Məhkəmə qərarları › İş №2-1(107)-98/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-98/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-98/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1358/2019nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı tələbini belə əsaslandırmışdır ki, müharibə veteranı statusunu və vəsiqənin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə əvvəllər də müraciət etmişdir. O, N nömrəli hərbi hissədə xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.N4cü il tarixdən xx.xx.N5-cı ıl tarixədək, N nömrəli hərbi hissədə xx.xx.N5-ci il tarixdən xx.xx.N6cı il tarixədək müddətdə xidmət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qeyd etdiyi rəsmi faktı hazırki ərizəyə əlavə etdiyi sənədlərlə və hərbi biletində öz təsdiqini tapmış, həmin hərbi hissələrin möhürləri ilə bu fakt rəsmi olaraq təsdiq edilmişdir. O, bu döyüşlərdə iştirak edərək vətəni uğrunda, torpağı uğrunda, dövləti uğrunda həyatını, sağlamlığını, ailəsini ön plana çəkərək canından belə keçmədən döyüşlərə atılmışdır. Ümumi amalı vətəni və dövləti olmuşdur. O da bir Azərbaycan vətəndaşı olaraq dövlət rəhbərimizin müharibə iştirakçıları üçün vermiş olduğu imtizaylardan istifadə etmək istəyir. O bu baxımdan da bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə onun aidiyyatı qurumuna müraciət edərək müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini istəmişdir. Ancaq nazirlik tərəfindən vətəndaşlara qeyri-normal münasibət göstərildiyindən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına rəsmi müraciət etmiş, qəbulda olmuşdur. Rəsmi ərizəni ora təqdim etmişdir. Bildirmişdir ki, N nömrəli hərbi hissədə xx.xx.N2-ci il tarixdən xx.xx.N4cü il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.N4-cü il tarixdən xx.xx.N5-ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.N5-ci il tarixdən xx.xx.N6cı il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı sübut və şahidləri var. Müdafiə Nazirliyi əvvəl ona müharibə veteranı adını verməkdən imtina etmişdir. Bundan sonra onun işinin hazırlanması üçün Azərbaycan Respublikasının Vəkillər X1 sədri cənab Anar Bağırova müraciət edilmiş, bundan sonra o yenidən vəkil köməyi ilə Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişdir. Ərizədə müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi üçün lazım olan sənədlər 12 ədəd vərəqlə aidiyatı üzrə göndərilmişdir. Burada onun istəyi qanuni haqqının verilməsidir. Başqa heç bir niyyət və istəyi yoxdur. Hesab edir ki, o Azərbaycan dövlətinin vətəndaşı olaraq bu döyüşlərdə iştirak edən şəxs olaraq onun da haqqı var ki, bu imtiyaz və statuslardan istifadə etsin. Onun döyüş bölgəsində N nömrəli hərbi hissədə xx.xx.N2-ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.N4-cü il tarixdən xx.xx.N5-ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.N5-ci tarixdən xx.xx.N6-cı il tarixədək döyüşdüyü müddət öz əksini tapıb. O, bu barədə təsdiq edilmiş hərbi biletin surətini hazırkı iddiaya əlavə etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2019-cu il tarixdə göndərdiyi məktub bu günə kimi cavablandırılmamışdır. Hesab edir ki, bu hal ədalətli və doğru deyil. Ona bu statusun və vəsiqənin verilməməsi üçün heç bir əsas və arqument mövcud deyil. Cavabdeh onun ərizəsinə cavab vermir. Bu haldan 20 gün müddət keçir. Təqdim etdiyi sənədlərdə onun N nömrəli hərbi hissədə xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə 21.06 N4-cü il tarixdən xx.xx.N5ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.N5-ci il tarixdən xx.xx.N6cı il tarixədək N saylı hərbi hissələrin tərkibində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda erməni silahlı qüvvələrinə qarşı aparılmış döyüş əməliyyatlarında iştirak etməyi iddia ərizəsinə əlavə etmiş olduğu sənədlərlə öz təsdiqini tapır. Hesab edir ki, hazırda o Veteran adının və müvafiq Vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə mövcud iddia tələbi ilə müraciət etməkdə haqlıdır və bu haqlı tələbi təmin edilməlidir. Ona görə də məhkəmə tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Cavabdehin etirazının dəlilləri: İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. N nömrəli hərbi hissə xx.xx.N2-ci ildə yaradılmış, lakin bütövlükdə hərbi hissə deyil, onun tərkibində olan 3, 6 və 8-ci zenit raket divizionları xx.xx.N3-cü ildən xx.xx.N4-cü ilə kimi döyüş əməliyyatları aparmışlar. Deməli konkret halda ancaq həmin dövrdə və ancaq həmin bölmələrdə hərbi xidmət keçmiş şəxslər döyüşlərdə iştirak etmiş sayıla bilər. xx.xx.2018-ci il tarixli 9/2-15418 nömrəli arxiv arayışından məlum olur ki, 5-ci divizionun əsgəri İddiaçı hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli 123 nömrəli əmrilə bütün növ təminatlardan azad edilmişdir. İddiaçı N nömrəli hərbi hissənin 5-ci divizionunun əsgəri kimi xx xxx N4-cü ildən sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı hərbi xidmətinin N4-cü il mayın 12-dən sonraki dövründə döyüş əməliyyatları ilə əlaqədar xəsarət almadığından onun həmin dövr üzrə müharibə veteranı adı almaq hüququ yaranmır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsinin xx.xx.2018-cu il tarixli 1/C-10043 nömrəli, xx.xx.2018-ci il tarixli 1/C-11979 nömrəli,xx.xx.2019-cu il tarixli 1/C-1680 nömrəli, xx.xx.2019-cu il tarixli 1/C-2999 nömrəli və xx.xx.2019-cu il tarixli 1/C-491 nömrəli məktubu, Müdafiə Nazirliyi İşlər X3 xx.xx.2018-ci il tarixli 9/2-9882 nömrəli, xx.xx.2018-ci il tarixli 9/2-15418 arayışı, НЗ seriyalı ******* saylı hərbi biletin surəti, Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli C-4381 nömrəli məktubu, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HPC1/137 nömrəli məktubu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının xx.xx.2019-cu il tarixli 10/C-361 nömrəli məktubu, Azərbaycan RespublikasıMüdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli 11/4586 nömrəli münasibəti, Şəki şəhər rayon polis şöbəsinin xx.xx.2019-cu il tarixli 189-21590-1219 nömrəli məktubu və tələbnamə, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli 17/4311 nömrəli və xx.xx.2019-cu il tarixli 17/4899 nömrəli məktubu,SHXÇDX-in Yevlax Rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 1265 nömrəli məktubu və ona əlavə olunmuş uçot kartası aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1358/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməsini qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1358/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, hazırda o, Veteran adının və müvafiq Vəsiqənin verilinəsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə mövcud iddia tələbi ilə müraciət etməkdə haqlıyam sa bu haqlı tələbim təmin edilməlidir. Ona görə də məhkəmə tərəfindən mən İddiaçı bidar oğluna “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. X6- İqtisadı Məhkəməsinin qərarı ilə razı deyiləm, qərar tam ədalətsiz qərardır, döyüşlərdə iştirak etmiş bır şəxsin maraq və mənafəyelərinin bu şəkildə qorunmasının qəbul edə bilmərəm Mən məhkəmədən cox şey gözləyirdim. Təəssüf edirəm ki, mən bu vəziyyətlə qarşılaşmışam. Hörmətli prezidentimiz cənab İlham Əliyevin biz insanlara hər an, hər dəqiqə qayğısını məhkəmə müstəvisində də görmək istəyirəm. Mən həyatımı, sağlamlığımı və canımı torpağımız uğrunda gedən döyüşlərdə qoymuşam, bütün bunları məhkəmə dəyərlindirməliydi. Hesab edirəm ki, hec olmasa şikayətim Apelyasiya müstəvisində öz ədalətli həllini tapar. Ona görə də Şəki İnzibatı-İqtisadı Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(8-1)-1358/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1358/2019nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1358/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı VüqarCəlilovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi dəlilləri ilə razılaşmır. Çünki o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, hərbi bilet şəxsin döyüşlərdə iştirakını sübut edən sənəddir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus hərbi biletdə qeyd edilməmişdir. Həmçinin SHXÇDX-in Yevlax Rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 1265 nömrəli məktubuna əlavə olunmuş uçot kartasında da iddiaçının döyüşlərdə iştirak etməsi qeyd olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfindən təqdim edilmiş xx xxxxx 2020-ci il tarixli, 1/C-6225 saylı arayışında göstərilir ki, N nömrəli hərbi hissənin 3, 6, 8ZR Divizionları xx.xx.N3-xx.xx.N4-cüil tarixədək, 989nömrəli hərbi hissə xx.xx.N3-xx.xx.N4-cü il tarixədək, N nömrəli hərbi hissənin N və 9ZR Divizionları 01 02.N4-xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib. İş materiallarınan müəyyən edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin5-ci diviziyasında qulluq etmişdir. Lakin həmin diviziya isə döyüş əməliyyatlarında iştirak etməmişdir. Birinci instamsiya məhkəməsinin məhkəmə araşdırmasından məlum olmuşdur ki, iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, hissə komandirinin əmri ilə ordudan tərxis edilmişdir. Lakin onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak etməsi, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması təsdiqini tapmamışdır. İddiaçıya məxsus hərbi biletdəki məlumatlar inzibati orqan tərəfindən mübahislənədirilimir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1358/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar