Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-95/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “21 yanvar 1984-cü il tarixdən 25 iyul 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində məşqçi müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2- 1(116)-1311/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “21 yanvar 1984-cü il tarixdən 25 iyul 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində məşqçi müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur. O, 21 yanvar 1984-cü il tarixdən 25 iyul 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində məşqçi müəllim işləmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan sözügedən müəssisənin uzun müdət fəaliyyətinin olmamasını, müəssisəyə aid olan sənədlərin Dövlət Arxivində saxlanılmadığını, əmək haqqı arayışının əldə edilə bilmədiyini əsas gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 08.09.2020-ci il tarixli **********0 nömrəli məktubda qeyd edilir ki, iddiaçının pensiya hüququ 15.03.2020-ci il tarixdən yaranmışdır. İddiaçının mübahisəli iş stajı 9 il 6 ay 4 gün, mübahisələndirilməyən iş stajı isə 16 il 2 ay 13 gün təşkil edir. İddiaçının tələbində qeyd edilən müəssisədə iş stajı 9 il 6 ay 4 gün təşkil edir. İddiaçının arxiv arayışına əsasən sosial sığorta stajı olmadığından qarşılıqlı yoxlama aktının tərtib edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 22 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1311/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “21 yanvar 1984-cü il tarixdən 25 iyul 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində məşqçi müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1311/2020 nömrəli qərarını qanunsuz və əsassız hesab etmişdir. Bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarında onun konstitusiya ilə qorunan əmək və vətəndaş hüquqlarını kobud surətdə pozulmuşdur.Qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 №-li qərarı ilə "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1" təsdiq edilmişdir. Bu kitabça Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29 noyabr 2005-ci il tarixli, 3204 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Həmin kitabçaya əsasən müəssisə və ya təşkilatın sənədlərinin saxlanılması və arxivə verilməsi vəzifəsi həmin müəssisə və ya təşkilat rəhbərinin və ştatlı arxiv müdirinin vəzifəsinə daxildir. Ona görə də Yevlax "Məhsul" KKİC rayon şurası nəzdində "Qələbə" kolxozu Uşaq-Gənclər İdman Məktəbinin əmr kitabları və əmək haqqı sənədlərinin arxivə verilməməsi üçün cavabdehlik daşımıram. Yol verilmiş bu qanunsuzluğa nəzarət etməli olan dövlət orqanının səhlənkarlığı üçün də o hər hansı bir cavabdehlik daşımır. Qeyd etmişdir ki, Şəki inzibati Məhkəməsinin 2-1(116)-1311/2020 nömrəli 22.10.2020-ci il tarixli qərarı ilə istinad etdiyi hallar və təqdim etdiyi sübutlarla əlaqədar olaraq İddiaçı “21 yanvar 1984-cü il tarixdən 25 iyul 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində məşqçi müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin gəldiyi nəticənin əsaslı və qanunun tələblərinə uyğun olduğunu qeyd etmişdir.İddiaçı iddia ərizəsində 21 yanvar 1984-cü il tarixdən 25 iyul 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində məşqçi müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Şöbə tərəfindən iddiaçının 21.01.1984-cü il tarixdən 25.07.1993-cü il tarixədək Yevlax rayonu, X6 Məktəbində işləməsi həmin müəssisənin uzun müddət fəaliyyəti olmadığına, müəssisəyə aid olan sənədlərin Dövlət Arxivində saxlanılmadığına, əmək haqqı arayışının əldə edilə bilməməsinə görə həmin illərin sosial sığorta stajına qəbul edilməsi mümkün olmadığından imtina edilmişdir. Göründüyü kimi, cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının pensiya hüququ 15.03.2020-ci il tarixdən yaranmışdır. İddiaçının mübahisəli iş stajı 9 il 6 ay 4 gün, mübahisələndirilməyən iş stajı isə 16 il 2 ay 13 gün təşkil edir. İddiaçının tələbində qeyd edilən müəssisədə iş stajı 9 il 6 ay 4 gün təşkil edir. İddiaçının arxiv arayışına əsasən sosial sığorta stajı olmadığından qarşılıqlı yoxlama aktının tərtib edilməsi mümkün olmamışdır. İddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək pensiyaları haqqında AR Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından göründüyü kimi, iddiaçının mübahisələndirilməyən iş stajı 16 il 2 ay 13 gün təşkil edir. İddiaçının Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində işlədiyi dövr tərəfimizdən mübahisələndirilir ki, bu da 9 il 6 ay 4 gün müddəti əhatə edir. Qeyd olunanlardan da göründüyü kimi əgər iddiaçının tələbində qeyd etdiyi iş müddəti onun sosial sığorta stajına daxil edilərsə, tələb olunan 25 il sığorta stajı tamamlanmış olacaqdır (16 il 2 ay 13 gün mübahisələndirilməyən staj + mübahisəli 9 il 6 ay 4 gün = 25 il 8 ay 17 gün). Eyni zamanda iddiaçının əmək kitabçasında tələbdə qeyd olunan müəssisədəki i$ dövrünə aid qeydlərdə qaralamalar aşkar edilmişdir. Belə ki, əmək kitabçasının 4-cü səhifəsində 4-cü qeyddə işə girmə tarixində (ildə) düzəliş edildiyi açıq aşkar müəyyən olunur. İsə girmə tarixi 25.07.1992-ci iidə düzəliş edilərək, yəni 1992-ci il 1993 edilmiş, həmçinin işə girmə əmrinin tarixi də müvafiq olaraq 1992-ci il 1993 edilmiş, beləliklə də, iddiaçının tələb olunan stajının tamamlanması üçün lazım olan bir il müddət qeyd edilən düzəlişlər əsasında formalaşdırılmışdır. Əslində isə düzəliş edilməmiş müddət nəzərə alınsa, iddiaçının 16 il 2 ay 13 gün mübahisələndirilməyən staj + mübahisəli 8 il 6 ay 4 gün = 24 il 8 ay 17 gün stajı olur ki, bu da tələb olunan 25 il stajdan azdır. Həmçinin iş materiallarına əlavə edilmiş X3 filialının 06.08.2020-ci il tarixli 154 nömrəli arxiv arayışından müəyyən edilmişdir ki, Yevlax “Məhsul" KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbinin əmr kitabları və əmək haqqı sənədləri X4 təhvil verilmədiyindən iddiaçının həmin müəssisədəki is stajının müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1311/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1311/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1311/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin 10.08.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu, X3 filialının 06.08.2020-ci il tarixli 154 nömrəli arxiv arayışı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, cavabdehin 08.09.2020-ci il tarixli **********0 nömrəli məktubu, iddiaçının tələbə bileti, hərbi bileti və qiymət kitabçasının təsdiq edilmiş surəti aiddir. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(116)- 1311/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “21 yanvar 1984-cü il tarixdən 25 iyul 1993-cü il tarixədək Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində məşqçi müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. Belə ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddiaçının mübahisələndirilməyən iş stajı 16 il 2 ay 13 gün təşkil edir. İddiaçının Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində işlədiyi dövr cavabdeh orqan tərəfindən mübahisələndirilir ki, bu da 9 il 6 ay 4 gün müddəti əhatə edir. Qeyd olunanlardan da göründüyü kimi əgər iddiaçının tələbində qeyd etdiyi iş müddəti onun sosial sığorta stajına daxil edilərsə, tələb olunan 25 il sığorta stajı tamamlanmış olacaqdır. (16 il 2 ay 13 gün mübahisələndirilməyən staj + mübahisəli 9 il 6 ay 4 gün = 25 il 8 ay 17 gün). Məhkəmə kollegiyasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçının əmək kitabçasında tələbdə qeyd olunan müəssisədəki iş dövrünə aid qeydlərdə qaralamalar aşkar edilmişdir. Belə ki, əmək kitabçasının 4-cü səhifəsində 4-cü qeyddə işə girmə tarixində (ildə) düzəliş edildiyi açıq aşkar müəyyən olunur. İşə girmə tarixi 25.07.1992-ci il düzəliş edilərək, yəni 1992-ci il 1993 edilmiş, həmçinin işə girmə əmrinin tarixi də müvafiq olaraq 1992-ci il 1993 edilmiş beləliklə də iddiaçının tələb olunan stajının tamamlanması üçün lazım olan bir il müddət qeyd edilən düzəlişlər əsasında formalaşdırılmışdır. Əslində isə düzəliş edilməmiş müddət nəzər alınsa, iddiaçının 16 il 2 ay 13 gün mübahisələndirilməyən staj + mübahisəli 8 il 6 ay 4 gün = 24 il 8 ay 17 gün stajı olur ki, bu da tələb olunan 25 il stajdan azdır. Həmçinin iş materiallarına əlavə edilmiş X3 filialının 06.08.2020-ci il tarixli 154 nömrəli arxiv arayışından müəyyən edilmişdir ki, Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbinin əmr kitabları və əmək haqqı sənədləri X4 təhvil verilmədiyindən iddiaçının həmin müəssisədəki iş stajının müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 21 yanvar 1984-cü il tarixdən 25 iyul 1993-cü il tarixədək müddətdə Yevlax “Məhsul” KKİC rayon şurası nəzdində Qələbə kolxozu X6 Məktəbində işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1311/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1311/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-95/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-95/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver