Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-89/2024 10.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-2034/2023 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 2 oktyabr 2023-cü il tarixli 2- 1(116)-2034/2023 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X3, X5 və X4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs X3 tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 10 yanvar 2024-cü il tarixə məhkəmə iclası təyin edilmiş, üçüncü şəxsə bu barədə rəsmi məlumat verilmiş və eyni zamanda apellyasiya şikayətinin verilməsi ilə bağlı ötürülmüş prosessual müddətin üzrlü səbəbdən olması barədə sübutları həmin vaxta kimi məhkəmə kollegiyasına təqdim etmələri təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 izahatında bildirdi ki, həmin vaxt ərzində vəkillə müqavilə bağlaya bilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər üçüncü şəxs X5 da apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: - 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-2034/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə X2 təhvil verilməsi üçün göndərilmiş və Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, qərar xx.xx.2023cü il tarixdə X2 çatdırılmışdır. Lakin üçüncü şəxs tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, üçüncü şəxs Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-2034/2023 nömrəli qərarını xx.xx.2023-cü il tarixdə aldıqdan sonra xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-2034/2023 nömrəli qərarından şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 3 gün ötürmüşdür. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: -87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-2034/2023 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X1 Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)- 2034/2023 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-89/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-89/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver