Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-90/2025 21.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X23 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Maraqlı şəxs mülkiyyətində olan, Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair hazırlanmış AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinə dair hazırlanmış A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqların düzəldilməsi, TEKUİS məlumat bazasına uyğun olaraq düzəldilərək iddiaçıya verilmiş Dövlət Aktında qeyd olunan 1587B cizgisində olan 0.34 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-529/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Maraqlı şəxs mülkiyyətində olan, Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair hazırlanmış AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinə dair hazırlanmış A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqları düzəldərək Maraqlı şəxs istifadəsində olan, artıq 21 sot üçüncü şəxsin mülkiyyətinə işləyərək iddiaçının istafadəmdə olan torpaq sahəsinin Maraqlı şəxs sənədində işlənmiş hissəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Maraqlı şəxs mülkiyyətində olan, Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair hazırlanmış AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinə dair hazırlanmış A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqların düzəldilməsi, TEKUİS məlumat bazasına uyğun olaraq düzəldilərək iddiaçıya verilmiş Dövlət Aktında qeyd olunan 1587B cizgisində olan 0.34 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-1(116)-2801/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
4. Birinci instansiya məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-529/2024 saylı Qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia tələbi “Maraqlı şəxs adına 1,3264 ha torpaq sahəsinə dair qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış, A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqların düzəldilməsi, TEKUİS məlumat bazasına uyğun olaraq iddiaçıya verilmiş JN 1587 Torpağa mülkiyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.
5. İddia ərizəsinə əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçı və mərhum valideynlərinin mülkiyyətinə Yuxarı Tala kənd ərazisindən 0,34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin verilməsinə dair, JN1587 saylı KOD 40216018 Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanaraq verilmişdir. Dövlət Aktında göstərilən digər şəxslər vəfat etmişdir. 1996-cı ildən bu günədək həmin torpaq sahəsi Dövlət Aktında göstərilən plan və cizgisi ölçülərində iddiaçının istifadəsindədir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsini Maraqlı şəxs 2018-ci ildə alqı-satqı müqaviləsi əsasında 0,34 ha olmaqla torpaq sahəsini əldə etmişdir. O, həmin torpaq sahəsini əldə edən zaman torpaq sahəsinin planı və ölçüsü işlənmədən Səyyar Asan xidmətin plan və cizgisi olmadan yalnız çıxarış əsasında verdiyi torpaq sahəsini alqı-satqı ilə əldə etdikdən sonra müraciət edərək çıxarış və torpaq sahəsinin plan və ölçüsünü 2020-ci ildə hazırlatdırmışdır. Həmin plan və ölçü faktiki vəziyyəti əks etdirmir, eyni zamanda elektron baza məlumatlarında olan vəziyyəti əks etdirmir, uçot məlumatları ilə ziddiyyət təşkil edir. Ona görə də Dövlət Aktları əsasında hazırlanmış çıxarış və torpaq sahəsinin plan və ölçüləri hazırki vəziyyətə uyğun olmayaraq torpaq sahəsinin qonşularına doğru sürüşmə vəziyyəti baş vermişdir. Bunun nəticəsi olaraq 1996-cı ildən bu günədək bütün ətrafı bağlı olan və istifadəsində olan 0,34 ha torpaq sahəsinin 10 sot hissəsi 2020- ci ildə yeni sənəd əldə etmiş Maraqlı şəxs mülkiyyətinə işlənmişdir.
6. Buradan belə başa düşmək olur ki, reyestrin əməkdaşlarının səhlənkarlığı nəticəsində iddiaçının istifadəsində və mülkiyyətində olan 0,34 ha torpaq sahəsinin 10 sot hissəsi qanunsuz olaraq Maraqlı şəxs mülkiyyətinə verilmiş, eyni zamanda Maraqlı şəxs əlavə 21 sot sənədsiz və qanunsuz olaraq istifadəsinə verilmişdir. Bundan istifadə edən Maraqlı şəxs rayon məhkəməsində iddia qaldıraraq iddiaçını mülkiyyətində olan torpaq sahəsindən çıxarmağa çalışır.
7. İddiaçı, cavabdeh təşkilata müraciət edərək Maraqlı şəxs mülkiyyətində olan 0,3444 ha torpaq sahəsinin AA 545572 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinin A 680646 saylı Torpaq sahəsinin Plan və ölçülərində olan yanlışlıqları düzəldərək onun istifadəsində olan artıq 21 sotu onun mülkiyyətinə işləyərək iddiaçının istifadəsində olan torpaq sahəsindən onun sənədini çıxarılmasını və ləğv olunmasını təmin etməsini xahiş etmişdir. Cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli 3-21-3- 47/2-Q-00xx-xx/2023 saylı imtina məktubu verərək, bildirmişdir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məqsədəuyğun bilmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd olunan məsələnin həlli iddiaçının ərizəsinə əsasən ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-Q- 00xx-xx/2023 (**********44) nömrəli məktub göndərilmişdir.
9. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının müraciəti təmin olunmuşdur.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
13. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-529/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
15. Üçüncü şəxs Maraqlı şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş, məhkəmə araşdırılması tam və hərtərəfli aparılmamış, iş üzrə mübahisə predmeti olan torpaq sahəsinə dair 2 (iki) bir birinin ziddi mütəxəssis rəyi mövcud olduğu halda həqiqətin üzə çıxarılması üçün əlavə məhkəmə araşdırılması aparılmamış, yerində baxış keçirilməmiş, iş üzrə mübahisə edilən torpaq sahələrində məhkəmə icraatına üçüncü şəxs qismində onun cəlb edildiyi halda iddiaçının da məhkəmə prosesindən əvvəl məhkəməyə cəlb edilməsini istədiyi X10 cəlb edilməmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə verərək özü qeyd etmişdir ki, mütəxəssis rəyləri ilə razı deyil, rəylər fərqlidir, mütəxəsisslər məhkəməyə dəvət edilməlidir. Lakin buna baxmayaraq məhkəmə mütəxəssis rəyləri arasındakı bu anlaşılmamazlıqları aradan qaldırmaq üçün mütəxəssislərin də iştirakı ilə yerində baxış keçirməmiş, fərqli rəylər barəsində heş bir sorğu etməmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən təyin edilən ekspertiza aparılması barədə qərardada əsasən mütəxəssislər yerində baxış keçirməli, ölçü işləri aparmalı idilər. Lakin mütəxəsis rəyi onların xəbəri olmadan və heç bir ölçü, ekspertiza işləri aparılmadan verilmiş, məhkəmə isə bunları araşdırmamışdır. İş üzrə üçüncü şəxs hesab edir ki, hazırki işdə iddiaçı tərəfdən onun torpaq sahəsinin zəbt edildiyi səbəbindən Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq oradan çıxarılmasını tələb etmiş, həmin iş üzrə verilmiş 17 iyul 2023-cü il tarixli 3-21- 3- 47/2-2581/2023 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs Abdulcəmi oğluna məxsus 0.3444 ha torpaq sahəsinin 0.10 ha hissəsi İddiaçı və Nümayəndə1 Abdulkərim qızı tərəfindən istifadə olunur. Yəni hazırki işdə iddiaçı onun torpağını qanunsuz istifadə edir. Şəki İnzibati Məhkəməsi isə buna diqqət etməmiş, işi tələm tələsik bitirmək üçün iddiaçının da dəqiqləşdirmə ərizəsini alaraq işi başından atmışdır. İş üzrə birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-47/2-2658/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində 4-cü sual üzrə verilən cavabda qeyd edilir ki, Maraqlı şəxs Abdulcemi oğlunun adına qeydə alınmış 0.3444 ha ve 1.3264 ha torpaq sahələrinə dair çıxarışlar TEKUİS-ə əsasən verilməmişdir. 0.3444 ha ve 1.3264 ha torpaq sahələrinin cizgiləri TEKUİS məlumat bazasında öz əksini tapmamışdır. Həmin çıxarışlar kompleks yerquruluşu layihəsinə əsasən tərtib edilmişdir. Onun mülkiyyətində olan həmin torpaq sahələrinin bir hissəsində (təxminən 0,10 ha) qanunsuz olaraq həmkəndliləri tərəfindən əkilib becərilərək (fındıq ağacları, kartof və s. əkilmişdir) zəbt edilmişdir. Hazırda xüsusi mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kənd ərazisində yerləşən 0,3444 ha və 1,3264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təxminən 0,10 ha hissəsindən ona sahiblik və istifadə etməyə imkan verilmir və onun mülkiyyət hüquqlarını kobudcasına pozur. Odur ki, iş üzrə anlaşılmazlıq təşkil edilən rəylər üzrə yerində mütəxəssislərlə birlikdə baxış keçirərək yenidən ekspertiza aparılmasını təmin etməyinizi, cavabdeh orqan tərəfindən verilən fərqli rəylərin məhkəməni yanıltmaq olduğu nəzərə alınarsa cavabdeh barəsində xüsusi qərardad çıxarılması məsələsinə baxılmasını, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (116)-529/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
TƏRƏFLƏRİN İZAHATLARİ
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iş üzrə ona təqdim edilmiş ekspert rəyi üzrə çöl-ölçmə işləri aparılan zaman onun iştirakının təmin edilmədiyini bildirərək həmin rəyin ləğv edilməsini və yenidən ekspertiza keçirilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 Abdulkərim qızı birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam olaraq hərtərəfli şəkildə araşdırıldığını və əsaslı olaraq iddia tələbinin təmin edilməsi barədə qanunamüfaviq qərar qəbul edildiyini bildirdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi X24 iş üzrə mübahisə olunan torpaq sahələrinin tam araşdırıldığını, üçüncü şəxs Maraqlı şəxs faktiki istifadəsində olan torpaq sahəsinin tam başqa, sənəd üzrə torpaq sahəsinin başqa olduğunu bildirdi. Bundan əlavə cavabdeh orqanın nümayəndəsi X24 faktiki istifadəsində olan torpaq sahəsinə görə müraciət etsə tərəfimzdən üçüncü şəxs Maraqlı şəxs torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilə biləcəyini bildirdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi Nümayəndə1 Abdulkərim qızının izahatı ilə razı olduğunu və heç bir əlavəsi olmadığı bildirdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X26 izahatında 2015ci il tarixdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində işlədiyini və iş üzrə torpaq sahəsinə rəy verilərkən tərəflərin iştirakı ilə göstərdikləri torpaq sahəsinin istifadə vəziyyətini ölçərək kameral qaydada rəy tərtib etdiklərini bildirdi. Bundan əlavə mütəxəssis X6 edənin suallarına cavab olaraq ərazidə ölçmə işləri aparılarkən tərəflərin hər ikisinin iştirakının təmin edildiyini bildirdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər mütəxəssis X20 2015-ci il tarixdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində işlədyini, iş üzrə ölçmə işlərində iştirak etmədiyini və mütəxəsislər tərəfindən tərəflərin iştirakı ilə ölçülmüş torpaq sahəsi məhkəmənin qoyduğu suallar əsasında xəritə materialları əsasında baxılaraq kameral qaydada rəy tərtib olunduğunu bildirdi. Bundan əlavə mütəxəssis X1 edənin suallarına cavab olaraq DWJ məlumatlarındakı məlumata əsasən torpaq sahələrinin üst - üstə düşmədiyini, lakin TEKUİS baza məlumatlarındakı məlumata əsasən torpaq sahələrinin üst - üstə düşdüyünü bildirdi.
23. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN1587 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 və ailə üzvlərinə verilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 1.3264 ha torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - AA seriyalı 680646 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi. - AA seriyalı 545572 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi. - AN-İ ******* seriyalı xx.xx.2018-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X13, X8, X17, X21 özlərinə məxsus 0.3444 hektar torpaq sahəsini Maraqlı şəxs satmışdır. - AN-İ ******* seriyalı xx.xx.2021-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X12 özünə məxsus 1.3264 hektar torpaq sahəsini Maraqlı şəxs satmışdır. - JN1527 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 0.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 və ailə üzvlərinə verilmişdir. Sənəd dövlət aktı qeydiyyat kitabında xx.xx.2005-ci il tarixdə 1855 nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-2658/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN 1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.34 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Mübahisələndirilən JN 1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha ərazi Nümayəndə1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmişdir. Həmin ərazinin naturada istifadə vəziyyəti və sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. “Dövlət rüsumu haqqında” Qanunun: 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
29. Üçüncü şəxs tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İş materiallarından görünür ki, faktiki istifadə olunan torpaq sahəsinin hüdudları daxilinə JN-1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət aktına əsasən verilmiş 0.34 ha torpaq sahəsinin 0.3158 ha hissəsi düşür. X3 adına qeydə alınmış 0.3444 ha və 1.3264 ha torpaq sahələrinə dair çıxarışlar TEKUİS-ə əsasən verilməmişdir. Məlumat üçün bildirik ki, 0.3444 ha və 1.3264 ha torpaq sahələrinin cizgiləri TEKUİS məiumat bazasında öz əksini tapmamışdır. Həmin çıxarışlar kompleks yerquruluşu layihəsinə əsasən tərtib edilmişdir. JN 1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.34 ha torpaq sahəsi və faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin, o cümlədən mübahisələndirilən çıxarışlara əsasən verilmiş torpaq sahələri ilə üst-üstə düşür, iddiaçının adına tərtib edilmiş JN 1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsinin hüdudları daxilinə X10 və onun ailə üzvlərinin adına tərtib edilmiş reyestr nömrəsi **********31 olan çıxarışda göstərilən 0.4834 ha torpaq sahəsinin 0.16 ha hissəsi və X4 adına tərtib edilmiş reyestr nömrəsi **********65 olan çıxarışda göstərilən 0.3444 ha torpaq sahəsinin 0.0675 ha hissəsi düşür. İddiaçı tərəfindən üst-üstə düşdüyü qeyd olunan 0.10 ha torpaq sahəsinin 0.0675 ha hissəsi X3 adına qeydə alınmış 0.3444 ha torpaq sahələrinin hüdudları daxilində yerləşir. İddiaçıya məxsus Dövlət Aktı TEKUİS məlumat bazasına əsasən 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsi ilə üçüncü şəxsə məxsus Çıxarışlarda göstərilən torpaq sahələrinin müəyyən bir hissəsi üst-üstə düşür. TEKUİS məlumat bazasında üçünçü şəxsə məxsus çıxarış sənədlərində göstərilən 0.3444 ha və 1.3265 ha torpaq sahələrinin cizgiləri mövcud olmadığına görə iddiaçıya məxsus JN 1587 Torpağa mülkiyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək olmamışdır. Üçüncü şəxslərə məxsus 0.3444 ha və 1.3265 ha torpaq sahələrinin cizgiləri TEKUİS məlumat bazasında öz əksini tapmadığına görə Çıxarışlar həmin kəndin kompleks yerquruluşu layihəsinə əsasən tərtib edilmişdir. X3 adına qeydə alınmış 0.3444 ha və 1.3265 ha torpaq sahələrinə dair çıxarışların koordinatları ilkin hüquqmüəyyənedici sənədlərlə eynidir. X3 faktiki istifadə etdiyi torpaq sahəsi 0.3444 ha və 1.3264 ha torpaq sahələrinə dair texniki səndələrdə göstərilən koordinatlar qismən üstüstə düşür.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı üçüncü şəxs Maraqlı şəxs mülkiyyətində olan, Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair hazırlanmış AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinə dair hazırlanmış A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqların düzəldilməsi, TEKUİS məlumat bazasına uyğun olaraq düzəldilərək iddiaçıya verilmiş Dövlət Aktında qeyd olunan 1587B cizgisində olan 0.34 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala İdarəsinin mütəxəssis rəyi təqdim olunmuşdur.Rəyə əsasən iddiaçıya məxsus JN 1587 Torpağa mülkiyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsinə dair aşağıdakı iki hal müəyyən edilmişdir: - iddiaçıya məxsus JN 1587 Torpağa mülkiyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsi üçüncü şəxs X3 adına qeydə alınmış 1.3265 ha torpaq sahəsinə dair çıxarışla üst-üstdə düşmür. - iddiaçıya məxsus həmin torpaq sahəsi üçüncü şəxsə məxsus Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışla qismən üst-üstdə düşür.
34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə üçüncü şəxs X9 əvvəlki iki mütəxəssis rəyində ziddiyətlər olması ilə baglı məhkəmə kollegiyasının 13 mart 2025-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinə DWG baza məlumatlarına əsasən, iddiaçıya məxsus torpaq sahəsinin harada yerləşməsi (koordinatları, istinad nöqtələri), kateqoriyası və AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, X5 mülkiyyətində olan, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsi və A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 1.3264 ha torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsi, əgər düşürsə hansı hissədə üst- üstə düşməsi haqqında məlumatların təqdim edilməsi barədə sorğu ünvanlamışdır.Qeyd edilən sorğuya verilmiş cavabda DWG baza məlumatlarına əsasən, iddiaçıya məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir və torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. DWG məlumatlarında AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, X5 mülkiyyətində olan, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsi və A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 1.3264 ha torpaq sahəsinin iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi və tərtib edilmiş yerquruluşu planından göründüyü kimi DWG məlumatlarına əsasən AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0.3444 ha torpaq sahəsi ilə 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsinin bir hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.
35. Göründüyü kimi iddiaçının mülkiyyətinə aqrar islahat zamanı JN-1587 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən 0.34 ha torpaq sahəsi verilmişdir. Həmin topraq sahəsinin 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsinin 0.0675 ha hissəsi üzərində isə X3 mülkiyyət hüququ qeydə alınaraq **********65 reyestr nömrəli çıxarış və AA seriyalı 545572 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin çıxarış və texniki sənəd “TEKUİS”ə əsasən tərtib edilmədiyindən faktiki istifadə vəziyyəti ilə uyğunsuzluqlar mövcuddur.
36. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.
37. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur.
38. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2-1(116)-529/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanlılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.