Məhkəmə qərarları › İş №2-1(107)-89/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-89/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-89/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və üçüncü şəxslər X16, X20, X21 və X8 vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı Oğuz rayon Filfilli bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 nömrəli qərarından üçüncü şəxslər X16, X20, X21, X24 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMC, Oğuz rayon icra və probasiya şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “rəy və eskiz xəritələrinin ləvğ edilməsi, çıxarışlar üzrə ərazinin örüş və biçənək sahələrinə yönəldilməsinə dair verilmiş inzibati akt və hüquqverici sənədlərin ləğv edilməsi və digər tələblərlə” bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması təklif edilmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsində iddiaçı cavabdeh qismində Oğuz rayon Filfilli bələdiyyəsini, üçüncü şəxs qismində DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsini, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMC-ni, Oğuz rayon İcra və probasiya şöbəsini, X3, X9, X10, X17 qeyd edərək, “Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci tarixli 12 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-326/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10667/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-789/2022 nömrəli qərardadı ilə, 2-1(116)-789/2022 saylı inzibati iş 2-1(116)-326/2022 saylı inzibati işə birləşdirilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, X16, X22, X21, X18 0,12 ha torpaq sahəsinin ayrılması ilə bağlı Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin Oğuz rayon icra və probasiya şöbəsinin, Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin üçüncü şəxslər siyahısından çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-695/2022 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi, X3, X9, X10, X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, bələdiyyə tərəfindən üçüncü şəxslər X3, X9, X10, X18 hər birinə ayrılmış 0.12 ha torpaq sahəsinin örüş torpaq sahələrinə aid olmasını bildirərək, həmin torpaq sahəsinin ayrılması ilə bağlı cavabdehin xx.xx.2007-ci il tarixli 12 saylı qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh orqan müvafiq qərar əsasında üçüncü şəxslərə satılmış torpaq sahəsinin uqodiyasının örüş olduğunu və bələdiyyə tərəfindən satılmasının qanunsuz olmasını bildirərək iddiaçının tələbi ilə razılaşmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə münasibətində qeyd edilmişdir ki, İddiaçı iddiası üzrə istifadə etdiyi Filfili kəndində yaşadığı yerin yaxınlığınakı ərazi 2005-ci il tarixdən və demək olar ki, həmin tarixdən də əvvəllər İddiaçı və həmin kənd sakini X11 iddia ərizəsinə əlavə edilmiş icarə müqaviləsi əsasında, bələdiyyənin balansında olan “örüş və biçənək sahəsi” kimi verilmişdir. Hal-hazıra kimi həmin torpağın təyinatı dəyişdirilməmiş və bələdiyyənin balansında “örüş və biçənək” sahəsi kimi qalır. Eləcədə iddiaçıya və digər adı gedən kənd sakininə qüvvədə olan icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı hal-hazırkı tarixə kimi xəbərdarlıq verilməmişdir. Mütəmadi olaraq istifadə etdikləri torpaq sahəsinin vergi haqlarını ödəmişlər. Cavabdeh 30 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolunun qərarından çıxarışa əsasən, iş üzrə maraqlı şəxslərə ev tikmək üçün Filfilli bələdiyyəsinin mülkiyyətinə aid “perespektiv inkişaf və ehtiyat fonduna” aid torpaq sahəsindən 1200 kv.m torpaq ayrılması qərara alınmışdır. Başqa bir məhkəmə işi üzrə Şəki Apellyasiya Məhkəməsinin sorğusuna tərəfimizdən 01 iyun 2020-ci il tarixdə, № 18 saylı məktubla cavab verilərək, mübahisəli ərazinin bələdiyyənin balansında “örüş və biçənək” sahəsi kimi olması və icarə müqaviləsi əsasında vergi haqları ödənilməklə İddiaçı və M.Ə.Ağakişiyev tərəfindən istifadə edilməsi bildirilmişdir. Eləcə də “Bələyyə torpaqlarından istifadə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci bəndinə əsasən bu qəbildən olan torpaqların satıla bilməməsi bildirilmişdir. Göstərilənlərə əsasən İddiaçı iddiası əsaslıdır və hal-hazırda onunla bağlanmış icarə müqviləsinin ləğv edilməsi ilə bağlı ona və digər adı çəkilən sakinə xəbərdarlıq verilməmişdir və istifadələrində olaraq istifadə etməkdədirlər. Maraqlı şəxslərlə bağlı qeyd edilən iclas protokoluna əsasən onlara ayrılmış torpaq sahəsi təyinatı və sahəsi müəyyənləşdirilmədən qanunsuz verildiyindən, bələdiyyənin iclasında baxılaraq, protokolunun qərarı ilə bu barədə qərar qəbul ediləcəkdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Oğuz rayon Filfilli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolunun qərarının çıxarışlarından görünür ki, X16, X25, X23 və X12 Filfilli bələdiyyəsinin mülkiyyətinə aid perspektiv inkişaf torpaqlarından ev tikmək məqsədi ilə 1200 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. - Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsinə ünvanlanan xx.xx.2007-ci il tarixli məktubundan görünür ki, Filfilli bələdiyyəsinin ərazisindən (perspektiv inkişaf, ehtiyat fondu) X13 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə ayrılmasına, X4 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə ayrılmasına, X5 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə ayrılmasına, X14 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə ayrılmasına rəy verilməsi barədə 16 sentyabr 2007-ci il tarixli 461 nömrəli məktubunuzla əlaqədar bildiririk ki, bu məqsədlə müvafiq torpaq sahəsinin ayrılması məqsədəuyğundur. - 405013001846 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Oğuz şəhəri FilFilli kəndində yerləşən 0.12 ha torpaq sahəsi hüquq sahibinin adı X16 qeyd edilmişdir. - 405013001844 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Oğuz şəhəri FilFilli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzrə hüquq sahibinin adı X21 qeyd edilmişdir. - 405013001847 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Oğuz şəhəri FilFilli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzrə hüquq sahibinin adı X19 qeyd edilmişdir. - 405013001845 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Oğuz şəhəri FilFilli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzrə hüquq sahibinin adı X20 qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Oğuz rayon Filfilli bələdiyyəsinin 30.11,2007-ci il tarixli 12 saylı qərarı ilə X2, X23, X21, X8 mülkiyyətinə verilmiş torpaq sahələrinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası örüşdür. Oğuz rayon Filfilli bələdiyyəsinin 30.11,2007ci il tarixli 12 saylı qərarı ilə X2 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,0247 hektar hissəsi, X6 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,0820 hektar hissəsi, X7 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,0655 hektar hissəsi, sahəsinin 0,0655 hektar hissəsi, X8 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,1139 hektar hissəsi İddiaçı istifadəsində olan 0,36 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinin üçüncü şəxslər X16, X22, X21 və X18 0,12 ha torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2007-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxslər X16, X20, X21, X1 İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 saylı qərarından apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxslər X16, X20, X21, X24 apellyasiya şikayətində qeyd etmişlər ki, bir neçə əsas üzrə iddiaçının iddia qaldırmaq hüququnun yaranmadığına görə iddia mümkün sayılmamalı idi. Belə ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddəti ötürülmüşdür. İddianın mümkünlük şərtlərinin yoxlanması məsələsi ilə ‘İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” AR Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır." Qanunun tələbinə əsasən, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı iddia üzrə iddiaçı Oğuz Rayon Filfilli bələdiyyəsinin 3-cü şəxslərə torpaq sahələrinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli qərarının ləğvini tələb edir. Şikayət olunan qərarda mübahisəli torpaq sahələrinin bələdiyyə tərəfindən üçüncü şəxslərə ayrılması barədə məlumatın İddiaçı xx.xx.2021-ci il tarixdə məlum olması barədə qeyd etdiyi əsas aşağıda göstərilənlərlə təkzib olunur. Belə ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli (İş No 