Məhkəmə qərarları › İş №2-1(108)-101/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-101/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-101/2024 29.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(122)-986/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı ona vurulmuş ziyana görə 50000 (əlli min) manat və əldən çıxmış faydaya görə 50000 (əlli min) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Naxçıva n Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, vurulmuş ziyana görə 50000 (əlli min) manat və əldən çıxmış faydaya görə 50000 (əlli min) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 10 sentyabr 2024-cü il tarixli, 2-1(122)-986/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətini geri götürdüyünü, bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini geri götürməsinin səbəbini onunla izah etmişdir ki, mübahisənin məhkəmədən kənar həlli ilə bağlı cavabdeh orqanla razılıq əldə edilmişdir. İddiaçıya əmlakından qanunsuz məhrum olması ilə bağlı vurulmuş ziyan başqa əmlak verilməsi yolu ilə kompensasiya ediləcəkdir. Odur ki, hazırkı iş üzrə mübahisənin davam etdirilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin geri götürməsi barədə ərizəsini iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, İddiaçı apellyasiya şikayətini n geri götürülməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 88-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(122)-986/2024 nömrəli qərardadından İddiaçı verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar