Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-103/2025 12.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X7 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X4 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nö mrəli qərarının ləğv edilməsi və İddiaçı hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 21(122)-279/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil tərəfindən təqdim edilmiş İddiaçı 23 iyul 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə (vəsatətinə) əsasən iddiaçı iddia tələbini dəqiqləşdirərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və İddiaçı hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı i lə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(122)279/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi, İddiaçı hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(122)279/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 21(122)-279/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətində göstərmişdir ki, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və İddiaçı hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinin heç bir hüquqi əsası yoxdur. xx xxxx 1964-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 08 oktyabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna əlilliyə gör ə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (9 ay 23 gün) Culfa Enerji-Texniki Rabitə mərkəzində müvəqqəti olaraq elektrik mexaniki, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (1 ay 28 gün) X10 3-cü dərəcəli elektrik mantyoru, xx.xx.1986- cı il tarixdən xx.xx.1988-ci il tarixədək (2 il 3 ay 11 gün) və xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək (1 il 8 ay 9 gün) Culfa Evlər İdarəsində süpürgəçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək (4 il 2 ay 1 gü n) Culfa Rayon Neft Bazasında 3-cü dərəcəli operator, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (2 il 2 ay 24 gün) Culfa Stansiyasında fəhlə, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək (10 il 4 ay 29 gün) Culfa Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində mühasib, daha sonra məsləhətçi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək (29 gün) Culfa Mədəniyyət və Turizm şöbəsində kargüzar, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək (1 ay 12 gün) Culfa uşaq kitabxanasında kitabxanaçı vəzifələrində işləməsinə dair qeydlər mövcuddur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13/249 nömrəli və eyni tarixli, 13/297 nömrəli arayışlarda İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1983cü il tarixədək (9 ay 21 gün) Naxçıvan M uxtar Respublikası Rabitə və İnformasiya texnologiyaları Nazirliyində elektro-mexanik vəzifəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək (4 il 2 ay 1 gün) X9 satışı və Təchizat bazası-Culfa Neft bazasında İİİ dərəcəli operator vəzifəsində işlədiyi göstərilmişdir. Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 39 nömrəli arayışda İddiaçı Culfa Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində işlədiyi və 2004-2005-ci illərdə əmək haqqı aldığı göstərilmişdir. Beləliklə, verilmiş arxiv arayışlarına və X1 Sistemində fərdi şəxsi hesabında qeydə alınmış müvafiq məlumatlara əsasən iddiaçının 10 il 22 gün sığorta stajı olması müəyyən edilmişdir. İddiaçı 10 fevral 2022-ci il tarixdən İ qrup (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlillik dərəcəsi ver ilmişdir. Belə olan halda, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün o, 14 il (xx.xx.2021-xx.xx.1967 = 57 yaş -15 yaş = 42 il x 4 ay = 168 ay/12 = 14 il) sosial sığorta stajına malik olmalıdır. İddiaçı mövcud olan 10 il 22 gün sığorta staji qanunvericiliyə uyğun tələb olunan 14 il sığorta stajından az olduğu üçün ona İ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Hazırkı işdə mübahisəli məsələ əmək kitabçasında qeyd olunan xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixədən xx.xx.2006-cı il tarixədək olan dövrlər (12 il 10 ay 5 gün) heç bir arxiv arayışı ilə təsdiq olunmadığı üçün, eyni zamanda xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrlər (2 ay 11 gün) isə X1 Sistemində öz əksini tapmadığı üçün həmin dövrlər sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək həmin müəssisədə işləmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Culfa rayon Dövlət Arxivinin 16 oktyabr 2024-cü il tarixli, 73 nömrəli məktubuna əlavə edilmiş Culfa rayon ƏSMM üzrə xx.xx.2004-cü il tarixli, 06 nömrəli əmrdə geyd olunur ki, mərkəzdə mühasi bmütəxəssis işləyən İddiaçı xx.xx.2004-cü il tarixdən xəzinədar təyin edilmişdir. Yəni arxiv arayışında (əmrdə) olan qeyddə də iddiaçının 2004-cü il tarixli təyinatına qədər mühasibmütəxəssis işləməsi təsdiq edilir. Məhkəmənin mövqeyinə münasibətdə qeyd edirik ki, hazırkı işdə mübahisəli məsələ sənədlərin arxivə təhvil verilməməsi deyil. İş materiallarından da məlum olduğu kimi (dövr: xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək) iddiaçının 20042005-ci illərdə əmək haqqı alması təsdiq edilsə də həmin müəssisədə işlədiyi digər dövrlərdə əmək haqqı alması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş əmrlərdən çıxarışlar (əmr № 86, 104, 139, 161) və əmək haqqı ödəniş cədvəlləri ilə İddiaçı xx.xx.2011-ci il tarixd ən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Mədəniyyət və Turizm şöbəsində kargüzar kimi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Uşaq Kitabxanasında kitabxanaçı kimi işləməsi faktı təsdiq edilmişdir. Qeyd edilmiş halla bağlı bildiririk ki, İddiaçı (FİN: xxxxxxx) MEİS-in "Sığorta" altsistemində fərdi şəxsi hesabında MDSS ödənişləri 2008-ci ilin fevral ayınadək əks olunub. Aparılan araşdırma nəticəsində məlum olub ki, 2009-2011-ci illər üzrə Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təqdim olunan illik Forma B3 hesabatlarında İddiaçı adı ümumiyyətlə qeyd olunmamışdır. Bu səbəbdən həmin illər üzrə iddiaçının fərdi şəxsi hesabında heç bir məlumat əks olunmamışdır. Qeyd olunduğu kimi sığorta stajının tanınması üçün mühüm şərt məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Hazırkı halda isə iddiaçının qeyd edilən dövrlərdə əmək haqqı alması və onun xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktı öz təsdiqini tapmır. Bu isə öz növbəsində iddiaçının həmin dövrlərdə işlədiyi illərin sosial sığorta stajina daxil edilməsini mümkünsüz edir. Apellyator tərəfindən şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun, “Vətəndaşların pensiya təminatı haqqında’’ Azərbaycan Respublikasının Qanununun, “Sosial sığorta haqqında’’ Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclası nın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil İddiaçı onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsi barədə 12 sentyabr 2025-ci il tarixli ərizəsini kollegiyaya təqdim etdi. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(122)-279/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəm ə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(122)-279/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edil mədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikay ətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərb aycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1-cü maddəsinə əsasən öhdəl iyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiy ası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 20 24-cü il tarixli, 02 nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan və arxiv arayışları ilə öz əksini tapan ümumilikdə 7 il 11 ay 22 gün sığorta stajı tələb olunan 14 il 8 ay sığorta stajından az olduğu üçün İddiaçı əlilliyə görə əmək pensiyası təyin etmək qanunvericilik xaricindədir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 13/249 nömrəli arayışdan aydın olur ki, X3 Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə xx.xx.1983-cü il tarixli, ok-8 №-li əmrlə “elektro-mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli, ok 49 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X9 satışı və Təchiza t bazası-Culfa Neft bazasına xx.xx.1990-cı il tarixli, 105 №-li əmrlə İİİ dərəcəli “operator” qəbul edilməsi, xx.xx.1995-ci il tarixli, 6 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində əməkhaqqı kitablarının 1996-cı ildən başladığı, aşağı illərə dair əməkhaqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli, 13/297 nömrəli arayışdan məlum olur ki, X3 Naxçıvan MR Rabitə və İnformasiya texnologiyaları Nazirliyinə xx.xx.1983-cü il tarixli, ok-8 №-İi əmrlə “elektro-mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli, ok-49 №-İi əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X9 satışı və Təchizat bazası-Culfa Neft bazasına xx. xx.1990-cı il tarixli, 105 №-li əmrlə İİİ dərəcəli “operator” qəbul edilməsi, xx.xx.1992-ci il tarixli, 48 №-İi əmrlə 1991-1992-ci illərdə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.1992-ci il tarixli, 53 №-li əmrlə məzuniyyətdən geri qayıdıb işdə hesab olunması, xx.xx.1993-cü il tarixli, 52 №-İi əmrlə 19921993-cü illərin növbəti məzuniyyətinə buraxılması, xx.xx.1993-cü il tarixli, 56 №-li əmrlə işdə hesab olunması, xx.xx.1994-cü il tarixli, 69 №-li əmrlə 1993-1994-cü illərdə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.1995-ci il tarixli, 6 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində X9 satışı və Təchizat bazası-Culfa Neft bazasının əməkhaqqı kitablarının 1996-cı ildən başladığı, aşağı illərə dair əməkhaqqı kitablarının Naxçıvan MR Dövlət A rxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 39 nömrəli arayışda X3 Culfa Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində 2004-2005-ci illərdə işləməsi faktı və həmin illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində Culfa Neftbazasının 1990-1995-ci illərin əmək haqqı və əmr kitablarının Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. -Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 05 may 2022-ci il tarixdə verilmiş 045737 nömrəli əlillik vəsiqəsindən görünür ki, 10 fevral 2022-ci il tarixdən İddiaçı İ qrup müddətsiz əlillik verilmişdir. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı x x.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Culfa Enerji-Texniki Rabitə mərkəzində müvəqqəti olaraq elektrik mexaniki, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək X10 3-cü dərəcəli elektrik mantyoru, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Culfa Evlər İdarəsində süpürgəçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Culfa Rayon Neft Bazasında 3-cü dərəcəli operator, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Culfa Stansiyasında fəhlə, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Culfa Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində mühasib, daha sonra məsləhətçi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Mədəniyyət və Turizm şöbəsində kargüzar, xx.xx.2011-ci il tarix dən xx.xx.2011-ci il tarixədək Culfa uşaq kitabxanasında kitabxanaçı vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-6520/2024 nömrəli məktubundan məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müə yyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bildirilir ki, vətəndaş İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması ilə bağlı müraciəti zamanı təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 13/249 mömrəli, 01 mart 2022-cı il tarixli, 13/297 nömrəli və Culfa rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 39 nömrəli sığorta stajına aid arayışlara və X1 Sistemində fərdi şəxsi hesabında qeydə alınmış müvafiq məlumatlara əsasən mövcud olan ümumilikdə 10 il 00 ay 22 gün sığorta stajı qanunvericiliyə uyğun tələb olunan 14 il sığorta stajından az olduğu üçün ona İ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmasın dan imtina olunmuşdur. Əlavə olaraq qeyd edilir ki, İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixədən xx.xx.2006-cı il tarixədək olan dövrlər (12 il 10 ay 5 gün) heç bir arxiv arayışı ilə təsdiq olunmadığı üçün, eyni zamanda xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrlər (2 ay 11 gün) isə X1 Sistemində öz əksini tapmadığı üçün həmin dövrlər sığorta stajı kimi nəzərə alınmamışdır. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə Fondunun 04 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/28591/2024 nömrəli məktubundan aydın olur ki, Culfa şəhər sakini İddiaçı (FİN: xxxxxxx, təvəllüd: xx.xx.1964) xx.xx.2022-ci il tarixdən müddətsiz aylıq 270 manat məbləğində İ qrup əlilliyə görə müavinət və aylıq 200 manat məbləğində İ qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və müavinət, təqaüd məbləğləri hazırda ödənilir. İddiaçı Fond tərəfindən heç bir növ əmək pensiyası təyin edilməmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/210369/2024 nömrəli məktubundan görünür ki, sığortaolunan İddiaçı (FİN: xxxxxxx) MEİS-in “Sığorta” altsistemin də fərdi şəxsi hesabında MDSS ödənişləri 2008-ci ilin fevral ayınadək əks olunur. Mövcud məlumatlara əsasən sığortaolunan İddiaçı 2006-2008-ci illər üzrə xeyrinə ödənilmiş MDSS haqları barədə məlumat məhkəməyə təqdim olunur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 2009-2011-ci illər üzrə Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təqdim olunan illik Forma B3 hesabatlarında İddiaçı adı ümumiyyətlə qeyd olunmamışdır. Bu səbəbdən həmin illər üzrə İddiaçı fərdi şəxsi hesabında heç bir məlumat əks olunmamışdır. İddiaçı fərdi şəxsi hesabından çıxarış məktuba əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 14 oktyabr 2024-cü il tarixli, 3/116 nömrəli məktubu ilə İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Mədəniyyət və turizm şöbəsində kargüzar kimi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Uşaq Kitabxanasında kitabxanaçı kimi işləməsi barədə əmrlərdən çıxarışlar (əmr № 86, 104, 139, 161), 2011-ci ilə dair əmək haqqı ödəniş cədvəlləri məhkəməyə göndərilmişdir. Culfa rayon Dövlət Arxivinin 16 oktyabr 2024-cü il tarixli, 73 nömrəli məktubuna əlavə edilmiş Culfa rayon ƏSMM üzrə xx.xx.2004-cü il tarixli, 06 nömrəli əmrdən məlum olur ki, mərkəzdə mühasib-mütəxəssis işləyən İddiaçı xəzinədar təyin edilmişdir. Culfa rayon Dövlət Arxivinin 16 oktyabr 2024-cü il tarixli, 73a nömrəli arayışında İddiaçı 2004-2006-cı illər Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləməsi faktı və aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1997-2003-cü illər və 2006-cı ilin iyul-sentyabr ayları və 2007-ci ilin əməkhaqqı cədvəllərinin Culfa rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 6 noyabr 2024-cü il tarixli, 93/2-3436/2024 nömrəli məktubundan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublika sının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı döv lət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1997-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mühasib və məsləhətçi vəzifələrində iş müddətilə bağlı bildirilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təşkili və sisteminin strukturu haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 1993-cü il tarixli, 81 nömrəli Qərarının yeddinci hissəsinə əsasən Bakı şə hər sosial təminat idarəsi, rayon və şəhər sosial təminat şöbələri, pensiyaçılara sosial xidmət üzrə rayon və şəhər ərazi mərkəzləri ləğv edilmiş və onların bazasında respublikanın bütün rayon və şəhərlərində Əhalinin Sosial Müdafiəsi Mərkəzləri yaradılmışdır. Yuxarıda adıçəkilən Siyahının 2.12-ci bəndində Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən 1997-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mühasi b və məsləhətçi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Əlavə olaraq bildiririlir ki, vətəndaş İddiaçı haqqında müvafiq məlumatlar Dövlət Qulluqçularının Reyestri informasiya Sisteminə daxil edilməmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən 16 aprel 2025-ci il tarixli, 317-9-4/2-662/2025 nömrəli məktub ilə məhkəməyə göndərilmiş Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarından aydın olur ki, İddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən “orta beyin arteriyasının tıxanması və stenozu, İ Xroniki beyin qan dövranı pozğunluğu sol orta beyin arteriyası və vertebrobazilyar arteriya hövzəsində keçirilmiş işemik insult qalığı. Sağ tərəfli hemiparez R26 Müvazinət pozğunluğu.İntension titrəmə” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğ indən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaq qına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0 və 1.0.1-ci madddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0 və 1.0.2-ci madddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərə li iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1-ci madddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbisosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci madddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”19 96-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər tə şkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanmas ı, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o o lmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqə tə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin müəyyən edilən hallarından görünür ki, Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarı ilə İddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən “orta beyin arteriyasının tıxanması və stenozu, İ Xroniki beyin qan dövranı pozğunluğu sol orta beyin arteriyası və vertebrobazilyar arteriya h övzəsində keçirilmiş işemik insult qalığı. Sağ tərəfli hemiparez R26 Müvazinət pozğunluğu. İntension titrəmə” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyin müəyyən olunduğu tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təyinatı şöbəsinə müraciət etmişdir. Fondunun Pensiya təyinatı şöbəsi 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarla əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında qeyd olunan və arxiv arayışları ilə öz əksini tapan ümumilikdə 7 il 11 ay 22 gün sığorta stajı tələb olunan 14 il 8 ay sığorta stajından az olduğu üçün İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericilik xaricində olması göstərilmişdir İş materiallarına əlavə olunmuş İddiaçı məxsus ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Culfa Enerji-Texniki Rabitə mərkəzində müvəqqəti olaraq elektrik mexaniki, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək X10 3-cü dərəcəli elektrik mantyoru, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Culfa Evlər İdarəsində süpürgəçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Culfa Rayon Neft Bazasında 3-cü dərəcəl i operator, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Culfa Stansiyasında fəhlə, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Culfa Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində mühasib, daha sonra məsləhətçi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Mədəniyyət və Turizm şöbəsində kargüzar, xx.xx.2011ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa uşaq kitabxanasında kitabxanaçı vəzifələrində işləmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi hazırkı işdə mübahisəli məsələnin əmək kitabçasında qeyd olunan xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixədən xx.xx. 2006-cı il tarixədək olan dövrlər (12 il 10 ay 5 gün) heç bir arxiv arayışı ilə təsdiq olunmadığı üçün, eyni zamanda xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2011ci il tarixədək olan dövrlər (2 ay 11 gün) isə X1 Sistemində öz əksini tapmadığı üçün həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasının düzgün olmamasını bildirmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, iş materiallarına əsasən İddiaçı Naxçıvan MR Rabitə və İnformasiya texnologiyaları Nazirliyinə xx.xx.1983-cü il tarixli, ok-8 №-İi əmrlə “elektro-mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli, ok-49 №-İi əmrlə işdən azad olunması, X9 satışı və Təchizat bazası-Culfa Neft bazasına xx.xx.1990-cı il tarixli, 105 №-li əmrlə İİİ dərəcəli “operator” qəbu l edilməsi, xx.xx.1992-ci il tarixli, 48 №-İi əmrlə 19911992-ci illərdə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.1992-ci il tarixli, 53 №-li əmrlə məzuniyyətdən geri qayıdıb işdə hesab olunması, xx.xx.1993-cü il tarixli, 52 №-İi əmrlə 19921993-cü illərin növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.1993-cü il tarixli, 56 №-li əmrlə işdə hesab olunması, xx.xx.1994-cü il tarixli, 69 №-li əmrlə 1993-1994-cü illərdə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.1995-ci il tarixli, 6 №-li əmrlə işdən azad olunması Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan əmr kitabları, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Mədəniyyət və turizm şöbəsində kargüzar kimi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Uşaq Kitabxanasında kitabxanaçı kimi işləməsi barədə 86, 104, 139, 161 nömrəli əmrlərdən çıxarışlar, əmək haqqı ödəniş cədvəlləri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində saxlanılan əmr kitabları, Culfa rayon ƏSMM üzrə xx.xx.2004-cü il tarixli, 06 nömrəli əmrlə mərkəzdə mühasibmütəxəssis işləyən İddiaçı xəzinədar təyin edilməsi Culfa rayon Dövlət Arxivində saxlanılan əmr kitabları ilə öz təsdiqini tapır. Kollegiya həmçinin cavabdehin iddiaçının 2004-2005-ci illərdə əmək haqqı almasının arxiv arayışları ilə təsdiq edilməsinə baxmayaraq, işlədiyi digər dövrlədə əmək haqqı almasının müəyyən edilməməsi və onun xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktının öz təsdiqini tapmaması halının isə öz növbəsində iddiaçının həmin dövrlərdə işlədiyi illərin sosial sığorta stajina daxil edilməsin i mümkünsüz etməsi dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından aydın olur ki, 1990-1995-ci illərin əmək haqqı cədvəlləri və əmr kitabları, 1997-2003-cü illərə və 2006-cı ilin iyul-sentyabr ayları və 2007-ci ilin əməkhaqqı cədvəlləri Culfa rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əmək haqqları cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilməklə, onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə adıçəkilən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. İddiaçı ümumilikdə 20 ildən artıq əmək stajının olması faktı əmək kitabçası, arxiv arayışları və şahid ifadələri ilə öz təs diqini tapır. Kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. İddiaçının əmək kitabçasında qeyd olunan həmin dövrü nəzərə almamasına rəğmən, iddiaçıya məxsus əmək kitabçasının həmin dövrə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatının gedişində də həmin dövrə aid qeydlərinin mötəbərliy ini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı hal müəyyən olunmamışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının əmək kitabçasını onun həmin dövrlə bağlı iş stajını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişdir. Qeyd olunan normaların tələbləri baxımından, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərl iyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı. Nəzərə alınmalıdır ki, müəssisənin əməkhaqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Belə ki, həmin hal başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlər inin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarında istinad edilən hallar və apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(122)-279/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh Naxçıvan Muxtar Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(122)279/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-103/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-103/2025
12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver