Məhkəmə qərarları › İş №2-1(107)-90/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-90/2023

09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-90/2023 09.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı regional ərazi filialına qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMFnun pensiya təminatının öhdəliyinin qoyulması" barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2-1(116)-2544/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Ağamazan oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı regional ərazi filialına qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMFnun pensiya təminatının öhdəliyinin qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin nəticəvi hissəsində tələbini "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMFnun pensiya təminatımın öhdəliyi qoyulsun" kimi ifadə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubunda göstərilmişdir ki, həmin cümlədən onun tələbinin nədən ibarət olması məhkəməyə aydın olmur. Belə ki, əvvəla, "pensiya təminatımın öhdəliyi" dedikdə, iddiaçı ona pensiya təyin olunması öhdəliyini nəzərdə tutmuşdursa, bu halda, pensiyanın növünü və pensiyanın hansı tarixdən təyin olunmasını istədiyini göstərməlidir. Digər tərəfdən, o, tələbini yuxarıda qeyd olunan şəkildə ifadə etsə də, iddia ərizəsinin əsaslandırıcı hissəsində pensiya təyin olunması üçün deyil, xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiyini, ona imtina rəyi verildiyini, bu imtina barədə qərarla razı olmadığını, bu səbəbdən də məhkəmədə iddia qaldırdığını bildirmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, araşdırma bitdikdən sonra İddiaçı əlilliyə görə əmək pensiyası hüququna yenidən baxılacağı bildirilmişdir. Göründüyü kimi, nə iddia ərizəsi, nə də ərizəyə əlavə edilmiş sənədin surəti İddiaçı hazırkı iddia tələbinin nədən ibarət olmasını müəyyən etməyə imkan vermir. Ona görə də "pensiya təminatımın öhdəliyi qoyulsun" şəklində tələb məhkəmə tərəfindən mümkün sayıla bilməz. Birinci instansiya məhkəməsinin yardım məktubunda İddiaçı izah edilmişdir ki, əgər əldə etmək istədiyi hüquqi nəticə əlilliyin müəyyən edilməsindən ibarətdirsə, bu halda, o, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini göstərərək ona qarşı məcburetmə haqqında iddia qaldırmalı, əgər əlilliyi artıq müəyyən edilmişdirsə və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdursa, bu halda, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını göstərməklə həmin orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldırmalıdır. Bundan başqa, həm öhdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddiaların mümkünlük şərtlərindən biri odur ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Əks təqdirdə, iddia mümkün sayıla bilməz. Həm də məhkəməyə sənədlərin yalnız əsli, yaxud notariat qaydasında təsdiq olunmuş surəti təqdim edilməlidir, notariat qaydasında təsdiq edilməmiş surətlər isə məhkəmədə sənəd kimi qəbul edilmir. Lakin İddiaçı məhkəməyə hər hansı inzibati orqana müraciət etməsini və inzibati orqanın bu tələbi təmin etməkdən imtina etməsini təsdiq edən sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda göstərilən yardım məktubu ilə İddiaçı izah olunmuşdur ki, o, müvafiq tələblə inzibati orqana əvvəlcədən müraciət etməsini və inzibati orqanın onun tələbini təmin etməkdən imtina etməsini təsdiq edən sənədin əslini və ya notariat qaydasında təsdiq edilmiş surətini məhkəməyə təqdim etməlidir. Yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. Yardım məktubu poçt vasitəsilə göndərilmiş, xx.xx.2022-ci ildə imza etdirilməklə təqdim olunmuş, lakin iddiaçı birinci instansiya məhkəməsinin təklifinə yazılı münasibət bildirməmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) 07 dekabr 2022-ci il tarixli 2- 1(116)-2544/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı regional ərazi filialına qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMFnun pensiya təminatının öhdəliyinin qoyulması" barədə iddiası mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2-1(116)-2544/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2-1(116)-2544/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). . Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia mümkün sayılmamalısı barədə düzgün qərara gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində deyilir ki, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. İddiaçı iddia ərizəsinin nəticəvi hissəsində tələbini "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMFnun pensiya təminatımın öhdəliyi qoyulsun" kimi ifadə etmişdir. Həmin cümlədən onun tələbinin nədən ibarət olması məhkəməyə aydın olmur. Belə ki, "pensiya təminatımın öhdəliyi" dedikdə, iddiaçı ona pensiya təyin olunması öhdəliyini nəzərdə tutmuşdursa, bu halda, pensiyanın növünü və pensiyanın hansı tarixdən təyin olunmasını istədiyini göstərməlidir. Həmçinin, o, tələbini yuxarıda qeyd olunan şəkildə ifadə etsə də, iddia ərizəsinin əsaslandırıcı hissəsində pensiya təyin olunması üçün deyil, xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiyini, ona imtina rəyi verildiyini, bu imtina barədə qərarla razı olmadığını, bu səbəbdən də məhkəmədə iddia qaldırdığını bildirmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, araşdırma bitdikdən sonra İddiaçı əlilliyə görə əmək pensiyası hüququna yenidən baxılacağı bildirilmişdir. Göründüyü kimi, nə iddia ərizəsi, nə də ərizəyə əlavə edilmiş sənədin surəti İddiaçı hazırkı iddia tələbinin nədən ibarət olmasını müəyyən etməyə imkan verməmişdir. Ona görə də "pensiya təminatımın öhdəliyi qoyulsun" şəklində tələb məhkəmə tərəfindən mümkün sayıla bilməz. İddiaçının əgər əldə etmək istədiyi hüquqi nəticə əlilliyin müəyyən edilməsindən ibarətdirsə, bu halda, o, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini göstərərək ona qarşı məcburetmə haqqında iddia qaldırmalı, əgər əlilliyi artıq müəyyən edilmişdirsə və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdursa, bu halda, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını göstərməklə həmin orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldırmalıdır. Bundan başqa, həm öhdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddiaların mümkünlük şərtlərindən biri odur ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Əks təqdirdə, iddia mümkün sayıla bilməz. Həm də məhkəməyə sənədlərin yalnız əsli, yaxud notariat qaydasında təsdiq olunmuş surəti təqdim edilməlidir, notariat qaydasında təsdiq edilməmiş surətlər isə məhkəmədə sənəd kimi qəbul edilmir. Lakin İddiaçı məhkəməyə hər hansı inzibati orqana müraciət etməsini və inzibati orqanın bu tələbi təmin etməkdən imtina etməsini təsdiq edən sənəd təqdim etməmişdir. Yuxarıda sadalanan çatışmazlıqlar birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə İddiaçı diqqətinə çatdırılmış və çatışmazlıqların aradan qaldırılması, bu təkliflə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə məhkəməyə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Yardım məktubu poçt vasitəsilə göndərilmiş, xx.xx.2022-ci ildə imza etdirilməklə təqdim olunmuş, lakin təyin olunmuş müddətdə və ondan sonra ötən günlərdə iddiaçı birinci instansiya məhkəməsinin təklifinə yazılı münasibət bildirməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Bununla yanaşı, məhkəmə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, İddiaçı sadalanan çatışmazlıqları aradan qaldırmaqla eyni tələblə bağlı iddia ərizəsi ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2-1(116)-2544/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2-1(116)-2544/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar