Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-100/2024 15.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), X6 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 21(122)-343/2024 nömrəli qərardadından iddiaçı X8 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X8 Cavabdehnə qarşı yaşadıqları evin və içərisində olmuş əşyaların geri qaytarılması və ya 200000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ ddiaçı X12 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadıqları evin və içərisində olmuş əşyaların geri qaytarılması və ya 200000 manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 21 avqust 2024-cü il tarixli, 2-1(122)-343/2024 nömrəli qərardadı ilə iddiaçı X8 Cavabdehnə qarşı yaşadığı evin və içərisində olmuş əşyaların geri qaytarılması və ya 200000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı X8 nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası və anası X17 Zavodunda işləd ikləri zaman onlara ailələri ilə birlikdə yaşamaları üçün verilmiş ev Cavabdeh tərəfindən qanunsuz olaraq onlara məlumat verilmədən boşaldılmış və həmin ev başqa şəxsə verilmişdir. Həmçinin evin içərisində olan onlara məxsus əmlaklar çölə atılmış və nəticəsi məlum deyildir. O, yaşadığı evin və içərisində olmuş əşyaların geri qaytarılması və ya 200000 manat kompensasiyanın ödənilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı X12 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi təkcə evdən ibarət deyildir. İddia ərizəsindən göründüyü kimi, evdəki əşyalar da iddianın əsasını təşkil edir. Məhkəmə X3 və X8 adına Badamlı qəsəbəsində hər hansı daşınmaz əmlakın olm adığını və məhz buna görədə onun iddia tələbi ilə bağlı subyektiv hüququnun olmadığını qeyd edir. Qərardaddan da bəlli olduğu kimi məhkəmə iddianın mümkünsüzlüyünü yalnız hüquq təsdiqedici sənədlərin olmaması ilə əlaqələndirmiş və hüquqmüəyyənedici sənədlərə, misal üçün təsərrüfatbaşına kitablardan çıxarışlara qətiyyən qiymət verməmişdir. Birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə formal olaraq yanaşmış, reallıqda ona heç bir praktiki yardım göstərməmişdir. Prosessual məsələlər Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında şikayətin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı X12 və onun n ümayəndəsi Vəkil məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçı X12 və onun nümayəndəsi Vəkil iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə m aterialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(122)-343/2024 nömrəli qərardadı ləğv edilməli, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Birinci ins tansiya məhkəməsi hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tam hüquqi marağını aydınlaşdırmamışdır. İlk növbədə hazırkı iş üzrə mübahisəli evin iddiaçının ailə üzvlərinə hansı tarixdə, hansı qaydada, hansı şərtlərlə, hansı inzibati akt və sənədlər əsasında, hansı ailə üzvlərinə (ailə üzvlərinin tərkibi müəyyən edilməklə) verilməsi, həmçinin iddiaçının ailə üzvü olması aydınlaşdırılmalıdır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı iş üzrə müəyyən sorğular vermiş, lakin işdə olan sübutlar hazırkı mübahisəyə qiymət verilməsi üçün yetərli deyildir. Hazırkı iş üzrə işin faktiki hallarının müəyyən edilməsi üçün əhəmiyyətli say da sübutlar əldə edilməli və qiymətləndirilməlidir. Hazırkı iş üzrə işin faktiki halları müəyyən edilmədən, iddiaçının hüquqi marağının və subyektiv hüququnun müəyyən edilməsi mümkün deyildir. Yeni sübutlar əldə ediləcəyi və işin faktiki halları müəyyən ediləcəyi təqdirdə iddiaçının hüquqi marağı və iddia tələbi dəyişilə bilər. İşdə olan Badamlı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən Cavabdehnə ünvanlanmış 25 yanvar 2024-cü il tarixli, 04 nömrəli cavab məktubunun surətində qeyd edilmişdir ki, X9 1956-cı ildə tikilən Badamlı qəsəbəsində olan Azərbaycan Mineral Sular İstehsalat Birliyinin nəzdində olan 5 nömrəli binada 1960-cı ildən 2014-cü ilə qədər həmin evdə yaşamışdır. 2014-cü ildə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Həmin vaxtdan özü və ya yaxın qohuml arından heçkim qeyd olunan ünvanda yaşamamışdır. Orucova Şahnaz 2019-cu ildə Bakı şəhərində vəfat etmişdir. 2016-cı ildən X7 aztəminatlı ailə kimi həmin ünvanda yaşayır və orderlə təmin olunub. Cavabdeh X8 iddiasına dair 06 mart 2024-cü il tarixli etirazında qeyd edilmişdir ki, vətəndaşın müraciəti Cavabdeh yanında müvafiq komissiya tərəfindən araşdırılmış, ona cavab verilmişdir. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, vətəndaş 2009-cu ildə məhkəmənin hökmü ilə həbs olunmuş, 2020-ci ildə azadlığa buraxılmışdır. Badamlı qəsəbəsində yerləşən yaşayış binaları 1956-1962-ci illərdə tikilmişdir. Azərbaycan Mineral Sular İstehsalat Birliyinin tabeliyində olan yaşayış binaları X17 Zavodunun işçilərinə müvəqqəti yaşamaq üçün verilmişdir. X9 və ailəsi 1970-ci illərdə qeyd edilən yaşayış b inasında müvəqqəti yaşamaq üçün mənzillə təmin olunmuşlar. X9 uzun müddət ona verilmiş mənzildə tək yaşamış, 2014-cü ildə Bakı şəhərinə daimi yaşamaq üçün köçmüş və 2019-cu ildə orada vəfat etmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2003-cü il tarixli qərarı ilə X17 Zavoduna məxsus istismar tarixi 1952-ci il olan 9 ədəd taxta yaşayış evi, istismar tarixi 1960-cı il olan 6 ədəd 2 mərtəbəli yaşayış evi Şahbuz Rayonu İcra Hakimiyyətinin balansına verilmişdir. 2014-cü ildən həmin binada yaşayış olmamışdır. 2017-ci ildə qəsəbədə aparılan quruculuq işləri zamanı yaşayış binaları təmir edilmişdir. 3 ildən çox müddətdə istifadə edilmədiyindən 2016-cı ildə aztəminatlı ailə kimi X5 yaşamaq üçün verilmiş, 2023-cü ildə orderlə təmin olunmuşdur. Göründüyü kimi cavabdeh inzi bati orqan iddiaçının anası X3 1960-2014-cü illərdə mübahisəli evdə yaşadığını qeyd edir. Həmçinin cavabdeh inzibati orqan mübahisəli evin müvəqqəti yaşamaq üçün verildiyini, iddiaçının anasının uzun müddət ona verilmiş mənzildə tək yaşadığını, 2014-cü ildə Bakı şəhərinə daimi yaşamaq üçün köçdüyünü qeyd etsədə işdə bu halları təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Həmçinin cavabdeh inzibati orqan etirazında iddiaçının müraciətinın Cavabdeh yanında müvafiq komissiya tərəfindən araşdırıldığını qeyd etsə də araşdırma materialları məhkəməyə təqdim edilməmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın inzibati icraat həyata keçirməyi iş materialları ilə təsdiq olunmur, cavabdeh isə bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Re spublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Hazırkı iş üzrə mübahisəli evin hansı şərtlərlə ailəyə verilməsi, ailənin hansı şərtlərlə 1960-2014-cü illərdə mübahisəli evdə yaşaması aydınlaşdırılmalıdır. Cavabdeh inzibati orqan mübahisəli evin müvəqqəti yaşamaq üçün verildiyini qeyd etsə də işdə bu halları təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Mübahisəli mənzilin yerləşdiyi evin 2003-cü ilə qədər X17 Zavodunun balansınd a olduğu və həmin evlərin mənzillərinin zavodun işçilərinə verildiyi qeyd edilir. Həmçinin müəyyən dövrlər üzrə X17 Zavodunun sənədlərinin dövlət arxivinə verilmədiyi qeyd edilir. X17 Zavodunun sənədləri qoruyub saxlamaması və həmin sənədlərin dövlət arxivinə təhvil verilməməsi zavodun balansında olmuş evlərdə yaşamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. İşin faktiki hallarının aydınlaşdırılması üçün inzibati icraat həyata keçirilməli, daha geniş və aydın sorğular verilməli, sübutlar əldə edilməli, həmçinin mübahisə üzrə aidiyyəti şahidlər icraata cəlb edilməlidir. Hazırkı iş üzrə mübahisəli mənzildə hansı tarixlərdə hansı ailə üzvlərinin yaşadıqları, həmçinin başqa şəxs yerləşdirilənə qədər mübahisəli mənzildə son illərdə hansı ailə üzvlərinin yaşadıqları, iddiaçının mü bahisəli mənzildə hansı tarixlərdə hansı ailə üzvləri ilə birlikdə yaşadığı, iddiaçının və ailə üzvlərinin mübahisəli mənzildən hansı tarixdə çıxmaları və başqa yaşayış sahəsində yaşamaları, iddiaçının hansı tarixlərdə anası ilə birgə yaşaması, anasının ölməmişdən əvvəl son illərdə hansı ailə üzvləri ilə birgə yaşaması, anasının əvvəllər və son illərdə ailə üzvləri kimlərdən ibarət olması, digər ailə üzvlərinin mübahisəli mənzildən hansı tarixdən və hansı qaydada ayrılması, iddiaçının nikaha daxil olması və yeni ailə üzvləri ilə mübahisəli və ya başqa bir evdə yaşaması, cəzaçəkmə müəssisəsinə getməmişdən əvvəl mübahisəli mənzildə yaşayıb-yaşamaması aydınlaşdırılmalıdır. Həmçinin iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olub-olmaması, Rusiyaya hansı tarixdə getməsi və hansı tarixlərd ə orda yaşaması, hansı tarıxdən Rusiyanın vətəndaşı olması, iddiaçının hansı tarixlərdə, həmçinin anası ölməmişdən əvvəl son illərdə yaşayış yeri üzrə harda qeydiyyatda olması, iddiaçının ailə üzvlərinin, o cümlədən iddiaçının anasının, anasının ailə üzvlərinin yaşayış yeri üzrə harda qeydiyyatda olması aydınlaşdırılmalıdır. Həmçinin iddiaçının, onun anasının və digər ailə üzvlərinin mübahisəli mənzildə əmlaklarının olub-olmaması, olduğu təqdirdə həmin əmlakların nəticəsinin necə olması aydınlaşdırılmalıdır. İşdə olan 16 fevral 2023-cü il tarixli, 02/147 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Şahbuz rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz rayon Badamlı qəsəbəsinin 1966-1968, 1969-1971, 1977-1979, 1980-1982, 1983-1985, 1986-1990, 1990-1995, 19962000, 2001-2005, 2011-2015-ci illə rə aid təsərrüfatbaşına kitablarına baxdıqda mərhum X3 Badamlı qəsəbəsində qeydiyyatda olduğu məlum olmuşdur. 2013-2015-ci illərə aid təsərrüfatbaşına kitabda mərhum X3 dövlət mülkiyyətində olan yaşayış binasında yaşadığı məlum olmuşdur. Dövlət Arxivində mühafizə olunan Şahbuz rayon Badamlı qəsəbəsinin təsərrüfatbaşına kitablarında iddiaçının anasının adına rast gəlinsədə birinci instansiya məhkəməsi həmin təsərrüfatbaşına kitablara baxış keçirməmiş, həmin təsərrüfatbaşına kitablarda iddiaçının anasının ailə üzvlərinin kimlərdən ibarət olması, iddiaçının ailə üzvü kimi göstərilib-göstərilməməsi, həmin təsərrüfatbaşına kitablarda iş üçün zəruri olan, həmçinin mənzil ilə əlaqədar hansı zəruri qeydlərin olub-olmamasını aydınlaşdırmamış, həmin təsərrüfatbaşına kitablara baxış keçirdikdən sonra digər zəruri sənədlərin və məlumatların əldə edilməsi üçün tədbirlər görməmişdir. Qeyd edilən məsələlər aydınlaşdırıldıqan sonra birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verməli idi. Həmçinin cavabdeh inzibati orqan qeyd edir ki, mübahisəli mənzil 3 ildən çox müddətdə istifadə edilmədiyindən 2016-cı ildə aztəminatlı ailə kimi X5 yaşamaq üçün verilmiş, 2023-cü ildə orderlə təmin olunmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli mənzilin X5 yaşamaq üçün verilməsi ilə əlaqədar qərar, order, digər hüquqmüəyyənedici sənədləri, o cümlədən mübahisəli mənzilin ona yaşamaq üçün verilməsi ilə əlaqədar inzibati icraat materiallarını tələb etməmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadıqları evin və içərisind ə olmuş əşyaların geri qaytarılması və ya 200000 manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi bir neçə hissədən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının subyektiv hüququ müəyyən edildikdən sonra yeni sübutlar əldə ediləcəyi təqdirdə iddiaçının hüquqi marağı və iddia tələbi ilə əlaqədar ona hüquqi yardım edilməsi zərurəti yarana bilər. Yəni yeni sübutlar əldə ediləcəyi və işin faktiki halları müəyyən ediləcəyi təqdirdə iddiaçının hüquqi marağı və iddia tələbi dəyişilə bilər. Lakin qeyd edilənləri nəzərə almamış birinci instansiya məhkəməsi tam dolğun araşdırma aparmadan iddianı mümkün saymamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci və 87-ci maddələri ni rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X8 apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 21(122)-343/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-100/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-100/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver