Məhkəmə qərarları › İş №2-1(108)-1/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-1/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-1/2024 13.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəmə sinin 04 avqust 2023-cü il tarixli, 2-1(122)-76/2023 nömrəli qərarından Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 30 dekabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 13 mart 2023-cü il tarixli, 2-1(122)-76/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmənin protokol qərardadı ilə iddia tələbi İddiaçı Cavabdeh Naxçıvan Muxta r Respublikası üzrə baş idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi nəzərə alınmasına qərar verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 21(122)-76/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmri ləğv olunaraq İddiaçı buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yer indəki vəzifəsinə bərpa olunması öhdəliyi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 21(122)-76/2023 nömrəli qərarından narazı qalan Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi 07 sentyabr 2023-cü il tarixdə apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(122)-76/2023 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Re spublikası üzrə baş idarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alı r. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. X6 İnzibati Məhkəməsi sözügedən 2-1(122)- 76/2023 nömrəli qərarın əsaslandırma hissəsində qeyd etmişdir ki, sübutetmə yükü daşıyan cavabdeh sözügedən əmrin qəbulunu şərtləndirən həmin hallara dair, yəni iddiaçı barəsində aparılmış xidməti araşdırmanın nəticələrini əks etdirən tutarlı sübut və dəlilləri məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə nədənsə nəzərə almamışdır ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə 15 fevral 2023-cü il tarixli, 3-43-75/2-319/2023 nömrəli məktub göndərərək iddiaya qarşı yazılı münasibətini (etiraz) bildirmiş və həmin etiraza aşağıda göstərilən sübutları təqdim etmişdir: - Xidmətin Kəngərli rayon şöbəsinin sabiq kargüzarı X4 və gözətçisi X8, ehtiyatda olan kapitan İddiaçı alınmış izahatların təsdiq edilmiş sürətləri; - X5 Xidmətə təqdim etdiyi flaş variantında olan “Whatsapp” yazışmalarından çıxarış və video çəkilişdə olan səs yazısının DVD-si; - xx.xx.2022-ci il tarixdə kapitan İddiaçı növbətçi olduğu müddətdə növbəni özbaşına tərk etməsi barədə tərtib olunmuş aktın təsdiq edilmiş surəti. Qeyd olunan sübutlarla İddiaçı hərbi qulluğuna məsuliyyətsiz yanaşması tam sübuta yetirilmiş və onun ailəli olması səbəbindən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti humanizm prinsiplərinə əsaslanaraq sübutlara hüquqi qiymət verilməsi üçün hüquqmühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı xidməti vəzifələrinin icrası zamanı öz iş yoldaşı ilə qeyri-xidməti əlaqələr yaradaraq hərbi qulluqçuya yaraşmayan və xidmət etdiyi orqanın nüfuzunu aşağı salacaq nalayiq hərəkətlərə yol verməklə, habe lə növbətçi olduğu zaman xidməti yerini özbaşına tərk etməsi şəxsi heyətin yüksək nizam-intizamına mənfi örnək olmuş, o cümlədən xidməti fəaliyyətində üzərinə düşən vəzifənin əhəmiyyətini dərk etməyərək nizamnamə qaydalarını kobud şəkildə pozduğuna və etdiyi əməlin xidməti ilə bir araya sığmadığı nəzərə alınaraq kapitan İddiaçı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət etməsi məqsədəuyğun hesab olunmamış və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələr inin Daxili Xidmət Nizamnaməsinin” 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Həmin Nizamnamənin 3-cü maddəsinə əsasən, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2023-cü il tarixli, 2086 nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsasında Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılmışdır. Elə həmin tarixdən Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi rəisinin xidmətə qəbul etmə (işə götürmə), xidmətdən ehtiyata və ya istefaya buraxma (işdən azad etmə) və s. səlahiyyətləri xaricindədir. Adıçəkilən səlahiyyətlər yalnız Cavabdeh rəisinə məxsusdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(108)-1/2024 nömrəli qərardadı ilə iş üzrə Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi Cavabdeh ilə əvəz olunmuşdur. Cavabdeh nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(122)-762023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini kollegiyadan xahiş etdi. İddiaçı şifahi məhkəmə baxışı iclasında verdiyi izahatında apellyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(122)-762023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. İddiaçının vəkili Vəkil şifahi məhkəmə baxışı iclasında apellyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(122)-76/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri h esab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müdd əaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiy ası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyy ən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı inzibati mübahisə üzrə işin əsas mahiyyəti ondan ibarətdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 05 noyabr 2022-ci il tarixli, 016 saylı əmrinin ləğv edilməsini və hüquqi nəticələrinin aradan qaldırılmasını tələb edir. İş materialları ilə müəyyən olunur ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı 13 mart 2023-cü il tarixli ərizəsini nəzərə alaraq iddia üzrə buraxılmış prosessual müddəti bərpa etmiş və 04 avqust 2023-cü il tarixli, 2-1(122)-76/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin 05 noyabr 2022-ci il tarixl i, 016 nömrəli əmri ləğv olunaraq İddiaçı buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin üzərinə qoyulması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən ona istinad etmişdir ki, iddiaçı ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, o, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli, hərbi həkim komissiyasının müayinəsinə göndərilməməyə dair mün asibəti öyrənilməli, onun ehtiyata buraxılmasına dair (akt) təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmalı idi. Cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılması barədə yuxarıda qeyd olunan tələblərə əməl etdiyini, inzibati icraatın aparılması ilə bağlı pozuntuya yol vermədiyini iddia etsə də, yuxarıda göstərilən tələblərə əməl etməsini təsdiq edən hər hansı sübutu yazılı etirazına əlavə etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi iddianın təmin edilməsi kimi ona əsaslanmışdır ki, cavabdeh orqan zəruri inzibati icraat aparmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol vermişdir. “İnzibati icraat” haqqında Qanunun 67.1-ci və 67.2-ci məzmun undan aydın olur ki, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt isə məhkəmə qaydasında ləğv oluna bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh əmrin verilməsinə əsas olmuş halları sübuta yetirə bilməmişdir İşin göstərilən halları ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrd ən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər. “Azərbaycan Respublikası Silahlı X7”nə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə əsaslanır. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, layiqliləri həvəsləndirməli, intizamı p ozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Həmin Nizamnamənin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”nə əsasən hərbi rütbəsi böyük olanlar hərbi rütbəs kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna riayət etmələrini tələb etmək hüququna malikdirlər. Hər bir hərbi qulluqçu öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Beləliklə, yuxarıda sadalanan hüquq normalarına əsasən, hazırkı iş üzrə iddiaçı hərbi qulluqçu olduğu üçün ictimai asayiş in özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə borcludur. İnzibati icraat aparılmaması əsasına münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən işə həm birinci instansiya baxışı zamanı məhkəməyə təqdim olunaraq işə əlavə edilmiş materiallardan, eyni zamanda işə apelyasiya qaydasında baxılarkən kollegiyanın sorğusuna cavab olaraq Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi tərəfindən təqdim edilmiş 14 noyabr 2023-cü il tarixli, 097 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərdən belə məlum olur ki, iddiaçı işdən çıxarılan zaman onun barəsində inzibati icraat aparılmış və müvafiq materiallar toplanmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmə tə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin surətindən aydın olur ki, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq kapitan Vəliyev X10 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin Səfərbərlik hazırlığı, səfərbərlik və qeydiyyat bölməsinin zabiti ( ehtiyatda olan zabit, gizir, çavuş və əsgərlərin səfərbərlik hazırlığı üzrə) vəzifəsindən azad olunmaqla həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın. Hərbi qeydiyyatda durmaq üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin göndərilsin. Kapitan İddiaçı 05 noyabr 2022-ci il tarixə xidmət illəri təqvimlə 09 il, 07 ay, 06 gün, güzəştlə 00 il, 02 ay, 17 gün, ümumi xidmət illəri 09 il, 09 ay, 23 gün təşkil etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin tələbindən aydın olur ki, xidməti uyğunsuzluğa, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmçinin, iddia ərizəsində qeyd edilən, əmrin təqdim olunmaması dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Həmçinin, iddia ərizəsində zabitlərin nalayiq hərəkətlərinin müvafiq hərbi hissələrin zabitlərinin yığıncaqlarında müzakirə edilməli olması və ya hərbi qulluqçuların şərəf məhkəmələrində baxılmalı olması, eyni zamanda qanun pozuntularına yol verilməsi məsələsinin araşdırlması məqsədilə hüquq-mühafizə orqanlarına müraciət olunması dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarından və eyni zamanda cavabdehin nümayəndəsinin çıxışından da müəyyən olunur ki, məsələyə bu nöqteyi nəzərdən qiy mət verilməməsi, yəni iddiaçının barəsində toplanmış sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməməsi humanizm prinsiplərinə, milli-mənəvi dəyərlərə əsaslanaraq, iddiaçının özünün və ailəsinin sonrakı dövr üçün daha çox məhrumiyyətlərlə üzləşməməsi səbəbindən həyata keçirilməmişdir. İddia ərizəsində qanunvericilikdə hərbi qulluqçulara tətbiq olunması nəzərdə tutulan alternativ cəza tədbirlərinin mövcudluğuna münasibətdə qeyd olunmalıdır ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdud lar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səla hiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya hesab edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmiş və inzibati orqan diskresion səlahiyyətlərindən istifadə edərək İddiaçı barəsində Silahlı Qüvvələrin ehtiyatına buraxlması barədə əmri verməkdə haqlı olmuşdur. Kollegiya həmçinin, iddiaçının qadın həmkarı ilə münasibətinin xidməti işlə əlaqədar olmaması barədə məhkəmə baxışı zamanı verdiyi izahatına münasibətdə isə xx.xx.1994-cü il tarixli, 885 nömrəli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1, Azərbaycan Respublikası Silahlı Q üvvələrinin Daxili Xidmət Nizamnaməsinə istinad edərək qeyd edir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə əsaslanır. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 146-cı maddəsinə əsasən həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şə rəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq hərbi qulluqçunun vəzifəsidir. Kollegiya qeyd edir ki, iş üzrə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən -xidməti uyğunsuzluğa əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının hərbi xidmətə uyğunsuz olması isə yuxarıda qeyd edildiyi kimi işin mübahisəsiz hallarına aiddir, cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, lakin iddiaçı bunun əksinə dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir və buna görə də həmin əmrin ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Kollegiya son olaraq qeyd etməyi zəruri hesab edə rək bildirir ki, İddiaçı öz iş yoldaşı ilə qeyri-xidməti əlaqələr yaradaraq hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər etməsi, növbətçi olduğu zaman üzrsüz səbəbdən və özbaşına xidməti yerin tərk etməsi kollegiyanın sorğusuna əsasən iş materiallarına əlavə olunmuş iddiaçı barəsində aparılan inzibati icraat materialları ilə sübuta yetirilir və bu işin mübahisəsiz halıdır. Kollegiya buna görə də hesab edir ki, cavabdehin mübahisələndirilən əmri qanuni əsaslarla qəbul edilmiş, həmin əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə sübut edilmiş, məhkəmə araşdırması zamanı qeyd edilən əmrin ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinin pozulması müəyyən edilməmiş, eyni zamanda iddiaçı, cavabdehin gətirdiyi dəlilləri təkzib edən və öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu isə öz növbəsində düzgün sayıla bilməyəcək nəticəyə gəlməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Yuxarıda sadalanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(122)76/2023 nömrəli qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia rədd edilməlidir. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(122)-76/2023 nömrəli qərarından Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 21(122)-76/2023 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan, qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kolleg iyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar