Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-96/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəki İnzibati Məhkəməsinin 2-1(84)-847/2014 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Mingəçevir şəhəri 7 saylı çörək zavodunun arxa hissəsində yerləşən 0,06 ha bağ torpaq sahəsinə adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İradəsinin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08.09.2014-cü il tarixli 2-1(84)-847/2014 nömrəli qərarı ilə (hakim: Kənan Vəliyev) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin üzərinə Mingəçevir şəhəri 7 saylı çörək zavodunun arxa hissəsində yerləşən 0,06 ha bağ torpaq sahəsinə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə üzərinə Mingəçevir şəhəri 7 saylı çörək zavodunun arxa hissəsində yerləşən 0,06 ha bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi qoyulmuşdur. Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın 31.03.2015-ci il tarixli 2-1(107)-12/2015 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08.09.2014-cü il tarixli 2-1(84)-847/2014 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 17.06.2015-ci il tarixli 2-1(102)-776/2015 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08.09.2014-cü il tarixli 2-1(84)-847/2014 nömrəli qərarı qanuni qüvvəsini almış və 27.07.2015-ci il tarixli müşayiət məktubu ilə qərardan çıxarış icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə göndərilmişdir. Qərarın icra olunmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Rəisinin 27.08.2015-ci il tarixli **********97 nömrəli məktubunda 08.09.2014-cü il tarixli 2-1(84)-847/2014 nömrəli ərarın mümkünlüyünün araşdırılması və qanunamüvafiq qaydada tədbirlərin görülməsinin təmin ediləcəyi qeyd olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli 2-1(84)847/2014 nömrəli qərardadı ilə inzibati iş üzrə icra sənədi verilməklə qərarın icrasının Yevlax rayon icra və probasiya şöbəsinə tapşırılması qərara alınmış və müvafiq icra vərəqəsi verilmişdir. İcra vərəqəsində borclu qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi, tələbkar qismində İddiaçı qeyd edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mİngəçevir şəhər şöbəsinin ləğv edilməsi ilə əlaqədar icra vərəqəsi icra edilməmişdir. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 2-1(84)-847/2014 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Mingəçevir şəhəri 7 saylı çörək zavodunun arxa hissəsində yerləşən 0,06 ha bağ torpaq sahəsinə adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İradəsinin üzərinə qoyulması” tələbinə dair inzbiati iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mİngəçevir şəhər şöbəsi - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Həmin qərardaddan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 35.02.2015-ci il tarixli 453 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Bununla əlaqədar olaraq fərmanda nəzərdə tutulan səlahiyyətlər aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Lakin hüquqi varis kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbələrinin səlahiyyətləri həmin fərmanda Əmlak Məsələləri Dövlət Komitəsi göstərilməklə məhz konkret şəkildə Daşınmaz Əmalkın Dövlət Reyestri Xidmətinin ərazi idarələri nəzərdə tutulmur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 2- 1(84)-847/2014 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tələbkar məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2-1(84)-847/2014 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, iş üzrə cavabdeh qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi artıq ləğv edilmişdir. Buna görə də icra sənədində qeyd edilmiş “Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması səlahiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(84)-847/2014 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli 453 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, 2.1-ci bəndinə əsasən isə ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür; 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2- 1(84)-847/2014 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-847/2014 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-96/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-96/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver