Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-97/2024 14.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən bələdiyyəsinın 17 sentyabr 2004cü il tarixli 10 saylı qərarı ilə satılmış 0.90 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli 2-1(116)-2164/2023 nömrəli qərarından iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Balakən bələdiyyəsinın 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə satılmış 0.90 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2164/2023 nömrəli qərardadı ilə Balakən bələdiyyəsi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə İddiaçı ərizə ilə Balakən bələdiyyəsinə müraciət edərək Balakən bələdiyyəsinin mülkiyyətində olan perspektiv sahədən 0.90 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə xx.xx.2004-cü il tarixdə Balakən bələdiyyəsində baxılmış və Balakən bələdiyyəsinin 23 sentyabr 2004-cü il tarixli 84/1 nömrəli sərəncamı ilə Balakən bələdiyyəsinin mülkiyyətində olan balıq gölünün yerləşdiyi 0.90 torpaq sahəsinin ayrılması qərara alınmışdır. xx.xx.2004-cü il tarixdə iddiaçı Balakən bələdiyyəsinin sədrinin, Dövlət və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdirinin iştirakı, Torpağın alqısatqısına dair AKT tərtib edilmiş, həmin akt imza və möhürü ilə təsdiqlənmiş, həmin akt DTXK-nın Balakən rayon şöbəsində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2004-cü il tarixdə Balakən bələdiyyəsinin hesabına 0.90 ha torpaq sahəsi üçün 3430.80 manat ödəniş etmişdir. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, araşdırma zamanı Balakən rayon bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 saylı qərarına əsasən 0.90 ha torpaq sahəsinin alqı-satqı olunması haqqında iddiaçının əlavə etdiyi “Torpaqların alqı-satqısına dair Akt” sənədinin arxiv nüsxəsi ləğv edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən cavabdehə təhvil verilmiş arxiv fondunda aşkar edilməmişdir. Buna görə də ərizənin icrası mümkün olmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 noyabr 2023-cü il tarixli 2- 1(116)-2164/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Balakən bələdiyyəsinın 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə satılmış 0.90 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının həmin tarixli protokol qərarı ilə ərizə icraata qəbul edilmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən bələdiyyəsinın 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə satılmış 0.90 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin torpaq sahəsinin 0.05 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi mümkün sayılmamışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilmiş, həmin qərarın arxiv nüsxəsi də mövcud olmuşdur. Balakən bələdiyyəsinin 10 saylı protokolu 17 sentyabr 2004-cü il tarixli iclasın nəticələrini əks etdirmişdir. Həmin iclasa əsasən isə iddiaçıya torpaq sahəsinin ayrılması məsələsi gündəlikdə olmuş, müzakirəyə çıxarılmış və bələdiyyənin kollegial orqanı tərəfindən torpaq sahəsinin ayrılması təsdiq olunmuşdur. Göründüyü kimi inzibati orqan olan bələdiyyə tərəfindən iddiaçıya Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə torpaq sahəsinin ayrılması və ona bu barədə qərar və sərəncam verilmiş, torpaq sahəsinin iddiaçıya satılması iş materiallarında olan “Torpaqların alqısatqısına dair” xx.xx.2004-cü il tarixli aktla və digər sənədlərlə də öz təsdiqini tapmışdır. Həmçinin, İddiaçı Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə ayrılmış 0.90 ha torpaq sahəsinin xüsusiyyətlərinə dair mütəxəssis rəyində də müəyyən edilmişdir ki, iddia olunan torpaq sahələri iki hissədən ibarət olaraq naturada ölçülən 0.7342 ha və 0.5612 hektardır, iddia olunan 0.7342 ha torpaq sahəsinin 0.4597 ha hissəsi idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən Balakən rayonunun hüdudları daxilində su anbarları, nohurlar, 0.3116 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid uqodiyası tikinti altında olan torpaqlara, 0.0312 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid yollar və küçələrə, 0.1317 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid təmiz örüş sahəsi kimi işlənilmişdir, iddia olunan 0.5612 ha torpaq sahəsinin 0.55 ha hissəsi idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən Balakən rayonunun hüdudları daxilində su anbarları, nohurlar 0.0112 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid yollar və küçələrə, 0.05 ha hissəsi isə **********1 reyestr nömrəli çıxarışla X2 xüsusi mülkiyyətinə işlənmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisələndirilən 0.90 ha torpaq sahəsi verildiyi vaxt Balakən bələdiyyəsinin mülkiyyətində olmuş, həmin torpaq sahəsi 1991-ci ildə Balakən rayon X4 İcraiyyə Komitəsi tərəfindən Xeyriyyə kooperativinin sədri işləmiş İddiaçı icarəyə verilmiş, torpaq sahəsi istifadəyə yararsız olmuş, həmin torpaq sahəsində İddiaçı həmin ərazidə balıq gölü hazırlamışdır. Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarında da İddiaçı məxsus balıq gölünün yerləşdiyi 0.90 ha torpaq sahəsinin satılmasından bəhs olunur. İddiaçı məxsus balıq gölünün yerləşdiyi 0.90 ha torpaq sahəsinin satılmasına dair Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8.0.5-8.0.6-cı maddələrinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına uyğundur. Eyni zamanda İddiaçı məxsus balıq gölünün yerləşdiyi 0.90 ha torpaq sahəsinin satılmasına dair Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü ii tarixli 10 saylı qərarı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən həmin Qanunun 71.2, 7.1.3, 7.1.4-cü maddələrinin tələblərinə uyğundur. İş materiallarına əlavə edilmiş X6 Komitəsinin Balakən rayon şöbəsinin verdiyi rəydən də görünür ki, Balakən şəhər sakini İddiaçı alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 0.90 ha hektar torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Odur ki, Balakən bələdiyyəsinin müraciətini, mütəxəssis rəyini və hazırlanmış sənədləri nəzərə alaraq mövcud qanunvericiliyə əsasən alqı- satqı yolu ilə sahibkarıq məqsədi üçün 0.90 ha hektar torpaq sahəsinin Balakən şəhər sakini İddiaçı verilməsini DTXK-nin Balakən rayon şöbəsi məqsədə müvafiq hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli 2-1(116)-2164/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli 2-1(116)-2164/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli 2-1(116)-2164/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 saylı qərarı. Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 84/1 saylı sərəncamı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Balakən bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 10 saylı qərarı iclas qərarı ilə İddiaçı Balakən bələdiyyəsi ərazisindən 0.90 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli ödəniş qəbzindən görünür ki, 3438.80 manat məbləğində torpağın dəyəri Balakən bələdiyyəsinin hesabına ödənilmişdir. Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli 10 saylı protokol kitabında 17 sentyabr 2004-cü il tarixli 10 saylı protokolu və Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 84/1 saylı sərəncamına əsasən iddiaçıya torpaq sahəsinin verilməsi barədə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-47/2-2939/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi iki hissədən ibarət olaraq naturada ölçüləri 0.7342 ha və 0.5612 hektardır. İddia olunan 0.7342 ha torpaq sahəsinin 0.4597 ha hissəsi idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən Balakən rayonunun hüdudları daxilində su anbarları, nohurlar, 0.1116 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid, uqodiyası tikinti altında olan torpaqlara, 0.0312 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid yollar və küçələrə, 0.1317 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid təmiz örüş sahəsi kimi işlənilmişdir. İddia olunan 0.5612 ha torpaq sahəsinin 0.55 ha hissəsi idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən əsasən Balakən rayonunun hüdudları daxilində su anbarları, nohurlar, 0.0112 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid yollar və küçələrə, 0.05 ha hissəsi isə **********1 reyestr nömrəli çıxarışla X2 xüsusi mülkiyyətinə işlənmişdir. Ərazinin dönhə nöqtələrinin koordinatları yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş A seriyalı 005932 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə əsasən, Balakən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə X3 500 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Balakən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsinin X5 alqı-satqı qaydasında satılması qərara alınmışdır. xx.xx.2007ci il tarixli torpaqların alqı-satqısına dair aktla Balakən bələdiyyəsinin ərazisində olan 0.05 ha torpaq sahəsi X1. xx.xx.2007-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli MH seriyalı ******* nömrəli çıxarışla Balakən şəhəri, Yeni massivdə yerləşən 0,05 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Balakən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 43 nömrəli məktubuna əsasən, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı qərarı ilə iddiaçıya satılmış 0.90 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakən dövlət reyestrində qeydə alınmasına Balakən bələdiyyəsi etiraz etməmişdir. Eyni zamanda hazırda məhkəmədə mübahisələndirilən 0.90 ha torpaq sahəsi Balakən bələdiyyəsi yarandığı zamandan (2000ci il tarixdən) indiyədək İddiaçı istifadəsindədir. Apellyasiya şikayətinə əlavə edilmiş Balakən Rayon X4 İcraiyyə Komitəsi tərəfindən “Xeyriyyə” kooperativinin sədri İddiaçı ünvanlanmış xx.xx.1991-ci il tarixli 856 nömrəli məktubuna əsasən, “Xeyriyyə” kooperativi tərəfindən RİK-nə daxil olmuş müvəqqəti istifadə üçün torpaq tələbi barədə məktuba yerində baxılmış və rayon Barama qurutmaxanasının şimalında olan dövlət meşəsinə aid olan istifadəyə yararsız, əvvəllər karyer kimi istifadə olunmuş torpaq sahəsinin kooperativə müvəqqəti istifadə üçün ayrılması məqsədəuyğun hesab edilmişdir. X10 Komitəsinin sədri tərəfindən təsdiq edilmiş Aktdan görünür ki, “Xeyriyyə” kooperativinin sədri İddiaçı 1 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: M a d d ə 8 . Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 86-cı maddəsinə əsasən, 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları; bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanununun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.
19. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir;
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun:
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər.
3. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
22. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı ziddiyyətli məqamlar vardır. Belə ki, iddiaçıya torpaq sahəsinin Balakən bələdiyyəsinın 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə ayrıldığı göstərilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli ödəniş qəbzini təqdim edərək, 3438,80 manat məbləğində torpağın dəyəri Balakən bələdiyyəsinin hesabına ödənilmişdir. Balakən bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 84/1 saylı sərəncamından iddiaçıya balıq gölünün hər 0.01 ha hissəsinin 187000 manata satıldığı qeyd olunmuşdur. Digər tərəfdən iddia olunan torpaq sahəsi ilə bağlı təqdim olunan mütəxəssis rəyinə əsasən torpağın bir hissəsinin TEKUİS məlumat bazasına əsasən Balakən rayonunun hüdudları daxilində su anbarları, nohurlar, 0.0312 ha hissəsi yaşayış məntəqələri torpaqlarına aid yollar və küçələrə aid olduğu qeyd edilmişdir. Təqdim olunan yerləşmə vəziyyətinin yerquruluşu Planından görünür ki, iddia olunan torpaq sahəsinin bir hissəsi gölün altında olan torpaq sahəsidir. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Həmçinin, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan su anbarları, nohurlar yaşayış məntəqələri torpaqlarına aid yollar və küçələrə aid olması müəyyən olunmuşdur ki, bu da yuxarıda qeyd olunan normalara əsasən də onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən əldə edilmiş sənədlərdən görünür ki, hazırda məhkəmədə mübahisələndirilən 0.90 ha torpaq sahəsi Balakən bələdiyyəsi yarandığı zamandan (2000-ci il tarixdən) indiyədək İddiaçı istifadəsindədir. Belə ki, X10 Komitəsinin sədri tərəfindən təsdiq edilmiş Aktla və Balakən Rayon X4 İcraiyyə Komitəsi tərəfindən “Xeyriyyə” kooperativinin sədri İddiaçı ünvanlanmış xx.xx.1991-ci il tarixli 856 nömrəli məktubla müəyyən edilir ki, “Xeyriyyə” kooperativi tərəfindən RİK-nə daxil olmuş müvəqqəti istifadə üçün torpaq tələbi barədə məktuba yerində baxılmış və rayon Barama qurutmaxanasının şimalında olan dövlət meşəsinə aid olan 1 ha istifadəyə yararsız, əvvəllər karyer kimi istifadə olunmuş torpaq sahəsinin kooperativə müvəqqəti istifadə üçün ayrılması məqsədəuyğun hesab edilmişdir. Bundan sonra Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı qərarı ilə Yeni yaşayış massivində yerləşən 0.90 ha torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin məktubuna əsasən, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 84/1 nömrəli sərəncamı ilə də həmin torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. xx.xx.2004-cü il tarixli Torpaqların alqı-satqısına dair aktla həmin torpaq sahəsi İddiaçı satılmışdır. xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinə əsasən, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinin alqı-satqısı üçün 3430.80 manat ödənilmişdir. Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna arxiv nüsxələri əlavə edilmiş Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli 10 saylı protokol kitabında 17 sentyabr 2004-cü il tarixli 10 saylı protokolu və Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 84/1 saylı sərəncamına əsasən iddiaçıya torpaq sahəsinin verilməsi barədə qeydiyyat aparılmışdır. Balakən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 43 nömrəli məktubuna əsasən, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı qərarı ilə iddiaçıya satılmış 0.90 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına Balakən bələdiyyəsi etiraz etməmişdir.
30. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsinin əsaslarından biri mübahisəli torpaq sahəsinin mütəxəssis rəyinə əsasən bələdiyyə mülkiyyətində olan su anbarları, nohurlar yaşayış məntəqələri torpaqlarına aid yollar və küçələrə aid olmasıdır. Qeyd edilməlidir ki, hazırkı mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hal torpaq sahəsinin indiki hüquqi rejimi deyil, məhz iddiaçıya satılan anda hansı kateqoriyaya aid olmasıdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi mütəxəssis rəyində torpaq sahəsinin iddiaçıya satılan anda hansı kateqoriyaya aid olmasına aydınlıq gətirilməmişdir.
31. Kollegiya tərəfindən məhkəmə iclasında sənədlərin araşdırılması zamanı müəyyən olundu ki, X10 Komitəsinin sədri tərəfindən təsdiq edilmiş Aktda “Xeyriyyə” kooperativinin sədri İddiaçı 1 ha kənd təsərrüfatına yararsız torpaq sahəsinin verilməsi göstərilmiş və Balakən Rayon X4 İcraiyyə Komitəsi tərəfindən “Xeyriyyə” kooperativinin sədri İddiaçı ünvanlanmış xx.xx.1991-ci il tarixli 856 nömrəli məktubda “Xeyriyyə” kooperativi tərəfindən RİK-nə daxil olmuş müvəqqəti istifadə üçün torpaq tələbi barədə məktuba yerində baxılması və rayon Barama qurutmaxanasının şimalında olan dövlət meşəsinə aid olan istifadəyə yararsız, əvvəllər karyer kimi istifadə olunmuş torpaq sahəsinin kooperativə müvəqqəti istifadə üçün ayrılmasının məqsədəuyğun hesab edilməsi öz əksini tapmışdır. Bununla yanaşı həmin dövrdə (iddiaçıya torpaq sahəsi satılan vaxt) səlahiyyətli dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin rəyində qeyd edilmişdir ki, mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 0.90 ha torpaq sahəsinin iddiaçıya verilməsini DTXK-nin Balakən rayon şöbəsi məqsədəmüvafiq hesab etmişdir. Başqa sözlə, səlahiyyətli dövlət orqanı torpaq sahəsi ayrılan zaman onun mülkiyyətə verilə bilən torpaq kateqoriyasına aid olduğunu təsdiq etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin istinad etdiyi həmin mütəxəssis rəyi natamam olmaqla, mötəbər sübut kimi qiymətləndirilə və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin imtina məktubunda Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı qərarına əsasən ayrılmış 0.90 ha torpaq sahəsinin alqı-satqı olunması haqqında ərizəyə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair Akt” sənədinin arxiv nüsxəsinin Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş arxiv fondunda aşkar edilməməsinə istinad etsə də, Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna arxiv nüsxələri əlavə edilmiş Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli 10 saylı protokol kitabında 17 sentyabr 2004cü il tarixli 10 saylı protokolu və Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 84/1 saylı sərəncamına əsasən iddiaçıya torpaq sahəsinin verilməsi barədə qeydiyyat aparılmışdır. Cavabdeh istinad etdiyi həmin halları sübut etməyə və bununla bağlı sübutetmə vasitələrini məhkəməyə təqdim etməyə borcludur. İddiaçının hüququnun reyestrdə qeydiyyata alınmasından imtina üçün yetərli sayıla bilməz.
33. Bundan başqa işdən görünür ki, Balakən bələdiyyəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya hər 0.01 ha hissəsinin 187000 manata satılması qərara alınmış, lakin iddiaçı tərəfindən torpağın dəyəri olaraq 3430.80 manat ödənilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, bələdiyyə tərəfindən torpağın dəyəri olaraq 3430.80 manat ödənilməsi mübahisələndirilməmiş, bununla yanaşı xx.xx.2024-cü il tarixli məktubla Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı qərarı ilə iddiaçıya satılmış 0.90 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına Balakən bələdiyyəsinin etiraz etmədiyi və həmin torpaq sahəsinin Balakən bələdiyyəsi yarandığı zamandan (2000-ci il tarixdən) indiyədək İddiaçı istifadəsində olduğu bildirilmişdir.
34. Bundan başqa birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinin su anbarları, nohurlar yaşayış məntəqələri torpaqlarına aid yollar və küçələrə aid olmasını göstərməsinə baxmayaraq həmin torpaq sahəsi xx.xx.1991-ci ildə “Xeyriyyə” kooperativinin sədri İddiaçı kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi müvəqqəti istifadəsinə verilmiş, eyni zamanda bələdiyyə tərəfindən satılmış 0.90 ha torpaq sahəsinin 0.05 ha hissəsinə dair həyətyanı torpaq sahəsi kimi çıxarış verilərək X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
35. Həmçinin, məhkəmə kollegiyası tərəfindən verilmiş mübahisə predmeti olan 0.90 ha torpaq sahəsinin iddiaçıya satılan zaman və 0.05 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilən zaman hansı kateqoriyaya aid olması ilə bağlı sorğuya cavab məktubunda cavabdeh inzibati orqan tərəfindən bildirilmişdir ki, 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan Balakən rayonu DWJ məlumatlarında mübahisə predmeti olan 0.90 ha torpaq sahəsi və 0.05 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilən zaman hansı kateqoriyaya aid olması barədə məlumatlar öz əksini tapmamışdır. Buna baxmayaraq səlahiyyətli dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi torpaq sahəsi ayrılan zaman onun mülkiyyətə verilə bilən torpaq kateqoriyasına aid olduğunu təsdiq etmişdir.
36. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər barədə hərtərəfli araşdırma aparılmamış, müvafiq sənədlər tələb olunmamış, iş materiallarında olan sənədlər ətraflı tədqiq olunmamış, beləliklə də İPM-in 12-ci, 48-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
37. Bununla yanaşı məhkəmə kollegiyası onu da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
38. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, mübahisəli torpaq sahəsinin 0.05 ha hissəsi üzərində MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X2 adına verilmiş çıxarış iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan 0.90 ha torpaq sahəsinin 0.85 ha hissəsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələblərinə əsasən, iddiaçının mülkiyyətinə verilməsinə əsas olan hallar mövcud olduğundan cavabdehin iddiaçının müraciətindən imtina etməsi qanunsuz olmuşdur.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən bələdiyyəsinın 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə satılmış 0.90 ha kənd təsərrüfatına yararsız torpaq sahəsinin 0.85 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli 2-1(116)-2164/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən bələdiyyəsinın 17 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə satılmış 0.90 ha kənd təsərrüfatına yararsız torpaq sahəsinin 0.85 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.