Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-88/2021 05.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10 qarşı “JN seriyalı 1094 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən, Dövlət Aktında 1094A planşet (mülk) nömrəsi isə qeyd edilən 87363,32 ha torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 884/2020 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Zaqatala rayon X6 xx xxxx 1996-cı il tarixli, 36 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində iddiaçıların ümumi birgə mülkiyyətlərinə 1,79 ha torpaq sahəsi verilmiş və onların həmin torpaq sahələri üzərində hüquqları JN seriyalı 1094 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak üzərində əvvəllər yaranmış hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10 müraciət etmişlər. Lakin sonuncu xx xxxxxx 2020-ci il tarixli, **********86 nömrəli məktubu ilə əmlak üzərində əvvəllər yaranmış hüquqlarının dövlət qeydiyyatından imtina etdiyini bildirmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı X1 rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 36 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş 1,79 ha torpaq sahəsinə dair JN-1094 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1094A planşet nömrəsində qeyd olunan 0,87363 ha hissəsinə dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı X10 ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı Ləğv edilmiş DTXKnin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1094 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” barədə məlumatlar ərazi idarəsinin arxiv fondunda və ərazi idarəsinin xidməti istifadəsində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində aparılmış torpaq islahatının nəticələri barədə xəritələrdə öz əksini tapmamışdır. Məlumat üçün bildiririk ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nın qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də təsərrüfat nömrəsi 1186 olmaqla və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən iddiaçılara həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Bununla da qeyd olunan torpaq sahəsinin qeydiyyata alınması mümkün olmamış və bu barədə ərizəçiyə bildiriş ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan JN-10xx xxx 40200016 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X6 xx.xx.1996-cı il tarixli 36 nömrəli qərarı ilə 1.79 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********75 nömrəli Mütəxəssis Rəyindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən JN seriyalı 1094 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X13 Baza məlumatlarında öz əksini tapmamışdır. Lakin Zaqatala rayonu Aqrar-İslahat Komissiyasının xx xxx 2004-cü il tarixli 113 saylı qərarı ilə Əliabad qəsəbə sakini İddiaçı1 və ailə üzvlərinə verilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********4372 kadastr nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədində göstərilən yol dürüstləşən xəritədə qeyd olunan yolla üst-ustə düşür (Sxem 1 və 2) İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X9 xx.xx.2020-ci il tarixli **********49 nömrəli etirazından görünür ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1094 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” barədə məlumatlar ərazi idarəsinin arxiv fondunda və ərazi idarəsinin xidməti istifadəsində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində aparılmış torpaq islahatının nəticələri barədə xəritələrdə öz əksini tapmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 0******* nömrəli, AZE seriyalı ********* nömrəli, AZE seriyalı ******** nömrəli, AZE seriyalı 0******* nömrəli ş/v surətləri, DƏDRX-nin 18 saylı X9 xx.xx.2020-ci il tarixli **********86 nömrəli imtina məktubu, Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surəti, Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A seriyalı 6273 nömrəli Şəhadətnamənin surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X9 xx.xx.2020-ci il tarixli **********49 nömrəli etirazı, xx.xx.2018-ci il tarixli Cədvəlin surəti, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********75 nömrəli məktubu və ona əlavə edilmiş Mütəxəssis Rəyi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-884/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X8rşı “JN seriyalı 1094 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən, Dövlət Aktında 1094A planşet (mülk) nömrəsi isə qeyd edilən 87363,32 ha torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərci iddiaçılara aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 106 manat 26 qəpik iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X5 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-884/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətində qeyd etmişlər ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8rşı "cavabdehin üzərinə JN seriyalı 1094 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətimizdə olan, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən, Dövlət Aktında 1094A planşet (mülk) nömrəsi isə qeyd edilən 87363,32 ha torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqlarımızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması" tələbinə dair" iddia ərizəsi ilə Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinə müraciət etmişdik. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi xx xxxxxx 2020 il tarixli, 2-1(116)-884/2020 iş nömrəli qərarı ilə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi xx xxxxxx 2020 il tarixli, 2l(116)-884/2020 iş nömrəli qətnaməsini aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edirik: Belə ki, Zaqatala rayon X6 xx xxxx 1996-cı il tarixli, 36 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində ümumi birgə mülkiyyətimizə 1,79 ha torpaq sahəsi verilmiş və bizim həmin torpaq sahələri üzərində hüquqlarımız JN seriyalı 1094 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak üzərində əvvəllər yaranmış hüquqlarımızın dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10 müraciət etdik, lakin, sonuncu xx xxxxxx 2020-ci il tarixli, **********86 nömrəli məktubu ilə əmlak üzərində əvvəllər yaranmış hüquqlarımızın dövlət qeydiyyatından imtina etdiyini bildirmişdir. İşə baxan Şəki İnzibati Məhkəməsi JN seriyalı 1094 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə mübahisəli ərazinin bizlərin ümumi birgə mülkiyyətimizə verilməsinə baxmayaraq iddiamızı təmin etməmişdir. Məhkəmə iddianım təmin olunmamasının əsası kimi, islahatla heç bir əlaqəsi olmayan və Rayon X6 qərarı ilə təsdiq edilməyən 2018-ci ilin "Dürüstləsmə" xəritəsinə istinad etmişdir. Sual yaranır ki, mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququmuzu təsdiq edən İN seriyalı 1094 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və "Torpaq sahəsinin planı və ölçüsü" sənədi qüvvədədir ya yox? Nəyə görə qeyd olunan sənədlər yox, 2018-ci ilin "Dürüstləsmə" xəritəsi daha üstün qüvvəyə malikdir? Zaqatala Rayon İcra Hakimiyyətinin və yaxud is üzrə cavabdeh inzibati orqanın bizlərin mülkiyyətində olan torpaq sahəsini üçüncü bir şəxsin mülkiyyətinə vermək kimi bir səlahiyyəti varmı? Ümumiyyətlə Zaqatala Rayon İcra Hakimiyyətinin 2018-ci ilin "Dürüstləşmə" xəritəsi adı altında torpaq islahatı aparmaq səlahiyyəti vardırmı? Qeyd olunan suallar cavablandırılmadan işin ədalətli araşdırılması qənaətinə gəlinməsi və qərar qəbul edilməsi düzgün deyildir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 məhkəməyə ünvanladığı məktublarında "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli Fərmanına istinad edir ki, həmin Fərmanın 2.3-cü bəndinə qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin. Odur ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020 il tarixli, 2-1(116)-884/2020 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, İddiaçı2 və İddiaçı4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 884/2020nömrəli qərarının ləğv edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı3 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X9 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 məhkəmə iclasına məktun göndərərək nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasına baxılmsını xahiş etmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nın qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də təsərrüfat nömrəsi 1186 olmaqla və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən iddiaçılara həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Zaqatala rayonu Aqrar-İslahat Komissiyasının xx xxx 2004-cü il tarixli 113 saylı qərarı ilə Əliabad qəsəbə sakini İddiaçı1 və ailə üzvlərinə verilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********4372 kadastr nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədində göstərilən yol dürüstləşən xəritədə qeyd olunan yolla üst-ustə düşmüşdür. Mütəxəssis rəyinə əlavə olunan sxemlərdən də görünür ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan yoldur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-884/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-88/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-88/2021
05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver