Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-90/2021 05.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi iştirakı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16 nümayəndəsi Ömərov Rəfael Ömər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10rşı (üçüncü şəxslər X5, X20, X11) “cavabdeh DƏDRX-nin 18 saylı X4 qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alınmış Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsində 2001-ci və 2012-ci illərdə inşa etdiyi evlərinin altının torpaq sahələrinə verilmiş xx.xx.2014-cü il tarixli 0442299, xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* və xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışların etibarsız hesab edilməsi, həmin torpaqların naturada müəyyən olunması, evlərinin altındakı torpaqların ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-75/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh DƏDRX-nin 18 saylı X4 qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alınmış Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsində 2001-ci və 2012-ci illərdə inşa etdiyi evlərinin altının torpaq sahələrinə verilmiş xx.xx.2014-cü il tarixli 0442299, xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* və xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışların etibarsız hesab edilməsi, həmin torpaqların naturada müəyyən olunması, evlərinin altındakı torpaqların ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin belə əsaslandırılmışdır ki, iddiaçıya Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 qərarına əsasən 0.22 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçının adına JN-577A kod 40108038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsində 2001-ci və 2012-ci illərdə iki fərdi yaşayış evi tikdirmişdir. Həmin torpaq sahəsi və yaşayış evlərinə dair Çıxarış almaq üçün cavabdeh orqana müraciət etdikdə ona məlum olmuşdur ki, onun istifadəsində olan torpaq sahəsinə başqa şəxsin adına çıxarış verilmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd olunan məsələ İə bağlı 18 saylı X17 ərizə ilə müraciət etməmişdir. İddia ərizəsi ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən İddiaçı adına 0.22 ha torpaq sahəsinə dair JN- 577A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Eyni nömrə ilə 3-cü şəxs X3 adına JN-577A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. JN-577A nömrəli şəhadətnamə əsasında 0,22 ha torpaq sahəsi üzərində X3 və onun ailə üzvlərinin mülkiyyət hüququ xx xxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan Balakən rayon DNK-nın alqısatqı müqavilələrinə əsasən həmin torpaq sahəsinin 0,1526 ha hissəsi 3-cü şəxs X7 və 0,07 ha hissəsi 3-cü şəxs X18 satılmış və onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışlarla rəsmiləşdirilmişdir. Daha sonra X20 mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin 0.04 ha hissəsini Balakən rayon DNK-nın alqı-satqı müqaviləsinə əsasən X1 və alıcının həmin torpaq sahəsi üzərində hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Digər tərəfdən 3-cü şəxs X5 tərəfindən satılmış torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi ilə İddiaçı Balakən rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(019)-1696/2016 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya və daha sonra kassasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-221/2017 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-4958/17 saylı qərarı ilə onun şikayətləri təmin ediİməyərək Balakən rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə üçüncü şəxslər tərəfindən məhkəməyə göndərilən etirazda qeyd edilir ki, iddiaçının iddia tələbində qeyd edilən JN 577A kod 40108038 nömrəli şəhadətnamə üçüncü şəxs Pirxiyev Fəxrəddin və onun ailə üzvlərinə məxsusdur. Qeyd edilən çıxarışlar ümumiyyətlə üçüncü şəxslərə məxsusdur. Birinci instansiya məhkəməsi qeyd edir ki, AİK-nın xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı Mahamalar kənd ərazisində yaşayıb subyekt siyahısında adı olanlara aid qərardır. İddiaçı 2011-ci ildən Mahamalar kəndində qeydiyyata alınmışdır. Belə olduğu halda necə ola bilər ki, ona qeyd edilən qərarla şəhadətnamə hazırlansın. Onun adına hazırlanmış JN 577A saylı şəhadətnamə tam saxtadır. İddiaçı tərəfindən üçüncü şəxslərə qarşı müxtəlif məhkəmələrdə demək olar eyni məzmunlu iddialara baxılıb. Məhkəmə araşdırmaları nəticəsində sübuta yetirilmişdir ki, Balakən rayon AİK-nin xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə Pirxiyev Fəxrəddin və onun ailə üzvlərinə Balakən rayonu Qazbinə kəndi ərazisindən 0,22 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə keçmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən JN 577A KOD 40108038 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Üçüncü şəxs X5 və ailəsinə məxsus JN 577A saylı şəhadətnamənin ləğv edilməsi, eyni zamanda həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın, notarial qaydada keçirilmiş alqı-satqı müqavilələrinin, həmin müqavilələr əsasında verilmiş üçüncü şəxslərə məxsus çıxarışların ləğv edilməsi ilə bağlı qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarları var. İddiaçı birbaşa üçüncü şəxslərə məxsus çıxarışların etibarsızlığı məsələsini irəli sürür. Bu çıxarışların verilməsinə əsas olan X5 və onun ailəsinə məxsus JN 577A saylı şəhadətnamə və onun alqı-satqı müqavilələri ləğv edilmədən çıxarışların ləğv edilməsi qeyri-mümkündür. Üçüncü şəxslər məhkəməyə təkrar olaraq məlum edir ki, İddiaçı F.Pirxiyevə məxsus JN 577A saylı şəhadətnamənin, alqı-satqı müqavilələrinin və çıxarışların ləğvi ilə bağlı iddialarla müxtəlif məhkəmələrdə iddia irəli sürmüş, amma iddiaları məhkəmələr tərəfindən təmin edilməmişdir. Bu haqda qəbul edilən qətnamə və qərarlar çoxdan qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili tələbin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və üçüncü şəxslər birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-75/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10rşı (üçüncü şəxslər X5, X20, X11) “cavabdeh DƏDRX-nin 18 saylı X4 qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alınmış Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsində 2001-ci və 2012-ci illərdə inşa etdiyi evlərinin altının torpaq sahələrinə verilmiş xx.xx.2014-cü il tarixli 0442299, xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* və xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışların etibarsız hesab edilməsi, həmin torpaqların naturada müəyyən olunması, evlərinin altındakı torpaqların ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-75/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, ona Balakən rayon X9 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarına əsasən JN 577A Kod 40108038 saylı şəhadətnamə əsasında mülkiyyətimə 0,22 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 20 ildir ki, onun istifadəsindədir. Beləliklə, mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq 1998-d ildən bu ğünə kimi onun istifadəsindədir, bütün kommunal xətlər onun adındadır və o gündən bu günə kimi həmin torpaq sahəsində yaşamaqla, torpaq vergisi və digər kommunal ödənişləri edir. Balakən telekommunikasiya qovşağının 670 saylı xx.xx.2016-cı il tarixli arayışı, Qaz sayğacı üzrə X23 sayğacı üzrə abunə haqqında arayışı bunu təsdiq edir. Eyni zamanda ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Rayon Şöbəsinin 39 saylı xx.xx.2010-cu il tarixli arayışından da ğörünür ki, 0,22 ha torpaq sahəsi mülkiyyətimdə olmaqla şöbənin qeydiyyat kitabında qeydə alınmışdır. Lakin torpaq sahəsi qeydə alınarkən sıra nömrələnməsində 9494 olduğu halda, texniki səhv olaraq 9618 kimi göstərilmişdir. Lakin DƏDRX-nin şəhadətnamələrin qeydiyyat kitabında texniki səhv aradan qaldırılmaqla mülkiyyətin 9494 nömrəli sırada qeydə alınması barədə qeydiyyat kitabından çıxanş verilmişdir. 2001-ci ildə o, həmin torpaq sahəsində bir mərtəbəli iki otaqlı, qiyməti təxminən 15.000 (on beş min) manat olan ev tikdi. Sonradan həmin evə dair ünvan aldı və yaşayış yeri üzrə həmin ünvanda qeydiyatdadır. Sonradan o, 0.22 ha torpaq sahəsini hasara almış və 2012-ci ildə orada yenidən iki mərtəbəli qiyməti 67.000 manat olan ikinci bir ev tikmişdir. Hər iki evin tərəfindən tikilməsində iştirak edən ustaların xx.xx.2015-ci və may 2012-ci il tarixli yazılı AKT- ı mövcuddur. Bu yaxınlarda həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə çıxarış almaq qərarına gəldi, ona məlum oldu ki, qanuni istifadəsində olduğu torpaq sahəsi DƏDRX-nin faktiki qeydiyyatında olduğu halda, DƏDRX-i həmin torpaq sahəsini başqa bir şəxsin adına çıxarış vermişdir. Çıxarışı verərkən onun adına sonradan hazırlanmış şəhadətnamənin həqiqiliyini yoxlamamış üzərində qeydiyyat və verilmə tarixləri olmayan şəhadətnaməni araşdırmadan, DƏDRX-də keçirilən kompaniyadan yararlanaraq X3 adına çıxarış verməklə, qanuni qüvəsində və 20 il mülkiyyətində olan həmin torpaq sahəsi nəzərə alınmamış və DƏDRX-nin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsi və üzərində inşa etdiyi ümumi dəyəri 87.200 manat məbləğində olan evləri də əlindən alınmışdır. Bunun da nəticəsində mülkiyyətində və istifadəsində olan mənzilindən isifadə edə bilmir. Daha doğrusu evlərinin altının torpaqlarını alan şəxslər onu öz evinə buraxmır və həmin torpaq sahəsini yuxarı qiymətə almağını məcbur edərək ğediş-ğəliş yolunu da bağlamışlar. DƏDRX-nin rəhbərliyi bu münaqişənin yarana biləcəyini əvvəlcədən bilsə də buna məhəl qoymadan, gələcəkdə mübahisə predmetinə çevrilə biləcək böyük bir problemə imkan yaratmışdır. Mülkiyyətində olan torpaq sahəsinə, başqa bir şəxsin adına çıxarış verərkən DƏDRX-nin nümayəndəsinin verdiyi ifadəsindən ğörünür ki, həmin ərazinin bir hissəsinə çıxarış alan şəxs bir başqasına satmaq istəyərkən DƏDRX-nin nümayəndəsi ölçü işləri apararkən həmin torpaq sahələrində iki evin olmasını görmüş, lakin bu evlərin aqibətinin necə olması barədə düşünmədən, torpaq sahəsinə çıxarış vermiş və alıcı şəxsin də həmin evlərin olması barədə məlumatı olduğu halda, ona qəsdən bilərəkdən zərər vurmaq məqsədilə DƏDRX-inin rəhbərliyi ilə belə bir hərəkətlərin aparılmasına yol verilmişdir. Beləliklə Balakən rayon Mahamalar kənd sakini X5, xx.xx.2014-cü il tarixli ******* saylı çıxarış əldə edərək inşa etdiyi evlərinin torpaqlarını başqa şəxslərə sataraq mülkiyyət hüququnu pozmuşlar. Çıxarışın saxtakarlığı açıq-aşkardır, belə ki, əvvəla çıxarış üçün müraciət olunanda torpaq sahəsinə müayinəyə gəlinməli idi, əgər gəlinsəydi ondakı sənəd üzə çıxacaqdı və torpaqda iki evin olması görünəcəkdi. Balakən Rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.3.2 -ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi əlavə olunur iş üzrə şahid qismində dindirilmiş 2001-ci ildə iddaçı tərəfindən inşa edilmiş bir mərtəbəli evin altının 0.15 ha torpağı alan X14 həmin torpaq sahəsini xx xxxxxx 2014-cü ildə X2 almışdır. xx.xx.2014-cü il tarixli ******* saylı çıxarış ifadəsində göstərmişdir ki, 2014-cü ilin yaz aylarında X13 şəhəri ərazisində 0,15 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini 12000 manata satmaq işədiyini Musayeva Havvaya bildirmişdir. Buna ğörə də o, Fəxrəddin ilə birlikdə təxminən mart-aprel aylarında həmin torpaq sahəsinə baxmaq üçün getmiş, həmin sahədə təxminən 20 metr uzunluğu,6 metr eni olan bir mərtəbəli tikili olduğunu görmüşdür. O, həmin tikilinin kimə məxsus olduğunu Fəxrəddindən soruşmuş, o isə həmin tikilini bir qadın tikdiyini demişdir. Həmçinin onun almaq istədiyi sahə ilə bitişik sahədə iki mərtəbəli evin olmasını da görmüşdür. İş üzrə şahid qismində dindirilən X20 2014-cü ildə Fəxrəddin Pirxiyevin torpaq sahəsi satdığını eşitmişdir. Həmin sahə indiki Balakən şəhəri M.Maqamayev küçəsi dalan 10 ev 3-də yerləşir. Həmin sahəni almamışdan əvvəl atası anası ilə birlikdə həmin torpaq sahəsinə baxmışlar. Sözü ğedən torpaq sahəsi onun yaşadığı evdən təxminən 300 metr aralıda yerləşir. Orada hər hansı tikili olmamışdır demişdir. Həmin sahəni alıb təxminən 10- 15 gün sonra həmin sahəyə baxmaq üçün getmiş orada iki mərtəbəli ev inşa edidiyini görmüşdür. Hər iki torpaq sahəsini alan bu iki şəxslərin istintaqa yalan ifadə vermələri və verdikləri ifadədə ziddiyətli faktlar özünü ortaya qoyur. Burada qanunsuzluğa dövlət orqanı olan DƏDRX -nin 18 saylı ərazi nümayəndəliyi edib ki, X5 18 saylı əraziyə çıxarış almaq üçün müraciət edərkən heç bir müayinə işləri aparmadan araşdırmadan çıxarış vermişdir. 18 saylı Ərazi idarəsi həmin ərazidə mübahisənin olacağına şərait yaratmış, iddiaçının həmin mülkiyyət üzərində olan hüquqlarını görmüş şəhadətnamələrin qeydiyyat kitabında olan məlumatlarını qəsdən fərqli şəkildə təhrif edərək iddiaçı barədə müxtəlif cavablar vermişdir və ona görə də bilərəkdən mübahisənin yaranmasına şərait yaratmışıdır və torpağa çıxarış verərkən həmin torpaq sahəsində iki evin olmamasnıı görməməzliyə vurmuşdur. Yox əgər müayinə aparmışdırsa bəs onda nə üçün həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evlərinə texniki pasport veməmişdir. DƏDRX-nin müammalı hərəkətləri nəyi ortaya çıxarır ?Bu da onu deməyə əsas veriri ki, məqsəd qəsdən iddiaçıdan küllü miqdarda pul qoparmaq olub. DƏDRX-nin 18 saylı Ərazi İdarəsi təkrar olaraq ikinci bir qanunsuzluğa da yol vermişdir, belə ki, həmin torpaq sahəsində hər hansı bir qanunsuzluğu aşkar etmişdirsə o, zaman çıxarışın verilməsini dayandırmalı və mübahisənin həll olunması üçün tərəflərə rəsmi məlumat verməli olduğu halda nədənsə buna məhəl qoymamışdır. Bununla da iddiaçının faktiki mülkiyyətində olan torpaq sahəsinin üzərindəki evlərinin dağılması təhlükəsini ortaya qoymuşdur. Göründüyü kimi DƏDRX-nin rəhbərliyi və hər iki alıcı X5 üə əlbir olaraq iddiaçının mülkiyyətində və faktiki istifadəsində olduğu torpaq sahəsində iki evin olmasını bilə-bilə mütəşəkillik etməklə iddiaçıya küllü miqdarda ziyan vurmaq niyyətində olmuşlar. X11 yuxarıda verdiyi ifadəsində dəqiqiliyi ortaya qoyaraq etiraf etmişdir ki, həmin torpaq sahəsini almaq üçün Fəxrəddinlə bərabər baxmağa gedəndə artıq həmin torpaq sahəsində iki evin olması naturada görmüşdü və bu barədə məlumatlı olmasına baxmayaraq 2014-cü iln avqust ayının 29-da Xoçberov Emil isə ondan təqribən bir ay əvvəl xx xxxx 2014-cü ildə alqı satqı etmişlər. DƏDRX bu vətəndaşlara həmin torpaq sahəsinə çıxarışı verərəkən faktiki mülkiyyətində olan evlərin aqibətini düşünməmiş və öz maraqları çərçivəsində hərəkət etmişdir. O, həmin torpaq sahəsini zəbt etməmişdir, istifadəsində olduğu 20 il müddətində həmin mülkiyyətlə bağlı hər hansı bir şəxs tərəfindən heç bir şikayət olmamışdır. Mülkiyyətində olan torpaq sahəsinə çıxarış verilən şəxs X3 adına cəmi 0,07 ha torpaq sahəsi olmasını Şəki Milli Arxivinin 1147 saylı xx xxxxxxxx 2014-cü il tarixli arayışı, Balakən Dövlət Arxivinin 23 saylı xx.xx.2014-cü il tarixli arxiv arayışı və subyektlər siyahısında öz əksini tapmısdır. Ancaq onun adına verilən həmin 0,07 ha torpaq sahəsinin hansı ərazidən verilməsi torpağın sərhədd qonşuları və cizgiləri barədə kolxozun təftiş komissiyasının hec bir AKT mövcud deyildir. Belə olduğu halda Pirxivevə verilən torpaq sahəsi hansı ərazidə yerləşməsi müəyyən olmadığından məhz özünün adına saxta şəhadətnamə düzəltməklə mülkiyyətimi ələ keçirmişdir. Onun adına düzəldilmiş şəhadətnamənin saxta olmasını və Balakən ravon Torpaq və Xəritəcəkmə şöbəsinin müdiri tərəfindən imzalanıb möhürlənməməsi ilə yanası həmin şöbədə qevdə alınmaması keçirilən xətsünaslıq ekspertizası bunu bir daha sübut etmişdir. Daha sonra Pirxiyevə qarşı məhkəmə istintaqı aparılan işdə Pirxiyevin adına verilən şəhadətnamədə verilmə tarixi və qeydiyyat nömrəsi qeyd edilməmiş və şəhadətnaməni qəbul edən şəxsin vəsiqəsinin də kimə məxsus olması müəyyən edilməmişdir eyni zamanda həmin şəhadətnamənin ekspertizası keçirilərkən onun saxtakarlıqla hazırlanması faktı da öz əksini tapmışdır. Bütün yuxarıda göstərdikləri, əldə olunmuş qanuni sənədlər də onu deməyə əsas verir ki, Pirxiyevin adına 0,22 ha torpaq sahəsi verilməyib və bu barədə onu təsdiqləyən heç bir sənəd mövcud deyil. Hesab edir ki, mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi 20 ildir ki, onun mülkiyyətində və istifadəsində olarkən kiminləsə torpaq sahəsi ilə üst-üstə düşmə halı olmamış və bu barədə heç bir mübahisə yaranmamış, 20 il müddətində kimsə həmin torpaq sahəsindən istifadə etdiyinə görə hər hansı bir münasibətini və şikayətini, etirazını bildirməmiş və bu hal da həmin ərazinin məhz ona məxsus olması bir daha sübut edir. Hesab edirəm ki, mülkiyyətinə verilmiş JN 577A saylı şəhadətnamə qanuni qüvvəsində olduğu halda və şəhadətnamələrin qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alındığından DƏDRX bunu nəzərə almaqla, qanun pozuntusuna yol verməyərək mülkiyyətində olan torpaq sahəsinə digər şəxsə çıxarış verməməliydi. Onlann qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda zərər dəymişdir. Hal-hazırda mülkiyyətində olan 0,22 ha torpaq sahəsi və üzərində inşa etdiyi evlərimlə birlikdə torpaq sahəsi bölüşdürülərək başqa-başqa şəxslərə satılmışdır. Cavabdeh orqan məhkəməyə bildirir ki, guya o, mülkiyyətinin qeydiyyatı üçün 18 saylı Ərazi İdarəsinə müraciət etməmişdir. Bəs o zaman o, hardan bilə bilərdi ki, onun mülkiyyətinə kiminsə adına çıxarış verilmişdir. Çünki 18 saylı Zaqatala Ərazi idarəsi kompaniya adı altında vətəndaşlara sadəcə onların təqdim etdikləri şəhadətnamə əsasında çıxarışlar paylamaqla məşğul olurdular. Üçüncü şəxs Pirxiyev Fəxrəddində məhz həmin fürsətdən istifadə edənlərdən biri olmuşdur. İş üzrə araşdırma aparan məhkəmə bildirir ki, onun adına faktiki olaraq 0,22 ha torpaq sahəsi verilməsi öz təsdiqini tapmışdır. Məhkəmə daha sonra bildirir ki, eyni nömrə ilə 3-cü şəxs X3 adına da JN-577A nömrəli şəhadətnamə verilmişdir və həmin şəhadətnamə də xx xxxx 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin torpaqlar digər alıcılara DNK vasitəsilə alqı-satqı olunaraq çıxarışlarla rəsmiləşdirilmişdir. Məhkəmə bu halları araşdıranda sadəcə kimin adında nəyin olub-olmamasım aşkarlamış lakin iddiaçının da həmin mülkiyyət üzərində olan hüquqlannı nəzərə almadan onun həmin torpaq sahəsi üzərində tam mülkiyyət hüququ olduğu zaman, DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin 3-cü şəxs olan X3 adına verilmiş saxta yolla hazırlanmış JN-577A saylı şəhadətnaməni qeydə aldığı zaman həmin mülkiyyət iddiaçının mülkiyyətində olmasını bilə-bilə hüquqlannı pozmuşdur. Məhkəmə isə həmin hüquq pozuntusunun olmasını ayırd etsədə özü də qanun pozuntusuna yol verməklə mülkiyyətçinin hüquqlannı pozmuşdur. Məhz iddiaçı məhkəmədə həmin pozuntulann məhkəmə qaydasında araşdırılması üçün iddia qaldırmış, lakin məhkəmə nədənsə bu məsələnin üzərindən səthi keçərək 3-cü şəxsin və 18 saylı X6suz hərəkətlərini haqlı saymışdır. Digər tərəfdən məhkəməyə aydın olmurmu ki, istər 3-cü şəxslərin istərsədə 18 saylı X6suz müdaxilələrindən sonra iddiaçı öz pozulmuş hüquqlarım bərpa etmək üçün Azərbaycan Respublikası Məhkəmələrinə müraciətlər etməkdədir. İşi araşdıran Şəki İnzibati Məhkəməsinin hakimi (İlqar Cabbarov) icraatında olan işi 19 ay saxlamaqla formal araşdırmalar aparmış lakin iş üçün əhəmiyyət kəsb edən 18 saylı X16 etdiyi qanun pozuntunusuna hüquai qiymət verməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin №2-1(116)-75/2020 saylı,xx xxxxxx 2020-ci il tarixli qərardadı ədalətsiz, qanunsuz və əsassız olduğundan ləğv edəsiniz və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16 nümayəndəsi Ömərov Rəfael Ömər oğlu qanuna müvafiq qərar qəbul edilməsni xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, iddiaçı cavabdehlər (hazırkı iş üzrə üçüncü şəxslər) X5, X20, X7 qarşı analoji tələblə Balakən rayon Məhkəməsində iddia qaldırmış, lakin Balakən rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(019)-1696/2016 nömrəli Qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)-221/2017 nömrəli Qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-4958/2017 nömrəli Qərarı ilə təmin edilməmişdir. İşdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, iddiaçı 3-cü şəxslərə qarşı müxtəlif məzmunlu iddialar qaldırmış, həmin iddiaların heç biri təmin olunmamışdır. İddiaçının mübahisələndirdiyi çıxarışlar X3 şəhadətnaməsi əsassında verilmiş, sonradan onun tərəfindən digər 3-cü şəxslərlə bağlanmış alqı-satqı müqavilələri əsasında tərtib olunmuşdur. Cavabdeh inzibati orqanın etirazından da göründüyü kimi iddiaçı analoji tələblə cavabdehə ümumiyyətlə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəli torpaq sahəsinə və evə dair heç bir hüququnun olmadığı müəyyən olunmuş, lakin bundan sonra iddiaçı yenidən məhkəməyə müxtəlif məzmunda iddia verməklə artıq həllini tapmış məsələyə yenidən qiymət verilməsinə çalışmışdır ki, bu da yuxarıda göstərilənlərə əsasən yolverilməzdir. Bütün iddiaların predmeti axır nəticədə ev və torpaq sahəsidir ki, həmin predmet barəsində də yekun məhkəmə qərarları var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-75/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-75/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-90/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-90/2021
05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver