Məhkəmə qərarları › İş №2-1(107)-88/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-88/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-88/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı “X11” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23.*9.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında “X11” MMC-yə ayrılmış *,3 ha torpaq sahəsində tikilmiş və 28.*7.2**5-ci il tarixdə istismara qəbul edilən tikililərin dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2-1(116)-77*/2*22 nömrəli qərardadından iş üzrə iddiaçı “X11” MMC-nin nümayəndəsi X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçının nümayəndəsi X8 cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23.*9.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında “X11” MMC-yə ayrılmış *,3 ha torpaq sahəsində tikilmiş və 28.*7.2**5-ci il tarixdə istismara qəbul edilən tikililərin dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli 658 nömrəli Sərəncamına əsasən "X11” MMC-yə istehsalat obyektinin tikintisi üçün Salman Mümtaz küçəsinin qərb hissəsində, şəhərin 48-ci kvartalında *,3 ha torpaq sahəsi ayrılmış və həmin ərazidə tikinti işlərinin aparılması göstərilmişdir. Həmin dövrlərdə tikintinin aparılması üçün heç kimə İcra Hakimiyyəti tərəfindən ayrıca sərəncam verilmirdi. Həmin vaxtdan sözügedən torpaq sahəsi müəssisənin istifadəsində olmuş, hissə-hissə tikinti işləri aparılmış və hər il üçün həmin torpaq sahəsinə torpaq vergisi ödənilmişdir. Həmin ərazidə tikinti işləri başa çatdırıldıqdan sonra "İstismara qəbul Aktı" alınması üçün iyun 2**5-ci il tarixdə müvafiq sənədlər Şəki Şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur. Şəki Şəhər İcra Hakimiyyətinin dövlət qəbul komissiyası tərəfindən 28.*7.2**5-ci il tarixdə tikintisi başa çatmış "X11” MMC-yə məxsus obyektə "İstismara qəbul aktı" tərtib edilmiş, komissiyanın sədri və bütün aidiyyəti orqanların rəhbərləri tərəfindən imza və möhürlə təsdiqlənmişdir. *3.*8.2**5-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdiri, baş memar tərəfindən sözügedən "İstismara qəbul Aktı" və digər aidiyyəti sənədlər qeydiyyata alınması üçün RDTİ MHQ və SK idarəsinə göndərilmilşdir. Bu məktubdan az müddət sonra həmin idarənin rəhbəri İlham İsmayılovu dəvət edərək, onların idarəsinin ləğv edildiyini bildirmiş, bir müddətdən sonra yeni yaradılacaq quruma müraciət etməyi məsləhət görmüşdür. İddiaçının nümayəndəsi İlham İsmayılov hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh *1.1*.2*21-ci il tarixli, 21392***2335 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “X11”nə *,3* ha torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli, 658 saylı Sərəncamı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, 28 iyul 2**5-ci il tarixli istismara qəbul aktı təqdim edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2*13-cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilmədiyindən, istismara qəbul aktı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1-in tələblərinə cavab vermədiyindən, həmçinin torpaq sahəsi “X11”nə ayrılsa da, istismara qəbul aktında daşınmaz əmlakın X5 adına qəbul edilməsi uyğunsuzluq yaratdığından ərizənin icrası mümkün olmamışdır.

4. Cavabdeh *7.*9.2*22-ci il tarixli, 22392***3329 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, X2 Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli, 658 nömrəli sərəncamına əsasən İddiaçı Kiçik Müəssisəsinə ayrılmış Salman Mümtaz küçəsinin qərb hissəsində, şəhərin 48-ci kvartalında yerləşən *.3* ha torpağ sahəsinin və onun üzərində inşa edilən tikililərin qeydiyyata alınması məqsədilə *1.*9.2*21-ci il tarixli, 21391*259* nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir.

5. Təqdim olunmuş sənədlərə əsasən aparılan araşdırma zamanı “X11”nə *,3* ha torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli, 658 saylı Sərəncamı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, 28 iyul 2**5-ci il tarixli istismara qəbul aktı təqdim edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2*13-cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilmədiyindən, istismara qəbul qəbul aktı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1-in tələblərinə cavab vermədiyindən, həmçinin torpaq sahəsi “X11”nə ayrılsa da, istismara qəbul aktında daşınmaz əmlakın X5 adına qəbul edilməsi müəyyən olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin 16.*8.2*22-ci il tarixli 2-1(116)-77*/2*22 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi, MMC-nin direktoru İlham İsmayılov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1*. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 3* noyabr 2*22-ci il tarixli 2-1(116)-77*/2*22 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

11. İddiaçı “X11” MMC-nin nümayəndəsi X8 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin halları obyektiv araşdırılmadan yalnız vergi orqanının verdiyi məhdud məlumat əsasında İddiaçı Kiçik Müəssisəsinin hazırkı iddia verən şəxslə eyni olmaması qənaətinə gəlinmişdir. Həmin məlumatda İddiaçı Kiçik Müəssisəsinin “X11” MMC və ya hər hansı digər hüquqi şəxsin hüquqi varisi olmasına dair heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. Lakin məhkəmə ümumiyyətlə 2**4-cü ilə qədər Şəki şəhəri, S.Mümtaz küçəsində *.3* ha torpaq sahəsində İddiaçı Kiçik Müəssisəsi adlı hüquqi şəxsin qeydə alınıb-alınmamasını dəqiqləşdirməmişdir. İddiaçı “X11” MMC-nin subyektiv hüququnun olub-olmaması, iddianın mümkün olub-olmamasının üç məhkəmə prosesindən sonra (yəni iddia veriləndən 11 ay sonra) sorğu verilməsi də işin obyektiv araşdırılmamasından xəbər verir. 2**4-cü ildə İddiaçı Kiçik Müəssisəsi yenidən Zaqatala şəhərində Ədliyyə Nazirliyinin Hüquqi X6 Şöbəsindən qeydiyyatdan keçərkən şəxsən ona bildirmişlər ki, onlara kiçik müəssisə kimi qeydiyyata almağa icazə vermirlər. X7 Cəmiyyət kimi qeydə ala bilərlər. Onlara Şəki ŞİH başçısının 23.*9.1992-ci il tarixli 658 nömrəli Sərəncamında torpaq sahəsinin İddiaçı Kiçik Müəssisəsinə ayrıldığını və gələcəkdə hər hansı bir mübahisənin yaranma ehtimalını izah etmişdir. Ona təklif edilmişdir ki, “X11” MMC kimi qeydiyyatdan keçsin, onsuz da ünvan eyni olaraq S.Mümtaz kimi qalır. Belə ki, torpağı Şəki ŞİH ayırmış, İddiaçı Kiçik Müəssisəsinin adı (təşkilat forması-yəni MMC) dəyişdikdən sonra 2**5-ci ildə obyektdə tikinti işləri tam başa çatdıqdan sonra Şəki ŞİH nəzdində yaradılmış X9 Komissiyası İstismara Qəbul Aktında eyni müəssisə olduğu üçün “X11” MMC kimi qeyd etməsi bir daha sübut edir ki, bunlar eyni müəssisələrdir. Eyni zamanda İddiaçı Kiçik Müəssisəsi və həmin müəssisənin torpağının və tikililərinin hər hansı bir müəssisə tərəfindən zəbt olunubolunmaması araşdırılmamışdır. İşin faktiki hallarından və işdə olan sənədlərdən görünür ki, “X11” MMC ilə İddiaçı Kiçik Müəssisəsi eyni şəxslərdir. Əgər hər iki hüquqi şəxs müxtəlif şəxslər olsa idi 1992-ci ildən torpaq sahəsi ayrılan müəssisə indiyədək ona məxsus torpağın başqası tərəfindən zəbt olunub istifadə olunması ilə bağlı öz hüquqlarının müdafiəsi üçün müvafiq prosessual tədbirlər görmüş olardı. İşdə olan sənədlərdən aşkar görünür ki, İddiaçı Kiçik Müəssisəsinin adından bütün yazışmalar, bağlanmış müqavilələr və s. “X11” MMC tərəfindən olunmuşdur. Birinci instansiya məhkəməsi məsələyə formal yanaşaraq hüquqlarının bərpasına əsassız maneələr yaratmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2- 1(116)-77*/2*22 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X11” MMC-nin direktoru X8, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2-1(116)-77*/2*22 nömrəli qərardadının ləğv edilməsini, işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 oğlu qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 8*.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3* gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 1* gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 3* gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 1*.*4.2*15-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

2*. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı “X11” MMC-nin nümayəndəsi X5 apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 1* gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

22. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı müvafiq sərəncamla torpaq sahəsinin ona ayrıldığını iddia etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, mübahisəli torpaq sahəsi müstəqil İddiaçı Kiçik Müəssisəsinə ayrılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru “X11” MMCnin müstəqil İddiaçı Kiçik Müəssisəsinin hüquqi varisi olduğunu iddia etsə də, MMC-nin nizamnaməsində bu barədə qeyd aşkar edilməmiş, 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, qeyd edilən İddiaçı Kiçik Müəssisəsinin və ya hər hansı digər hüquqi şəxsin hüquqi varisi olmasına dair heç bir məlumat aşkar edilməmişdir.

23. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

24. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması da yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

25. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

26. İşə əlavə olunmuş materiallarından göründüyü kimi, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23.*9.1992-ci il tarixli 658 nömrəli Sərəncamı ilə, Müstəqil İddiaçı Kiçik Müəssisəsinin 13.*9.1992-ci il tarixli məktubuna, Şəki şəhər Dövlət Damazlıq müəssisəsinin razılıq məktubuna əsasən, Salman Mümtaz küçəsinin qərb hissəsində şəhərin 48-ci kvartalında *,3 ha torpaq sahəsi ayrılmışdır. Tikintisi başa çatmış fərdi yaşayış evlərinin həyətyanı tikililərlə birlikdə istismara qəbulu ilə əlaqədar Dövlət Qəbul Komissiyasının 28.*7.2**5-ci il tarixli Aktına əsasən, X8 tərəfindən S.Mümtaz küçəsinin qərbində 25 saylı ünvanda yerləşən İddiaçı istismara qəbul üçün təqdim edilmişdir. “X11” MMC-nin Nizamnaməsinə əsasən, *6.*8.2**4-cü il tarixdə *9*4-Ş2-647 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X6 üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmış, “X11” MMC-nin təsisçisinin X8 olduğu göstərilmişdir.

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəməyə daxil olduğu 13.*1.2*22-ci il tarixdən etibarən bir sıra sorğular edilməsinə baxmayaraq, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı hər hansı prosessual hərəkət edilməmişdir.

28. Belə ki, “X11” MMC-nin Nizamnaməsinə əsasən, *6.*8.2**4-cü il tarixdə *9*4- Ş2-647 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X6 üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmış, “X11” MMC-nin təsisçisinin X8 olduğu təsdiq edilmişdir. Lakin birinci instansiya məhkəməsi İddiaçı X1 əldə olması ilə bağlı hər hansı bir prossesual hərəkət etməmiş, həmin müəssisənin sənədlərinin mövcud olub-olmamasını, müəssisənin vergi orqanı tərəfindən qeydiyyata alınıb-alınmamasını araşdırmamış və həmin müəssisənin kim tərəfindən təsis edilməsini müəyyən etməmişdir. Bununla yanaşı, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23.*9.1992-ci il tarixli 658 nömrəli Sərəncamına əsasən, Müstəqil İddiaçı Kiçik Müəssisəsinə *,3 ha torpaq sahəsinin ayrılmasına baxmayaraq, Tikintisi başa çatmış fərdi yaşayış evlərinin həyətyanı tikililərlə birlikdə istismara qəbulu ilə əlaqədar Dövlət Qəbul Komissiyasının 28.*7.2**5-ci il tarixli Aktında hansı hüquqmüəyyənedici sənədlərə əsasən X8 tərəfindən S.Mümtaz küçəsinin qərbində 25 saylı ünvanda yerləşən İddiaçı-nin istismara qəbul üçün təqdim edildiyinin göstərilməsini araşdırmamışdır. Ümumiyyətlə İddiaçı Kiçik Müəssisəsi ilə İddiaçı-nin eyni müəssisə olub-olmamasını tam araşdırmadan iddia ərizəsi məhkəməyə daxil olduqdan 1* ay sonra iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir.

29. Göründüyü kimi, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinə əsasən, inzibati iş üzrə kifayət qədər araşdırma aparılmadan əsassız olaraq iddia tələbi mümkün sayılmamışdır. 3*. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxarıda qeyd olunan hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək iddia tələbinin mümkünlük məsələsinə baxılması üçün inzibati işin Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 9*.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı “X11” MMC-nin nümayəndəsi X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2-1(116)-77*/2*22 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar