Məhkəmə qərarları › İş №2-1(107)-93/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-93/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-93/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X5 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X3 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1173/2021 nömrəli qərardadından İddiaçı apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X5 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X3 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi belə əsaslandırılmışdır ki, torpaq islahatı zamanı iddiaçı və onun ailəsinin mülkiyyətinə 0.20 ha həyətyanı, 1.22 ha pay torpağı, 1.02 ha bağ sahəsi verilmişdir. 1.02 ha bağ sahəsindən 0.67 ha bağ sahəsi iddiaçının 0.20 ha həyətyanı torpaq sahəsinə bitişikdir. Həmin torpaq sahəsi 1948-1950-ci illərdə valideynləri tərəfindən əkildiyi üçün kolxozdan alınacaq əmlak hesabına əmək tövhəsi əvəzinə iddiaçının ailəsinə (mərhum anası Soltanat Quniyevaya) verilmişdir. xx xxxx 1995-ci il tarixli Aktdan göründüyü kimi keçmiş “Şəfəq” adına kolxozunun YAİK-nın xx xxxxx 1995-ci il tarixli 04 saylı qərarına əsasən həmişəlik iddiaçının ailə üzvlərinin istifadəsində olan torpaqdan 1.02 ha-sı X2 verilmiş, qonşu torpaq mülkiyyətlərinin sərhədlərinə mərz nişanələri vurulmuşdur. İddiaçı mərhum anası Soltanat Quniyevanın qanuni vərəsəsi olaraq Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən X1 adına xx xxxx 2013-cü il tarixdə 221 nömrə ilə uçota alınaraq verilmiş AN seriyalı 460916 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin orqan çıxarışın verilməsindən imtina etmişdir. Belə ki, iddiaçının sənəd üzrə torpaq sahəsi 0.4715 ha göstərildiyi halda, faktiki istifadəsində olan torpaq sahəsi 0.5927 ha olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1173/2021 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hər ailə üzvünə nə qədər torpaq payının verilməsi olduğu barədə rayon Dövlət Arxivində məlumat olmadığından bu barədə məlumatın mümkün olmaması tam araşdırılmamış, iddiaçının hər iki məhkəmə instansiyasında təqdim etdiyi və işin həqiqi hallarını özündə əks etdirən sübutlar iş materiallarına qəsdən əlavə edilməyərək gizlədilmiş və işin həqiqi hallarını doğru araşdırmayan birinci instansiya məhkəməsi düzgün olmayan qətnamə qəbul etmişdir. Bununla da iş üzrə əsas sübutlar saxtalaşdırılmışdır. Bildirmişdir ki,iddiaçının mübahisələndirdiyi torpaq sahəsi naturada ölçülmüş, mübahisələndirilən 0.0610 ha torpaq sahəsi X4 adına tərtib olunmuş A№ 460917 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən cizginin daxilində yerləşir. İddiaçının mübahisələndirdiyi 0.0610 ha torpaq sahəsi naturada ölçülmüş, həmin mübahisələndirilən torpaq sahəsi 0.08 ha deyil, 0.0610 ha təşkil edir və 0.0610 ha torpaq sahəsi X4 adma tərtib olunmuş A№ 460917 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən cizginin daxilində yerləşir. Apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116) 1173/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadını ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116) 1173/2020 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara cavabdehin xx.xx.2018-ci il tarixli **********15 nömrəli imtina məktubu, A seriyalı 116002 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460918 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 116003 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460916 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 462442 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********26 nömrəli münasibət məktubu, üçüncü şəxsin xx.xx.2020-ci il tarixli etiraz məktubu aiddir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2-1(116)1173/2020 saylı, xx.xx.2020 tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq mümkün saymamışdır. Belə ki, hazırkı işdə ləğvi tələb edilən Zaqatala rayon AİK-nın Qərarı 2003-cü il 25 sentyabr tarixində qəbul edilmişdir. Göründüyü kimi Qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar -ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. İş materiallarında olan sənədləri araşdıraraq müəyyən olundu ki, iddiaçının ailə üzvlərinə hüquqmüəyyənedici sənədlər əsasında verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri yerindədir və həmin torpaq sahələrinin sənədləri məlumdur. Hazırda iddiaçı həmin torpaq sahələrindən əlavə olaraq ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin 3-cü şəxsə ayrıldığını əsas gətirərək ona məxsus plan ölçü sənədinin ləğvini tələb edir. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi əslində 3-cü şəxsə sənəd üzrə verilmiş torpaq sahəsidir. Belə ki, sözügedən torpaq sahəsi iddiaçıya verilmiş torpaq sahəsinin hüdudları daxilində deyildir. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsi sözügedən torpaq sahəsinin 3-cü şəxsə verilməsinə əsas olan sənədlərin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin onun qanuni istifadəsində olmasına dair məhkəməyə sübut təqdim etməmiş, əksinə həmin sahənin 3- cü şəxsin qanuni istifadəsində olması torpaq sahəsinin Planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan hal iş materilllarında olan sənəd və faktiki vəziyyəti əks etdirən sxematik planla təsdiq edilir. İş materiallarında olan sxematik plandan görünür ki, hazırda mübahisələndirilən torpaq sahəsi iddiaçıya verilən 4715 kv.metr torpaq sahəsi ilə həmsərhəddir və həmin ərazi sözügedən 4715 kv. metr torpaq sahəsinin daxilinə keçmir. İddiaçı tərəfindən ləğvi tələb olunan A seriyalı 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi düzgün tərtib olunmuş, qeyd olunan plan ölçü sənədi tərtib olunarkən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə müdaxilə edilməmişdir. İddiaçı anasının adına tərtib olunmuş plan ölçü sənədində qeyd olunan torpaq sahəsindən artıq torpaq sahəsi istifadə edir ki, onun da müəyyən hissəsi 3- cü şəxsin plan ölçü sənədində qeyd olunan sahə ilə üst-üstə düşür. Lakin qeyd olunan hal iddiaçıya 3-cü şəxsin qanuni tərtib olunmuş sənədinin ləğv edilməsini tələb etmək üçün hər hansı bir əsas vermir. Həmçinin mübahisəli torpaq sahəsinə dair iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün onun həmin torpaq sahəsinə mülkiyyət hüququ da qeydə alına bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi iddiaçı İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbinə dair iddiasını mümkün saymamaqda haqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1173/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar