəyyən edilmişdir, iddiaçının nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilkin yerquruluşu sənədləri əsasında müəyyən edildi. Belə ki, Oğuz-Bakı şosse yolu, çay yatağı, körpü və ərazidə yerləşən qobu oriyentr olaraq müəyyən edildi və buna müvafiq olaraq ilkin sənədlərdə qeyd edilmiş torpaq sahəsinin təsviri ilə faktiki istifadə edilən torpaq sahəsi müqayisə edildi. Müəyyən edildi ki, ilkin kadastr planında və ayrılmış torpaq sahəsinin yerquruluşu sxemində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti iddia olunan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan sonra cavabdeh orqanın tərtib etdiyi mütəxəssis rəyində qeyd edilmiş, iddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları bir daha yerində yoxlanıldı və ərazinin fotoşəkilləri çəkildi. İddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əsasında saat 12:40da cavabdeh orqanın Oğuz rayon şöbəsində elektron bazaya baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, iddia olunan torpaq sahəsi ilə bağlı yeni elektron uçot bazasında heç bir məlumat yoxdur. Eyni zamanda iddia olunan torpaq sahəsinin hər hansı digər subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmir. Baxışda iştirak edən mütəxəssis iddia olunan torpaq sahəsinin digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsini, üst-üstə düşmə barədə məlumatların müvafiq torpaq sahəsinə dair tərtib edilmiş kadastr sənədlərində qeyd edilmiş koordinatlara müvafiq olaraq verildiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, ilkin kadastr planında və ayrılmış torpaq sahəsinin yerquruluşu sxemində qeyd edilmiş torpaq sahəsi ilə iddia olunan torpaq sahəsinin eyni ərazi olmasına baxmayaraq, həmin sənədlərdə qeyd edilmiş koordinatlar düzgün olmayaraq başqa əraziyə düşür. Məhkəmənin sorğusu ilkin sənədlərə uyğun yox, həmin sənədlərdə qeyd edilmiş koordinatlar əsasında cavablandırılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Oğuz rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Oğuz rayonunda ona satılmış 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır.
26. İş materiallarından görünür ki, Oğuz rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1.0 ha torpaq sahəsi satılmış, sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin ayrılmasına DT və XK-nin Oğuz rayon Şöbəsi tərəfindən müsbət rəy verilmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
27. Cavabdehin apellyasiya şikayətinin dəlili iddia olunan torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməsi, həmçinin iddia olunan torpaq sahəsin faktiki olaraq sənəd üzrə torpaq sahəsindən 95 metr məsafə fərqinin olmasından ibarətdir.
28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
29. Torpağın ayrılmasına dair sərəncam (inzibati akt) qüvvədə olduğundan cavabdeh orqan həmin inzibati akt əsasında ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin qeydiyyatın aparılmamasının mükünsüzlüyünü konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır.
30. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarından və həmçinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşməsini bildirsə də, iş materialları ilə qeyd olunan hal təkzib olunur.
31. Birinci instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsinin həmin torpaq sahəsinə dair yerquruluşu planındakı torpaq sahəsi ilə, o cümlədən 45010004 nömrəli kadastr planında qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsi, iddia olunan torpaq sahəsinin xüsusiyyətləri və digər məlumatlar cavabdeh orqandan sorğu edilərək mütəxəssis rəyi alınmışdır.
32. Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində sözügedən torpaq sahəsinin digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini bildirmişdir.
33. Bundan sonra cavabdeh orqanın verdiyi mütəxəssis rəyinin yoxlanılması üçün mübahisəli torpaq sahəsinə və cavabdeh orqanın elektron baza məlumatlarına yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, cavabdeh orqan məhkəmə tərəfindən verilmiş sualları düzgün cavablandırmamış, elektron xəritə məlumatlarına istinad edərkən torpaq sahəsi ilə bağlı mövcud olmayan məlumatları məhkəməyə təqdim etməklə əsassız və qanunsuz imtina cavabını elektron baza məlumatlarına istinadla əsaslandırmağa çalışmışdır.
34. Cavabdeh orqan iddia olunan torpaq sahəsinə dair mütəxəssis rəyində həmin torpaq sahəsinin digər subyektlərlə üst-üstə düşməsinə dair məlumatlar təqdim etsə də, yerli baxış zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə yeni elektron uçot məlumatlarında həmin torpaq sahəsi ilə bağlı qeydiyyat yoxdur. Eyni zamanda iddia olunan torpaq sahəsinin hər hansı digər subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir.
35. Kadastr planında və digər ilkin yeruquruluşu sənədlərində iddia olunan torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün kifayət qədər istinad oriyentri (OğuzBakı şosse yolu, çay yatağı, körpü və ərazidə yerləşən qobu) mövcuddur. Cavabdeh orqan ərazidə yerləşən oriyentrlər əsasında torpaq sahəsinin naturada yerləşmə vəziyyətini müəyyən etməli olduğu halda, kadastr planında qeyd edilmiş, səhv olduğunu bildiyi koordinatlara istinad etməklə məhkəmə tərəfindən verilmiş sualları cavablandırmışdır.
36. İddiaçı tərəfindən Azərbaycan Respublikası “X4” xx.xx.2023-cü il tarixli 94 nömrəli rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə tərtib olunan sxematik planda qeyd olunan koordinatlarda sürüşmə xətasının olması, torpaq sahəsinin planda göstərildiyi kimi şərqində asfalt örtüklü avtomobil yolu, şimalında isə çay arxının olması əsas istinad oriyentiri kimi götürülməsi, naturada aparılan tədqiqat zamanı Texniki Pasporta əsasən nəzərə alınmadan Oğuz rayon iclas protokoluna əsasən İddiaçı satılmış 1.0 hektar torpaq sahəsinin faktiki hüdudları daxilində yerləşməsinin, elektron ümumi xəritəsinə, iş materiallarında olan ərazi üzrə xəritə məlumatlarına və naturada aparılmış təqiqat məlumatlarına əsasən üçüncü şəxslərə ayrılan və ya ümumi istifadədə olan (torpaq yol, cığır, su arxı, su quyusu və s.) torpaq sahəsinin olmamasının müəyyən edilməsi qeyd edilmişdir.
37. Yerli baxış zamanı birinci instansiya məhkəmə tərəfindən mütəxəssislərin iştirakı ilə iddia olunan torpaq sahəsində Oğuz-Bakı şosse yolu, çay yatağı, körpü və ərazidə yerləşən qobu istinad oriyentri olaraq müəyyən edilmiş və buna müvafiq olaraq ilkin sənədlərdə qeyd edilmiş torpaq sahəsinin təsviri ilə faktiki istifadə edilən torpaq sahəsi müqayisə edilərək, ilkin kadastr planında və ayrılmış torpaq sahəsinin yerquruluşu sxemində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar edilmişdir.
38. Göründüyü kimi dövlət kadastr saxlayıcı cavabdeh orqan olmasına baxmayaraq, iddia olunan torpaq sahəsinə dair cavabdeh orqanın verdiyi rəy işin hallarına uyğun olmadığından məhkəmə sözügedən rəyi iş üzrə mötəbər sübut olaraq qəbul etmir. Belə ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi yerli baxış zamanı müəyyən edilmiş işin faktiki hallarına tamamilə ziddir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan mütəxəssis tərəfindən verilmiş rəyə birmənalı istinad etməklə iddiaçının müraciətinin təmin etməkdən imtina etməməli, verilmiş rəyin düzgünlüyünü yoxlamalı və mütəxəssisin həmin rəyi vermək üçün zəruri texniki biliklərə, verilmiş sualları qavramaq və həmin suallara düzgün cavab vermək qabiliyyətinə malik olub-olmamasına əmin olmalı, yalnız bundan sonra sözügedən rəy əsasında müraciətin təmin edilməsinin mümkün olubolmamasına hüquqi qiymət verməlidir.
39. Hazıkı işin hallarından müəyyən edilir ki, ilkin rəyin düzgün olmaması artıq yerli baxış zamanı müəyyən edilməsinə, məhkəmənin sorğusunun ilkin sənədlərə uyğun yox, həmin sənədlərdə qeyd edilmiş koordinatlar əsasında cavablandırılmasına və istinad edilmiş sənədlərdəki koordinat bazasının əslində həmin torpaq sahəsinə aid olmaması (səhv olması) aşkar bilinməsinə baxmayaraq, mütəxəssis tərəfindən verilmiş rəy işin hallarına uyğun dəqiqləşdirilməmiş, yol verilmiş səhvlər aradan qaldırılmamışdır.
40. Odur ki, məhkəmə tədqiqatı zamanı aşkar edilmiş hallar Azərbaycan Respublikası “X4” xx.xx.2023-cü il tarixli 94 nömrəli rəyinə uyğun olduğundan məhkəmə həmin rəyi iş üzrə mötəbər sübut olaraq qəbul etmişdir.
41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur
42. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
43. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
44. İş materiallarında olan Oğuz rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclas protokolundan çıxarışdan, dekabr 2006-cı il tarixli 42 nömrəli qəbzdən və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçıya 1.0 ha torpaq sahəsinin satılması qərara alınmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına torpaq sahəsinin dəyəri ödənilmişdir.
45. İddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi onunla bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq edir.
46. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
47. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
48. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
49. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində sonuncunun hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
50. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
52. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmmaışdır.
53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
54. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Oğuz rayonunda xüsusi mülkiyyətinə verilmiş 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-594/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.