2(054)-458/2019) qətnaməsinə əsasən mülkiyyətçilər olan 3cü şəxslər tərəfindən onlara mülkiyyət hüququ əsasında məxsus olan həyətyanı torpaq sahələrindən iddiaçı K. Süleymanovanın çıxarılmasına dair iddia tələbləri təmin olunaraq, iddiaçının mübahisəli topaq sahələrindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli (İş No 2(107)-416/2020) qətnaməsinə əsasən, Oğuz Rayon Məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək İddiaçı 3-cü şəxslərə məxsus torpaq sahələrindən çıxarılması qət edilmişdir. AR Ali Məhkəməsinin qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə Oğuz rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunaraq 3-cü şəxslərə təhvil verilmişdir və icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan məhkəmə instansiyalarında qəbul edilmiş qərarların tarixlərindən və məhkəmə baxışında iştirak edən İddiaçı özüdə izahatlarında qeyd etmişdir ki, ona 2018-ci ildə məlum olmuşdur ki, onun tərəfindən zəbt edilən torpaq sahələri 3-cü şəxslərə həyətyanı torpaq sahələri kimi ayrılıb. Şikayət olunan qərarda göstərilmişdir ki, 06.01,2022-ci il tarixdə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsində cavabdeh qismində Oğuz Rayon İcra və Probasiya şöbəsi də cəlb edilmişdir, yəni yuxarıda qeyd edtiyim məhkəmə qərarının icra edilməsi barədə aktların mövcudluğunun məhkəməyə məlum olduğu halda, onlar məhkəmə tərəfindən araşdırılıb nəzərə alınmamışdır. Beləliklə də, AR İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş iddia verilməsi üçün 1 ay müddət İddiaçı tərəfindən ötürülmüşdür. Odur ki, аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X16, X20, X21 və X8 vəkili Vəkil Babalı oğlu apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 nömrəli qərarının ləğv edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Oğuz Rayon Məhkəməsində 2019ci ildə iddiaçılar X16, X20, X21 və X15 cavabdehlər İddiaçı və X11 qarşı həyətyanı torpaq sahəsindən çıxarılma və torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə baxılan zaman onun Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı barədə və torpaq sahəsinin üçüncü şəxəslərə satılması barədə məlumatı olmuşdur. Həmçinin bildirdi ki, 2001-ci ildən 2016-cı ilədək onunla cavabdeh arasında müqavilələr bağlanmış və həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslərin nümayəndələri iştirak etməmişlər. Məhkəmə kollegiyası iddiaçının və digər üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddiaçının iddiası “mübahisələndirmə haqqında” iddiadır (İPM-in 2.2.1 və 32-ci maddələri). Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün hesab edərək qərarında qeyd etmişdir ki, mübahisələndirilən qərar xx.xx.2007-ci il tarixində qəbul edilmişdir. Müvafiq qərarın iddiaçıya göndərilməsi və həmin qərardan iddiaçının məlumatlı olması ilə bağlı hər hansı sübut yoxdur. İddiaçı, müvafiq qərarın mövcudluğundan məhkəmənin xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubunu aldıqdan sonra məlumatlı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirmişdir ki, Oğuz Rayon Məhkəməsində 2019-ci ildə iddiaçılar X16, X20, X21 və X15 cavabdehlər İddiaçı və X11 qarşı həyətyanı torpaq sahəsindən çıxarılma və torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə baxılan zaman onun Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı barədə və torpaq sahəsinin üçüncü şəxəslərə satılması barədə məlumatı olmuşdur. İPM-nin 38.1-ci maddəsinə əsasən “mübahisələndirmə haqqında” iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “mübahisələndirmə haqqında” iddia növünün müddətlə bağlı xüsusi mümkünlük şərtinə əsasən hazırkı iddia tələbi mümkün sayıla bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər X16, X20, X21, X24 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 saylı qərarı ləğv edilməli, iş üzrə qərardad qəbul edilməli, İddiaçı Oğuz rayon Filfilli bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 82, 87, 89 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X16, X20, X21, X24 tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 saylı qərarı ləğv edilisin. İş üzrə qərardad qəbul edilsin. İddiaçı Oğuz rayon Filfilli bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar