Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-9/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı – İddiaçı vəkili X6; Cavabdeh – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X13 nümayəndəsi Nümayəndə; Üçüncü şəxs –X1, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2nə qarşı xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X12rşı xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2012-ci ildə Cavabdeh2nə ərizə ilə müraciət edərək rayon ərazisində mövcud olan dövlət torpaq fondundan 9 nömrəli otlaq sahəsindən 200 hektar torpaq sahəsinin heyvandarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə ona icarəyə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tarixsiz və nömrəsiz rəy verərək bildirmişdir ki, rayonun inzibati ərazisində yerləşən 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondu sahəsindən İddiaçı verilməsi müəyyənləşdirilmişdir. Odur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi 8 və 9 nömrəli dövlət torpaq fondu sahəsindən 200 hektarın İddiaçı icarəyə verilməsinə etiraz etmir. Cavabdeh2 xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə mülkiyyətində olan 600 baş xırda buynuzlu heyvanları qışlaq şəraitində bəsləmək üçün rayonun inzibati ərazisindəki 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondunun 200 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2012-ci ildə 06 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, həmin müqavilədə dövlət torpaq fondunun 8 və 9 nömrəli qış otlağından 200 hektarın 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh2 başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Göyçay rayonuna uzun müddət istifadə üçün təhkim olunmuş qış otlaq sahəsinin yerquruluşu planında (miqyas 1:10000)" İddiaçı ayrılan 200 ha torpaq sahəsi də göstərilmişdir. Bundan sonra, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən "Göyçay rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 8h və 9h nömrəli qış otlaq sahələrindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X2 icarəyə verilməsi nəzərdə tutulan 80 ha örüş sahəsinin yerquruluşu planı" tərtib edilmişdir. Cavabdeh2 işçiləri və Göyçay Rayon Dövlət Aqrar Mərkəzinin direktoru tərəfindən xx.xx.2018-ci ildə dövlət torpaq fonduna aid 80 ha örüş sahəsinin X1 uzun müddətli icarəsinə verilməsi ilə əlaqədar icarəyə veriləcək torpaq sahəsinə baxış keçirilmiş, örüş sahəsinin iri və xırda buynuzlu heyvanların qışlaq şəraitində bəslənməsi üçün yararlı olduğu, həmçinin sahədə tikinti və qurğuların, təbiət, tarixi mədəniyyət abidələrinin, ümumi yayılmış təbii qazıntıların, ağac və yaşıllıqların mövcud olmadığı müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Cavabdeh2 başçısının Mırtı kənd İƏD üzrə nümayəndəliyi Cavabdeh2nə xx.xx.2018-ci il tarixli arayış verərək bildirmişdir ki, X1 şəxsi təsərrüfatında 170 baş xırda buynuzlu heyvan vardır. Cavabdeh2 xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən 8h və 9h nömrəli qış otlaq sahələrindən 80 ha örüş sahəsinin heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə X1 icarəsinə verilməsi qərara alınmışdır. Cavabdeh2 ilə X4 arasında xx.xx.2018-ci ildə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilədə dövlət torpaq fondunun 8h və 9h nömrəli qış otlağından 80 hektarın 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. DƏDRX-nin 16 saylı X18 tərəfindən xx.xx.2018-ci ildə həmin torpaq sahəsi ilə bağlı A- 306551 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində X1 icarə hüququ xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdeh DƏDRX-nin 16 saylı X15 ərizə ilə müraciət edərək qeyd olunan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 200 ha torpaq sahəsi üzərində onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı bu imtina ilə razılaşmamış və cavabdehlər Cavabdeh2nə və DƏDRX-nin 16 saylı X12rşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh2 başçısının sərəncamının və DƏDRX- nin 16 saylı X18 tərəfindən X1 adına verilmiş çıxarışın ləğv olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçının vəkili X9 birinci instansiya məhkəməsinə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, ləğv edilməsi tələb olunan sərəncam xx.xx.2018-ci il tarixli 74 nömrəli, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" isə xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəlidir. İddiaçı öz iddia tələbini belə əsaslandırmışdır ki, üçüncü şəxs X2 icarəyə verilmiş 80 ha torpaq sahəsi ona icarəyə verilmiş 200 ha torpaq sahəsinin bir hissəsidir. Halbuki, onunla bağlanmış icarə müqaviləsi hal-hazıradək qüvvədədir. Cavabdeh DƏDRX-nin 16 saylı X18 xx.xx.2019-cu il tarixli yazılı etirazında iddianı qəbul etməyərək onun təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı Cavabdeh2 xx.xx.2012ci il tarixli sərəncamı ilə icarəyə verilmiş 200 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə məsələnin İdarə tərəfindən araşdırılması mümkün olmadı. Cavabdeh2 iddiaya dair yazılı etiraz verməsə də, onun nümayəndəsi X8 birinci instansiya məhkəməsinin baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, İddiaçı icarəyə verilmiş 200 ha və X2 icarəyə verilmiş 80 ha torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilərsə, o halda, Cavabdeh2 xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı qanunsuz olduğu üçün ləğv edilməli olar. Lakin İddiaçı icarəyə verilmiş torpaq sahəsinə onun icarə hüququ qeydiyyata alınmadığına görə torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Üçüncü şəxs X4 xx.xx.2019-cu il tarixli yazılı etirazında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, torpaq sahəsinə İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə iddiaçının həmin torpaq sahəsinə hüququ yaranmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli, 2- 1(84)-510/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(107)- 78/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-510/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx xxxx 2020-ci il tarixli 2- 1(102)-1238/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(107)-78/2020 saylı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İddiaçı Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2-1(84)- 510/2019 saylı qərarından apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən uzun müddət işin araşdırılması aparılsa da iş tam araşdırılmamışdır. İş üzrə təyin edilmiş ekspertiza Ucar rayon X7 tapşırılsa da həmin təşkilat tərəfindən düzgün nəticəyə gəlinməmişdir. Birinci instansiya məhkəməsi verilən rəyə əsaslanaraq qərar qəbul etmişdir. Həmin ekspertlər torpaq sahələrinin üst-üstə düşməsini tam araşdırmamış və yekun nəticədə düzgün rəy verilməmişdir. Həmin mübahisə olunan torpaq sahələri üstüstə düşmürsə niyə cavabdeh ona vaxtilə verilmiş torpaq sahəsindən çıxmasını tələb edir. Verilmiş 200 ha torpaq sahəsi vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən ölçülərək onlara verilmişdir. Torpaq sahəsinin eskizində onun konturları aydın göstərilmişdir. Bunu təyin edilmiş ekspertiza müəyyən edə bilməmişdir. Odur ki, işin tam araşdırılması üçün alternativ ekspertiza təyin edilməli və həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilməlidir. Lakin bu uzun müddətdə işin aparılmasına baxmayaraq təyin edilməmişdir. Verilən rəylə kifayətlənmək işin tam araşdıırlmasına mane olmuşdur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Belə ki, hakim tərəfindən bu təşəbbüs yerinə yetirilmədiyindən həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilməmişdir. Alternativ ekspertiza təyin olunması zərurəti olduğu hal nəzərə alınmamışdır. Cavabdehə verilmiş torpaq sahəsi nə üçün və necə istifadə olunması aparıldığı halda görünəcək ki, həmin şəxsin nə fermer təsərrüfatı nə də qanunla tələb olunan iribuynuzlu və xırdabuynuzlu heyvanları yoxdur. O, bu sahədən alış-veriş məqsədilə istifadə etmək niyyətindədir. Belə ki, həmin sahə qış otlaq sahəsi olduğundan yaylaqdan qışlağa enən çobanlara icarəyə verib pul qazanmaq məqsədi üçün alınmışdır. Cavabdeh2 torpaq sahəsini icarəyə verərkən cavabdehin nə qədər miqdarda heyvanlarının olub-olmamasını yoxlamamışdır. Uzun illərdir ki, fermer təsərrüfatı ilə məşğuldur. Bu mübahisədən sonra qış otlaq sahəsindən məhrum edilmişdir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 510/2019 nömrəli qərarının ləğv edilməsinə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DƏDRX-nin 16 saylı X13 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 vəkili X9 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ` İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh Göyçay Rayon İcra Hakimiyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - İddiaçı tərəfindən Cavabdeh2nə yazılmış xx.xx.2012-ci il tarixli ərizənin surətindən görünür ki, o, rayon ərazisində mövcud olan dövlət torpaq fondundan 9 nömrəli otlaq sahəsindən 200 hektar torpaq sahəsinin heyvandarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə ona icarəyə verilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş tarixsiz və nömrəsiz rəydən görünür ki, rayonun inzibati ərazisində yerləşən 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondu sahəsindən İddiaçı verilməsi müəyyənləşdirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi 8 və 9 nömrəli dövlət torpaq fondu sahəsindən 200 hektarının İddiaçı icarəyə verilməsinə etiraz etmir. - Cavabdeh2 xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamından görünür ki, mülkiyyətində olan 600 baş xırda buynuzlu heyvanları qışlaq şəraitində bəsləmək üçün rayonun inzibati ərazisindəki 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondunun 200 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır. - Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 06 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, həmin müqavilədə dövlət torpaq fondunun 8 və 9 nömrəli qış otlağından 200 hektarın 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh2 başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Göyçay rayonuna uzun müddət istifadə üçün təhkim olunmuş qış otlaq sahəsinin yerquruluşu planından (miqyas 1:10000)"görünür ki, həmin sənəddə İddiaçı ayrılan 200 ha torpaq sahəsi də göstərilmişdir. - "Göyçay rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 8h və 9h nömrəli qış otlaq sahələrindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X2 icarəyə verilməsi nəzərdə tutulan 80 ha örüş sahəsinin yerquruluşu planı"ndan görünür ki, həmin sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən xx.xx.2018-ci ildə tərtib edilmişdir. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 işçiləri və Göyçay Rayon Dövlət Aqrar Mərkəzinin direktoru tərəfindən dövlət torpaq fonduna aid 80 ha örüş sahəsinin X1 uzun müddətli icarəsinə verilməsi ilə əlaqədar icarəyə veriləcək torpaq sahəsinə baxış keçirilmiş, örüş sahəsinin iri və xırda buynuzlu heyvanların qışlaq şəraitində bəslənməsi üçün yararlı olduğu, həmçinin sahədə tikinti və qurğuların, təbiət, tarixi mədəniyyət abidələrinin, ümumi yayılmış təbii qazıntıların, ağac və yaşıllıqların mövcud olmadığı müəyyən edilmişdir. - Cavabdeh2 başçısının Mırtı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Cavabdeh2nə verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X1 şəxsi təsərrüfatında 170 baş xırda buynuzlu heyvan vardır. - Cavabdeh2 xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamından görünür ki, rayonun inzibati ərazisində yerləşən 8h və 9h nömrəli qış otlaq sahələrindən 80 ha örüş sahəsinin heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə X1 icarəsinə verilməsi qərara alınmışdır. - Cavabdeh2 ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə ilə dövlət torpaq fondunun 8h və 9h nömrəli qış otlağından 80 hektarın 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X18 tərəfindən xx.xx.2018-ci ildə verilmiş A- 306551 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, bu sənəd həmin torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin torpaq sahəsi üzərində X1 icarə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X18 tərəfindən xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, mübahisəli torpaq sahəsinə aid təqdim olunan sənədlərdə cavabdehə məxsus **********66 nömrəli çıxarışın olmasına baxmayaraq iddiaçıya məxsus sənədlərdə hüquqmüəyyənedici (çıxarış) və ya texniki kadastr sənədi olmadığından məhkəmə tərəfindən qoyulan sualların araşdırılması mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqatı zamanı müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı 8 nömrəli "Alıkənd" və 9 nömrəli "Sarıca" adlanan dövlət torpaq fondundan 200 hektar, xx.xx.2018-ci il tarixli sərəncamı ilə isə X2 8h və 9h nömrəli qış otlaq sahələrindən 80 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı "Azərbaycan Respublikası Göyçay rayonuna uzun müddət istifadə üçün təhkim olunmuş qış otlaq sahəsinin yerquruluşu planı (miqyas 1:10000)" tərtib edilmişdir. X2 ayrılmış torpaq sahəsi ilə bağlı isə "Göyçay rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 8h və 9h nömrəli qış otlaq sahələrindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X2 icarəyə verilməsi nəzərdə tutulan 80 ha örüş sahəsinin yerquruluşu planı", "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, yay və qış otlaqlarının torpaqları da dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 67-ci maddəsində deyilir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (1-ci hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. (3-cü hissə) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. (4-cü hissə) Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək aşağıdakı suallarla bağlı mütəxəssis rəyi verilməsi xahiş edilmişdir: Cavabdeh2 başçısının xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə İddiaçı 15 il müddətinə icarəyə verilmiş 200 ha torpaq sahəsi və Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı ilə X2 15 il müddətinə icarəyə verilmiş 80 ha torpaq sahəsi üst-üstə düşürmü? Həmin torpaq sahələri üst-üstə düşürsə, hansı hissədə düşür (döngə nöqtələrinin koordinatları göstərilməklə və sxem tərtib edilməklə)? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış xx.xx.2019-cu il tarixli məktubdan və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan aydın oldu ki, mübahisəli torpaq sahəsinə aid təqdim olunan sənədlərdə X2 məxsus **********66 nömrəli çıxarışın olmasına baxmayaraq, İddiaçı məxsus sənədlərdə hüquq müəyyənedici (çıxarış) və ya texniki kadastr sənədi olmadığına görə məhkəmə tərəfindən qoyulan sualların araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli 2-1(102)-1238/2020 saylı qərarında göstərmişdir ki, “... iddiaçının icarə müqaviləsində göstərilən 200 ha torpaq sahəsinə dair subyektiv hüququnu təsdiq edən Göyçay RİH-nin sərəncamı, icarə müqaviləsi və torpaq sahəsinin yerləşməsini əks etdirən, müqavilə bağlanan dövrdə səlahiyyətli dövlət orqanlarının – Göyçay RİH və DTXK-nin Göyçay rayon şöbəsinin - möhürləri ilə təsdiqlənmiş yerquruluşu planı işə əlavə olunmuşdur. Həmin plan 1:1000 miqyasla tərtib olunmuşdur və ərazidən keçən kanallar, orada yerləşən tikililər və nömrələnməklə seçilən torpaq sahələri qeyd olunmuşdur. Bu halda, qanuniliyi və mötəbərliyi mübahisə doğurmayan həmin sənədlər əsasında məhkəmə kollegiyası, «texniki kadastr sənədi» olmadığını bildirməklə yerquruluşu mütəxəssisinə tapşırıq verə bilərdi ki, iş materiallarının 51-ci səhifəsində olan yerquruluşu planını əsas götürməklə iddiaçının torpaq sahəsinin hüdudlarını müəyyən etsin. Məhkəmə kollegiyası həmçinin mütəxəssisə izah edə bilərdi ki, qeyd olunan yerquruluşu planında mübahisəli torpaq sahəsini müəyyən etməyə imkan verən, istinad nöqtəsi kimi istifadə olunacaq daşınmaz əmlak (yataq tikililəri), kanallar əksini tapmışdır. İşin vəziyyətindən görünür ki, iddiaçıya 200 ha torpaq sahəsinin verilməsi danılmaz fakt kimi qəbul olunur, lakin səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş böyük ölçüdə olan bu torpaq sahəsinin yeri müəyyən olunmur. Bu halda yalnız iddiaçıdan sübut (plan ölçü sənədi və sair) tələb olunması və cavabdehdən işin hallarına aydınlıq gətirilməsi, yəni iddiaçıya verdiyi torpaq sahəsinin harada yerləşdiyi barədə sübut tələb olunmaması, İPMin 14-cü maddəsində təsbit olunmuş sübut etmə vəzifəsi barədə müddəlara uyğun deyildir..”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının sözügedən qərarında həmçinin, vurğulanmışdır ki, iddiaçıya verilmiş torpaq sahəsinin yerquruluşu planına əsasən torpaq sahəsinin yerini müəyyən etmək barədə mütəxəssis qarşısında sual qoymalı, zəruri hesab etdiyi halda ekspertiza təyin etməli, torpağın yerini müəyyən etmək üçün, sübutetmə vəzifəsi izah olunmaqla Cavabdeh2 (işin hallarından məlumatı olan) nümayəndəsinin də tədqiqatda iştirakını təmin etməli, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə tam araşdırılmış dəlillər əsasında nəticəyə gəlməlidir. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı hallar göstərilmişdir. İş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyаsının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(107)-401/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin ekspertlərinə həvаlə edilmişdir. Aydınlaşdırılması üçün ekspertlər qarşısında a) Göyçay RİH başçısının xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə X5 15 il müddətinə icarəyə verilmiş və Göyçay RİH və DTXK-nin Göyçay rayon şöbəsinin - möhürləri ilə təsdiqlənmiş yerquruluşu planında göstərilən 200 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin; b) iddiaçı X3 icarəsinə verilmiş 200 ha torpaq sahəsi təqdim olunan Göyçay RİH və DTXK-nin Göyçay rayon şöbəsinin - möhürləri ilə təsdiqlənmiş yerquruluşu planında göstərilən hüdudları daxilindədirmi?; c) Göyçay RİH başçısının xx.xx.2012-ci il tarixli 77 nömrəli sərəncamı ilə X5 15 il müddətinə icarəyə verilmiş və Göyçay RİH və DTXK-nin Göyçay rayon şöbəsinin möhürləri ilə təsdiqlənmiş yerquruluşu planında göstərilən 200 ha torpaq sahəsi və Göyçay RİH başçısının xx.xx.2018-ci il tarixli 74 nömrəli sərəncamı ilə X2 15 il müddətinə icarəyə verilmiş 80 ha torpaq sahəsi üst-üstə düşürmü?; d) həmin torpaq sahələri üst-üstə düşürsə, hansı hissədə düşür? İş materiallarına əlavə edilmiş Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 476 nömrəli rəyindən görünür ki, mülki işə əlavə edilmiş suallarla bağlı, Göyçay rayonu 8 nömrəli “Alıkənd” və 9 nömrəli “Sarıca” adlanan dövlət Torpaq fondu sahəsində iddiaçının və cavabdehin naturada ekspertiza baxışına göstərdiyi mübahisəli Torpaq sahəsinin koordinatları “GPS” aləti vasitəsilə qeyd olundu. Tədqiqata təqdim edilmiş sənədlər əsasında, mübahisəli ərazinin naturada qeyd olunmuş koordinatları Kameral şəraitdə ərazinin ümumi xəritəsində müqayisəli dəqiqləşdirilmə işləri aparılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Cavabdeh2 xx.xx.2012-ci il tarixli 77 №-li sərəncamı ilə Rayonun İnzibati Ərazisində 8 nömrəli “Alıkənd” və 9 nömrəli "Sarıca” adlanan dövlət torpaq fondunun 200 hektarının İddiaçı icarəyə verilməsi barədə qərara əsasən, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2012-ci ildə 06 №-li torpaq icarə müqaviləsi bağlansa da, 200 ha torpaq sahəsinin icarəyə verilməsi barədə sənədlərdə torpaq sahələrinin sənədləri yerində müəyyən edilməmiş, torpaq sahəsinin planı və ölçüsü tərtib edilməmiş və icarə müqaviləsi müəyyən olunmuş qaydada dövlət reyestr qeydiyyatından keçirilməmişdir. Bu səbəblərdən də İddiaçı icarə müqaviləsi ilə verilən 200 ha torpaq sahəsinin naturada koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Naturada mübahisəli 200 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığına görə, həmin torpaq sahəsi ilə üçüncü şəxs X2 Göyçay RİH başçısının xx.xx.2018-ci il tarixli, 74 nömrəli sənəcamı ilə 15 il müddətinə icarəyə verilmiş 80 ha torpaq sahəsinin üst-üstə düşməsini aydınlaşdırmaq mümkün olmamışdır. Qeyd: naturada iddiaçı tərəfindən tədqiqata təqdim olunan ərazi ilə üçüncü şəxs X1 icarəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı X18 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış və A-306551 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən koordinatlarla göstərilən 80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. Məhkəmə kollegiyasının iclasında dindirilmiş ekspert Hüseynоv Şükür Rzаğa оğlu göstərdi ki, mübahisə predmeti olan torpaq sahəsində tədqiqat ararmışdır. GPS ölçü aləti vasitəsi ilə tədqiq olunan torpaq sahəsinin döngə nöqtələrini koordinatlarını müəyyən etmək üçün iddiaçının və üçüncü şəxsin iştirakı ilə çöl geodeziya ölçmə işləri aparılmış, ekspertiza baxışının keçirilməsi barədə tərəflərin iştirakı ilə yerində baxış aktı tərtib olunmuşdur. Hаzırki iş üzrə verdiyi rəyi müdаfiə etdiyini göstərərək bildirir ki, hər-hаnsı bir tоrpаq sаhəsinə sxemin tərtib оlunmаsı qаydаsı vаr. Tоrpаq sаhəsinə dаir plаn və sxem əvvəlcədən çəkilir. Həmin sxemi tоrpаq sаhəsi hаnsı inzibаti оrqаnа аiddirsə həmin оrqаn hаzır edir, yəni yа bələdiyyə, yа dа icrа hаkimiyyəti tərəfindən icrа оlunur. Tоrpаq sаhəsinin xəritəsində və plаn cizgidə tоrpаq sаhəsinin sərhədləri kоnkret göstərilir. Eyni zаmаndа sxemdə tоrpаq sаhələrinin аyrılmаsınа dаir istinаd nöqtələri оlmаlıdır. Sözügedən 200 hektаr tоrpаq sаhəsinin kоnkret оlаrаq sərhədləri, döngə nöqtələri, hüdudlаrı göstərilən plаn, sxem və yа xəritə də yоxdur. Belə оlаn hаldа, yəni tоrpаq sаhəsinin sərhədləri оlmadığı hаldа qоnşulаrın müəyyən оlunmаsı mümkün deyil. Göyçay RİH və DTXK-nin Göyçay rayon şöbəsinin - möhürləri ilə təsdiqlənmiş yerquruluşu planında göstərilən 200 ha torpaq sahəsinin koordinatları müəyyən etmək mümkün deyildir. Ekspert rəyindən və həmin rəylə əlaqədar dindirilmiş ekspertin ifadəsindən də müəyyən olunur ki, ekspert tədqiqatı iddiaçı Fizuli Hacıyevin Cavabdeh2 tərəfindən oun icarəsinə verildiyini bəyan etdiyi torpaq sahəsində aparılmışdır. Göründüyü kimi, İddiaçı icarəsinə torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin X2 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh işin hallarına aydınlıq gətirilməsi, yəni iddiaçıya verdiyi torpaq sahəsinin harada yerləşdiyi barədə sübut Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən:
1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi...
4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyindən bəhs edən 67-ci maddəsinə əsasən:
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2012-ci ildə 06 nömrəli torpaq icarəsi müqaviləsi bağlansa da iddiaçı qanunvericiliyin tələblərinə riayət etməmiş, yəni torpaq sahəsinin icarəyə verilməsi barədə sənədlərdə torpaq sahələrinin sərhədləri yerində müəyyən edilməmiş, onların planı və ölçüsü tərtib edilməmiş, icarə müqaviləsi müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmiş və bu səbəbdən də üçüncü şəxsə icarəyə verilmiş mübahisəli torpaq sahəsinin iddiaçıya aid olan torpaq sahəsi ilə üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə iclasında verdiyi izahatları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-510/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul İddiaçı tutulsun və Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin (Kapital Bank ASC-nin Gənclik Mall filialı, Kod: 201025, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ53AİİB********************) hesabına ödənilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.