Məhkəmə qərarları › İş №2-1(107)-96/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-96/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-96/2025 30.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin onun mərhum atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024-cü il tarixli 2-1(116)-511/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 10, mənzil 2 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət kadastrı və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsi olaraq ünvan 2 ünvanındakı mənzilə dair Yevlax şəhər XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, 15 nömrəli orderə və digər sənədlərə əsasən çıxarış və texniki pasport verilməsini istəyir. Bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən tələbi təmin olunmamışdır.

3. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, təqdim edilən orderdən (surəti) göründüyü kimi sözügedən mənzil X3 DSU 4-ün müdiriyyəti və həmkarlar komitəsinin xx.xx.1981-ci il tarixli qərarı əsasında Yevlax şəhər XDS İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.1981-ci il tarixli, 15 nömrəli order əsasında verilmişdir. Mənzilin X3 verilməsinə dair əsas olmuş orderin və ya sözügedən protokolun mövcud olması barədə məlumat verilməsi üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax rayon Filialına müvafiq sorğu edilmiş və alınmış cavabda Yevlax şəhəri, Q Quliyev küçəsində yerləşən 10 nömrəli evin 2 nömrəli mənzilinə dair qərarın aşkarlanmadığı bildirilmişdir. Ona görə də hörmətli məhkəmədən iddia tələbinin rədd olunması barədə qərarın çıxarılmasını xahiş edirik.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı çıxışında həmin mənzildə uzun müddətdir ki yaşadıqlarını, həmin mənzilin mərhum atasına verildiyini, lakin ona dair orderin və orderin verilməsinə əsas olan qərarın aşkar olunmadığını bildirmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 2 aprel 2024-cü il tarixli 2- 1(116)-511/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. İddiaçı oğl həmin qərardan apellyasiya şikayəti vermişdir.

8. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 10, mənzil 2 ünvanında yerləşən yaşayış sahəsinin onun mərhum atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni mühüm faktiki hallara malik digər mənzillər (hansı ki, sakinlər atası ilə birlikdə eyni vaxtda, eyni şərtlərlə mənzil sahibi olmuşlar) cavabdeh inzibati orqan tərəfindən özəlləşdirilmişdir. Atası uzun illər DSU 4- İdarəsində (Yevlax Asfalt zavodunda) fəhlə işləmişdir və həmin mənzil də ona haqqı olaraq verilmişdir. ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin onun mərhum atası xx.xx.2013cü il tarixdə vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi ilə bağlı tələbi daha uğurlu ola bilərdi. Çünki işin mübahisə edilməyən halı ondan ibarədir ki, 27,4 kv.m yaşayış sahəsi olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə dair, atasının adına verilmiş 09 iyun 1981-ci il tarixli 15 nömrəli Order, atasına əlaqədar təşkilatlar tərəfindən, o cümlədən onun qanuni haqqı olaraq verilmişdir. Atası 1981-ci ildən 2013-cü ilədək, düz 32 il fasiləsiz orada yaşamışdır. İddiaçı da həmin ünvanda dünyaya gəlmişdir. Oradan məktəbə, həqiqi hərbi xidmətə getmişdir. Ailə həyatı qurmuşdur. Övladları həmin mənzildə dünyaya gəlib. Hazırda, məhkəmənin mənzilə dair verilmiş Orderi qeyri-mötəbər hesab etməsi qanunsuz və əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024-cü il tarixli 2-1(116)-511/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024-cü il tarixli 2-1(116)-511/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024cü il tarixli 2-1(116)-511/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2022-ci il tarixli, 321/10 nömrəli arxiv arayışı.

3. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2023-cü tarixli məktubundan görünür ki, Yevlax Rayon Xalq Deputatları sovetinin İcrakom İclas protokolları izlənilmiş, X2 adına Q.Quliyev küçəsi ev 10,2 nömrəli mənzilin qərarı aşkar edilməmişdir.

4. Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 10, 2 nömrəli mənzilinə dair tərtib edilmiş xx.xx.1981-ci il tarixli 15 nömrəli orderin surətindən görünür ki, order Yevlax şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli qərarı əsasında verilmişdir.

5. Yevlax ŞİHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 və onun arvadı X1 vəfat etmişdir.

6. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Q.Quliyev küçəsi, ev 10, mənzil 2 ünvanında yerləşən mənzilin yeni ünvanı Q.Quliyev küçəsi, ev 4B, mənzil 2 olmuş, həmin mənzil İddiaçı məxsusdur və hazırda İddiaçı həyat yoldaşı Nümayəndə, oğlu Turan Mürsəlzadə, qızı Aydan Mürsəlzadə və Fidan Mürsəlzadə ilə birlikdə yaşayır.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikasının Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 16.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

17. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının mərhum atası X2 iddia olunan mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. O, sağlığında qanunvericiliyin ona verdiyi hüquqdan yararlanmamış və özəlləşmədə iştirak etmək istəyinə dair cavabdeh orqana müraciət etməmişdir. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, orderin mötəbərliyi təsdiq olunmadığından və orderin verilmiş olduğu şəxs mənzilin özəlləşdirilməsi hüququndan istifadə etmədiyindən cavabdehin özəlləşdirməni aparmaqdan imtinası qanuni və əsaslı olmuşdur.

26. İş materiallarından görünür ki, mərhum X3 ünvan 2 ünvanındakı mənzilə Yevlax şəhər XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1981-ci il tarixli, 15 nömrəli order verilmişdir. İddiaçı həmin orderə əsasən mübahisə predmeti olan mənzilə dair çıxarış və texniki pasport verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən müraciətdən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilən orderdən (surəti) göründüyü kimi sözügedən mənzil X3 DSU 4-ün müdiriyyəti və həmkarlar komitəsinin xx.xx.1981-ci il tarixli qərarı əsasında Yevlax şəhər XDS İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.1981-ci il tarixli, 15 nömrəli order əsasında verilmişdir. Mənzilin X3 verilməsinə dair əsas olmuş orderin və ya sözügedən protokolun mövcud olması barədə məlumat verilməsi üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax rayon Filialına müvafiq sorğu edilmiş və alınmış cavabda Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən 10 nömrəli evin 2 nömrəli mənzilinə dair qərarın aşkarlanmadığı bildirilmişdir.

27. Belə ki, xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 10, mənzil 2 ünvanında yerləşən yaşayış sahəsinin onun mərhum atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunan şərt özəlləşdirmənin həyata keçirilməsi üçün mütləq və imperativ xarakter daşıyır. Həmin şərtin ödənilməməsi özəlləşdirmənin həyata keçirilməsini istisna edir.

29. Cavabdeh inzibati orqan imtina məktubunda göstərmişdir ki, təqdim edilən orderdən (surəti) göründüyü kimi sözügedən mənzil X3 DSU 4-ün müdiriyyəti və həmkarlar komitəsinin xx.xx.1981-ci il tarixli qərarı əsasında Yevlax şəhər XDS İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.1981-ci il tarixli, 15 nömrəli order əsasında verilmişdir. Mənzilin X3 verilməsinə dair əsas olmuş orderin və ya sözügedən protokolun mövcud olması barədə məlumat verilməsi üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax rayon Filialına müvafiq sorğu edilmiş və alınmış cavabda Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən 10 nömrəli evin 2 nömrəli mənzilinə dair qərarın aşkarlanmadığı bildirilmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız hesab edərək qeyd edir ki, Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən 10 nömrəli evin 2 nömrəli mənzilinə dair qərarın arxivdə aşkarlanmaması iddiaçının təqsirinə görə olmadığından şəxsin hüququnun pozulması ilə nəticələ bilməz.

31. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, iş materiallarında olan sənədlər və eyni zamanda Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli məktubundan da göründüyü kimi Q.Quliyev küçəsi, ev 10, mənzil 2 ünvanında yerləşən mənzilin yeni ünvanı Q.Quliyev küçəsi, ev 4B, mənzil 2 olmuş, həmin mənzil İddiaçı məxsusdur və hazırda İddiaçı həyat yoldaşı Nümayəndə, oğlu Turan Mürsəlzadə, qızı Aydan Mürsəlzadə və Fidan Mürsəlzadə ilə birlikdə yaşayır.

32. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

33. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, iddiaçıya iddia tələbinin nədən ibarət olması, arzuladığı hansı əlverişli aktın qəbul edilməsi ilə bağlı hüquqi yardım göstərmədən və işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmiş, bununla da İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinin onun mərhum atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024-cü il tarixli 2-1(116)-511/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinin onun mərhum atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar