Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-94/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X21 (bundan sonra mətndə cavabdeh) qarşı "X1 adına olan JN-043B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin sənəddə göstərilən 0,15 ha torpaq sahəsinin 0,05 ha hissəsinə iddiaçının, 0,05 ha hissəsinə mərhum anası X5 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-655/2019 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili X13 tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1990-cı ildə Göyçay rayon Xəlitli kəndində anadan olmuş və həmin ünvanda yaşayır. İddiaçının valideynləri X12 və X6 arasında olan nikah Göyçay Rayon Məhkəməsinin xx.xx.1998- ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçının anası X12 xx.xx.2010- cu ildə vəfat etmiş, atası X6 isə Göyçay rayon Xəlitli kəndində yaşayır. X5 miras əmlakı ilə bağlı xx.xx.2017-ci ildə iddiaçının adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Göyçay Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 20 nömrəli qərarına əsasən, X2 rayonun Xəlitli kəndində 0,06 ha torpaq sahəsi ayrılmışdır. Göyçay Rayon İcra Hakimiyyəti başçısının Yeniarx kənd ərazi nümayəndəliyinin Xəlitli kəndinə aid 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının 432-ci təsərrüfatlarında X6 ailə başçısı olmaqla öhdəsində 0,06 ha həyətyanı torpaq sahəsinin olması, ailə üzvləri kimi arvadı X10 (1958-ci il), oğlu İddiaçı (1990-cı il), arvadı X11 (1977-ci il), oğlu X3 (2000-ci il) göstərilmiş, arvadı X10 və oğlu İddiaçı barəsində olan məlumatların üstündən xətt çəkilmişdir. Göyçay Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş "Göyçay rayonunun Xəlitli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də 43-cü sətrdə X1 adı, ailənin tərkibi 1 nəfər, qanuni istifadəsində olan həyətyanı sahə isə 0,06 ha göstərilmişdir. Həmin siyahıda X4 və İddiaçı adları yoxdur. Üçüncü şəxs X1 adına JN-043B kod 40804019 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Həmin sənədə görə, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarına əsasən, onun mülkiyyətinə Göyçay rayon Xəlitli kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X21 ərizə ilə müraciət edərək həmin JN- 043B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsinə özünün, 0,05 ha hissəsinə mərhum anası X5 mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək xx.xx.2019cu il tarixli cavab məktubunda bildirmişdir ki, JN-043B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd olunan 0,15 ha torpaq sahəsinə dair hüquqlarını təsdiq edəcək hüquq müəyyənedici və texniki sənədlər ərizəyə əlavə olunmadığına görə ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, torpaq islahatı zamanı o və mərhum anası atası ilə bir evdə yaşamışlar. Bu səbəbdən də torpaq sahəsi həmin 3 nəfərin arasında bölünməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22 iddiaya dair xx.xx.2019-cu il tarixli etirazında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə İddiaçı və anası X7 həyətyanı torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilməmişdir. Üçüncü şəxs X6 məhkəməyə göndərdiyi ərizədə iddianı qəbul etmədiyini bildirmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-655/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X19rşı "X1 adına olan JN-043B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin sənəddə göstərilən 0,15 ha torpaq sahəsinin 0,05 ha hissəsinə iddiaçının, 0,05 ha hissəsinə mərhum anası X5 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyаsiyа şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməsini əsaslandıraraq qeyd etmişdir ki, Göyçay rayonu Xəlitli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahəslərinə dair cədvəl tərtib edilərkən nə iddiaçınn nə də onun mərhum anasının adının həmin cədvələ daxil edilmədiyi müəyyən edilmişdir. Halbu ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.1998-ci il tarixli qərarı qeyd edilən cədvəl tərtib edildikdən yəni 2000-ci ildən iki il əvvəl tərtib edilmişdir. Qeyd edilən sübutlar onu təsdiq edir ki, iddiaçının və onun mərhum anasının mübahisə predmeti olan 0,15 ha həyətyanı torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı və onun nümayəndəsi X13 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçı və onun nümayəndəsi və vəkili X8 iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Məmmədov ilkin Allahverdi oğlu bildirdi ki, cavabdeh orqana təqdim edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə iddiaçı və onun mərhum anasının adı qeyd edilmədiyində görə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Məhəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 bildirdi ki, həyətyanı torpaq sahəsinə dair Şəhadətnamədə yalnız onun adı qeyd edilmişdir, keçmiş mərhum arvadı ilə arasında olan nikah pozulmuş, yaşadıqları ev məhkəmənin qərarı ilə iki yerə bölünmüş, həmin evdə yaşamışdlr. Buna baxmayaraq o iddiaçıya dəfələrlə həyətyanı torpaq sahəsinin digər iki övladları ilə bərabər aralarında bölünməsini, adambaşına 3 sot, yəni 9 sot, qalan 6 sotun isə onunla hazırkı həyat yoldaşının istifadəsində qalmasını təklif etmişdir. İddiaçı buna razı olmamışdır. O yenə də eyni fikirdədir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara - Göyçay Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 20 nömrəli qərarı; - Göyçay Rayon İcra Hakimiyyəti başçısının Yeniarx kənd ərazi nümayəndəliyinin Xəlitli kəndinə aid 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabından arayış; - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********58 nömrəli məktubu ilə təqdim edilən "Göyçay rayonunun Xəlitli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"; -Torpağın mülkiyyətə verilməsinə dair JN-043B kod 40804019 nömrəli şəhadətnamə aiddir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları və faktları da nəzərə alır. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxsə təqdim olunduğu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. Məhkəmə kollegiyası iddianın mümkünlük şərti ilə bağlı bildirir ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. İddia mümkün iddiadır. Belə ki, iddiaçı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2018-ci il tarixli məktubla iddiaçının tələbinin təmin edilməsindən imtina edilmiş, həmin qərarda iddiaçının hansı orqana şikayət verməsi qaydası və müddəti göstərilməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə Göyçay rayonu Xəlitli kəndində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsi üçüncü şəxs X2 verilmiş və onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-043B kod 40804019 nömrəli şəhadətnamə hazırlanmışdır. Həmin siyahıda X4 və İddiaçı adları yoxdur. İddiaçı 0,15 ha torpaq sahəsinin 0,05 ha sahəsi onun adına və 0,05 ha hissəsi isə mərhum anasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı müəyyən edilir ki, iddiaçının valideynləri X12 və X6 arasında olan nikah Göyçay Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçının anası X12 xx.xx.2010- cu ildə vəfat etmiş, atası X6 isə Göyçay rayon Xəlitli kəndində yaşayır. X5 miras əmlakı ilə bağlı xx.xx.2017-ci ildə iddiaçının adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Göyçay Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 20 nömrəli qərarına əsasən, X2 rayonun Xəlitli kəndində 0,06 ha torpaq sahəsi ayrılmışdır. Göyçay Rayon İcra Hakimiyyəti başçısının Yeniarx kənd ərazi nümayəndəliyinin Xəlitli kəndinə aid 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının 432-ci təsərrüfatlarında X6 ailə başçısı olmaqla öhdəsində 0,06 ha həyətyanı torpaq sahəsinin olması, ailə üzvləri kimi arvadı X10 (1958-ci il), oğlu İddiaçı (1990-cı il), arvadı X11 (1977-ci il), oğlu X3 (2000-ci il) göstərilmiş, arvadı X10 və oğlu İddiaçı barəsində olan məlumatların üstündən xətt çəkilmişdir. Bundan əlavə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********58 nömrəli məktubu ilə təqdim edilən "Göyçay rayonunun Xəlitli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də 43-cü sırada yalnız X1 adı qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, qeyd edilən cədvəl 2000-ci ildə təsdiq edilmiş, lakin Göyçay Rayon Aqrar İslahat Komissiyasının qərarı xx.xx.1998-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi cədvəl X9 qərarından 2 il sonra tərtib edilsə də, həyətyanı torpaq sahəslərinin mülkiyyətçiləri müəyyənləşdirilmiş və müvafiq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-043B kod 40804019 nömrəli şəhadətnamədə isə yalnız üçüncü şəxsin adı qeyd edilmişdir. Məhkəmə kollegiyası hazırkı vəziyyətdə iddiaçının və onun mərhum anasının həyətyanı torpaq sahəsi üzərində payının olub-olmamsını araşdırarkən qeyd edilən həyətyanı torpaq sahəsinin birgə mülkiyyətdə olmadığını müəyyən etmişdir. Aqrar islahat Komissiyasının qərarının qanuniliyini araşdırmamışdır. Belə ki, hazırkı vəziyyətdə iddiaçının ilkin olaraq cavabdeh inzibati orqana müraciəti mövcud torpaq sahəsi üzərində mövcud hüquqların iddiaçının və onun mərhum anasının adına qeydə alınması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hazırkı vəziyyətdə isə iddiaçıya yeni iddia tələbinin irəli sürməsi, yeni cavabdehin müəyyən edilməsi və sair hallarla bağlı yeni tələbin irəli sürməsində yardım göstərməyi və iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etməmişdir. Belə ki, iddia dəyişdirildiyi təqdirdə iddiaçının ilkin olaraq cavabdeh müəyyən edilməli, belə halda cavabdeh hər bir halda hazırkı iş üzrə cavabdeh olmayacaq, həmçinin məhkəməyə müraciət etməzdən əvvəl həmin orqana müraciəti və qanunda qeyd edilən digər hallar olmalıdır ki, həmin iddia mümkün sayılsın. Bundan əlavə iddiaçı aqrar islah komissiyalarının həmin qərarının qəbul edilməsindən xeyli müddət keçməsini nəzərə almalıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə görə, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Torpaq islahatı ilə əlaqədar yerquruluşu işləri dövlət tərəfindən maliyyələşdirilir. Məhkəmə kollegiyası hesаb edir ki, birini instansiya məhkəməsi hazırkı iddia tələbi ilə bağlı işi hərtərəfli araşdırmış və yekunda düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyаsı yekunda belə nəticəyə gəlir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilməməli, birinci instаnsiyа məhkəməsinin qərаrı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı nümayəndəsi və vəkili X8 аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-655/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-94/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-94/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver