Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-1/2022 26.01.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi (məruzəsi) ilə, Allahverdiyev Əli Kərim oğlu və Qarayev Sənan Məmməd oğlunun heyətində, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 21(122)-30/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (sədrlik edən hakim S.H.Novruzov) 29 oktyabr 2021-ci il tarixli, 2-1(122)-30/2021 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xid mət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilmişdir. Həmin qərarla razılaşmayan İddiaçı şikayət verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(122)-30/2021 nömrəli qərarının ləğv edilməklə iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, 19.08.2020-ci il tarixdə komanda üzrə raport yazaraq hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Belə ki, o, 30.04.2011-ci il tarixdən X2 Ordusunda (Birliyində) Zabit kimi xidmət edir. (10 ildən çox). Poçt xəbərnaməsinə əsasən raportu 21.08.2020-ci il tarixdə hərbi hissənin M.Seyidov soyadlı nümayəndəsi tərəfindən qəbul edilmiş, lakin raport cavablandırılmamış və nəticəsiz qalmışdır. Raportun cavablandırılmadığını görərək o, 09.09.2020-ci il tarixdə ərizə ilə yuxarı komandanlığa N №li hərbi hissə komandirinə eyni xahişlə müraciət etmiş, poçt xəbərnaməsinə əsasən raportu 11.09.2020-ci il tarixdə N №li hərbi hissənin Hüseynov soyadlı nümayəndəsi tərəfindən qəbul edilmişdir. Müraciətlərinin baxılmamasını və nəticəsiz qaldığını görərək o, 15.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirinə ərizə ilə müraciət etmiş, lakin bu günə qədər müraciəti də cavabsız və nəticəsiz qalmışdır. Raportunun təmin edilmədiyinə görə 25.01.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İnziba ti Məhkəməsinə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xidmət yerinin dəyişdirilməsi tələbi ilə müraciət etmiş, məhkəmənin 23.04.2021-ci il tarixli, 2-1(122)-30/2021 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Onun tərəfindən qərardaddan apellyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 24.06.2021-ci il tarixli, 2-1(108)-17/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(122)-30/2021 saylı qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən onun 19.08.2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən dig ər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qərar qəbul edərkən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazı əsas götürmüşdür. Həmin etirazda hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi inzibati orqanın diskresion səlahiyyətinə aid olan bir məsələ kimi göstərilmiş, halbuki, istinad etdiyi maddi-hüquq normalarından görünür ki, hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi hər bir hərbi qulluqçunun qanuni hüququdur. Həmçinin cavabdeh etirazında göstərir ki, o qardaşının xəstə olmasını əsas gətirərək xidmət yerinin dəyişdirilməsini xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, o, xidmət yerinin dəyişdirilməsi haqqında raport yazarkən qard aşının xəstəliyinə deyil, “Hərbi qulluqçuların stausu” haqqında Azərbaycan Respubliikası Qanununun 17-ci maddəsinə istinad etmişdir. Həmçinin hakim öz qərarında ona istinad etmişdir ki, AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən X5 Komandanına ünvanlanmış 15.04.2021ci il tarixli, 1/1246 nömrəli məktubdan məlum olur ki, döyüş əməliyyatlarından sonrakı dövrdə hərbi hissələrin dislokasiya yerlərinin dəyişdirilməsi və COVİD-19 pandemiyasının geniş yayılması AR Müdafiə Nazirinin 30.01.2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında” Təlimatın tələblərinin yerinə yetirilməsində çətinlik yaratmışdır. Bununla əlaqədar AR Müdafiə Nazirinin göstəri şinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsi (rotasiyası) 2022-ci ilin iyun ayına planlaşdırılmışdır. Bununla əlaqədar bildirir ki, zabit heyətinin xidməti yerlərinin dəyişdirilməsinin dayandırılması barədə məlumat tamamilə yalnışdır və bu gün də Naxçıvan Birləşməsindən digər birləşmələrə və digər birləşmələrdən Naxçıvan Birləşməsinə zabit heyətinin xidməti yer dəyişməsi (rotasiyası) davam edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən A zərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə şifahi məhkəmə iclasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışında İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(122)-30/2021 nömrəli qərarının ləğv edilməklə iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya iddiaçının izahatını dinləyərək şikayətin dəlillərini inzibati mübahisəyə dair iş materialları ilə birlikdə araşdırıb iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün qərarın qanuniliyini, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini tam yoxlayaraq aşağıdakıları qeyd edir. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədlərini müəyyən edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə h aqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarından aydın olur ki,Əliyev X4 MR İnzibati Məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq iddia ərizəsində ona istinad etmişdir ki, ”Hərbi qulluqçuların statusu haqqında “Azərbaycan Respublikası Qanununun 17 maddəsinə əsasən hərbi qulluqçunun öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ var. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.01.2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında Təlimat”ın 3.2-ci maddəsinə əsasən eyni birlikdə 6 il və ya daha artıq xidmət etmiş zabitlər birliklərarası rotasiyaya cəlb edilirlər. 30.04.2011-ci il tarixdən X3 Ordusunda zabit kimi ( 9 ildən çox) xidmət etdiyindən 19.08.2020-ci il tarixli rapo rtla xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiya) haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə hərbi hissə komandanlığına müraciət etmiş, raportu cavablandırılmadığından 09.09.2020-ci ildə yuxarı komandanlığa eyni xahişlə müraciət etmiş, müraciətinə baxılmamasına görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 15.12.2020-ci ildə ərizə ilə müraciət etsə də müraciətinin cavabsız və nəticəsiz qaldığına görə məhkəməyə müraciət edərək onun 19.08.2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 23.04.2021-c i il tarixli, 2-1(122)-30/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardaddan iddiaçının verdiyi şikayət Naxçıvan MR Ali Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı ilə təmin edilərək Naxçıvan MR İnzibati Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(122)-30/2021 nömrəli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daxil olmuş 13 oktyabr 2021-ci il tarixli etirazda göstərilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. Azərbaycan Respubl ikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat”a əsasən zabit heyətinin birliklərarası xidmət yerinin dəyişdirilməsi (rotasiyası) hər ilin iyul ayında həyata keçirilir. İddiaçı xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq raportla 19 avqust 2020-ci il tarixdə komandanlığa müraciət etmişdir. Lakin yuxarıda qeyd olunan qərara əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsinin (rotasiyasının) hər ilin iyul ayında keçirilməsi müəyyən olunmuşdur. Bundan başqa döyüş əməliyyatlarından sonrakı dövrdə hərbi hissələrin dislokasiya yerlərinin dəyişdirilməsi və COVİD-19 pandemiyasının geniş yayılması Azərbayca n Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat"ın tələblərinin yerinə yetirilməsində çətinlik yaratmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsinin (rotasiyasının) 2022-ci ilin iyun ayına planlaşdırılmasına dair qərar qəbul edilmişdir. İddiaçı orqana müraciəti zamanı birliklərarası yerdəyişməsinə səbəb kimi qardaşının ağır xəstə olmasını göstərmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərba ycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat”ın 9.1.11-ci maddəsinə əsasən zabitin ailə üzvləri (arvadı, əri, övladları və valideynləri) ağır xəstə olduqda (hərbi həkim komissiyasının rəyi təqdim edildikdə) zabit heyətinin rotasiyası fərdi qaydada həyata keçirilir. İddiaçı bu Təlimata uyğun olaraq ailə üzvü hesab edilməyən qardaşının xəstə olması onun birliklərarası yerdəyişməsinə əsas deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən “inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə” və 73.3.2-ci maddəsinə əsasən “inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özün ün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə” məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiasının əsassız olması qənaətinə gəlmişdir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvəl ərində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən hərbi qulluqçunun öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ var. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmi ş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat”ın 3.1-ci madəsinə əsasən zabit heyətinin rotasiyası Müdafiə Nazirinin, Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin, Müdafiə naziri müavinlərinin və birlik komandirlərinin (komandanlarının) müvafiq əmrləri ilə həyata keçirilir. Həmin Təlimatın 3.2-ci maddəsinə əsasən eyni birlikdə 6 il və daha artıq xidmət etmiş zabitlər birliklərarası rotasiyaya cəlb edilirlər. Təlimatın 4.1-ci maddəsinə əsasən birliklərarası rotasiyası nəzərdə tutulan zabitlərin hərbi hissələr üzrə siyahısı Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində hazırlanır və cari ilin aprel ayının 15-dək birliklərə göndərilir. Həmin Təlimatın 6-cı maddəsinə görə “Zabit heyətinin birliklərarası rotasiya planı”na uyğun olaraq şəxsi heyət üzrə müvafiq əmrlər cari ilin iyul ayının 1-dən 10-dək imzalanır və aidiyyəi üzrə çatdırılır. Rotasiya olunan zabitlərin avqust ayının 1-dək yeni xidmət yerlərinə göndərilmələri təmin edilir. İş materiallarından görünür ki, iddiaçı ayrı-ayrı vaxtlarda yəni-19 avqust 2020-ci ildə, 07 sentyabr 2020-ci ildə və 15 dekabr 2020-ci ildə xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi üçün müraciətlər etmiş, ilk müraciətində xidmət müddətini, digər iki müraciətində isə ailə vəziyyətini əsas gətirmişdir. Ünvanlanan müraciətlər "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat” ilə müəyyən olunmuş rotasiya dövründən (h ər ilin iyul ayı) sonra həyata keçirilmişdir. İddiaçının ilkin müraciətindən fərqli olaraq digər iki müraciəti (ailə vəziyyəti ilə əlaqədar) rotasiyanın fərdi qaydada həyata keçirilməsinə aid olmuşdur. Belə ki, iddiaçı məhkəmədə qardaşının ağır xəstə olduğunu bildirib ailə vəziyyəti ilə bağlı rotasiya olunmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 71-ci maddəsinin “z” bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan, səhhətinə görə hərbi xidmətə, yaxud dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, lakin səhhətinə, yaxud ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçu ların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. Bu zaman səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən hərbi qulluqçular ehtiyata buraxılmağa və ya istefaya göndərilməyə təqdim edilirlər. Xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy “Hərbi qulluqçuların və onların ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında Təlimata” uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən verilir. Bu məqsədlə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinə arvad (ər), hərbi qulluqçunun öhdəsində olan həddi-buluğa çatmamış uşaqlar, həddi-buluğa çatm ış uşaqlar-şagirdlər, eləcə də birinci və ikinci dərəcə əlilliyi olan övladları aiddirlər. Həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat"ın 9.1.11-ci maddəsinə əsasən zabitin ailə üzvləri (arvadı (əri), övladları və valideynləri) ağır xəstə olduqda (hərbi həkim komissiyasının rəyi təqdim edildikdə) rotasiya fərdi qaydada həyata keçirilir. Kollegiya qeyd edir ki, işdə rotasiyanın fərdi qaydada həyata keçirilməsinə əsas olan hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- Şəxsi Heyət Baş İdarəsinin rəisi tərəfindən Müdafiə nazirinin müavini - X5 Komandanına ünvanlanmış 15 aprel 2021-ci il tarixli, 1/1246 nömrəli məktubda göstərilmişdir k i, döyüş əməliyyatlarından sonrakı dövrdə hərbi hissələrin dislokasiya yerlərinin dəyişdirilməsi və COVİD-19 pandemiyasının geniş yayılması Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat"ın tələblərinin yerinə yetirilməsində çətinlik yaratmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsinin (rotasiyasının) 2022-ci ilin iyun ayına planlaşdırılmasına dair qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi diskresion səlahiyyətlərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1, 73.3.2, 73.3.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından kollegiya qe yd edir ki, zabit heyətinin xidməti yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alınmaqla diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilib-keçirilməməsinin müəyyən olunması ilə məhdudlaşır. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən cavabdeh tərəfindən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqs ədinə uyğun həyata keçirilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının şikayətində göstərdiyi, zabit heyətinin xidməti yerlərinin dəyişdirilməsinin dayandırılması barədə məlumatın tamamilə yanlış olması və bu gün də Naxçıvan Birləşməsindən digər birləşmələrə və digər birləşmələrdən Naxçıvan Birləşməsinə zabit heyətinin xidməti yerinin dəyişməsinin (rotasiyası) davam etməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, inzibati-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcburetmə haqqında iddia olan hazırkı tələb üzrə sübutetmə yükünün iddiaçıya aid olmasına baxmayaraq o, şikayətində qeyd etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələ binə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya hesab edir ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- Şəxsi Heyət Baş İdarəsinin rəisi tərəfindən Müdafiə nazirinin müavini - X5 Komandanına ünvanlanmış 15 aprel 2021-ci il tarixli, 1/1246 nömrəli məktubdan aydın olur ki, döyüş əməl iyyatlarından sonrakı dövrdə hərbi hissələrin dislokasiya yerlərinin dəyişdirilməsi və COVİD-19 pandemiyasının geniş yayılması Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat"ın tələblərinin yerinə yetirilməsində çətinlik yaratdığından Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsinin (rotasiyasının) 2022-ci ilin iyun ayına planlaşdırılmasına dair qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat”a əsasən zabit heyətinin birliklərarası xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsinin (rotasiyası) hər ilin iyul ayında həyata keçirilməsi nəzərdə tutulsa da iddiaçı xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar raportla 19 avqust 2020-ci il tarixdə, yəni müəyyən edilmiş müddətdən sonra komandanlığa müraciət etmiş, zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsi (rotasiyası) isə yuxarıda göstərilən səbəblərdən mümkün olmamışdır. Bununla yanaşı Kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmaması onun yenidən inzibati orqana müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respu blikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən kollegiya belə nəticəyə gəlir ki, yuxarıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(122)-30/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94.1-ci maddələrini rəhbər tutaraq kolle giya qərar v e r d i: İddiaçı şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 21(122)-30/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-1/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-1/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver