Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-90/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlu ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “elektron kadastr baza məlumatlarından X4 adına qeyd olunmuş JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeydin silinməsi və İsmayıllı şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 584 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2-1(116)-1274/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən elektron kadastr baza məlumatlarında X4 adına qeyd olunmuş JN-3068 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə bağlı qeyd silinməsi və İsmayıllı şəhəri, Nəriman Nərimanov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsinə mərhum əri X8 adına vahid daşınmaz əmlak kimi Çıxarış və texniki pasportun hazırlannıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, elektron kadastr baza məlumatlarından X4 adına qeyd olunmuş JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeydin silinməsi və İsmayıllı şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 584 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi 1985-ci il tarixdə mərhum əri X13 tərəfindən tikilmişdir. Mərhum əri X10 məxsus fərdi yaşayış evinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitrktura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Texniki Pasport verilmişdir. İsmayıllı rayonunda Torpaq İslahatı aparılan zaman həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmamışdır. Bununla bağlı mərhum həyat yoldaşı X13 2013-cü ildə vəfat edənədək, o vəfat etdikdən sonra isə iddiaçı ləğv edilmiş DTXK-nin İsmayıllı rayon şöbəsinə dəfələrlə müraciət etsə də, nəticəsi olmamışdır. O, cavabdeh orqana müraciət edərək İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin mərhum ərinin adına dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Mərhum əri X10 məxus evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 0,04 ha hissəsinə dair Ərazi İdarəsində mövcud elektron kadastr baza məlumatlarında başqa vətəndaş yəni: X4 adına JN-3068F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə qeyd olunub. O, yenidən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 Şəxsi”- nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin elektron baza məlumatlarında texniki səhv olaraq, yalnışlıqla qeyd edilmiş həmin şəhadətnaməni baza məlumatlarından silinməsini xahiş etmişdir. Belə ki, həmin şəhadətnamə ümumiyyətlə hazırlanmamış, yalnız baza məlumatlarında qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh orqan onun müraciətini təmin etməmişdir.
5. X5 adına İsmayıllı RAİK-nm qərarı əsasında 0.06 ha torpaq sahəsinə dair Torpaq sahəsinin Planı və Ölçüsü sənədi tərtib edilmişdir. X5 adına həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır. X9 adına elektron baza məlumarlarında qeyd olunan JN-3068F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə dair qeydin silinməsinə etiraz etmədiyi və mərhum əri X10 məxus fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin mərhum ərinin adına rəsmiləşdirilməsinə etiraz etmədiyi barədə ərizə imzalayaraq cavabdehə təqdim etmişdir. Qeyd edilən fərdi yaşayış evi mərhum əri X13 tərəfindən 1985-ci ildə inşa edilib. Həyətyanı torpaq sahəsi 1985-ci ildən bu günədək onun qanuni və faktiki istifadəsində olduğundan, X4 adına elekrton kadastr baza məlumatlarında JN-3068 F saylı Torpağın Mülkiyyətinə Verilməsinə Dair Şəhadətnamə ilə bağlı qeydin olunmasını qanunsuz və əsassız hesab edir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı müraciəti əsasında Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunan zaman məlum olmuşdur ki, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi JN-3068 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən başqa vətəndaşın xüsusi mülkiyyətdə olan başqa mülkiyyət ilə üst-üstə düşür. Qeyd olunan səbəblərə görə də müraciətinin icrası mümkün olmamışdır. İsmayıllı şəhəri, Nəriman ünvan 2 ünvanı Nəriman Nərimanov küçəsi, ev 10 olmuşdur. Hər iki ünvan eyni olmaqla mərhum X10 aid fərdi yaşayış evinə aiddir. X1 adına qeyd olunmuş JN-3068F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə yalnız Ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmışdır. Qeyd olunan şəhadətnamənin kağız versiyası çap olunmamış və Ərazi idarəsinin arxiv məlumatlarında mövcud deyil. Bu səbəbdən də məhkəməyə təqdim edilməsi mümkün deyil. X2 adına İsmayıllı rayon AİK-nın xx.xx.2003cü il tarixli, 111 saylı qərarı əsasında 0,06 ha torpaq sahəsinə dair Torpaq sahəsinin Planı və ölçüsü sənədi verilmişdir. X2 adına qeyd edilən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasport verilmişdir. X6 məxsus 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ünvanı İsmayıllı şəhəri, Nəriman ünvan 4in iclasında iddiaçı ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 06 noyabr 2023-cü il tarixli 2- 1(116)-1274/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2-1(116)-1274/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2-1(116)-1274/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2-1(116)- 1274/2023 nömrəli qərarının dəyişdiirlmədən saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin müraciəti təmin edilməmişdir. - AZ-İ 606320 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. - İ-ИЕ 517501 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X13 ilə İddiaçı arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmışdır. - İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-54-1/2- 199/2023 nömrəli məktubundan görünür ki, İsmayıllı şəhəri Nəriman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi mərhum X8 adına olmuşdur. 1985- 2000-ci ildə İsmayıllı şəhər İƏD üzrə nümayəndəlikdə təsərrüfatbaşına uçot kitabı olmadığından təsərrüfatın təsdiq edilmiş surəti göndərilməmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iyun 1993-cü il tarixli, 192 inventar nömrəli texniki pasporta əsasən iddaçı İddiaçı faktiki naturada istifadəsində olan torpaq sahəsi müəyyən edildi. İyun 1993-cü il tarixli, 192 inventar nömrəli texniki pasporta əsasən İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0584 hektar torpaq sahəsi İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində, təyinatı yaşayış məntəqəsinin torpaqlarına aid olmaqla uqodiyası həyətyanıdır. İyun 1993-cü il tarixli, 192 inventar nömrəli texniki pasporta əsasən İddiaçı istifadəsində olan, faktiki naturada ölçülmüş torpaq sahəsi keçmiş C.Məmmədov adına təsərrüfatda aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində JN-3068 F nömrəsi ilə X4 adına qeyd edilmişdir. - iyun 1993-cü il tarixli 192 inventar nömrəli texniki pasportdan görünür ki, İsmayıllı şəhəri N.ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 171,5 kv.m, tikildiyi il 1985-ci il, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 578 kv.metr, fərdi yaşayış evi üzrə hüquq subyekti X13 qeyd edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2.Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir Maddə 13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
17. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı elektron kadastr baza məlumatlarından X4 adına qeyd olunmuş JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeydin silinməsi və İsmayıllı şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 584 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın əldə edilməsinə nail olmaqdır.
26. Cavabdeh orqanın iddia tələbinə münasibətində qeyd etdiyi məlumatlarla, həmçinin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, İsmayıllı şəhəri Nəriman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi mərhum X8 istifadəsində olmuşdur.
27. İsmayıllı şəhəri, Nəriman ünvan 7 ünvanı eyni olmaqla mərhum X10 aid fərdi yaşayış evinə aiddir. Həmin torpaq sahəsinə dair elektron baza məlumatlarında X2 adına JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeyd mövcud olsa da, faktiki olaraq X12 rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 111 saylı qərarı əsasında 0,06 ha torpaq sahəsinə dair Torpaq sahəsinin Planı və ölçüsü sənədi verilmiş, həmin sənədlər əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasport verilmişdir. Sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ünvanı İsmayıllı şəhəri, Nəriman ünvan 8 olunan şəhadətnamənin kağız versiyasının çap edilmədiyini və Ərazi idarəsinin arxiv məlumatlarında mövcud olmadığını bildirir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.
30. Belə olan halda JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı elektron baza məlumatlarında qeydin hansı hüquqi sənəd əsasında icra edilməsi aydın deyil. Tədqiq olunmuş sənədlərdən görünür ki, ümumiyyətlə Xeyrulla Abuşovun iddia olunan torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, elektron bazada hər hansı hüquqi əsas olmadan sözügedən şəxslə bağlı qeydlərin icra edilməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan o, müvafiq qeydlərin silinməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
31. “İddia olunan fərdi yaşayış evi və onun yerləşdiyi 584 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Saday Səmədova məxsus olması” tələbinə münasibtədə isə məhkəmə qeyd edir ki, iddiaçının tələb hüququnun əsası olaraq təqdim etdiyi, iyun 1993-cü il tarixli 192 inventar nömrəli texniki pasportda fərdi yaşayış evinin tikildiyi il 1985- ci il, yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 578 kv.metr qeyd edilmişdir.
32. Yuxarıda istinad olunan, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar yaşayış evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqların qeydiyyatı üçün zəruri olan sənədlər qismində qeyd edildiyindən, iddiaçı məhz sözügedən texniki pasport məlumatlarına istinad etməklə sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin 578 kv.m ölçüsü hissəsində mülkiyyət hüququnun mərhum ərinə məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən ona verilməsini tələb etməkdə haqlı olmuşdur.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
34. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
36. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “elektron kadastr baza məlumatlarından X4 adına qeyd olunmuş JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeydin silinməsi və İsmayıllı şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 584 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2-1(116)-1274/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.