Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-98/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və – Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X26 oğlu, 3-cü şəxslər X42, X7, X43, X48 və X44 və X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarı ilə ailəsinin ümumi mülkiyyətinə verilmiş ********** və ********** nömrəli çıxarışlar üzrə ölçüləri 2,623 ha və 0,142 ha göstərilmiş torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2- 1(116)-786/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X9, X2, X18, X19, İddiaçı (iddiaçı), X28, X20 adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 12,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin şəxslərin ümumi mülkiyyətinə verilmişdir, torpaq sahəsi 94420,82 kv.m, 1418,61 kv.m və 26231,99 kv.m ölçüdə olan 3 ayrı-ayrı hissədən ibarətdir. Həmin torpaq sahələrindən 2,623 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X9, X2, X18, X19, İddiaçı, X28, X20 mülkiyyət hüququ 24.04.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Eyni zamanda, göstərilən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə də X9, X2, X18, X19, İddiaçı, X28, X20 mülkiyyət hüququ 24.04.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, həmin 0,142 ha, 2,623 ha və 9,442 ha torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsini xahiş etmiş, lakin cavabdeh 04.03.2021-ci il tarixli **********80 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, göstərilən torpaq sahələrinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən başqa vətəndaşlar tərəfindən istifadə edilir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997ci il tarixli 42 nömrəli qərarı ilə ümumi birgə ailə başına verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı 29.04.2021-ci il tarixli **********44 nömrəli etirazında bildrmişdir ki, iddiaçıya və ailə üzvlərinə məxsus pay torpaq sahələrinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən başqa vətəndaşlar tərəfindən istifadə edilir. Həmçinin, kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsinə əsasən həmin torpaq sahələrinin bir hissəsi X49, X10 və X11 istifadəsində olduğu üçün xəritədə onların adları qeyd olunmuşdur. Bundan sonra iddiaçı iddianı dəyişdirmiş və birinci instansiya məhkəməsinə yeni iddia ərizəsi göndərərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarı ilə ailəsinin ümumi mülkiyyətinə verilmiş ********** və ********** nömrəli çıxarışlar üzrə ölçüləri 2,623 ha və 0,142 ha göstərilmiş torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 09.06.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bundan başqa, İddiaçı həm ilk, həm də sonrakı iddia ərizələrində Şəki Rayonu Daşbulaq Bələdiyyəsini üçüncü şəxs qismində qeyd etmişdir. Lakin hazırkı işdə qəbul ediləcək məhkəmə qərarının Şəki Rayonu Daşbulaq Bələdiyyəsinin qanunla qorunan maraqlarına toxunması ehtimalı olmadığına görə məhkəmənin 09.06.2021-ci il tarixli qərardadı ilə həmin bələdiyyənin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə X31, X29, X66, X32, X33, X34, X35, X36, X37, X4, X21, X30, X38 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, JN-0018 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 7,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X22 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,529 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X12, X5 və X49 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X12, X5 və X49 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, JN-0019 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 1,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X10, X13, X14, X15 və X16 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 7,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X10, X13, X14, X15 və X16 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, JN-0020 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X23 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 7,023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X11, X1, X3, X6 və X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 1,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X11, X1, X3, X6 və X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 12,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X2, X18, X19, X39, X28, X20 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 2,623 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X9, X2, X18, X19, X39, X28, X20 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X9, X2, X18, X19, X39, X28, X20 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, cavabdehin 04.03.2021-ci il tarixli **********80 nömrəli imtina məktubundan görünür ki, göstərilən torpaq sahəsinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən, X66, X32 və X37 tərəfindən istifadə edilir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 27 dekabr 2021-ci il tarixli, 2- 1(116)-786/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarı ilə İddiaçı və ailəsinin ümumi mülkiyyətinə verilmiş, ********** və ********** qeydiyyat nömrələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2,623 ha və 0,142 ha torpaq sahələrinə dair "Torpaq sahəsinin planın və ölçüsü"nün hazırlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması, Prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə aid edilməsi, ondan 322,80 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddiaçı X39 ümumi birgə mülkiyyət hüququ ilə X40, X45, X17, X43, X48 və X20 mülkiyyətində olan Şəki rayonu, Daşbulaq kəndində yerləşən 0.142 ha (reyestr nömrəsi -**********77, qeydiyyat nömrəsi- **********), 2.623 ha (reyestr nömrəsi -**********76, qeydiyyat nömrəsi-**********) və 9.442 ha (reyestr nömrəsi - **********75, qeydiyyat nömrəsi-**********) torpaq sahələrinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə 16.02.2021 -ci il tarixli **********, ********** və ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciəti daxil olmuşdur. Aparılan araşdırma zamanı mülkiyyətində olan pay torpaq sahələrinin bir hissəsinin elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən başqa vətəndaşlar tərəfindən istifadə edildiyi məlum olmuşdur. Həmçinin “Kadastr və Daşınmaz əmlakın qeydiyyatı” layihəsinə əsasən də həmin torpaq sahələrinin bir hissəsi başqa vətəndaşların X66, X32 və X11 istifadəsində olduğu üçün xəritədə onların adları qeyd olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2021 -ci il tarixli, 2-1(116)-786/2021 nömrəli qərarına əsasən iddiaçı X39 ailə üzvüləri ilə birlikdə ümumbirgə mülkiyyətinə verilmiş Şəki rayonu Daşbulaq kəndində yerləşən 2.623 ha və 0.142 ha pay torpaq sahələrinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyi qoyulmuşdur. Həmin torpaq sahələrinə vətəndaşın istifadə vəziyyətinə uyğun olaraq sənəd verilməsi mümkündür. Lakin mövcud olan elektron baza məlumatlarına əsasən, yəni mülkiyyət hüququna dair dövlət aktında göstərilən ölçülərə uyğun sənəd verilməsi mümkün deyildir. Ona görə mövcud olan elektron baza məlumatlarına əsasən sənəd vermək mümkün deyil ki, həmin torpaq sahələri yerləşən kletkanın xəritədəki ölçüləri 472 metrəyə qarşı, faktiki yerində 404 metrdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2- 1(116)-786/2021 nömrəli qərarını ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2-1(116)-786/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X26 oğlu apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2- 1(116)-786/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxslər X42, X7, X43, X48 və X44 və X38 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq 3-cü şəxslərin X31, X29, X66, X32, X33, X34, X35, X36, X37, X4, X21, X30 və X40 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə görə, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanan normalardan göründüyü kimi, hüquqların dövlət qeydiyyatının aparılması üçün digər sənədlərlə yanaşı, torpaq sahəsinin planı və ölçüsü də qeydiyyat orqanına təqdim edilməlidir. Hazırkı işdə İddiaçı və ailə üzvlərinin adına 2,623 ha və 0,142 ha torpaq sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat, "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmədən aparılmışdır. Hazırda isə cavabdeh qeyd olunan torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilməməsini bununla əsaslandırır ki, iddiaçıya və ailə üzvlərinə məxsus pay torpaq sahələrinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən X66, X32 və X37 tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sorğu edilərək X52, X24 və X25 aid torpaq sənədləri alınıb işə əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 7,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X22 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və onlara JN-0018 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənədə əsasən, qeyd olunan torpaq sahəsi 56279,37 kv.m, 10504,51 kv.m və 5296 kv.m olan 3 ayrı-ayrı hissədən ibarətdir. Sözügedən torpaq sahələrindən 0,529 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X12, X5 və X49 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin torpaq sahələrindən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X12, X5 və X49 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və onlara JN-0019 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənədə əsasən, qeyd olunan torpaq sahəsi 19750 kv.m və 70230,57 kv.m olan 2 ayrı-ayrı hissədən ibarətdir. Həmin torpaq sahələrindən 1,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X10, X13, X14, X15 və X16 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin torpaq sahələrindən 7,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X10, X13, X14, X15 və X16 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X23 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və onlara JN-0020 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənədə əsasən, qeyd olunan torpaq sahəsi 28439,65 kv.m, 41790,92 kv.m və 19750 kv.m olan 3 ayrı-ayrı hissədən ibarətdir. Həmin torpaq sahələrindən 7,023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X11, X1, X3, X6 və X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin torpaq sahələrindən 1,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X11, X1, X3, X6 və X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Birinci instansiya məhkəməsinin 09.06.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək aşağıdakı suallarla bağlı məlumat tələb olunmuşdur: 1. İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 12,21 ha torpaq sahəsi JN-0018 nömrəli, JN-0019 nömrəli, JN-0020 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larında göstərilən torpaq sahələri ilə üst-üstə düşürmü (sənəd üzrə)?
2. İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 12,21 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"larda göstərilən torpaq sahələri ilə üst-üstə düşürmü? (sənəd üzrə) Əgər düşürsə, bunun səbəbi nədir?
3. X49 və ailə üzvlərinin adına olan JN-0018 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"larda göstərilən torpaq sahələri ilə üst-üstə düşürmü? (sənəd üzrə)
4. X10 və ailə üzvlərinin adına olan JN-0019 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"larda göstərilən torpaq sahələri ilə üst-üstə düşürmü? (sənəd üzrə)
5. X11 və ailə üzvlərinin adına olan JN-0020 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən torpaq sahələri ilə üst-üstə düşürmü? (sənəd üzrə)
6. Bütün sualların cavablarını əks etdirən sxem tərtib edilsin və torpaq sahələrinin üst-üstə düşən hissələrin koordinatları göstərilsin. Sorğuya cavab olaraq Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən hazırlanmış 01.11.2021-ci il tarixli mütəxəssis rəyində sorğunun 1-ci sualı ilə bağlı göstərilmişdir ki, İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 12,21 ha torpaq sahəsi 3 hissəli olub, bunlardan JN-21A (0,14 ha) və JN-21B (2,62 ha) mübahisəli ərazidə yerləşir. JN-21A (0,14 ha) və JN-21B (2,62 ha) torpaq sahələri JN0018 nömrəli, JN-0019 nömrəli, JN-0020 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larında göstərilən torpaq sahələri (sənəd üzrə) üst-üstə düşmür. JN-21A (0,14 ha) nömrəli torpaq sahəsi naturada tamamilə JN-20 nömrəli torpaq mülkiyyətçisinin istifadəsindədir. JN-21B (2,62 ha) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi naturada 2,18 ha-dır. İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsinin qalan 0,44 ha hissəsi JN-57N kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən mülkiyyətçinin istifadəsindədir. Sorğunun digər sualları ilə bağlı isə rəydə göstərilən torpaq sahələrinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədi olmadığından həmin torpaq sahələrinin üst-üstə düşüb düşmədiyinin müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. İşdə olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, iddiaçı və digərlərinə verilən torpaq sahəsinə dair plan (çizgisi) də tərtib edilmiş və təsdiq edilərək ona əlavə edilmişdir. İddiaçı və qeyrilərinə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, RX seriyalı Çıxarış ona həmin dövlət aktı və plan (çizgisi) əsasında verilmişdir. Göründüyü kimi cavabdeh orqan həmin dövlət aktına əlavə edilmiş planı (çizgini) düzgün hesab etmiş və ona uyğun olaraq çıxarış vermişdir. Belə olan halda isə cavabdeh orqan yuxarıda qeyd edilmiş plan (çizgi) əsasında plan-ölçü sənədini verməyə borcludur. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış mütəxəssis rəyi ilə müəyyən olundu ki, İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,14 ha və 2,62 ha torpaq sahələri üçüncü şəxslər X52 və ailəsinə, X24 və ailəsinə, X25 və ailəsinə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. Beləliklə, cavabdehin imtinasının dəlili öz təsdiqini tapmadı. Bundan başqa, iddiaçıya və ailəsinə məxsus olan torpaq sahəsinin bir hissəsinin digər şəxslərin faktiki istifadəsində olması barədə mütəxəssis rəyində göstərilmiş xüsusatla bağlı isə məhkəmə qeyd edir ki, hüquq müəyyənedici sənədlər olmadan torpaq sahəsindən digər şəxslərin faktiki istifadə etməsi həmin torpaq sahəsinə mülkiyyətçinin hüquqlarını məhdudlaşdıra bilməz Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2-1(116)-786/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.