Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-9/2024 23.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 iştirakı, İddiaçı nümayəndəsi Nümayəndə2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi NurVəkil Hafiz oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2-1(116)-676/2022 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X24 tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat İddiaçı Qax rayonu Qaxbaş kəndində yaşayır və onun əvvəlki soyadı Seyidova olmuşdur. X4 iddiaçının əmisidir. Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarına əsasən, Nadir Əhmədovun kəsilən və kolxoz fonduna birləşən 0,06 ha torpaq sahəsi Elena Seyidovaya ölçülmüşdür. Qax rayonu Şota Rustaveli adına kolxozun həmin qərarı ilə ayrılmış 0,06 ha (30 metr x 20 metr) torpaq sahəsi xx.xx.1997-ci ildə kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən naturada ölçülərək iddiaçı X22 verilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda torpaq sahəsinin qonşuları kimi şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol göstərilmişdir. Qax rayonu Şota Rustaveli adına kolxozun Torpaq kadastrı kitabında da 1081-ci sırada X16 0,06 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 721-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi X16 adı qeyd edilmiş və onun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,06 ha qeyd olunmuşdur. Bundan başqa, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışda Qaxingiloy kənd sakini X7 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X10 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X7, X14, X23, X15 və X17 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,12 ha qeyd olunmuşdur. Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. X13 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra Qax Rayonu Notariat Ofisi tərəfindən onun arvadı X14 adına xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmiş, ona görə də X6 miras qalmış Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X14 mülkiyyət hüququ xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, X2 adına verilmiş xx.xx.2019-cu il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, X2 adına verilmiş xx.xx.2019-cu il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunur. İddiaçı cavabdehlər X7 hüquqi varisi X18 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qarşı tərəfin saxta sənədlər əsasında əldə etdiyi çıxarışla onun torpaqla bağlı mülkiyyət hüququ məhdudlaşdırılmış, öz qanuni torpağından istifadə etməyinə imkan verilməmişdir. Bundan sonra iddiaçı birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi X7 hüquq varisi X19 üçüncü şəxs kimi göstərdiyini bildirmiş, iddia tələbini isə "X2 adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X24 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin həmin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********81 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad edərək bildirmişdir ki, X7 adına olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan daşınmaz əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlak xx.xx.2021-ci ildə Qax rayon Notariat Ofisində təsdiqlənmiş 2V-207 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci ildə vəfat etmiş X7 vərəsəsi X14 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 23 avqust 2022-ci il tarixli 2- 1(116)-676/2022 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyatın Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə iddiaçı X22 verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 565 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X24 tərəfindən həmin qərardan apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-340/2022 saylı iş üzrə 16 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycaan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(102)-513/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 21(107)-340/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 23 avqust 2022-ci il tarixli 2-1(116)- 676/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyatın Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə iddiaçı X22 verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 565 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə verilmişdir. Bu barədə məlumat Respublika Dövlət Arxivinin Şəki filialında mövcuddur. X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış və hazırda iddiaçı tərəfindən mübahisələndirilən qeydiyyatla bağlı cavabdehdən tələb edilərək alınmış sənədlərlə isə müəyyən edildi ki, 2019-cu ildə həmin qeydiyyatın aparılması üçün cavabdehə təqdim olunmuş sənədlər arasında Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarış da vardır. İddiaçı öz iddia ərizəsində həmin sənədin saxta olmasını bildirdiyinə görə məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə sorğu edilərək, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunun X10 torpaq sahəsi verilməsi barədə hissəsi və torpaq sahəsinin X10 verilməsi barədə xx.xx.1995-ci il tarixli akt tələb edilmişdir. Lakin Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxivdə mühafizə olunan Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunda X10 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmadı (Əsas fond № 41, siyahı 1, saxlama vahidi 113, iş 1995-1997-ci il), xx.xx.1995-ci il tarixli akt isə Şota Rustaveli adına kolxozun sənədlərində yoxdur. Bundan sonra məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə təkrar sorğu edilərək, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunun təsdiqlənmiş surəti alınıb işə əlavə olunmuşdur. X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışın məzmunu protokolun məzmununa uyğun deyil və əslində, göstərilən iclas qərarında X10 torpaq sahəsi verilməsi barədə müddəa yoxdur. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, iddiaçı X5 qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi faktiki olaraq 0.0565 ha təşkil edir, iddiaçının iddia etdiyi faktiki 0.06 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmış **********596 nömrəli çıxarışda göstərilən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə verilmişdir. Bu barədə məlumat Respublika Dövlət Arxivinin Şəki filialında mövcuddur. X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış və hazırda iddiaçı tərəfindən mübahisələndirilən qeydiyyatla bağlı cavabdehdən tələb edilərək alınmış sənədlərlə isə müəyyən edildi ki, 2019-cu ildə həmin qeydiyyatın aparılması üçün cavabdehə təqdim olunmuş sənədlər arasında Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarış da vardır. İddiaçı öz iddia ərizəsində həmin sənədin saxta olmasını bildirdiyinə görə məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə sorğu edilərək, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunun X10 torpaq sahəsi verilməsi barədə hissəsi və torpaq sahəsinin X10 verilməsi barədə xx.xx.1995-ci il tarixli akt tələb edilmişdir. Lakin Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxivdə mühafizə olunan Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunda X10 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmadı (Əsas fond № 41, siyahı 1, saxlama vahidi 113, iş 1995-1997-ci il), xx.xx.1995-ci il tarixli akt isə Şota Rustaveli adına kolxozun sənədlərində yoxdur. Bundan sonra məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə təkrar sorğu edilərək, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunun təsdiqlənmiş surəti alınıb işə əlavə olunmuşdur. X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışın məzmunu protokolun məzmununa uyğun deyil və əslində, göstərilən iclas qərarında X10 torpaq sahəsi verilməsi barədə müddəa yoxdur. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, iddiaçı X5 qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi faktiki olaraq 0.0565 ha təşkil edir, iddiaçının iddia etdiyi faktiki 0.06 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmış **********596 nömrəli çıxarışda göstərilən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, müəyyən edildi ki, X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yuxarıda göstərilən koordinatlarda, yəni iddiaçı X5 qərarı ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə əsassızdır. Belə olan halda, iddiaçı qeydiyyatın həmin hissəsinin ləğv olunmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia həmin hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X7 Qax rayonu Qaxbaş kəndində 0,12 ha yaşayış məntəqəsi torpağına və həmin torpağın üzərində tikilmiş ümumi sahəsi 114,7 kv.m fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun qeydiyyatı dövlət reyestrində qanunvericiliyin tələblərinə uyğun olaraq ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq RX ******* seriya və nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, Qax rayonu Qaxbaş kəndi Şota Rustaveli kolxozunun idarə heyəti tərəfindən X10 Qax İngiloy kənd inzibati ərazi dairəsi nümayəndəliyinə təqdim etmək üçün verilmiş və kolxozun sədri X.Tilkavaşvilinin imzası və kolxozun dairəvi möhürü ilə təsdiq edilmiş xx.xx.1996-cı il tarixli 368 nömrəli arayışın əslindən görünür ki, X7 adına kolxozun qaytanlanmış torpaq kitabında 582-ci sırada 0,12 ha həyətyanı torpaq sahəsi var. Qax RİH Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X10 DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim etmək üçün verilmiş xx.xx.2018-ci il tarixli 1716 nömrəli arayışdan görünür ki, Qax rayonu Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaxbaş kəndinə aid 3 saylı təsərrüfatbaşına kitabın 92 saylı şəxsi hesabında X7 adına 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Sözügedən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdə Qax rayon Notariat Ofisində 2V-207 nömrəsi ilə reyestrdə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi X14 Qax rayonu Qaxbaş kəndində 0,12 ha yaşayış məntəqəsi torpağına və həmin torpağın üzrəində tikilmiş ümumi sahəsi 114,7 kv.m fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun qeydiyyatı dövlət reyestrində qanunvericiliyin tələblərinə uyğun olaraq ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-721A, kod 40309028 şəhadətnamədən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli qərarı ilə 0,06 ha (583,9 kv.m) həyətyanı sahə Qax rayonu Qaxbaş kənd sakini X16 mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsi Qax rayonu Qaxbaş kəndinin fərqli hissələrində yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, Qax rayonu Qaxbaş kənd sakini X22 daşınmaz əmlakn dövlət reyestrində X2 adına ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış 0,12 ha yaşayış məntəqəsi torpağından əlavə 0,06 ha torpaq payının ayrılmasının tanınması yolverilməzdir. Bundan əlavə qeyd olunmalıdır ki, X1 torpaq sahəsinə olan hüququ qanun üzrə vərəsəsinə keçdiyindən mərhumun adına aparlımış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyat qüvvədən düşmüşdür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-721A, kod 40309028 şəhadətnamədən və torpaq sahəsinin yerləşdiyi yerin sxemindən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli qərarı ilə Qax rayonu Qaxbaş kənd sakini X16 mülkiyyətinə verilmiş 0,06 ha (583,9 kv.m) həyətyanı sahə ilə iddiaçının iddia etdiyi torpaq sahəsi Qax rayonu Qaxbaş kəndinin fərqli hissəslərində yerləşir və X2 mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Odur ki, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X24 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunda X10 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmamışdır. Bildirmişdir ki, onlarda olan və reyestr xidmətinə təqdim edilmiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarış əslidir və onların tərəfindən heç bir saxtalaşma aparılmamışdır və məhkəmə tərəfindən sübut edilməmişdir. Həmin çıxarışın protokolda olmaması isə ona adi bir məsələ deyil və bunun məsuliyyəti həmin dövrdə kolxoz rəhbərliyinin üzərinə düşür. Birinci instansiya məhkəməsi rəyində iddiaçının iddia etdiyi yerlə iddiaçıya verilmiş yerləri səhv salmış, öz rəyində iddiaçının iddia etdiyi yerin onun mülkiyyətində olan yerlə üst-üstə düşdüyünü bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının aqrar islahatla əlaqədar aldığı torpaq sahəsi tamamilə başqa ərazidədir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi NurVəkil Hafiz oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki İnzibati məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X24 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs X14 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirirlər, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin və üçüncü şəxs X14 apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2-1(116)-676/2022 saylı qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Belə ki, hazırkı iş üzrə iddiaçının ilkin tələbi X2 adına verilmiş çıxarışın ləğvi olmuş, daha sonra isə xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsinə dəyişdirilmişdir. İlk növbədə iddia tələbinin məzmunu ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Qeydiyyatın ləğvinə dair işlərdə isə iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat, onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə, iddiaçı əvvəlcə, özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla, inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə, reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlinir ki, bir şəxs digər şəxsin adına aparılmış qeydin onun hüquqlarını pozması halından çıxış edirsə, o halda aşağıdakı məzmunda iddialarla məhkəməyə müraciət edə bilər: Birinci halda, şəxs digər şəxsin adına aparılmış qeydin ehtiva etdiyi daşınmaz əmlakın ona məxsus olduğunu iddia edirsə, bu halda qeydin əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməlidir; İkinci halda, şəxs digər şəxsin adına aparılmış qeydin ehtiva etdiyi daşınmaz əmlakın ona məxsus olmadığını, lakin cavabdeh orqan tərəfindən qeydin aparılması zamanı şəxsin hüquqlarının pozuntusu halından çıxış edirsə, bu zaman mübahisənin predmetini həmin qeydin düzgün icra olunmadığı təşkil etməlidir. Hazırkı halda, cavabdehin arxivində saxlanılan sənədlərə əsasən belə qənaətə gəlmək olur ki, mərhum Nümayəndə2 adına aparılmış qeydin əsasında Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarış, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli Aktı və 2004-cü ilin iyul ayında tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu dayanır (iş v. 49- 69). İddiaçı iddia ərizəsində Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışın və Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli Aktının mötəbər olmadığına istinadən, Nümayəndə2 adına aparılmış qeydi mübahisələndirir. Göründüyü kimi, iddiaçının hüquqi marağı qeyri-müəyyəndir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, əgər qeydin əsasında hüquqmüəyyənedici sənədlər varsa, bu halda, həmin sənədlər müvafiq icraatda müstəqil mübahisələndirilməlidir. Əgər, iddiaçı qeydin əsasında duran hüquqmüəyyənedici sənədlərin mötəbərliliyini mübahisələndirmədən, qeydin aparılmasının düzgün icra edilməməsini iddia edirsə, onda həmin qeydi aparmış inzibati orqanın faktiki xarakterli hərəkətini mübahisələndirməlidir. Başqa sözlə, iddiaçının Nümayəndə2 adına aparılmış qeydin mübahisələndirilməsinin əsasında duran dəlili dəqiqləşdirilməlidir. Yəni, müəyyən edilməlidr ki, iddiaçı Nümayəndə2 0.12 ha torpaq sahəsi verilmədiyini, yaxud torpaq sahəsi verilsə də, bu torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşmədiyinə baxmayaraq, inzibati orqan tərəfindən Nümayəndə2 adına qeyd aparılarkən qanunsuzluğa yol verildiyini mübahisələndirir. Bu səbəbdən, iddiaçının mübahisələndirdiyi məsələ dəqiq müəyyən edilməli və bu məqsədlə, iddia tələbinin hüquqi marağına uyğun formalaşdırılmasında ona hüquqi yardım edilməlidlir. Bununla yanaşı, iddiaçıya aid sənədlərin (Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı, JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) əsli tələb edilməli və arxivə bununla bağlı müvafiq sorğular verilməli, eləcə də, iddiaçının iddia tələbinin əsasını Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı, yaxud JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təşkil etməsi məsələsi də aydınlaşdırılmalıdır. Belə ki, iddiaçı subyektiv hüququnun əsasında duran hüquq müəyyənedici sənədi dəqiq müəyyən etməlidir ki, məhkəmə araşdırmasının predmeti və istiqaməti müəyyənləşdirilə bilsin. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan iş üzrə qərar qəbul etmişdir. Kollegiya qeyd edir ki, 3 avqust 2023-cü il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı məhkəmə kollegiyası tərəfindən təklif göndərilmiş. Lakin İddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin hazırki iclasında da İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşməsi ilə bağlı təkilf verilmiş lakin iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsindən imtina etmişdir. Məhkəmə Kollegiyası tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1242 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, 1-ci sual üzrə JN:721A seriyalı, KOD 40309028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına görə İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin və 14 fevral 2011-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Qaxbaş bələdiyyəsi tərəfindən X3 **********57 nömrəli çıxarışda göstərilən 0.06 ha torpaq sahəsinin coğrafi yerləşməsi mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də göstərilmişdir. 2-ci sual üzrə JN:721A seriyalı, KOD 40309028 saylı ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına görə İddiaçı məxsus 0.06 ha torpaq sahəsi naturada faktiki olaraq 623 kv.m olub döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxem 1də göstərilmişdir. 3-cü sual üzrə Üçüncü şəxs X14 istifadəsində olan X10 məxsus Reyestr nömrəsi **********96-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0.12 ha torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilmişdir. 4cü sual üzrə Reyestr nömrəsi **********96-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0.12 ha torpaq sahəsi, TEKUİS (X21 X27) məlumat bazasına əsasən X8 və üçüncü şəxs X14 istifadəsində olub, tərəflər arasında ortaq sərhəddində mübahisə olan torpaq sahələri sxem 2-də göstərilmişdir. 5-ci sual üzrə Tərəfimizdən tərtib edilmiş yerqurluşu planı sxem 1 və sxem 2-də göründüyü kimi JN-721A/ 0.06 ha torpaq sahəsi ilə üçüncü şəxs X14 istifadəsində olan (X10 məxsus **********96-10301 reyestr nömrəli 0.12 ha) torpaq sahəsi ayrıayrı ərazilərdə yerləşir. 6-cı sual üzrə Həmin torpaq sahələrinin coğrafi yerləşməsi tamamilə fəqlidir, üst-üstə düşməsi yoxdur. 7 və 8-ci suallar üzrə İddiaçıya məxsus JN:721A seriyalı, KOD 40309028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçıya məxsus 0.06 ha torpaq sahəsi üçüncü şəxs X24 tərəfindən istifadə edilməmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2-1(116)-676/2022 saylı qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X24 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2-1(116)-676/2022 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manatı İddiaçı tutularaq, büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X12, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-9/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-9/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver