Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-88/2024 04.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-84/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “istifadəsində olan İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-979/2022 saylı qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-84/2023 nömrəli qərardadı ilə üçüncü şəxs qismində zəruri cəlb edilmiş X4 inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
3. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən İddiaçı məxsus 0,10 ha həyətyanı torpaq sahəsinin reyestr nömrəsi **********75 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan X7 məxsus 0,30 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,0907 ha hissəsinin ləğv edilməsi, X5 üçüncü şəxs qismində işə cəlb edilməsi (zəruri cəlbetmə) iddiaçıya məxsus İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
5. Daha sonra iddiaçının vəkili (nümayəndəsi) xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr göndərərək, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 63 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinin adına verilmiş JN-108 kod 40728038 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin iddiaçıya məxsus 0,10 ha həyətyanı torpaq sahəsi ilə hansı hissədə üstüstə düşməsinin müəyyən edilməsi və üst-üstə düşən hissədə JN-108 kod 40728038 nömrəli Dövlət Aktının həmin hissədə qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) yenidən iddia tələbini dəqiqləşdirərək, istifadəsində olan İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir şəkildə hərəkət etmiş, vicdanlı alıcıya məxsus torpaq sahəsinə dair çıxarışı ləğv etmişdir.
9. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, İsmayıllı rayonu 158 nömrəli Arxiv Fondunda saxlanılan Xankəndi kənd İnzibati Ərazi Dairəsi üzrə RİHB-nin nümayəndəliyinin 1990-1995-ci illərin təsərrüfatbaşı kitabında qeyd edilmiş məlumatlara istinad edərək istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan torpaq sahəsinin 0.0418 ha hissəsinin yüksək gərginlikli 10 kv-luq elektrik xəttinin qorunma zolağına düşməsini, eyni zamanda sözügedən torpaq sahəsinin 0.0899 ha sahəsinin digər vətəndaşa məxsus mülkiyyət sənədi ilə üst-üstə düşməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
10. Cavadeh iddia tələbinə etirazlarını onunla əsaslandırmışdır ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsi İsmayıllı rayonu Xankəndi Ərazi Vahidinin sərhəddi daxilində yerləşir, təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası əkin olan ərazidə yerləşir.İddia olunan torpaq sahəsinin 0.0907 ha hissəsi **********75 reyestr nömrəli mülkiyyət sənədi ilə X4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. X7 məxsus 0,30 ha xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,0907 ha hissəsinin ləğv edilməsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri PHŞ-nin 9 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəfindən mümkün olmamışdır.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-84/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-84/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-84/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.
18. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 195 nömrəli arayışından görünür ki, iddiaçı özü təsərrüfat başçısı olmaqla təsərrüfatın istifadəsində İsmayıllı rayon icra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zeyvə kəndinin ərazisində 0,10 ha torpaq sahəsi vardır. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 75 nömrəli arxiv arayışından və 281 şəxsi hesab vərəqəsindən görünür ki, İsmayıllı rayonu 158 №-li Arxiv fondunda saxlanan Xankəndi kənd İƏD-üzrə RİHB-nin nümayəndəliyinin 1990-1995-ci ilərin Təsərrüfatbaşına kitabında ailə başçısı olmaqla istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər aşağıdakı kimi qeyd olunub: Ailə başçısı: İddiaçı xx.xx.1967-ci il təvəllüd. Torpaq sahəsi cəmi: 1990-cı ildən 0.10 ha. Evin tikli tarixi : qeyd olunmayıb. - Azərbaycan Respublikası “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin xx.xx.2023-cü il tarixli V/01 nömrəli məktuba əlavə olunmuş rəydən görünür ki, araşdırmanın təsviri hissəsində qeyd edildiyi kimi mübahisəli torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşməklə bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, sairuqodiyalı, torpaq sahəsidir. Torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. **********75 nömrəli çıxarışa əlavə edilmiş eyni nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində ki torpaq sahəsindən 226 metr kənarda yerləşməklə üst-üstə düşmür. Torpaq sahələrinin yerləşmə vəziyyəti və koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. - Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-84/2023 nömrəli qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3584 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki,
1. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası əkin olan torpaq sahəsidir. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir.
2. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi **********75 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,36 hektar torpaq sahəsi ilə üst- üstə düşmür.
3. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC tərəfindən verilmiş rəy mülki iş materiallarında təqdim olunmadığına görə rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti barədə məlumatların verilməsi mümkün deyildir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3224/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki,
1. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası əkin olan torpaq sahəsidir. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir.
2. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi **********75 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,36 hektar torpaq sahəsi ilə üst- üstə düşmür.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İsmayıllı rayonu 158 №-li Arxiv fondunda saxlanan Xankəndi kənd İƏD-üzrə RİHB-nin nümayəndəliyinin 1990- 1995-ci ilərin Təsərrüfatbaşına kitabında iddiaçı, ailə başçısı olmaqla istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0.10 ha qeyd edilmişdir.
29. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3) daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər olaraq qeyd edilmişdir.
30. İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair cavabdeh orqan tərəfindən ziddiyyətli məlumatlar təqdim edilsə də, iş üzrə əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası əkin olan torpaq sahəsidir. Sözügedən torpaq sahəsi X8 verilmiş **********75 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,36 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. Ekspert tərəfindən müvafiq rəy verilərkən cavabeh orqanın sonuncu dəqiqləşmiş məzmunda mütəxəssis rəyinə istinad edilmişdir.
31. Cavabdeh orqan ilkin imtina cavabında iddia olunan torpaq sahəsinin 0.0418 ha hissəsinin yüksək gərginlikli 10 kv-luq elektrik xəttinin qorunma zolağına, 0.0899 ha sahəsinin digər vətəndaşa məxsus mülkiyyət sənədi ilə üst-üstə düşməsini bildirmiş, məhkəməyə təqdim edilmiş etiraz məktubunda isə iddia olunan torpaq sahəsinin 0.0907 ha hissəsinin 0.0907 ha hissəsi **********75 reyestr nömrəli mülkiyyət sənədi ilə X4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir.
32. İşin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi cavabdeh orqanın iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı verdiyi ilkin rəy, işin faktiki hallarına uyğun olmadığından (iddia olunan torpaq sahəsi ilə, üst-üstə düşdüyü bildirilən torpaq sahələri fərqli ərazilərdə yerləşir) və sonuncu dəqiqləşmiş mütxəssis rəyində sözügedən torpaq sahəsinin Səməd Cəfərova məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi qeyd edildiyindən iddia olunan torpaq sahəsinin 10 kv-luq elektrik xəttinin qorunma zolağına düşməsi ilə bağlı imtina dəlilinin əlavə olaraq araşdırılması zərurəti olmamışdır.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcud olduğundan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində qeyd edilmiş imtina əsaslarından heç biri mövcud olmadığından, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
34. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(116)-84/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.