Məhkəmə qərarları › İş №2-1(107)-92/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-92/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-92/2021 05.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi iştirakı, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "adına olan Mingəçevir şəhər "Şəfa" kollektiv bağçılıq ərazisində yerləşən torpaq sahəsinə X3 İttifaqı Şurasının qərarı ilə X1 adına verilmiş, sonradan xx xxxx 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh adına verilməsi barədə qərarların və həmin torpaq sahəsinə kadastr sənədinin ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1387/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdeh qarşı "adına olan Mingəçevir şəhər "Şəfa" kollektiv bağçılıq ərazisində yerləşən torpaq sahəsinə X3 İttifaqı Şurasının qərarı ilə X1 adına verilmiş, sonradan xx xxxx 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh adına verilməsi barədə qərarların və həmin torpaq sahəsinə kadastr sənədinin ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1387/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "adına olan Mingəçevir şəhər "Şəfa" kollektiv bağçılıq ərazisində yerləşən torpaq sahəsinə X3 İttifaqı Şurasının qərarı ilə X1 adına verilmiş, sonradan xx xxxx 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh adına verilməsi barədə qərarların və həmin torpaq sahəsinə kadastr sənədinin ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1387/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1387/2020 saylı qərardadına əsasən mənim Cavabdeh qarşı adına olan Mingəçevir şəhər Şəfa Kollektiv bağçılıq ərazisində yerləşən torpaq sahəsinə X3 İttifaqı Şurasının qərarı ilə X1 adma verilmiş sonradan xx xxxx 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh adına verilməsi barədə qərarların və həmin torpaq sahəsinə kadastr sənədinin ləğv edilməsi tələbinə dair iddiası qeyri mümkün sayılmışdır. O, həmin qərardadla razı olmamaqla bərabər bildirir ki, mübahisələndirilən torpaq sahəsi onun istifadəsinə verilmiş və bu barədə adına bağ pasportu verilmişdi. Torpaq sahəsi faktiki istifadəsində olmuş və sonradan yaşlaşdığı üçün torpaq sahəsinə gedib-gələ bilməmişdir. Bundan istifadə dən Cavabdeh torpaq sahəni qonşuluqda olan torpaq sahəsinin daxilinə daxil edərək istifadə etməyə başlamışdır. O, da Mingəçevir şəhər məhkəməsində torpaq sahəsindən çıxartmaya dair iddia qaldırmışdı. İddiaya baxılarkən Cavabdeh adına DƏDRX-nin 17 saylı X7 tərəfindən verilmiş çıxarışı təqdim etdiyindən hazırki iddianı qaldırmışdır. Bildirir ki, onun vəkil tutmağa maddi imkanım yoxdur. Məhkəmə isə ona yardım göstərmək vəzifəsini yerinə yetirmək əvəzinə, formal olaraq ona müxtəlif məktublar ünvanlamışdır. Məhkəmə onu dəvət etmədən necə yardım göstərə bilərdi. Hesab edir ki, iddia tələbinin düzgün tərtib edilməsi ilə bağlı məhkəmə tərəfindən onu yardım göstərilməmişdir. Bu səbəbdən də o, iddianı düzgün tərtib edə bilməmişdir. Hesab edir ki, məhkəmə onu dəvət edərək mümkün iddia ilə bağlı yardımını faktiki həyata keçirdikdən sonra iddianın mümkünlüyünə baxa bilərdi. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1387/2020 saylı qərardadı ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsi və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1387/2020 saylı qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1387/2020 saylı qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.2-ci və 46.1.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, habelə iddiaçının (ərizəsinin) tələbi göstərilməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Sadalanan normalardan görünür ki, inzibati məhkəmə mübahisələndirmə haqqında iddiaya o halda baxa bilər ki, həmin iddiada mübahisələndirilən sənəd inzibati akt anlayışına cavab versin. Bu növ iddialarda cavabdeh qismində həmin inzibati aktı qəbul etmiş inzibati orqan iştirak etməlidir. İddiaçı iddiasında isə inzibati orqan olmayan X3 İttifaqı Şurasının qərarı mübahisələndirilmişdir. Eyni zamanda, cavabdeh qismində həmin orqan deyil, Cavabdeh adlı şəxs göstərilmişdir. Belə olan halda, həmin tələbə inzibati məhkəmədə baxıla bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsində deyilir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddianın ikinci hissəsi kadastr sənədinin ləğv edilməsindən ibarət olsa da, iddiada bu sənədin mahiyyəti, rekvizitləri göstərilmədiyinə görə iddiaçının hansı sənədin ləğvini istəməsi aydın deyil. Eyni zamanda, həmin tələbə cavab verməli olan inzibati orqan da iddiada göstərilməmiş, iddiaçının eyni tələblə hansısa inzibati orqana müraciət edibetməməsi işdən görünmür. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmiş və əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı xx.xx.2020-ci ildə birinci instansiya məhkəməsinə teleqram göndərərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X5 müraciət etdiyini bildirmiş, sənədləri əldə edənə kimi məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Bundan sonra birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının xx.xx.2020-ci il teleqramında neçə gün müddət tələb olunmasını qeyd etmədiyi onun diqqətinə çatdırılmış, bununla yanaşı, məhkəmənin xx.xx.2020ci il məktubunda iddiaçının diqqətinə çatdırılan digər məsələlərə münasibət bildirməsi üçün əlavə olaraq 20 gün müddət təyin edilmiş və əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə olunacağı barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsinin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2020-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan çatışmazlıqları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1387/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1387/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar