Məhkəmə qərarları › İş №2-1(108)-1/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-1/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-1/2025 16.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X20 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 21(122)-24/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıv an Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicra n Muradov) 26 aprel 2024-cü il tarixli, 2-1(122)-24/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 25 oktyabr 2019-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2022-ci ilin yanvar ayı üçün ona təyin edilmiş pensiya məbləği ödənilməmişdir. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən ona təqdim edilmiş 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarda iddiaçının Culfa rayon Mərkəzi Xəstəxanasında əmək fəaliyyətində olduğu 1984-2002-ci illərdə analıq və öz hesabına məzuniyyətdə olmağına əsaslanaraq həmin dövrün iş stajı kimi nəzərə alınmadığı, bununla da tələb olunan 20 il ümumi iş stajının tamamlanmadığı, buna görə də pensiya işinin ləğv edildiyi göstərilmişdir. Cavabdeh orqan təyin edilmiş pensiyanın kəsilməsini iddiaçının məzuniyyətdə olduğu müddətlə əlaqələndirmiş və bununla da, 20 il iş stajının düzəlmədiyi qənaətinə gəlmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1961-ci il tarixdə anadan olmuş iddiaçıya "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 25 oktyabr 2019-cu il tarixli, 138 nömrəli qərarına əsasən 52 yaşının tamam olduğu 15 sentyabr 2013-cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Culfa rayon Dövlət arxivi tərəfindən verilmiş 07 iyul 2009-cu il tarixli, 79 nömrəli arayışa əsasən X12 14 dekabr 1980-cı il tarixdən 13 iyul 1984-cü il tarixədək (3 il 6 ay 29 gün) Culfa rayon X1 (sovxoz) malabaxan, daha sonra sağıcı olaraq işləmişdir. Pensiya işində iddiaçının adına olan MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək (18 il 1 ay 29 gün) Culfa rayon Mərkəzi Xəstəxanasının yoluxucu şöbəsində tibb bacısı vəzifəsində işləmişdir. Beləliklə, əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən, İddiaçı 01 yanvar 2006-cı il tarixədək 21 il 8 ay 28 gün ümumi, 18 il 1 ay 29 gün xüsusi iş stajı vardır. Culfa rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli, 228 nömrəli arayışda İddiaçı Culfa ray on 26-cı Qurultay sovxozunda işlədiyi illərin əmək haqqı cədvəlində onun 1983-cü il tarixdə 10 ay, 1984-cü il tarixdə isə 2 ay olmaqla, ümumilikdə 12 ay əmək haqqı almadığı, 1980-1981-ci illərə dair kökəltmə birliyinin sənədləri arxivə təhvil verilmədiyindən əmək haqqı barədə məlumat verilməsi mümkün olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 13/626 nömrəli arayışa əsasən İddiaçı Culfa rayon Mərkəzi Xəstəxanasında işlədiyi illər ərzində bir çox aylar üzrə əmək haqqı almamışdır. Belə ki, iddiaçının Culfa rayon Mərkəzi Xəstəxanasında işlədiyi illərin əmək haqqı arayışında onun 1992-ci il tarixdə 8 ay, 1994-cü il tarixdə 7 ay, ümumilikdə 15 ay, yəni 1 il 3 ay əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi məlum olmuşdu r. Nəticədə qeyd edilən aylar üzrə iddiaçı Culfa rayon X1 (sovxoz) və Culfa rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrlərdə əmək haqqı almadığı və müvafiq sığorta haqlarını ödəmədiyi, həmçinin 1980-1981-ci illər üzrə Culfa Rayon 26-cı Qurultay sovxozunun sənədləri arxivə təhvil verilmədiyi üçün həmin dövrlərin iddiaçıya iş stajı kimi nəzərə alınması mümkünsüz hesab edilmişdir. İddiaçının 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 21 il 10 aydan 2 il 3 ay azalaraq 19 il 7 ay 20 gün müəyyən edilmişdir. Qeyd olunan illərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ona hər hansı ödəniş edilməmiş və o, həmin müddətlərdə əmək haqqı almamışdır. Arxiv arayışında qeyd edilən illərdə iddiaçının qismən, analıq və öz hesabına məzuniyyətlərdə olduğu göstərilsə də ona qanunsuz olaraq həmin illər iş stajı kimi nəzərə alınmış və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər (20 il) ümumi stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarına əsasən ləğv edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təm in edilməməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinə uyğun izahat verərək həmçinin bildirdilər ki, iddiaçı qısa müddət analıq məzuniyyətlərində olmuş, Culfa rayon Mərkəzi Xəstəxanasında analıq məzuniyyətlərinə buraxılmış olsa da məzuniyyət müddətləri başa çatmamış məzuniyyətə buraxıldıqdan qısa müddət sonra işə geri qayıtmış, faktiki olaraq öz əmək funksiyalarını icra etmiş və əmək haqqı almışdır. O, sovxozda və xəstəxanada işləyərkən hər ay əmək haqqı almışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsa sən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıya məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1961-ci ildə doğulmuş dur. İşdə olan Culfa rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş İVЖГ № 344319 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X12 arasında 30 noyabr 1987-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonar arvada Əliyarova soyadı verilmişdir. İşdə olan doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətlərindən görünür ki, Əliyarova (Əliyeva) Gülsüm Xanvələd qızının 4 övladı vardır – xx.xx.1989-cu il təvəllüdlü X5, xx.xx.1991-ci il təvəllüdlü X11, xx.xx.1994-cü il təvəllüdlü X8, xx.xx.1997ci il təvəllüdlü X6. İşdə olan Culfa rayon Dövlət Arxiv İdarəsinin 01 fevral 2023-cü il tarixli, 275 nömrəli arayışından görünür ki, Culfa rayon Yaycı kənd Texniki peşə məktəbinin sənədlərinə əsasən İddiaçı xx.xx.1979-cu ildə 134 nömrəli əmrlə məktəbə dax il olmuş, xx.xx.1980-ci ildə 160 nömrəli əmrlə məktəbi bitirmişdir. İşdə olan Culfa rayon Yaycı Peşə məktəbi üzrə xx.xx.1979-cu il tarixli, 134 nömrəli əmrdən görünür ki, X12 1979-1980-ci tədris ili üçün heyvandarlıq ustası ixtisas qrupuna qəbul olunmuşdur. İşdə olan Culfa rayon Yaycı Peşə məktəbi üzrə xx.xx.1980-ci il tarixli, 160 nömrəli əmrdən görünür ki, X12 dövlət buraxılış imtahanını müvəffəqiyyətlə başa vuraraq məktəbin tam kursunu bitirdiyindən ona “heyvandarlıq fermaları mexanizatoru” ixtisası verilmiş və rayonun heyvandarlıq fermalarında işə göndərilmişdir. İşdə olan Culfa rayon Dövlət Arxivinin 05 sentyabr 2024-cü il tarixli, 63b nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon XXVİ qurultay adına sovxozun sənədlərinə baxdıq da İddiaçı xx.xx.1980-ci ildə 78 nömrəli əmrlə sovxoza işə girmiş, xx.xx.1984-cü ildə 178 nömrəli əmrlə azad edilmişdir. 1982-1984-cü illər Culfa rayon XXVİ qurultay adına sovxozda işləmiş aylar üzrə əmək haqqı almışdır. 1980-1981-ci illər Culfa rayon XXVİ qurultay adına sovxozun əmək haqqı cədvəlləri Culfa rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək haqqı müəyyən edilmədi, 1980-1984-cü illər əmr və əmək haqqı kitablarında XXVİ qurultay adına sovxoz kimi qeyd edilmişdir. Həmin arayışda iddiaçının sovxoza işə girmə və işdən azad edilmə barədə qeyd edilən məlumatlar iş materiallarında olan xx.xx.1980-ci il tarixli, 78 nömrəli və xx.xx.1984cü il tarixli, 178 nömrəli əmrlərin təsdiq edilmiş surətləri ilə öz təsdiqini tapır. İşdə olan MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görü nür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Culfa rayon Mərkəzi Xəstəxanasının yoluxucu şöbəsində palata sanitarkası vəzifəsində işləmişdir. İşdə olan Culfa rayon Dövlət Arxivinin 25 iyul 2024-cü il tarixli, 58a nömrəli arxiv arayışından görünür ki, xx.xx.1980-ci ildə 78 nömrəli əmrlə 26-cı Qurultay adına Sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1984-cü ildə 178 nömrəli əmrlə azad edilmiş, xx.xx.1986-cı ildə Culfa rayon Mərkəzi Xəstəxanasında məzuniyyətə çıxmış, xx.xx.1989-cu ildə 18 nömrəli əmrlə 1987-1988-ci ilin qalıq məzuniyyətinə çıxmış, xx.xx.1989-cu ildə 56 nömrəli əmrlə 1988-1989-cu ilin növbəti əmək məzuniyyətinə çıxmış, xx.xx.1990-cı ildə 6 nömrəli əmrlə qismən ödənişli məzuniyyətə çıxmış, xx.xx.1991-ci ildə 33 nömrəli əmrlə dekret məzuniyyətinə buraxılmış, xx. xx.1993-cü ildə 38 nömrəli əmrlə əmək məzuniyyətinə çıxmış, xx.xx.1996-cı ildə 4 nömrəli əmrlə analıq məzuniyyətinə çıxmış, xx.xx.1998-ci ildə 51 nömrəli əmrlə qismən ödənişli məzuniyyətə çıxmış, xx.xx.2002-ci ildə 40 nömrəli əmrlə azad edilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25 oktyabr 2019-cu il tarixli, 138 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarından görünür ki, xx.xx.1961-ci il tarixdə a nadan olmuş, Culfa rayon, Yaycı kəndində yaşayan İddiaçı 25 oktyabr 2019-cu il tarixli, 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilmiş və 25 oktyabr 2019-cu il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 17892,36 manat məbləğində pul vəsaitinin geri qaytarılması qərara alınmışdır. İşdə olan “X29 Mərkəzi” publik hüquqi şəxs tərəfindən məhkəmə sorğusuna verilmiş 24 sentyabr 2024-cü il tarixli, 210/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 101 nömrəli əmrlə Culfa Rayon Mərkəzi Xəstəxanasında yoluxucu şöbədə “palata sanitarkası” təyin edilmiş və əmək funksiyalarının icrası zamanı xəstələrlə təmasda olmuşdur, xx.xx.2002-ci il tarixli, 40 nömrəli əmrlə həmin işdən azad edilmişdir. Azərbaycan Respubl ikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. İddiaçı işlədiyi vəzifə 22600000 XXİV. Səhiyyə və Sosial Təminat İdarələri ilə bağlı 2260600a bəndinə əsasən güzəştli hesab olunur. Məhkəmənin 16 yanvar 2025-ci il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində bildirmişdir ki, 2022-ci ildən yaşa görə əmək pensiyaçısıdır. 1989-cu ildən Culfa rayon Mərkəzi Xəstəxanasında işləməyə başlamış, həmin xəstəxanada 25 il müxtəlif şöbələrdə sanitarka vəzifəsində çalışmışdır. İddiaçı tanıyır, xəstəxananın yoluxucu şöbəsində sani tarka işləmişdir. İddiaçının uzun müddət məzuniyyətdə olduğunu görməyib. Hər dəfə analıq məzuniyyətinə çıxdıqdan 3-4 ay sonra işə çıxdığına və öz əmək funksiyalarını icra etdiyinə şahid olmuşdur. İşdə olan X2 pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1989-cu il tarixdə Culfa rayon Mərkəzi Xəstəxanasında sanitarka vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Məhkəmənin 16 yanvar 2025-ci il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilmiş X17 öz ifadəsində bildirmişdir ki, hazırda işləmir, pensiyaçı deyildir. Əmək kitabçası özündədir. 1989-cu ildən Culfa rayon Mərkəzi Xəstəxanasında 3 ilə yaxın sanitarka vəzifəsində işləmişdir. İddiaçı tanıyır, xəstəxananın yoluxucu şöbəsində sanitarka işləmişdir. Azərbaycan Respublika sının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən Azərbay can Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilm əsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası müəyyən etdi ki, cavabdeh inzibati orqanın 25 oktyabr 2019cu il tarixli, 138 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin cavabdeh inzibati orqanın 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilmiş və 25 oktyabr 2019-cu il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş pul vəsaitinin geri qaytarılması qərara alınmışdır. Həmin qərarda iddiaçının Culfa rayon Mərkəzi Xəstəxanasında əmək fəal iyyətində olduğu 1984-2002-ci illərdə analıq və öz hesabına məzuniyyətdə olmağına əsaslanaraq həmin dövrün iş stajı kimi nəzərə alınmadığı, bununla da tələb olunan 20 il ümumi iş stajının tamamlanmadığı, buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edildiyi göstərilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (maddə 67.4.). "İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından inzibati akt qanunsuz hesab edildiyi təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan inzibati icraat aparmadan, maraqlı şəxsi icraata cəlb etmədən və onun dinlənilmə hüququnu təmin etmədən, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Cavabdeh inzibati orqan inzibati icraat aparmasına dair sübut təqdim edə bilmir, inzibati icraat aparılmamasını etiraf edir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı xx.xx.2006-cı il tarixədək stajı nəzərə alınmaqla ona 52 yaşından, yəni 15 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadın sığortaolunanın xx.xx.2006-cı il tarixədək azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, 52 yaşına çatdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) toplamış və onun xx.xx.2013-cü il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu hallar iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Culfa rayon Yaycı kənd Texniki peşə məktəbində oxumuş (11 ay 15 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Culfa rayon XXVİ qurultay adına sovxozda işləmiş (3 il 6 ay 29 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Culfa rayon Mərkəzi Xəstəxanasının yoluxucu şöbəsində palata sanitarkası vəzifəsində (18 il 1 ay 29 gün) işləmişdir. Beləliklə iddiaçının 20 ildən artıq ümumi iş stajı vardır. Bu hallar iddiaçıya məxsus əmək kitabçası, dövlət arxivinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Həmçinin İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Culfa Rayon Mərkəzi Xəstəxanasının yoluxucu şöbəsində işlədi yi sanitarka vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (XXİV (Səhiyyə və sosial təminat idarələri) bölmə, kiçik tibb heyəti (2260600a)) öz əksini tapmışdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin əsası iddiaçının tələb olunan 20 il ümumi iş stajına malik olmaması, Culfa rayon XXVİ qurultay adına sovxozda və Culfa rayon Mərkəzi Xəstəxanasında işləməsi ilə əlaqədar bəzi dövrlərdə əmək haqqı alması barədə məlumatların olmaması, həmçinin Culfa rayon Mərkəzi Xəstəxanasında analıq məzuniyyətində olduğu bə zi dövrlərin əsassız olaraq iş stajına daxil edilməsindən ibarətdir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müəyyən dövrlərdə iddiaçının əmək haqqı alması iş materialları ilə təsdiq edilməsə də, iddiaçının işə girmə və işdən çıxma əmrləri barədə məlumatlar əmək kitabçasında və arxiv məlumatlarında mövcuddur. İddiaçının həmin müəssisələrdə işləməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. İddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisələrdə işlədiyini və əmək haqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisələrdə işləməməsinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrin müvafiq dövrə aid əmək haqqı kitablarının tam işlənilməməsinə görə həmin müəssisənin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hallar iddiaçının ziyanına qiymətləndirilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz he sabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Culfa rayon Mərkəzi Xəstəxanasında analıq (uşağa qulluğa görə) məzuniyyətində olduğu bəzi dövrlərin əsassız olaraq ümumi staja daxil edilməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Culfa rayon Mərkəzi Xəstəxanasında işlədiyi və analıq (uşağa qulluğa görə) məzuniyyətində olduğu dövrlərdə qüvvədə olmuş əmək və pensiya təminatı qanunvericiliyində həmin dövrün əmək stajına daxil edilməməsi ilə əlaqədar məhdudiyyət nəzərdə tutulmamış və həmin dövr ümumi staja daxil edilməlidir. Belə ki, Azərbaycan SSR-nin 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsində, o cümlədən xx.xx.1999-cu il tari xdə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111.1-ci maddəsində məzuniyyətdə olduğu müddətin işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edildiyi nəzərdə tutulmuşdur. Həmçinin iddiaçı bildirir ki, o, qısa müddət analıq məzuniyyətlərində olmuş, Culfa rayon Mərkəzi Xəstəxanasında analıq məzuniyyətlərinə buraxılmış olsa da məzuniyyət müddətləri başa çatmamış məzuniyyətə buraxıldıqdan qısa müddət sonra işə geri qayıtmış, faktiki olaraq öz əmək funksiyalarını icra etmiş və əmək haqqı almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Culfa rayon Mərkəzi Xəstəxanasının yoluxucu şöbəsində palata sanitarkası vəzifəsində (18 il 1 ay 29 gün) işlədiyi dövrdə ödənişsiz məzuniyyətdə olduğu dövrü sənədlər tam mövcud olmadığından tam dəqiqliklə müəyyən etmək mümkün olmur. Lakin iddiaçı qısa müddət analıq məzuniyyətlərində olduğunu qeyd edir, cavabdeh inzibati orqan isə iddiaçının uzun müddət analıq məzuniyyətlərində olmasına dair sübut təqdim edə bilmir. Həmçinin işdə olan iddiaçının analıq məzuniyyətlərində olması barədə arxiv məlumatlarında olan müddətləri toplayıb güzəştli stajdan çıxsaq belə iddiaçının 10 ildən artıq güzəştli iş stajı vardır. Belə olan halda iddiaçının 10 ildən artıq güzəştli iş stajının olduğu qəbul edilməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur k i, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 21(122)-24/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Al

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar