Məhkəmə qərarları › İş №2-1(107)-96/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-96/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-96/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, X14, X31 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, üçüncü şəxs Məmmədov Elşad Cəmil oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, X9, X21, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X24, Məmmədov Elşad Cəmil oğlu) “mülkiyyət hüququna dair qeydiyyatın ləğvi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-1(083)-49/2019 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı2, X31 və İddiaçı3 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən işə açıq şifahi məhkəmə baxışı iclasında baxılmışdır. İşin halları Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10 may 2012-ci il tarixli, 144 saylı sərəncamı ilə İddiaçı1 500 kv.m., 27 iyun 2012-ci tarixli, 336 saylı sərəncamı ilə İddiaçı3 500 kv.m., 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamı ilə X25 400 kv.m., 30 yanvar 2013-cü il tarixli, 54 saylı sərəncamı ilə X11 500 kv.m., 30 yanvar 2013-cü il tarixli, 55 saylı sərəncamı ilə İddiaçı2 500 kv.m. torpaq sahəsində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş və həmin torpaq sahələrinin yerində ölçülüb vətəndaşlara təhvil verilməsi, inşa ediləcək fərdi yaşayış evinin Eskiz layihəsinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmasının vətəndaşa tapşırılması qərara alınmışdır. Həmin şəxslərin onlara ayrılmış torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evlərinin Eskiz layihələri Gəncə şəhərinin baş memarı tərəfindən təsdiq edilmişdir. Mübahisəli 0,209686 ha torpaq sahəsinin də daxil olduğu 1,31 ha torpaq sahəsinin əks olunduğu Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktına əsasən həmin torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a saylı qərarı ilə X2. X37nda Faiq Şərifovun mülkiyyətinə verilmiş torpağın ümumi sahəsinin 1,31 ha olmaqla ayrı-ayrı ərazilərdə yerləşməsi, ona görə də torpaq sahəsinin üç ədəd müxtəlif planşetlərdə əks edilməsi müəyyən edilir. Sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən, 497 nömrəli konturda (planşetdə) 0,60 ha, 497A nömrəli konturda (planşetdə) 0,20 ha və 497D nömrəli konturda (planşetdə) 0,51 ha olması göstərilmişdir. X24 26 iyul 2007-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktının 497D nömrəli planşetində göstərilən 0,51 ha torpaq sahəsinin 0,24 ha hissəsini X12, 0,06 ha hissəsini X1. Həmin 0,51 ha torpaq sahəsinin qalan 0,209686 ha hissəsini isə 18 dekabr 2012-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Məmmədov Elşad Cəmil oğluna satmışdır. Qeyd olunan alğı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində Elşad Məmmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 aprel 2013-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış və eyni tarixli Torpaq sahəsinin planı və ölçüsü ilə rəsmiləşdirilmişdir. İddiaçıların müraciətinə cavab olaraq cavabdeh inzibati orqanın 26 may 2017-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, X15 adına Xanlar rayon Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli, 54a nömrəli qərarı ilə ləğv edilmiş DTXK-in Göygöl rayon şöbəsi tərəfindən verilmiş JN seriyalı 0497 nömrəli kod 50806018 olan "Torpağın mülkiyyətə verilməsinə” dair Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsi üzərində yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılarkən 18 iyul 2007-ci il tarixli, **********45 reyestr nömrəli torpaq sahəsinə dair verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş ilkin sənədin əsaslarında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin 0.209686 ha hissəsini 18 dekabr 2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alğı-satqı müqaviləsi əsasında əldə etmiş Məmmədov Elşad Cəmil oğlunun həmin torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 12 aprel 2013-cü il tarixli, ********** nömrəli ərizəsi ilə qeydiyyatı aparılarkən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcud uyğunsuzluqlar aradan qaldırılmadan hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-03/2017 saylı mülki iş üzrə 17 mart 2017-ci il tarixli qərardad ilə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı Gəncə LTİ tərəfindən verilmiş 19 iyun 2017-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 12 aprel 2013-cü il tarixli çıxarışa və **********28 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən Məmmədov Elşad Cəmil oğluna məxsus 0,209686 ha torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 12 aprel 2013-cü il tarixli çıxarışa əsasən Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazisində fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında 54 nömrəli 30 yanvar 2013-cü il tarixli sərəncamı ilə X11 ayrılmış torpaq sahəsinin 113 kv.m-i, 54 nömrəli 30 yanvar 2013-cü il tarixli sərəncamı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin 178 kv.m-i, 144 nömrəli 10 may 2012-ci il tarixli sərəncamı ilə İddiaçı1 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 336 nömrəli 27 iyun 2012-ci il tarixli sərəncamı ilə İddiaçı3 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 337 nömrəli 27 iyun 2012-ci il tarixli sərəncamı ilə X25 ayrılmış torpaq sahəsinin 419 kv.m-i üst-üstə düşür. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xanlar rayon Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a saylı qərarı əsasında X19 0.80 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair “ JN-497 saylı Dövlət Aktı tərtib edilmişdir. X37 iki konturdan- 497 A (0.20 ha) və 497(0.60 ha) konturlardan ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497D (0.51ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X24 JN seriyalı 497 nömrəli Dövlət Aktının 497D nömrəli konturunda qeyd olunan 0.51 ha torpaq sahəsindən 0.209686 ha hissəsini 18 dekabr 2012-ci il tarixli 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında Məmmədov Elşad Cəmil oğluna satmışdır. Qeyd olunan alğı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində Məmmədov Elşad Cəmil oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 12 aprel 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsi əvvəlki plan ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 metr sürüşmə ilə hal-hazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Məlumat üçün bildirilir ki, baza məlumatlarına istinadən araşdırma zamanı Dövlət Aktında qeyd olunan 0.51 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi başqa şəxslərə məxsus tikililərin, bir hissəsinin isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş DT və XK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X15 mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş (qaralanaraq sonradan yazılıb) olunmuşdur. Gənçə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-83/2015 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X9, X21, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, X19, Məmmədov Elşad Cəmil oğluna və Göygöl rayon Notariat Kontoruna qarşı Məmmədov Elşad Cəmil oğlunun adına verilmiş 12 aprel 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın( seriya RX 0157346) və həmin reyestr nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədinin etibarsız hesab edilməsi tələbi təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(014)-1531/2015 nömrəli qətnaməsi ilə cavabdeh Məmmədov Elşad Cəmil oğlunun apellyasiya şikayəti təmin edilmiş və Gənçə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-83/2015 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2126/2016 nömrəli qərarı ilə, iddiaçıların kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(014)-1531/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, xx-xx/2019 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı Məmmədov Elşad Cəmil oğlu cavabdehlər Nümayəndə3 İslam oğluna qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Göygöl rayonu Quşqara kəndi (hazırkı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi “Əriklik bağı”) ərazisində yerləşən 0,209686 ha torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2013-cü il tarixli, 2(044)- 1336/2013 nömrəli qərardadı ilə mülki iş üzrə əsl olmayan cavabdeh Nümayəndə3 İslam oğlu əsl cavabdehlər İddiaçı1, İddiaçı2, X14, X10 və X26 ilə əvəz edilmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli, 2(044)- 1336/2013 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər İddiaçı1, X14, İddiaçı2, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan X31 və İddiaçı3 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli, 2(044)-1336/2013 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2017-ci il tarixli, 2(104)-03/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli, 2(044)-1336/2013 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Göygöl rayonu Quşqara kəndində yerləşən (hazırda Gəncə şəhəri Nizami rayonunun inzibati ərazisinə daxildir) və iddiaçı Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsinin cavabdehlər İddiaçı1, İddiaçı2, X31, İddiaçı3 və X14 tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş evlərin (tikililər) cavabdehlər İddiaçı1, İddiaçı2, X31, İddiaçı3 və X9 vəsaiti hesabına sökülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli, 2(102)-609/2018 nömrəli qərarı ilə cavabdehlər İddiaçı1, İddiaçı2, X31 və İddiaçı3 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2017-ci il tarixli, 2(104)-03/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2018-ci il tarixli, 2(104)-1870/2018 nömrəli qərardadı ilə mülki iş üzrə icraat iddiaçılar İddiaçı1, X14, İddiaçı2, X31 və İddiaçı3 cavabdeh DƏDRX-in 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X24 və Məmmədov Elşad Cəmil oğlu) qarşı Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-0497 KOD 50806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X15 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin Məmmədov Elşad Cəmil oğlunun adına aparılmış 12 aprel 2013-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır. İddiaçı Məmmədov Elşad Cəmil oğlu cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər İddiaçı1, X14, İddiaçı2, X31 və İddiaçı3) 10 may 2012-ci il tarixli 144 nömrəli, 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 27 iyun 2012-ci il tarixli 337 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli və 30 yanvar 2013-cü il tarixli 55 nömrəli sərəncamların etibarsız hesab edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(83)- 2312/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 may 2012-ci il tarixli 144 nömrəli, 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 27 iyun 2012-ci il tarixli 337 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli və 30 yanvar 2013-cü il tarixli 55 nömrəli sərəncamlar etibarsız sayılmışdır. Həmin qərardan cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti, həmçinin üçüncü şəxslər İddiaçı1, X14, İddiaçı2, X31 və İddiaçı3 apelyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 yanvar 2018- ci il tarixli, 2-1(104)-63/2018 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(83)-2312/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti, həmçinin üçüncü şəxslər İddiaçı1, İddiaçı2, X31 və İddiaçı3 kassasiya şikayətləri verərək, apellyasiya instansiyasi məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2018-ci il tarixli, 2-1(102)-1077/2018 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 yanvar 2018ci il tarixli, 2-1(104)-63/2018 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, kassasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli, 2-1(104)-40/2019 nömrəli qərardadı ilə inzibati iş üzrə icraat iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X24 və Məmmədov Elşad Cəmil oğlu) Göygöl Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-0497 KOD 50806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X15 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin Məmmədov Elşad Cəmil oğlunun adına aparılmış 12 aprel 2013-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır. İddiaçı Göygöl rayonu Qusqara Bələdiyyəsi cavabdeh X24 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktına əsasən cavabdeh X15 mülkiyyətində olan 1,31 ha torpaq sahəsinin 0,51 ha aid hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi; cavabdeh X15 mülkiyyətində olan Göygöl rayonu Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54A nömrəli qərarına əsasən alqı-satqı yolu ilə satılmış 0,80 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də iddiaçı Göygöl rayonu Quşqara bələdiyyəsinin sədri X27 cavabdeh X8 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, torpağın mülkiyyət hüququna dair JN-0491 KOD 50806018 nömrəli Dövlət Aktına əsasən cavabdeh X3 mülkiyyətində olan 1,72 ha torpaq sahəsinin 0,72 ha aid hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi, cavabdeh X3 mülkiyyətində olan Göygöl rayonu Quşqara bələdiyyəsinin 24 fevral 2006- cı il tarixli 14 nömrəli qərarına əsasən alqı-satqı yolu ilə satılmış 1,0 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadı ilə iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin sədri X16 cavabdeh X5 qarşı Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0491 nömrəli Dövlət aktının qismən etibarsız hesab edilməsinə dair 2(066)-358/2010 nömrəli mülki iş və Göygöl rayon Quşqara bələdiyyəsinin sədri X16 cavabdeh X19 qarşı Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktının qismən etibarsız hesab edilməsinə dair iddiası üzrə 2(066)- 359/2010 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2018 qətnaməsi ilə iddia tələbi təmin edilərək, X3 adına verilmiş Torpağa mülkiyyət hüququna dair 07 aprel 2006-cı il tarixli JN-0491 nömrəli Dövlət Aktının 0,72 ha torpaq sahəsi üzrə, X15 adına verilmiş Torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs Məmmədov Elşad Cəmil oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)-3463/2018 nömrəli qərardadı ilə mülki iş üzrə icraat iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh DƏDRX-in 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X24 və Məmmədov Elşad Cəmil oğlu) qarşı Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN seriyalı 0497 nömrəli (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X15 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin Məmmədov Elşad Cəmil oğlunun adına aparılmış 12 aprel 2013-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(104)-183/2020 nömrəli qərardadı ilə Göygöl rayon Quşqara bələdiyyəsinin sədri X16 cavabdehlər X5, X19 torpağın mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatı təzələnmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)- 183/2020 nömrəli iş üzrə iddiaçının vəkili Gəncə Apellyasiya Məhkəməsinin bütün hakimlərinə etiraz edərək işin baxılması üçün başqa apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 dekabr 2020-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı Göygöl rayonu Quşqara Bələdiyyəsinin cavabdehlər X8, X24 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı “dövlət aktının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)- 410/2021 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi qismən, yəni “X15 adına verilmiş torpağın mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli, JN-0497, KOD 50806018 nömrəli Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin cavabdehə münasibətdə iş üzrə icraata xitam verilmiş, tərəflərə (o cümlədən hüquqlarına toxunan şəxslərə) hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək, müraciətləri həmin orqan tərəfindən həll olunmadığı (hərəkət və ya hərəkətsizliyi) təqdirdə isə məhkəmə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021 -ci il tarixli, 2(102)-2957/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-410/2021 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Göygöl rayon Quşqara Bələdiyyəsinin cavabdehlər X5 və X19, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı iddialar rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)-2149/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il i tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı Göygöl rayon Quşqara Bələdiyyəsinin cavabdeh X19, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “X15 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006cı il tarixli, JN-0497, KOD 50806018 saylı Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0497 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin X15 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0.209686 ha hissəsinin Məmmədov Elşad Cəmil oğlunun adına aparılmış 12 aprel 2013-cü il tarixli reyestr qeydiyyatında yol verilmiş səhvlərin və uyğunsuzluğun aradan qaldırılaraq düzəliş edilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə olunmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-0497 kod 50806018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin X15 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0.209686 ha hissəsinin Məmmədov Elşad Cəmil oğlunun adına aparılmış 12 aprel 2013-cü il tarixli, ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə olunmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən fərdi yaşayış evləri üçün torpaq sahələri əldə edərək orada yaşayış evləri inşa etdirmişlər. Üçüncü şəxs Elşad Məmmədov qanunsuz sənədlər əldə etməklə onlara qarşı iddialar qaldırmışdır. Halbuki üçüncü şəxslərin sənədləri düzgün tərtib edilməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair ” JN-497 saylı Dövlət Aktı iki konturdan 497A (0.20ha) və 497 (0.60 ha) konturlardan ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497 D(0.51 ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X24 JN-497 Dövlət Aktında qeyd olunan 497D( 0.51 ha) torpaq sahəsindən 0.209686 ha hissəsini 18 dekabr 2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alğı-satqı müqaviləsi əsasında Elşad Məmmədova satmışdır. Qeyd olunan alğısatqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində Elşad Məmmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 12 aprel 2013cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsi əvvəlki plan ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 m sürüşmə ilə hal-hazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Baza məlumatlarına istinadən araşdırma zamanı Dövlət aktında qeyd olunan 0.51 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi başqa şəxslərə məxsus tikililərin, bir hissəsinin isə ümumi istifadə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş DT və XK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X15 mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş olunmuşdur. Eyni zamanda X19 Quşqara bələdiyyəsi tərəfindən 0.80 ha torpaq sahəsi satılmışdır, həmin torpaq sahəsi ayrı yerdə, ayrı konturlar altında yerləşməklə iddiaçılar tərəfindən tikilmiş evlərdən tamamilə kənarda yerləşir, 0.80 ha torpaq sahəsi neçə illər əvvəllər digər şəxslərə satmışdır. Saxtalaşdırılmış 0.51 ha torpaq sahəsinin əvvəldən heç bir yeri olmamış, sonradan onların tikdirdiyi evlərin altındakı torpağın üzərinə əsassız sənədləşdirilmişdir. Cavabdeh inzibati orqanın Gəncə İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 22 avqust 2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli Dövlət Aktında qeyd olunan, hal-hazırda mübahisə predmeti olan 497 D nömrəli konturun Dövlət Aktına sonradan əlavə olunduğu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilən zaman 3 saylı Ərazi İdarəsinə təhvil verilmiş elektron xəritə materiallarında 497 D nömrəli konturun öz əksini tapmadığı müəyyən edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2-1(083)-49/2019 nömrəli iş üzrə qəbul etdiyi 30 may 2019-cu il tarixli qərarı ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, işin hallarından məlum olduğu kimi Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 144 saylı sərəncamı ilə İddiaçı1 500 kv.m, xx.xx.2012-ci tarixli 336 saylı sərəncamı ilə İddiaçı3 500 kv.m, xx.xx.2012-ci il tarixli 337 saylı sərəncamı ilə X25 400 kv.m, xx.xx.2013-cü il tarixli 54 saylı sərəncamı ilə X11 500 kv.m, xx.xx.2013-cü il tarixli 55 saylı sərəncamı ilə İddiaçı2 500 kv.m torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş və həmin torpaq sahələrinin yerində ölçülüb vətəndaşlara təhvil verilməsi qərara alınmışdır. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 838 nömrəli məktubunda göstərilir ki, “Əriklik” və “Əriklik bağı” adlanan ərazilər inzibati ərazi vahidi kimi mövcud olmayan və hüdudları mövcud olmayan, əhali tərəfindən bu cür adlandırılan qeyri-rəsmi yer adıdır. İşin mübahisəsiz halıdır ki, iddiaçılar mübahisə predmetinə aid torpaq sahələrini Gəncə şəhər Nizami rayon İcra hakimiyyətinin 2012-2013-cü illərdə qəbul etmiş olduğu sərəncamlar əsasında əldə etmişlər. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahələri hazırkı iş üzrə üçüncü şəxslərin mülkiyyəti kimi qeydə alınmışdır. İşin mübahisəli halları bu qeydiyyatla bağlı yaranmışdır. Ona görə də həmin qeydiyyatın ləğv edilməsini tələb etmişlər. Məhkəmə qeyd edir ki, 1996-cı ildə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə torpaq sahələri üzərində yeni hüquq münasibətləri və mülkiyyət növləri yaranmışdır. Bundan sonra bir sıra qanunlar qəbul edilərək torpaq qanunvericiliyinin möhkəm hüquqi bazası yaradılmışdır. O cümlədən xx.xx.2001-ci il tarixdə qəbul edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsinin hüquqi əsasları dəqiq müəyyən edilmişdir. Həmin Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.3.1-ci maddəsinə əsasən fərdi yaşayış və bağ evlərinin tikintisi üçün torpaq sahələri haqqı ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi vətəndaşlar fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələrini bələdiyyə orqanının qərarı və həmin orqanla bağlanmış müqavilə əsasında əvəzini ödəməklə əldə edə bilərlər. Bu kimi torpaq sahələrinin verilməsi barədə başqa bir orqana qanunla səlahiyyət verilməmişdir. Qeyd olunanlarla bərabər hazırkı mübahisəyə münasibətdə preyudisial xarakter daşıyan və iş üzrə əhəmityyətli faktları müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qəraları mövcuddur. Belə ki, iddiaçılar İddiaçı1, X9, İddiaçı2, X21 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dğvlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, X19, Məmmədov Elşad Cəmil oğluna və Göygöl rayon Notariat Kontoruna qarşı “F.Şərifovun adına verilən qeydiyyat nömrəsi ********* olan, xx.xx.2007-ci il tarixli MN ******* saylı çıxarışın və xx.xx.2007-ci il tarixli AA 000426 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, cavabdeh F.Şərifovla E.Məmmədov arasında xx.xx.2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alğısatqı müqaviləsinin və müqaviləyə əsasən E.Məmmədovun adına verilmiş xx.xx.2013-cü il tarixli **********28 nömrəli (Seriya RX 0157346) çıxarışın və həmin reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin etibarsız hesab edilməsi” barədə tələbləri mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-1531/2015 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində göstərilir: “məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə massivi, “Əriklik bağı” adlanan ərazidə 0,209686 ha torpaq sahəsi (“Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli 518-İVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli sərəncamına kimi Göygöl rayonu, Quşqara kənd inzibati ərazi vahidinə daxil olan) Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* saylı xx.xx.2007-ci il tarixli MH ******* seriyalı Çıxarış əsasında X15 xüsusi mülkiyyətində olmuş, sonradan mülkiyyətçi tərəfindən xx.xx.2012-ci il tarixli AN-İ ******* (4Ə-3-836) saylı alqı-satqı müqaviləsi əsasında 20000 manat müqabilində Məmmədov Elşad Cəmil oğluna satılmış və sonuncunun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli Seriya № ******* (reyestr nömrəsi **********28) nömrəli çıxarış verilmişdir. Həmçinin iş materiallarında olan DT və XK-nin Hüquq şöbəsinin böyük məsləhətçisi yerquruluşu mühəndisi Etibar Əliyev tərəfindən verilmiş rəydən aydın olur ki, RX ******* nömrəli çıxarış əsasında Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 144 saylı sərəncamı ilə İddiaçı1, xx.xx.2012-ci tarixli 336 saylı sərəncamı ilə İddiaçı3, xx.xx.2012-ci il tarixli 337 saylı sərəncamı ilə X25, xx.xx.2013-cü il tarixli 54 saylı sərəncamı ilə X11, xx.xx.2013-cü il tarixli 55 saylı sərəncamı ilə İddiaçı2 Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür və həmin torpaq sahəsi İddiaçı1, X14, İddiaçı2, X31 və İddiaçı3 tərəfindən zəbt edilmişdir. İddiaçılar qanuni əsaslarla əldə olunmuş sənədlərin etibarsızlığı barədə iddia qaldırmışlar.” Göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə üçüncü şəxslərin adına olan sənədlərin qanuni əsaslarla əldə edilməsi, həmçinin RX ******* nömrəli çıxarış əsasında Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsinin Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 144 saylı sərəncamı ilə İddiaçı1, xx.xx.2012-ci tarixli 336 saylı sərəncamı ilə İddiaçı3, xx.xx.2012-ci il tarixli 337 saylı sərəncamı ilə X25, xx.xx.2013-cü il tarixli 54 saylı sərəncamı ilə X11, xx.xx.2013-cü il tarixli 55 saylı sərəncamı ilə İddiaçı2 Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidən fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməsi faktı müəyyən edilmişdir. Hətta mübahisə predmetinə aid torpaq sahəsinin İddiaçı1, X14, İddiaçı2, X31 və İddiaçı3 tərəfindən istifadələri qanunsuz sayılmaqla “zəbt edilmə” kimi qiymətləndirilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2126/16 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilir: “iş materialları ilə təsdiq olunur ki, cavabdeh E.Məmmədovun RX ******* nömrəli çıxarış əsasında mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixə kimi Göygöl rayonu, Quşqara kənd inzibati ərazisinə daxil olmuşdur. Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti başçısının Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən iddiaçılara fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi ilə bağlı sərəncamlar xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmişdir.Göründüyü kimi həmin sərəncamlar verilən zaman mübahisəli torpaq sahəsi inzibati ərazi vahidi kimi Göygöl rayonu, Quşqara kəndinə aid olmüşdur. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, həmin sərəncamların verilməsində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti səlahiyyətli olmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evlərinin yerləşdirilməsinə dair sərəncamları özüözlüyündə torpaq sahəsi üzrə hüquqmüəyyənedici sənədlər kimi qəbul oluna bilməz”. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının həmin qərarında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evlərinin yerləşdirilməsinə dair sərəncamlarına münasibət bildirilərək bu aktların torpaq sahələri üzrə hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsinin yolverilməz olması vurğulanmışdır. Həmin iş üzrə proses iştirakçılarıın dairəsi ilə hazırkı iş üzrə şəxslərin dairəsi, həmçinin mübahisə predmetinə aid torpaq sahəsi eynidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisələndirilən qeydiyyatlar hüquqi sənədlər hesab edilən, tarix və nömrələri yuxarıda qeyd edilmiş olan dövlət aktı, çıxarış və müqaviləyə uyğun olaraq əsaslı aparılmışdır. Qanuni və əsaslı aparılmış qeydiyyatın ləğvi barədə cavabdeh orqanın üzərinə öhdəlik qoyula bilməz. Həmçinin bu ləğvetmə iddia qaldırmış şəxsin pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpasına xidmət etmiş olmalıdır. İddiaçılar torpaq sahələrini qanuni əsaslarla əldə etmədiklərindən hüquqların pozulması halından söhbət gedə bilməz. Yəni, yaranmayan və mövcud olmayan hüquqların pozulması və ya mübahisələndirilməsi halları da baş verə bilməzdi. Hüquq mövcud olmalıdır ki, ona toxunulması da mümkün olsun. Qeyd olunanlar iddia tələbinin qanuni əsasının olmaması halını da aşkara çıxarır. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, həmin müddəa iddiaçı tərəfin cavabdeh tərəfə qarşı nəyi isə tələb etməsinə hüquqi cəhətdən imkan yaratmış olsun. İddiaçılar mövcud qeydiyyatların onların maraqlarına toxunmuş olmasını hesab etsələr də, bu maraq da qanundan irəli gələn olmalıdır. Qanunvericilik hər cür mənafe və maraqların deyil, yalnız qanundan irəli gələn mənafe və maraqların müdafiəsinə və qorunmasına təminat verir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 52, 69.5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3, 4.1, 8.0.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, X31 və İddiaçı3 birlikdə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2020 nömrəli iş üzrə qəbul etdiyi 22 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) iddiaçılar İddiaçı1, İddiaçı2, X31 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-1(83)-49/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilərək cavabdeh inzibati orqanın üzərinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod ********) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X15 adına 18 iyul 2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi və həmin 0,209686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Elşad Cəmil oğlunun adına 12 aprel 2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə, yəni “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod ********) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X15 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın həmin torpaq sahəsinin 0,30 hektarının qeydiyyatının ləğv edilməsi hissəsində təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əli Quliyev, İddiaçı3 və Səadət Qocayeva sözügedən torpaq sahələrini müvafiq səlahiyyətlərə malik olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sərəncamları əsasında qanunauyğun olaraq əldə etmişlər və həmin sərəncamlarla iddiaçılara torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmişdir. Həmin sərəncamlar ləğv edilməmiş və ya etibarsız sayılmamışdır, hazırda qüvvədədir. Bundan sonra iddiaçılar Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sərəncamları ilə onlara verilən icazə əsasında qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq prosedur qaydalara riayət etməklə orada fərdi yaşayış evləri tikmişlər və həmin evlərdə də yaşayırlar. Onların tikdirdikləri evlər yuxarıda göstərildiyi qaydada qanunvericiliyin tələbinə uyğun inşa edildiyinə görə özbaşına tikinti hesab edilə bilməz. İddiaçılar həmin evləri tikərkən hər hansı şəxs və ya inzibati orqan tərəfindən onlara etiraz edilməmiş, o cümlədən onların tikinti apardıqları torpaq sahəsinin digər şəxsin mülkiyyətində olması, həmin torpaq sahəsində ev tikilməsinin qanunsuz olması ilə bağlı xəbərdarlıq edilməmişdir. Belə olan halda iddiaçıların qanuna uyğun olaraq inşa etdirdikləri fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin mülkiyyətdə olması ilə bağlı digər şəxslərin (üçüncü şəxslər Elşad Məmmədovun və Faiq Şərifovun) adına daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən aparılmış qeydiyyatlar iddiaçıların hüquqlarını pozur. Üçüncü şəxs Məmmədov Elşad Cəmil oğlu kassasiya şikayəti, daha sonra kassasiya şikayətinə əlavə verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2/2022 nömrəli iş üzrə qəbul etdiyi 21 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – İ.Hüseynov (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və K.Bədəlov) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət iddianın rədd edilən hissəsinə münasibətdə mümkün sayılmamışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılara aid torpaq sahələrinə dair sərəncamlar hər hansı orqan tərəfindən ləğv edilməmiş, qüvvəsinə xitam verilməmiş və ya etibarsız sayılmamışdır, hal-hazırda qüvvədədirlər. İddiaçılar Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə onlara verilən icazə əsasında qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq prosedur qaydalara riayət etməklə orada fərdi yaşayış evləri inşa etmişlər və həmin evlərdə də yaşayırlar. Həmin evlər özbaşına tikinti hesab edilə bilməzlər. İddiaçılar həmin evləri inşa edərkən hər hansı şəxs və ya inzibati orqan tərəfindən onlara etiraz edilməmiş, o cümlədən, onların tikinti apardıqları torpaq sahələrinə digər şəxsin və ya şəxslərin əşya hüquqlarının olması, həmin torpaq sahəsində ev tikilməsinin qanunsuz olması ilə bağlı xəbərdarlıq edilməmişdir. Beləliklə, iddiaçıların inzibati orqanla aralarındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam mövcud olmuşdur. Bu etimadın iddiaçılar tərəfindən qanunsuz hərəkətlərə əsaslandıqlarına dair işdə məlumat yoxdur. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı isə qanunla qorunur. Digər tərəfdən üçüncü şəxs hesab edir ki, 0,209686 ha torpaq sahəsi 6 fevral 2013-cü il tarixə kimi Göygöl rayonu, Quşqara kənd inzibati ərazisinə daxil olduğundan iddiaçılara torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamların verilməsində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti səlahiyyətli olmamışdır. Üçüncü şəxs bu dəlilin əsası kimi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (21 dekabr 2012-ci il, № 518-İVQ) 3.5-ci maddəsinə və həmin Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2013-cü il tarixli, 2704 №-li Fərmanına istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının hazırkı iş üzrə 2018-ci il 28 fevral tarixli, 2-1(102)-456/18 nömrəli qərarında ifadə olunmuş mövqeyə görə, iddiaçılara torpaq sahələrinin yerində ölçülüb təhvil verilməsi barədə Sərəncamların məzmununun düzgün təfsir və ya şərh olunması üçün həmin sərəncamlar digər hallarla yanaşı, həm də Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 saylı sərəncamı ilə əlaqəli tədqiq olunmalıdır. Belə ki, həmin sərəncamlarda eyni torpaq sahələrinin nəzərdə tutulub-tutulmadığı aydın deyil. Bu halın araşdırılması (həm də xüsusilə) 1995-ci və 2012, 2013-cü illərdə qəbul edilmiş sərəncamlarda göstərilən torpaq sahələrinin eyni inzibati əraziyə aid olub-olmadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamları ilə iddiaçılara təhvil verilmiş torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər X13 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı ilə ayrılmış 10 ha və ya Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış 2.3 ha torpaq sahələrinin hüdudları daxilində olduğunun müəyyən edildiyi halda, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 2012, 2013-cü illərdə qəbul etdiyi sərəncamlar həmin 21 iyul 1987-ci il tarixli 12 №-li qərardan və 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamdan törəmədir və həmin aktların icrasını təmin edir. Başqa sözlə, həmin sərəncamları qəbul etməkdə icra hakimiyyəti səlahiyyətli olmuşdur. İddiaçılara verilmiş torpaq sahələri Gəncə (keçmiş Kirovabad) şəhər X13 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı və Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış torpaq sahələrinin tərkibində olmasa belə, lakin dövlət mülkiyyətinə (o cümlədən, üçüncü şəxsin istinad etdiyi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Qanunla Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmiş torpaq sahəsinə münasibətdə) aid olduqları halda, bu, dövlət orqanı tərəfindən verilmiş “tikintiyə icazə barədə” sərəncamların etibarsızlığına (hüquqi nəticələr yaratmayan inzibati akt) deyil, qanunsuzluğuna (hüquqi nəticə yaradan inzibati akt) səbəb ola və mübahisələndirmə haqqında iddia vasitəsi ilə ləğv edilə bilər. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)- 03/2017 saylı mülki iş üzrə 17 mart 2017-ci il tarixli qərardad ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı Gəncə LTİ tərəfindən verilmiş 19 iyun 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışda və **********28 reyestr nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən Məmmədov Elşad Cəmil oğluna məxsus 0,209686 ha torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidə fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) dair 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə X11 ayrılmış torpaq sahəsinin 113 kv.m-i, 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin 178 kv.m-i, 144 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə X6 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 336 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı3 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 337 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə X25 ayrılmış torpaq sahəsinin 419 kv.m-i üst-üstə düşür. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəydə mübahisəli torpaq sahələrinin qismən – cəmi 1710 (113+178+500+500+419) kv.m üst-üstə düşdüyü qeyd olunsa da, apellyasiya instansiyası məhkəməsi 0,209686 ha torpaq sahəsinə aid hissədə iddianı tam həcmdə, həm də hər bir iddiaçıya aid sahənin üst-üstə düşən hissələrinin yerləşmə vəziyyətlərini göstərmədən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2018 qətnaməsinə də istinad etmişdir. Həmin qətnamə ilə X15 adına verilmiş Torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət olunmuşdur. 88. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)-2149/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il i tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsinin ləğv edildiyi, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı Göygöl rayon Quşqara Bələdiyyəsinin cavabdeh X19, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “X15 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli, JN-0497, KOD 50806018 saylı Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edildiyi nəzərə alınmalı, iddianın əsaslılığı işin digər faktiki hallarına uyğun yoxlanılmalı və qiymətləndirilməlidir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)- 2149/2022 nömrəli qərarında məhkəmə kollegiyası iddianın rədd edilməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan 298-ci maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddətinin ötürüldüyünü qeyd etmişdir. Başqa sözlə, qərarda bilavasitə iddia tələbinin maddi-hüquqi əsaslarına qiymət verilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamları ilə iddiaçılara təhvil verilmiş torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər X13 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı ilə ayrılmış 10 ha və ya Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış 2.3 ha torpaq sahələrinin hüdudları daxilində olub-olmadığı da daxil olmaqla, yuxarıda qeyd edilən halların araşdırılaraq qiymətləndirilməsi, İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir. İddianın rədd edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarı ilə üçüncü şəxsin hər hansı tələbi rədd edilmədiyindən və ya onun hüquqlarına müdaxilə olunmadığından şikayət həmin hissədə mümkünsüz hesab edilməlidir. Apellyasiya baxışının hədləri. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və Ali Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla qeyd edir ki, hazırki inzibati mübahisəyə “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod ********) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X15 adına 18 iyul 2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi və həmin 0,209686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Elşad Cəmil oğlunun adına 12 aprel 2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi” hissəsində baxmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi qətnamədə işin mübahisəsiz halı kimi qeyd etdiyi faktı, yəni mübahisə predimetinə aid olan torpaq sahələri üzrə mübahisənin yaranmasının ardıcıllığını bilərəkdən dəyişdirmişdir. Məhkəmə qətnamənin 3-cü səhifəsinin 3-cü abzasında“ səhv olaraq qeyd etmişdir ki, “işin mübahisəsiz halıdır ki, iddiaçılar mübahisə predimetinə aid torpaq sahələrini Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 2012- 2013-cü illərdə qəbul etmiş olduğu sərəncamlar əsasında əldə etmişlər. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahələri hazırkı iş üzrə 3-cü şəxslərin mülkiyyəti kimi qeydə alınmışdır. İşin mübahisəli halları bu qeydiyyatla bağlı yaranmışdır. Ona görə də, həmin qeydiyyatın ləğv edilməsini tələb etmişlər.” Məhkəmənin gəldiyi bu nəticə düzgün deyildir. Yəni, iddiaçılara sərəncamlar verilən vaxt həmin torpaq sahələri heç kəsin, o cümlədən 3cü şəxslər Faiq Şərifovun və ya Elşad Məmmədovun mülkiyyəti kimi qeydə alınmamışdır. 3-cü şəxslərin həmin torpağa dair qeydiyyatı Sərəncamlardan xeyli sonra qeydə alınmışdır. Torpaq sahəsində ev tikilməsinin lahiyələşdirilməsi ilə bağlı İddiaçı1 xx.xx.2012ci ildə sərəncam verilmiş, bundan xeyli sonra 3-cü şəxs Faiq Şərifova 2012-ci ilin dekabr ayında, Elşad Məmmədova isə 2013-cü ilin aprel ayında çıxarışlar verilmişdir. Bu isə o deməkdir ki, boş torpaq sahələrinə sərəncamlar verilmiş, orada evlər tikildikdən xeyli sonra, cavabdeh təşkilat qanun pozuntularına yol verməklə artıq yüklü olan və evlər tikilmiş mübahisəli torpaq sahələrinə çıxarış verməklə qanun pozuntusuna yol vermişdir.Bundan sonra məhkəmə “Torpaq islahatı haqqında” Qanuna və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun müvafiq maddələrinə istinad edərək, dolayısı yolla əsaslandırmaq istəmişdir ki, icra hakimiyyətinin sərəncamları əsasında tikdirdikləri evlərin hüququ əsasları yoxdur. Hesab edirlər ki, bu hissədə məhkəmə prosessual pozuntuya yol vermiş, iddianın mahiyyətindən kənara çıxaraq, onların iddia tələbi üzrə mübahisə predmeti olmayan məsələni müzakirə etməklə, mübahisəni məqsədli qarışdırmışdır. 2013-cü ildən məhkəmə mübahisələri başlayan vaxtdan məhkəmələrin nəzərinə çatdırmışlar və çatdırırlar ki, İcra Hakimiyyəti başçısının sərəncamlarının tam hüquqi əsaslı olub-olmaması Elşad Məmmədovla onların arasında mübahisə predmeti ola bilməz. Çünki birincisi Elşad Məmmədov və əvvəlki mülkiyyətçi Faiq Şərifov əvvəlcədən bilirdilər ki, Quşqara bələdiyyəsinin 2005-ci ildə Faiq Şərifova satdığı 0.80 ha torpaq sahəsi tamam başqa yerdə olmaqla, həmin torpağın onların mübahisələrinə aidiyyatı yoxdur. X32 bələdiyyəsinin qərarını saxtalaşdırılmaqla, həmin 0.80 ha torpaq sahəsindən kənarda 0.51 ha (497D konturlu) torpaq sahəsinin sənədlərini saxtalaşdırmaqla əldə etmişdir. Bundan sonra 2010-cu ildə Quşqara bələdiyyəsi Göygöl Rayon Məhkəməsində iddia qaldırmış, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Faiq Şərifovun sənədləri həmin 0.51 ha torpaq sahəsinə aid hissədə etibarsız sayılmışdır. Buna baxmayaraq Faiq Şərifov 2012-ci ilin dekabr ayında, hazırkı işdə cavabdeh olan DƏDRX-in 3 saylı Ərazi İdarəsinin işçilərinin köməyi ilə sənədləri məhkəmə qərarı ilə etibarsız sayılmış həmin 0.51 ha torpaq sahəsinin 0.20 ha hissəsinə (iddiaçıların evlərinin altında olan torpağa) dair qanunsuz çıxarış almış və həmin qanunsuz çıxarışla iddiaçıların evlərinin altındakı torpaq sahəsini Elşad Məmmədova satmış, Elşad Məmmədov isə bu qanunsuzluqlardan xəbəri ola-ola mübahisəli torpaq sahəsini almış və 2013-cü ildə onlara qarşı məhkəmə mübahisəsi qaldırmışdır. Yəni ilkin mübahisə 2013-cü ildə iddiaçılar tərəfindən deyil, Elşad Məmmədov tərəfindən onlara qarşı qaldırılmışdır.Göründüyü kimi, məhkəmə işin bu əhəmiyyətli hallarını düzgün qiymət vermək əvəzinə, qətnamədə formal olaraq qeyd etmişdir ki, guya iddiaçılara sərəncamlar verildikdən sonra iddiaçılara məlum olmuşdur ki, torpaq sahələri 3-cü şəxslərin mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə ilə bağlı preyudisial xarakter daşıyan və iş üzrə əhəmiyyətli faktları müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Bundan sonra məhkəmə onların iddiaları əsasında baxılmış Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə və həmin qətnaməni qanuni qüvvəsində saxlayan Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarına əsaslanmışdır. Məhkəmə həmin qərarlara əsaslanmaqla, onların iddia tələbinin əsaslarına və mübahisənin mahiyyətinə göz yummuş, yeni əsaslarla qaldırdıqları iddia tələblərini köhnə əsaslar üzrə müzakirə edib nəticəyə gəlməklə, kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmə nəzərdən qaçırmışdır ki, iddiaçıların cavabdehə qarşı hazırkı iddianı qaldırmalarına səbəb, mərkəzi orqanlara ünvanladığı çoxsaylı əsaslı şikayətlərdən sonra cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinin özünün səhvini etiraf etməsi olmuşdur. Onlar iddia ərizəsində də göstərmişlər ki, cavabdeh təşkilat onlara ünvanladığı xx.xx.2017-ci il tarixli imtina məktubunda da, tələblərinin düzgünlüyünü etiraf etmiş və qeyd etmişdir ki, torpaq sahəsinin plan və ölçüsünün ilkin sənədləri onlar tərəfindən düzgün hazırlanmamışdır. Bu isə o deməkdir ki, cavabdeh iddianı etiraf etmişdir. Məhkəmə bu əsasla təqdim etdikləri sübutları bir kənarda qoyaraq, mübahisə üzrə iddia tələbinin əsaslarını müzakirə etməyərək, yalnız köhnə məhkəmə qərarlarında, əvvəlki əsaslarla müəyyən olunmuş sübutlara əsaslanaraq qərar qəbul etməklə ciddi prosessual pozuntuya yol vermişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsində onların bu işinə baxılan zaman əvvəlki hakim Rəşad Mamedov tərəfindən 02 oktyabr 2018-ci il tarixli qərarla iş üzrə ekspertiza təyin edilmiş, rəy verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in mütəxəssislərinin iştirakı ilə Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. X30 sədrliyi ilə işə baxılarkən, onlar qərarla təyin edilmiş ekspertiza rəyinin alınmasını tələb etmişdir. Hakim isə bir tərəfli mövqe tutmuş, hətta onlara öz fikrini əvvəldən bildirmişdir ki, “Elşad Məmmədovun alğısatqı müqaviləsi olduğu halda, iddiaçıların onun çıxarışını ləğv etdirməyə hüquqları yoxdur”. Bundan sonra onlar vəsatət verərək, Göygöl Rayon Məhkəməsinin 2010-cu il tarixli qətnaməsi ilə etibarsız sayılmış Faiq Şərifovun 0,51 ha (497D konturlu) torpaq sahəsinin 2012-ci ilin dekabrında reyestrdən yeni çıxarış verilənədək harada olmasının müəyyən olunması üçün tikinti-texniki və torpaqşünaslıq ekspertizasının aparılmasını xahiş etmişlər. Həmin vəsatətlərində göstərmişlər ki, bu iş üzrə əvvəl iki dəfə ekspertiza aparılmışdır. Birinci ekspertiza 09 aprel 2015-ci il tarixində, ikinci ekspertiza 19 iyun 2017ci il tarixində tərtib olunmuşdur. Məhkəmə prosesində hər iki rəyi hakimə təqdim etmişlər. Nəzərə çatdırmışlar ki, 19 iyun 2017-ci il tarixli rəydə birmənalı olaraq göstərilmişdir ki, Faiq Şərifov tərəfindən hazırda mübahisə predmeti olan 497D (0.51 ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materillarında öz əksini tapmamış və Dövlət Aktlarının qeydiyyat kitabında Faiq Şərifovun mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş edilməklə (qaralanaraq sonradan yazılmaqla) qeydiyyat aparılmışdır. Məhkəməyə təqdim etdikləri həmin əsaslandırılmış vəsatət və rəylərə əhəmiyyət verilməmiş və hakim tərəfindən qərar qəbul edilərkən müzakirə edilib qiymət verilməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “ləğvetmə, yəni qeydiyyatın ləğvi, iddia qaldırmış şəxsin pozulmuş və yaxud mübahisələndirmiş hüquqlarının bərpasına xidmət etməlidir. İddiaçılar torpaq sahələrini qanuni əsaslarla əldə etmədiklərindən hüquqularının pozulmasından söhbət gedə bilməz”. Bundan sonra, məhkəmə fəlsəfi fikirlərlə qeyd etmişdir ki, “yaranmayan və mövcud olmayan hüquqların pozulması və ya mübahisələndirilməsi halları baş verə bilməz. Hüquq mövcud olmalıdır ki, ona toxunulması da mövcud olsun”. Hesab edirlər ki, məhkəmənin qeyd etdiyi bu hüquqi və fəlsəfi fikirlər təqdirəlayiq olsa da, onların mübahisə üzrə cavabdeh və 3-cü şəxslərə deyil, onlara münasibətdə tətbiq edilməklə, məhkəmə tərəfindən haqsızlığa və birtərəfliliyə yol verilmişdir. Eyni zamanda məhkəmə bu fikirləri qeyd etməklə, işə birtərəfli yanaşdığını açıq-aydın biruzə vermişdir. Bir daha hazırkı mübahisə üzrə onlara və cavabdehlə 3-cü şəxslərə aid aşağıdakı təkzib olunmaz faktlar və halları məhkəmənin diqqətinə çatdırmaqla, mübahisənin ədalətli həllini tələb edirlər. 2012-ci ilin may ayından başlamaqla, iddiaçılara heç bir mübahisəsi olmayan, dövlət qeydiyyatından keçməyən, Gəncə şəhərinin mərkəzi ərazilərinin birində yerləşən boş torpaq sahələrindən Gəncə şəhəri Nizami rayon icra hakimiyyəti başçısının sərəncamları əsasında iddiaçılara ev tikmək üçün lahiyələndirmə sənədləri verilmiş və onlar dərhal tikintiyə başlayaraq təqribən 1 il müddətində evlərini tikmişlər. Yəni onlar özbaşına deyil, Azərbaycan Respublikası Prezidentinin yerli nümayəndəsi olan icra başçısının müvafiq sərəncamlarından sonra, mübahisəsiz və boş torpaq sahələrində evlər tikmişlər. Bundan sonra 3-cü şəxs Faiq Şərifov saxtalaşdırılmış və 2010-cu ildə Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən, sənədləri etibarsız hesab edilmiş 0.51 (497D) ha torpaq sahəsinin 0.209686 ha hissəsinə yeni sənədlərinin hazırlanması üçün DƏDRX-in Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Ona imtina verilmişdir ki, arxiv sənədlərində qaralamalar və düzəlişlər olduğu üçün mümkün deyildir. Bundan sonra X36 İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Faiq Şərifova məxsus, yeri məlum olmayan 0.209686 (20sot) torpaq sahəsinin yerində müayinə olunması, torpaq sənədlərinin hazırlanması, torpaq sahəsi üzrə yüklülüyün olubolmamasına dair arayışın verilməsi vəzifəsi Göygöl Rayon Torpaq Şöbəsinə və Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Gəncə Ərazi İdarəsi və həmin vaxtı ləğv edilməmiş torpaq şöbəsi saxtalaşdırılmış ilkin sənədlərə və Göygöl Rayon Məhkəməsinin 2010-cu il tarixli qətnaməsinə göz yumaraq, guya Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə üzərlərinə vəzifə qoyulduğu bəhanəsi ilə saxtakarlıq edərək, həmin 0.209686 ha torpaq sahəsinin ilkin sənədlərini iddiaçıların evlərinin altındakı boş sahəyə işləmişlər və Faiq Şərifovun adına xx.xx.2012-ci ildə çıxarış vermişlər. Bundan 4 gün sonra, xx.xx.2012-ci ildə Faiq Şərifov həmin torpaq sahəsini notarius vasitəsi ilə Elşad Məmmədova satmışdır. 2012-ci ilin dekabr ayında Elşad Məmmədov əvvəlcədən bilərək və məqsədli olaraq üstündə iddiaçıların tikilmiş evləri olan torpaq sahəsinin sənədlərini almışdır. Cavabdeh təşkilat həmin xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsindən 4 ay keçdikdən sonra, xx.xx.2013-cü ildə Elşad Məmmədova çıxarış vermişdir. 10 gün ərzində verilməli olan çıxarışın 4 aydan sonra verilməsi də, onu göstərir ki, arxiv sənədlərində saxtakarlıqlar, qaralamalar və düzəlişlər olduğu üçün cavabdeh orqan çıxarış verməyə 4 ay tərəddüd etmişdir. 2012-ci ilin dekabr ayında alğı-satqıdan əvvəl Faiq Şərifova çıxarış verilərkən və 4 ay sonra isə 2013-cü ilin aprel ayında Elşad Məmmədova çıxarış verilərkən, cavabdeh təşkilat olan DƏDRX-in Gəncə Ərazi İdarəsi həmin 0.51 ha torpaq sahəsinin ilkin sənədlərinin ləğv edildiyini, ümumiyyətlə həmin torpaq sahəsinin Quşqara bələdiyyəsi tərəfindən Faiq Şərifova satılmadığını bildiyi halda, bununla əlaqədar arxiv sənədlərində kifayət qədər qeydiyyatlar olduğu halda, cavabdeh təşkilat və 3-cü şəxslər bilə-bilə bu qanunsuzluğa və haqsızlığa yol vermişlər. Əgər iş üzrə təsdiq olunursa ki, 2005-ci ildə X32 bələdiyyəsindən cəmi 0.80 ha torpaq sahəsi almasına baxmayaraq, həmin 0.80 ha torpaq sahəsindən əlavə 0.51 ha torpaq sahəsini sənədlərin saxtalaşdırılması yolu ilə əldə edirsə, sonradan 2010-cu ildə məhkəmə qətnaməsi ilə 0.51 (497D konturu üzrə) ha torpaq sahəsinə aid sənədlər ləğv edilirsə, bundan sonra 2012 və 2013-cü illərdə cavabdeh orqan və onun hüquqi sələfi olan rayon torpaq şöbəsi tərəfindən aparılmış qeydiyyatların düzgün olmaması və ilkin sənədlərin saxtalaşdırılması cavabdeh orqanın özü tərəfindən etiraf edilirsə, bu halda onların haqlı və əsaslı iddialarının məhkəmə tərəfindən başqa bəhanələrlə təmin edilməməsi qanuni və ədalətli hesab edilə bilməz. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz Məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən üçüncü şəxs Məmmədov Elşad Cəmil oğlu izahatında iddia tələbinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar və üçüncü şəxs X24 məhkəmə iclasına gəlməmişlər, cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Maddə 56.2. (xx.xx.2005-ci il tarixdə qüvvədə olan) Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məclləsi

Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarında qeyd edilən göstərişlərə uyğun olaraq, Məhkəmə, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamları ilə iddiaçılara təhvil verilmiş torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər X13 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı ilə ayrılmış 10 ha və ya Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış 2,3 ha torpaq sahələrinin hüdudları daxilində olub-olmadığını müəyyən etmək məqsədi ilə Gəncə şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına sorğular vermişdir. Sorğuda “3 №li tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çox mərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 10 hektar torpaq sahəsinin ayrılması haqqında” Gəncə şəhər X13 xx.xx.1987-ci il tarixli, 12 nömrəli Qərarının və həmin qərar əsasında ayrılan 10 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin, eyni zamanda “3 №li tikinti-quraşdırma icarə trestinin işçilərinə fərdi yaşayış və bağ evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdən 2,3 hektar torpaq sahəsinin ayrılması haqqında” Gəncə şəhər İcra Hakimiyyəti başçısının 20 dekabr 1995-ci il tarixli, 2915 saylı Sərəncamının və həmin Sərəncam əsasında ayrılan 2,3 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin Məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyətinin Məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda sənədlərin milli arxiv fonduna təhvil verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının, Məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavabında Gəncə şəhər X13 xx.xx.1987-ci il tarixli, 12 nömrəli Qərarının və Gəncə şəhər İcra Hakimiyyəti başçısının 20 dekabr 1995-ci il tarixli, 2915 saylı Sərəncamının təsdiq olunmuş surətləri Məhkəməyə göndərilsə də, cavab məktubunda qeyd olunmuşdur ki, torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər Dövlət arxivinin Gəncə filialına təhvil verilməmişdir. Bundan başqa, Məhkəmə tərəfindən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamlarının Gəncə şəhər İcra Hakimiyyəti başçısının 20 dekabr 1995-ci il tarixli, 2915 №-li sərəncamı əsasında qəbul olunubolunmamasına dair məlumatın verilməsi barədə Gəncə şəhər İcra Hakimiyyətinə sorğu verilmişdir. Məhkəmənin sorğusuna Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısının yuxarıda istinad edilən sərəncamlarının Gəncə şəhər İcra Hakimiyyəti başçısının 20 dekabr 1995-ci il tarixli, 2915 №-li sərəncamı əsasında qəbul olunub-olunmamasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamlarına əsasən iddiaçılara ayrılmış torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin Məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyətinin, Məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilən sərəncamlara əsasən iddiaçılara ayrılmış torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin Gəncə şəhər icra Hakimiyyətində olmadığından göndərilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları ilə iddiaçılara ayrılmış torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər X13 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı ilə ayrılmış 10 ha və ya Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış 2,3 ha torpaq sahələrinin hüdudları daxilində olması iş materialları ilə təsdiq olunmur. Göstərilənlərə əsasən müəyyən edilir ki, Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 144 saylı sərəncamı ilə İddiaçı1 500 kv.m, xx.xx.2012-ci tarixli 336 saylı sərəncamı ilə İddiaçı3 500 kv.m, xx.xx.2012-ci il tarixli 337 saylı sərəncamı ilə X25 400 kv.m, xx.xx.2013-cü il tarixli 54 saylı sərəncamı ilə X11 500 kv.m, xx.xx.2013-cü il tarixli 55 saylı sərəncamı ilə İddiaçı2 500 kv.m torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi və həmin torpaq sahələrinin yerində ölçülüb vətəndaşlara təhvil verilməsi qərara alınsa da, həmin torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən heç bir sənəd yoxdur(nə iddiaçılar tərəfindən məhkəmələrə təqdim edilmiş, nə də məhkəmə araşdırması zamanı əldə edilmişdir). Odur ki, Məhkəmə hesab edir ki, ayrılmış torpaq sahələrinin məhz iddiaçıların göstərdiyi və üzərində fərdi yaşayış evləri tikildiyi yer olmasını iddia etmək üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin 30 may 2019-cu il tarixli qərarı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, X31 və İddiaçı3 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-49/2019 nömrəli iş üzrə qəbul etdiyi 30 may 2019-cu il tarixli qərarı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod ********) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X15 adına 18 iyul 2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi və həmin 0,209686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Elşad Cəmil oğlunun adına 12 aprel 2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar