Məhkəmə qərarları › İş №2-1(108)-1/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-1/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-1/2023 16.01.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızının, və İddiaçı5, cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “X1 adına verilmiş JN 14B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 471.2 kv.m torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı ilə əvəzsiz olaraq onlara verilmiş 1500 kv.m. torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(122)-249/2022 nömrəli qərardadından iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızı və İddiaçı5 tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı 07 oktyabr 2022-ci il tarix də məcburetmə haqqında iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək X1 adına verilmiş JN 14B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin 471.2 kv.m torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı ilə əvəzsiz olaraq onlara verilmiş 1500 kv.m torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 21(122)-249/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxa n qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “X1 adına verilmiş JN 14B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 471.2 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı ilə əvəzsiz olaraq onlara verilmiş 1500 kv.m. torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin həmin qərardadı ilə razılaşmayan iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 15 noyabr 2022-ci il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali M əhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli iddianın mümkün sayılmaması barədə 2-1(122)-249/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kol legiyasının 2-1(108)46/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(122)-249/2022 nömrəli qərardadından verilmiş şikayət iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızına və İddiaçı5 münasibətdə mümkün, digər iddiaçılar İddiaçı3 və İddiaçı4 münasibətdə qeyri-mümkün hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızı və Fərhadov X5 MR İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(122)249/2022 nömrəli qərardadından verdikləri şikayətin geri götürülməsi ilə bağlı xx.xx.2023cü il tarixli ərizəni kollegiyaya təqdim edərək izahatlarında şikayəti geri götürdüklərini qeyd edərək ərizənin nəzərə alınaraq inzibati işin apellyasiya instansiya məhkəməsində icraatına xitam verilməsini kollegiyadan xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 xx.xx.2023-cü il tarixli ərizə ilə kollegiyaya müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(122)-249/2022 nömrəli qərardadından verilmiş şikayətin iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızı və İddiaçı5 tərəfindən geri götürülməsinə etiraz etmədiyini, ərizənin nəzərə alınaraq inzibati işin apellyasiya instansiya məhkəməsində icraatına xitam verilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 89cu maddəsinə əsasən bu Məcəllənin 9 4.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Həmin Məcəllənin 86.4-cü maddəsinə uyğun olaraq şikayət geri götürüldüyü hallarda məhkəmə şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Naxçıvan Muxtar Respublikası İnzib ati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 21(122)-249/2022 nömrəli qərardadından verilmiş şikayət iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızı və İddiaçı5 tərəfindən geri götürüldüyündən şikayətlə bağlı icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.3, 88.1, 89-cu maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 21(122)-249/2022 nömrəli qərardadından verilmiş şikayət iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızı, və İddiaçı5 tərəfindən geri götürüldüyündən şikayətlə bağlı icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün mü ddətində Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar