Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-9/2025 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2 və üçüncü şəxs3 iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs1 İnşallah oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Orucova Tahirə İnşallah qızı, üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2, X9 və üçüncü şəxs3 iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən ev tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Lakin iddiaçıya məlum olmuşdur ki, onun xüsusi mülkiyyətində olan evdə Orucova Tahirə İnşallah qızı, üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2, X9 və üçüncü şəxs3 qeydiyyatdadır. İddiaçı cavabdehə müraciət edərək, həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh ##.##.2023-cü il tarixli, *-**-***/*-Ə-*****/** nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 4 ünvanında qeydiyyatda olan Orucova Tahirə İnşallah qızı, üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2, X9 və üçüncü şəxs3 qeydiyyatdan çıxarılması üçün məhkəmə orqanlarına müraciət olunmalıdır.
4. Cavabdeh ##.##.2023-cü il tarixli məktubunda bildirmişdir ki, üçüncü şəxslər Orucova Tahirə İnşallah qızı ##.##.2005-ci il tarixdən, üçüncü şəxs1 İnşallah oğlu ##.##.2008-ci il tarixdən, üçüncü şəxs4 ##.##.2005-ci il tarixdən, üçüncü şəxs2 ##.##.2008-ci il tarixdən, üçüncü şəxs3 ##.##.2011-ci il tarixdən ünvan 4 ünvanında pasport qeydiyyatındadırlar.
5. Məhkəmənin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Orucova Tahirə İnşallah qızı, üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2 və üçüncü şəxs3 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşlar.
6. İş üzrə üçüncü şəxs, iddiaçının əmisi üçüncü şəxs1 İnşallah oğlu məhkəməyə ##.##.2023-cü il tarixdə daxil olmuş iddiaya dair etiraz məktubunda anadan olduğu vaxtdan ünvan 4 ünvanında valideynləri ilə birlikdə yaşadığını, valideynlərinin vəfatından sonra İddiaçı evi başqa adama satdığını bildirmiş, həmçinin mirasdan məcburi pay haqqı olmasına baxmayaraq iddiaçı İddiaçı onun valideynlərinin vəsiyyətini yerinə yetirməkdən boyun qaçırdığını qeyd etmiş və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Üçüncü şəxs üçüncü şəxs3 ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etirazında iş üzrə üçüncü şəxs üçüncü şəxs1 İnşallah oğlunun məhkəməyə ##.##.2023-cü il tarixdə daxil olmuş iddiaya dair etiraz məktubunda göstərilənləri əsas gətirərək, iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2 və üçüncü şəxs3 iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
9. Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə Orucova Tahirə İnşallah qızının iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək üçüncü şəxslər üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2 və üçüncü şəxs3 iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Yevlax ŞİH başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.2023-cü il tarixli **** nömrəli arayışında qeyd olunmuşdur ki, üçüncü şəxslər ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq göstərilən ünvanda yaşamırlar. - Yevlax RPŞ tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2 və üçüncü şəxs3 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. - İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Yevlax ərazi idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd olunur ki, Orucova Tahirə İnşallah qızı, üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2, X9 və üçüncü şəxs3 həmin əmlakdan istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Yevlax ərazi idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə olunmuş: - ##.##.1996-cı il tarixli “Yaşayış evinin bəxşiş müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Əliyev İnşallah Rza oğlu Yevlax TİB-nin ##.##.1996-cı il tarixli **/** nömrəli arayışı və ** nömrəli torpaq qeydinə əsasən ona məxsus olan ünvan 5-də 600 kv.m torpaq sahəsində yerləşən 1958-1977-ci illərdə tikilmiş iki otaqlı, yaşayış sahəsi 57,5 kv.m, ümumi sahəsi 170,6 kv.m-dən ibarət yaşayış evini nəvəsi İddiaçı bəxşiş etmişdir. - MA seriyalı ******* nömrəli, ##.##.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. - Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər izahatlarında bildirmişlər ki, mübahisəli ünvanda yaşamırlar. - Üçüncü şəxs üçüncü şəxs1 İnşallah oğlu tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatda onun ailəsi ilə birlikdə 2009-cu ildən Mingəçevir şəhərinə köçdüyü və orada kirayədə yaşadığı bildirilmişdir. - Üçüncü şəxs üçüncü şəxs3 məhkəməyə təqdim etdiyi yazılı izahatında Mingəçevir şəhərində yaşadığı bildirilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, üçüncü şəxs üçüncü şəxs4 xüsusi mülkiyyətində ünvan 1 ünvanında üç otaqlı mənzil mövcuddur. - İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır. - Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd etmişdir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab etmişdir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.
12. Üçüncü şəxs üçüncü şəxs1 İnşallah oğlu həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və yeni qərar qəbul edilərək iddia tələbi əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, işə Şəki İnzibati Məhkəməsində baxılan zaman iddia ərizəsinə etiraz yazaraq təqdim etmişdır. Həmin etirazda iddianın əsassız olması barədə bütün dəlillərini göstərmişdir. Həmin dəlilləri bir-bir təkrar yazmaq fikri yoxdur. - Sadəcə bir şeyi xüsusilə vurğulamaq istəyir ki, onların-üçüncü şəxslərin hər birinin mübahisəli evdə yaşamaq və istifadə hüquqları vardır. Həmin hüquqlarına xitam verilmədən onların evdən qeydiyyatdan çıxarılmağı qanunsuzdur. Belə ki, şəxsən o 1962-ci ildə həmin evdə doğularaq bütün ömrü boyu da həmin evdə yaşamışdır. Cavabdehin məktubunda göstərilmişdir ki, guya o həmin evə 2008-ci ildə qeydiyyata düşmüşdür. Əslində isə o doğulduğu vaxtdan həmin evdə qeydiyyatdadır. Ola bilsin ki, 2008-ci ildə hər hansısa bir vəsiqə yeniləmişdir və cavabdeh də həmin tarixi nəzərə alıbdır. Anaları vəfat edənə qədər mütəmadi olaraq o evdə olmuşlar. Ondan sonra gedib-gəlmişlər. Lakin təəssüflər olsun ki, məhkəmə etirazda geniş surətdə yazdığı bu halları nəzərə almamışdır. - İddiaçının həmin çıxarışı necə əldə etməsi, həmin evə necə sahiblənməsinin özü də mübahisəlidir. Onların həmin evdə istifadə hüququ var, ona görə də onların həmin evdən qeydiyyatdan çıxarılmaları əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2020-ci il tarixli qərarı.
Apellyasiya şikayətinin mümkünlüyü
22. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
30. İş materiallarından müəyyən olunur ki, iddiaçı ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin tam mülkiyyətçisi olmaqla, həmin ünvanda Orucova Tahirə İnşallah qızı, üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2, X9 və üçüncü şəxs3 qeydiyyatda olduqlarını müəyyən etmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək göstərilən şəxslərin qeydiyyatdan çıxarılması xahiş edilsə də, cavabdehin ##.##.2023-cü il tarixli, *-**- ***/*-Ə-*****/** nömrəli imtina məktubu ilə bu tələbin yalnız məhkəmə qaydasında həll edilə biləcəyi bildirilmiş və məsələnin həlli üçün məhkəməyə müraciət edilməsinin mümkünlüyü tövsiyə olunmuşdur.
31. İşdən görünür ki, ünvan 4 ünvanlı mənzilə sahiblik, istifadə və sərəncamvermə hüquqları mülkiyyətçi kimi hazırkı iddiaçıya məxsusdur.
32. Belə ki, iş materiallarında olan MA seriyalı ******* nömrəli, ##.##.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir.
33. Həmçinin üçüncü şəxsin isə iddiaçının mülkiyyətində olan həmin mənzilə dair hər hansı hüququnun mövcudluğunu təsdiq edən sübut və ya dəlil nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Yevlax ərazi idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd olunur ki, Orucova Tahirə İnşallah qızı, üçüncü şəxs1 İnşallah oğlu, üçüncü şəxs4, üçüncü şəxs2, X9 və üçüncü şəxs3 həmin əmlakdan istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
34. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Yevlax ərazi idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə olunmuş ##.##.1996-cı il tarixli “Yaşayış evinin bəxşiş müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Əliyev İnşallah Rza oğlu Yevlax TİB-nin ##.##.1996-cı il tarixli **/** nömrəli arayışı və ** nömrəli torpaq qeydinə əsasən ona məxsus olan ünvan 5-də 600 kv.m torpaq sahəsində yerləşən 1958-1977-ci illərdə tikilmiş iki otaqlı, yaşayış sahəsi 57,5 kv.m, ümumi sahəsi 170,6 kv.m-dən ibarət yaşayış evini nəvəsi İddiaçı bəxşiş etmişdir.
35. Göründüyü kimi, iş materialları ilə də müəyyən olunur ki, üçüncü şəxslər faktiki olaraq iddiaçıya məxsus mənzildə yaşamırlar və onların həmin yaşayış sahəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
36. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, onların hər birinin mübahisəli evdə yaşamaq və istifadə hüquqları vardır. Həmin hüquqlarına xitam verilmədən onların evdən qeydiyyatdan çıxarılmağı qanunsuzdur. Belə ki, şəxsən o 1962-ci ildə həmin evdə doğularaq bütün ömrü boyu da həmin evdə yaşamışdır.
37. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, hazırkı iş üzrə üçüncü şəxs üçüncü şəxs1 İnşallah oğlu hazırki iş üzrə iddiaçı İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir.
38. Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı üçüncü şəxs1 İnşallah oğlunun cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir.
39. Həmin qətnamədən narazı qalan iddiaçı üçüncü şəxs1 İnşallah oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026cı il tarixli, *(*-**)-**/**** saylı qətnaməsi ilə iddiaçı üçüncü şəxs1 İnşallah oğlunun cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən iddiaçı üçüncü şəxs1 İnşallah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
40. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** saylı qətnaməsi iddiaçı üçüncü şəxs1 İnşallah oğlu tərəfindən kassasiya qaydasında mübahisələndirilmədiyindən qətnamə qanuni qüvvəsini aldıqdan sonra ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsinə qaytarılmışdır.
41. Qeyd olunan işə mülki qaydada baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Yevlax şəhəri, H.Aslanov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi mərhum Əliyev İnşallah Rza oğlunun mülkiyyətində olmuş və İnşallah Əliyev həmin fərdi yaşayış evini ##.##.1996-cı il tarixli yaşayış evinin bəxşiş müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, MA ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Yevlax şəhəri H.Aslanov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.0487 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən isə görünür ki, həmin qətnamə ilə iddiaçı üçüncü şəxs1 İnşallah oğlunun cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. - İş materiallarından eyni zamanda müəyyən edilir ki, iddiaçı üçüncü şəxs1 İnşallah oğlu 2007-2008-ci illərdə həmin fərdi yaşayış evindən çıxaraq işləmək üçün Mingəçevir şəhərinə getmiş və həmin tarixdən etibarən daimi olaraq Mingəçevir şəhərində yaşamışdır. - Kollegiya iddiaçının cavabdehin mülkiyyətində olan evə istifadə hüququnun olubolmaması məsələsinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, iddiaçı üçüncü şəxs1 İnşallah oğlu hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman yaşamaq və işləmək üçün Mingəçevir şəhərinə getdiyini bildirmişdir. - Bundan başqa, işə əlavə edilmiş Yevlax ŞİH başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.2023-cü il tarixli **** saylı arayışından görünür ki, iddiaçı üçüncü şəxs1 İnşallah oğlu ünvan 5 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. - Bundan başqa, "Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, üçüncü şəxs üçüncü şəxs4 (iddiaçının, hazırki iş üzrə üçüncü şəxsin arvadı) xüsusi mülkiyyətində ünvan 1 ünvanında üç otaqlı mənzil mövcuddur. - Bundan başqa, qanuni qüvvəsini almış Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı üçüncü şəxs1 İnşallah oğlu ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. - Bundan başqa, iş materiallarına əlavə edilmiş X2 (iddiaçının bacısı oğlu) və X4 izahatlarından da müəyyən edilir ki, iddiaçı üçüncü şəxs1 İnşallah oğlu 2007-2008-ci ildən sonra yaşamaq üçün Mingəçevir şəhərinə getmişdir. - Bundan başqa, iddiaçı üçüncü şəxs1 İnşallah oğlu birinci instansiya məhkəməsində də izahat verən zaman bildirmişdir ki, təxminən 2008-ci ildən işi ilə bağlı Mingəçevir şəhərinə köçmüşdür. O, İqtisadi Zonaların İnkişaf Agentliyində işləyir. ünvan 2 ünvanında yaşayır. Həmin ev həyat yoldaşının mülkiyyətindədir. - Bundan başqa, iş materiallarına əlavə edilmiş üçüncü şəxs4 (iddiaçının, hazırki iş üzrə üçüncü şəxsin arvadı) izahatından görünür ki, qızının instituta daxil olması və ərinin iş yerinin dəyişməsi səbəbindən 2007-2008-ci ildən yaşamaq üçün Mingəçevir şəhərinə köçmüşlər.
42. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən iddiaçı üçüncü şəxs1 İnşallah oğlunun cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş, həmin qətnamə kassasiya qaydasında mübahisələndirilmədiyindən qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktı ilə iddiaçının mübahisəli yaşayış sahəsi üzərində istifadə hüququnun mövcud olmadığı qəti şəkildə müəyyən edilmişdir.
43. Göründüyü kimi, üçüncü şəxs üçüncü şəxs1 İnşallah oğlu 2007-2008-ci ildən sonra daimi əsaslarla ünvan 5 ünvanında yerləşən evi tərk etmiş, bir müddət kirayədə yaşasa da, sonradan ünvan 2 ünvanında yerləşən mənzili almışlar. ünvan 2 ünvanında yerləşən mənzil onun arvadının mülkiyyətində olsa da, həmin ev birgə nikahları dövründə əldə edilmişdir. Odur ki, qeyd edilən tarixdən sonra üçüncü şəxsin mübahisəli evdən daimi əsaslarla istifadə etməsi öz təsdiqini tapmamışdır.
44. Bununla yanaşı, iş materiallarının məcmusu ilə müəyyən edilir ki, üçüncü şəxs mübahisəli yaşayış sahəsində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda uzun müddətdir yaşamır. Belə ki, o, hələ 2007-2008-ci illərdən etibarən yaşayış yerini dəyişərək Mingəçevir şəhərində daimi məskunlaşmış, əmək fəaliyyəti və ailə həyatı ilə bağlı olaraq başqa ünvanda yaşamış və hazırda da həmin yaşayış yerindən istifadə edir. Eyni zamanda müəyyən edilmişdir ki, üçüncü şəxsin ailə üzvünün mülkiyyətində olan yaşayış sahəsi mövcuddur və o, faktiki olaraq həmin mənzildə yaşayır.
45. Görünən odur ki, 15 ildən artıq müddətdir ki, üçüncü şəxs iddiaçıya məxsus evdə yaşamır. Həm də üçüncü şəxs mübahisəli evlə davamlı əlaqələrinin olduğuna dair sübutları məhkəmələrə təqdim etməmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin yaşayış sahəsində yalnız qeydiyyatda olması həmin sahədən istifadə hüququnun mövcudluğunu avtomatik olaraq təsdiq etmir. Yaşayış sahəsindən istifadə hüququnun mövcudluğu üçün həmin sahə ilə faktiki, davamlı və real əlaqənin olması, yəni orada yaşama, ümumi təsərrüfat aparma və yaşayışdan irəli gələn digər halların mövcudluğu zəruridir.
47. Hazırkı halda isə üçüncü şəxsin mübahisəli evlə belə bir real və davamlı əlaqəsinin olmadığı, həmin yaşayış sahəsini könüllü olaraq tərk etdiyi, uzun müddət ərzində oraya qayıtmadığı və başqa ünvanda daimi məskunlaşdığı müəyyən edilmişdir. Həmçinin onun mübahisəli evdə əşyalarının qalması, həmin evdə təmir işləri aparması və ya hər hansı formada daimi istifadə etməsi ilə bağlı sübutlar təqdim edilməmişdir.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi “Anaları vəfat edənə qədər mütəmadi olaraq o evdə olmaları, ondan sonra da mübahisəli mənzilə gedib-gəlmələri onun daimi əsaslarla orada yaşamasına dəlalət etməməkdədir.
49. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, iddiaçı daimi əsaslarla uzun müddətə başqa yerə getdiyindən, mübahisəli mənzilə ehtiyacı müəyyən edilməmiş və ümumi təsərrüfat aparmamışlar.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının mübahisəli evi qanunsuz əldə etməsi, həmin çıxarışı necə əldə etməsi, həmin evə necə sahiblənməsinin mübahisəli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır.
51. Belə ki, Yevlax şəhəri, H.Aslanov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi mərhum Əliyev İnşallah Rza oğlunun mülkiyyətində olmuşdur. Əliyev İnşallah Rza oğlu mülkiyyətində olan Yevlax şəhəri H.Aslanov küçəsi ** saylı ünvanda 600 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evini ##.##.1996-cı il tarixli bəxşiş müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, MA ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Yevlax şəhəri H.Aslanov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.0487 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
52. Bundan başqa, fərdi yaşayış evinin ##.##.1996-cı il tarixli bəxşiş müqaviləsi üçüncü şəxs üçüncü şəxs1 İnşallah oğlu tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən isə görünür ki, həmin qətnamə ilə iddiaçı üçüncü şəxs1 İnşallah oğlunun cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.
53. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda adı qeyd edilmiş və hazırda qanuni qüvvəsini almış qətnamə iddiaçının mübahisəli evi qanuni əsaslarla əldə etməsi baxımından iş üzrə preyudisiallıq daşıyan qətnamədir.
54. Göstərilənləri və mülki iş üzrə müəyyən edilmiş preyudisial halları nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxsin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüququnun mövcud olmaması ilə bağlı nəticə inzibati iş üzrə də əsaslı və qanuni hesab edilməlidir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2003-cü il tarixli **s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zərur hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
56. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
57. Göründüyü kimi, üçüncü şəxs iddiaçının qanuni sahibliyində və istifadəsində olan müvafiq mənzildə faktiki yaşamır və həmin yaşayış sahəsindən istifadə hüququna malik olduğunu təsdiq edən hər hansı hüquqi əsas müəyyən edilmir.
58. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.
59. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən iddiaçı, mübahisəli mənzil onun tam mülkiyyətində olduğundan həmin əmlakda qeydiyyatda olmuş, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs həmin mənzildə yaşamadığından həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
60. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Kollegiya belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.
61. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də üçüncü şəxsin iddiaçıya məxsus evə dair hər hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş, məhkəmə də iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
62. Hazırda birinci instansiya məhkəməsinin qərarında qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
63. Göründüyü kimi, istər üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onun həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.
64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə hazırki qərarda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.
65. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən və üçüncü şəxsin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddia tələbinin rədd edilməsinin əsası kimi qəbul etmir.
66. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
67. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Üçüncü şəxs üçüncü şəxs1 İnşallah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.